Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

______________________Milli Kitabxana_______________________ 
91 
 
Fəzlim mənim, ey Xızrımü ey abi-həyatım, 
Şəmsim mənim, ey bədrimü saçı zülümatım. 
 
Sərvim, çəmənim, baği-bahar ilə həzarım, 
Tutim, şəkərim, şəhdimü qənd ilə nabatım. 
 
Ruzim, şəbimü ayü ilim, həftəvü günüm, 
Novruzumü eydim, diləyim, qədrü bəratım. 
 
Qur’anımü hökmüm, hədisim, şərhi-bəyanım, 
Elmim, əməlim, zikrimü sövm ilə səlatım. 
 
İslamımü həm küfrümü imanımü dinim, 
Şanım, şərəfim, şərhi-həbibim, sələvatım. 
 
Təqvam ilə zöhdüm, ədəbim, elmilə helmim, 
Təlqinimü tövbəm, tələbim, həccü zəkatım. 
 
Həşr ilə hesabım, yenə mizanü siratım, 
Ehsanımü lütfüm, kərəmim, həm həsənatım. 
 
Hənnan ilə mənnanımü, ey Mərvə səfalım, 
Həm zəmzəm ilə qibləmü Kə’bəm, ərəfatım. 
 
Mə’budumü məqsudumü mətlubumü qəsdim, 
Zahirimü batinimü zat ilə sifatım. 
 
Həm mərkəz ilə kövkəbü bürc ilə mədarım, 
Səyyarəmü çərxim, fələkim, seyri-səbatım, 
 
Filcümlə, bu nitq ilət kəlamın, ey Nəsimi, 
Afaqımü ənfusümü ərkanü cəhatım. 


______________________Milli Kitabxana_______________________ 
92 
 
Surətinin səfhəsində gör nə yazmış ol qədim, 
Oxudum ol xətti bismillahir-rəhmanir-rəhim. 
 
Alnına əlhəmdülillah yazdı rəbbülaləmin, 
Qoydu eşqin yoliçün haza siratül-müstəqim. 
 
Surətin mahiyyətin təfsir edər inna-fətəh, 
Hüsnünün keyfiyyətidir bəs əla-xülqil-əzim. 
 
Qaşlarındır qabü qövseynü saçın leyli-təvil
Rəsmdir vəş-şəms üzrə şol mübarək zülfi-cim. 
 
Dedilər ol mimə fi-eynən-tüsəmma səlsəbil, 
Şimdi kövsər lə’lin oldu küllə cənnatün-nəim. 
 
Zülfünə seyr eylədi badi-səba vəqti-səhər, 
Şol səbəbdən doldu aləm, əzrüxət ənbər-şəmim. 
 
Qıl Nəsimiyə tərəhhüm, ey üzü bədri-münir, 
Gər xəta qıldım isə əstəğfürullahil-əzim. 


______________________Milli Kitabxana_______________________ 
93 
 
Nə hüsn olur, bu nə surət, zəhi behişti-nəim? 
Nə lütf olur, bu nə mə’ni, zi rəbbi-ərşi-əzim? 
 
Könül səba nəfəsindən dirildi, can buldu, 
Qara saçın qoxusundan nə bu gətirdi nəsim. 
 
Nəsimi-zülfünə baş ilə can nisar edərəm, 
Nə simü zər kimi layiqdir ol nəsimə nəsim. 
 
Görün bu çeşmeyi-heyvanləbi ki, şə’nində 
Gəlibdir ayəti-yöhyülizamü vəhyi-rəmim. 
 
Müsəlləm oldu sənə dilbəri cahanda bu gün 
Kim, ay ilə günəş oldu camalına təslim. 
 
Əzəldə var idi eşqin bu can içində mənim, 
Zavala olmaya qabil binayi-əhdi-qədim. 
 
Gərəksə cövr ilə öldür, gərək məni yandır, 
Nə qayğu oddan ana kim, əti bəqəlbi-səlim. 
 
Müəttər eylədi zülfün şəmimi afaqı, 
Və laəcibə minəl-ətri an yəfuhə şəmim. 
 
Yolunda qoydu Nəsimi cahan ilə canı, 
Təfavüt etməz anı gər qəbul qılsa kərim. 


______________________Milli Kitabxana_______________________ 
94 
 
Ay camalın hüsni-surət kim, qılıbdır ol həkim, 
Faili-mütləqdürür hər şeydə məf’ul ol rəhim. 
 
Saçların zilli düşəldən ruyi-bədrin tabına 
Kim tilu’ etdi cahana şəmsi-tabani-müqim. 
 
Həm həqin sən məzhərisən la şərikü bigüman, 
Səndədir nuri-təcəlli ərşü kürsi həm nəsim. 
 
Üzünə səb’ül-məsani gər oxursam, la demə 
Kim, qaşınla kirpigin zülfündən oldu bu rəsim. 
 
Səcdə qılmazmı belə gör sidrəvü tuba tamam 
Kim, məlaik qamusu aydır sücudini əzim. 
 
Nitqiyəm şirin ləbinin, Isiyi-cana həyat, 
Çün Məsiha istər isən, iştə gəldi dər rəmim. 
 
Xızr çün bulmuş həyatı zülmətindən ta əbəd 
Kim, ləbin eynidürür şol zülmət içrə dalü mim. 
 
Yazma hərfin adını, ey öz-özündən bixəbər
Çün ləbindən zahir oldu bu kəlam ilə Kəlim. 
 
İstiva sirrini gər bildin isə eynəl-yəqin, 
Xətti-vəchində şikaf oldu sirati-müstəqim. 
 
Uş bu dünya fanidir, keç sən fənadan, bul bəqa 
Kim, həyati-cavidan olsa sana ömri-səlim. 
 
Ey Nəsimi, gər nəhayət bildin isə nüktə sən, 
Bistü həştü sivü dü vəchində yazıldı müqim. 


______________________Milli Kitabxana_______________________ 
95 
 
Əlminnətilillah ki, bu gün yarımı buldum, 
Könlümdə duran dilbərü dildarımı buldum. 
 
Dəgməz mana bir pula cahan varlığı ilə, 
Neçün ki, gözəl sikkəli dinarımı buldum. 
 
Torpaq ikən ol Zöhrə mana Müştəri oldu
Dəllala çağırgil de ki, bazarımı buldum. 
 
Firdövsə məni də’vət edən zahidə söylə, 
Ol tikənə göz dikmə ki, gülzarımı buldum. 
 
Yusif yeridir kim, mana qul yazıla, çünkim, 
Misrində ləbi tüngi-şəkərbarımı buldum. 
 
Faş eyləməzəm razımı naməhrəmə, çünkim, 
Məhbubi-əmin, məhrəmi-əsrarımı buldum. 
 
Bəxtim günəşi doğduvü uyxudan oyandı, 
Mə’nisi bu kim, dövləti-bidarımı buldum. 
 
Bağdada gəl, ey qasid, ilət şol xəbəri kim, 
Şol şö’bədəçi dilbəri-əyyarımı buldum. 
 
Ey nəqdini tərrara verən uyxulu qafil, 
Şol üzüqəmər türreyi-tərrarımı buldum. 
 
Mənsur kimi məndən əgər çıxdı ənəlhəq, 
Ey xacə, itab eyləmə kim, darımı buldum. 
 
Gər Musa kimi aşiq isən üzünə anın, 
Gör səndə səni, söylə ki, didarımı buldum. 
 
Verdi saçının küfrünə imanı Nəsimi, 
Ey xirqə geyən, mən dəxi zünnarımı buldum. 


______________________Milli Kitabxana_______________________ 
96 
 
Dilbərin ləblərinə çeşmeyi-heyvan demişəm, 
Mə’dəni-ruha, əcəb, mən nə üçün can demişəm? 
 
Xəcil oldum bu səbəbdən ki, nigarın üzünə 
İrəmin gülşəniyü rövzeyi-rizvan demişəm. 
 
Sənsən, ey surəti-Allah ilə rəhman, məscud, 
Qılmayan səcdə sana, div ilə şeytan demişəm. 
 
Lövhi-məhfüz ilə ərş oldu yanağın sifəti, 
Mən bu mə’nidən ana surəti-rəhman demişəm. 
 
Sürətin əhsəni-təqvimü üzün qiblə imiş, 
Bu sözə yox deyənin adını heyvan demişəm. 
 
Surətin münkirinə kafirü məl’un dedi həq, 
Nə ki, ana dedi həq, mən iki çəndan demişəm. 
 
Güli-xəndan deməzəm qönçəyə ayrux, nə üçün 
Ki, yanağın güli-xəndanına xəndan demişəm. 
 
Sədəfin içinə kar eylədi, incu əridi 
Ki, ləbin cövhərinə lə’li-bədəxşan demişəm. 
 
Demə hər tikənə sən bağü gülüstan, əbsəm 
Ki, mən ol arizi-gülguna gülüstan demişəm. 
 
Zülfünü nafeyi-tatara bəha qılma ki, mən 
Qiymətin hər qılının mülki-Süleyman demişəm. 
 
Ey Nəsimi, sana çün Fəzli-ilah oldu müin, 
Məni eyb eyləmə kim, tapuna sultan demişəm. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə