Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

______________________Milli Kitabxana_______________________ 
109 
 
Küntə-kənzin kənzivü, Allahi-nurun nuruyam, 
Rövzənin rizvanıvü, cənnati-ədnin huruyam. 
 
Kafü nunun məbdəi’, həm kainatın mənşəi, 
Laməkanın şəmsivü bədrü şəbi-deycuruyam. 
 
Aləmü zatü sifatam, mənbəi-mövtü həyat, 
Həm həsari-kün fəkanam, həm anın məhsuruyam. 
 
Söyləyən hər natiqin dilində məndən özgə yox, 
Səqfi mər’fuin əsası, beytinin mə’muruyam. 
 
Nitq ilə sövtəm, əzəldən ta əbəd həm qüvvətəm, 
Hazıram hər yerdə, həm hazırların məhzuruyam. 
 
Nuh ilə tufan mənəm mən, həm nicatam, həm həlak, 
Həm yeməm, həm gövhərəm, həm ol yemin məbhuruyam. 
 
Nazirəm, həm binəzirəm, həm bəsirəm, həm bəsər, 
Həm ikilikdən münəzzeh, vəhdətin mənzuruyam. 
 
Həm fəqirəm, həm dilənçi, həm məlik, həm padşah, 
Həm mənəm ustadi-sənət, həm anın muzduruyam. 
 
Şahidəm, şəm’əm, şərabam, saqiyəm, həm cami-Cəm, 
Kövsərəm, həm səlsəbiləm, həm meyin ənguruyam. 
 
Zahirəm, zahirdə faşam, məzhərəm, həm müzhərəm, 
Batinəm hər şeydə, yə’ni batinin məsturuyam. 
 
Həm bəqa darül-xüludun nazıyam, həm ne’məti, 
Həm fəna darül-qürurun darıyam, Mənsuruyam. 
 
Həm kəlamam, həm mələk, həm vəhy, həm ruhül-qüdüs, 
Həm hesabın saəti, həm yövmi-həşrin suruyam. 
İbtidasız cövhərəm qaim bənəfsi labəğeyr, 
Həm nəimi-xalidəm, həm ne’mətin məşkuruyam. 


______________________Milli Kitabxana_______________________ 
110 
 
Həm cəmiləm, həm camalam, həm vədudam, həm ədəd, 
Kafirə mövtü müsibət, həm Xəlilin suruyam. 
 
Həm mənəm Vadiyi-əqdəs, həm mənəm narü şəcər, 
Həm mənəm nuri-təcəlla, həm Kəlimin Turuyam. 
 
Həm cahanam, həm cahanın eynivü mahiyyəti
Həm Xətavü Çinü Rumun qeysərü fəğfurüyam. 
 
Lövhü Tövratü Zəbur, Incilü Fürqan, həm sühəf, 
Həm kəlami-natiqəm, həm rəqqinin mənşuruyam. 
 
Həm bəratü qədrü əsra, həm siyamü həccü eyd, 
Həm mühərrəm, həm mühərrəm şəhrinin aşuruyam. 
 
Həm uran ol nəfxeyi, həm ruhi-adəm, həm türab, 
Həm qiyamət suruyam, həm məhşərin məhşuruyam. 
 
Həm Süleymanam, həm anın mülkəti-layənbəği, 
Həm Süleymanın quşu, həm Xatəmin dəsturuyam. 
 
Katibəm, kilkəm, dəvatam, əbcədəm, lövhəm, heca, 
Nöqtəyəm, hərfəm, bu hərfin sətriyəm, məsturuyam. 
 
Həm ənasir, həm təbaye, həm mürəkkəb, həm bəsit, 
Cümlənin əslivü fər’i, qadirin məqduruyam. 
 
Həm rəbiəm, həm xərifəm, həm mənəm seyfü şita, 
Həm qışın məbrudu oldum, həm yayın məhruruyam. 
 
Buğdayam, həm asiyabam, həm xəmirü həm fətir, 
Səlsəbilin xəmriyəm, xummariyəm, məxmuruyam. 
 
Həm səvadi-ə’zəməm, həm Misri came’, həm mühit. 
Həm bu bəhrin gövhəri, həm lö’löi-mənşuruyam. 
 
Həm mənəm məqsudü məqsəd, həm təmənna, həm dilək, 
Həm mənəm hər işdə zakir, həm anın məzkuruyam. 
 
Həm mənəm hadivü nafe, həm mənəm zarü müzürr, 
Həm mənəm qüfranü rəhmət, həm anın məğruruyam. 


______________________Milli Kitabxana_______________________ 
111 
 
Həm təbibəm, həm əliləm, həm əlacam, həm səqim, 
Həm şəfanın səhhəti, həm ne’mətin rəncuruyam. 
 
Həm hürufam, həm kitabam, həm kəlamam, həm Kəlim, 
Fəthənin mənsubuyam, həm kəsrənin məcruruyam. 
 
Hə cəbəl, həm kəhf, həm Əshabi-kəhfəm kəlb ilə, 
Həm Qafrın simurğuyam, həm quşların əsfuruyam. 
 
Ey Nəsimi, sən degilsən, cümlə oldur, cümlə ol, 
Ol kim, aydır bu zəminü asimanın nuruyaım. 


______________________Milli Kitabxana_______________________ 
112 
 
Ayəti-inni-ənəllaham, bu narın nuruyam, 
Həm münacatü təcəlli, həm Kəlimin Turuyam. 
 
Əvvəlim nun vəl-qələmdir, axırım mayəstərun, 
Sureyi-mərfuəm, bu bəhrin nükteyi-məcruruyam. 
 
Misrəmü həm came’əm, həm cüm’əyəm, həm adinə, 
Ruhi-qüdsün nəfxəsi, həm beytinin mə’muruyam. 
 
Həm imamam, həm hidayət, məhdi həm məhdiyyəti, 
Həm kitabi-vəhyi-münzil, həm riqin mənşuruyam. 
 
Həm həzizəm, həm ürucam, həm qərinəm, həm büruc, 
Gərdişi-çərxü mədaram, şəhrinin məşhuruyam. 
 
Laməkan xurşidiyəm, həm Sə’di-Əkbərdir adım, 
Nəhsü kənzü təl’əti-bədri-şəbi-deycuruyam. 
 
Kaf ilə nun məbdəimdir, mənşəimdir kainat, 
Uşbu kövnün küntə kənzi, kənzinin məğruruyam. 
 
Həm mürəkkəb, həm bəsitü həm cəvahir, həm ərəz, 
Münfəsil, həm müttəsil, həm zakirin məzkuruyam. 
 
Cənnətəm, həm tubiyəm, tuba ləhüm hüsnəl-məab, 
Şahidəm, şahənşəhin həm şahidi, məsturuyam. 
 
Zahirü batin mənəm, peydavü həm pünhan mənəm, 
Məzhərəm, həm müzhərəm, həm məzhərin məzhuruyam. 
 
Saqiyəm, həm sağərəm, həm səlsəbilü həm səbil, 
Məndədir həm hurü qılman, həm anın məqsuruyam. 
 
Həm mənəm bəzmi-əzəl, həm məndədir cami-ələst, 
Həm şərabi-kövsərəm, həm xəmrinin məxmuruyam. 


______________________Milli Kitabxana_______________________ 
113 
 
Həm munadiyü nidayam, həm ətufam, həm rəuf, 
Həm qulam, həm qulların rəzzaqiyü qəyyuruyam. 
 
Həm mənəm meyxanəvü künci-xərabati-əzəl, 
Həm şərabam, həm anın peymanəvü ənguruyam. 
 
Həm Xətayam, həm Xütən, həm nafəsi tatarının, 
Çinü Maçinü Moğolçin, həm gözəl fəğfuruyam. 
 
Mülki-Iran, Mülki-Turan, Mülki-Hindü Mülki-Sind 
Mülki-Şamam, Mülki-qeysər, Rumiyəm, Ənkuriyəm. 
 
Həm mənəm Bağdad ilə Şətt, həm xəlifə, həm zaman, 
Həm ənəlhəq söylərəm, həm dar, həm Mənsuruyam. 
 
Ne’mətəm, həm layəzalam, növ-növü lövün-lövün, 
Qismiyəm, qəssamiyam, həm şakirin məşkuruyam. 
 
Rövzənin rizvanıyam, cənnati-ədn oldu adım, 
Həm xəyamü dəxi məqsurat içində huriyəm. 
 
Həm hüveylayam, müqəddəs, cümlə ləzzət məndədir, 
Həm mənəm balü şəkər, həm nəhlü həm zənburuyam. 
 
Altı avaz, on iki pərdə yigirmi dörd şüəb, 
Həm rübabü ərğənunam, çəng ilə tənburuyam. 
 
Asimanam, həm zəminəm, həm bulutü həm buxar, 
Əbri-neysanam, yəməm, həm lö’löi-mənşuruyam. 
 
Aləmi-kübravü suğra, həm vəzi’ü həm şərif, 
Aləməm, həm xəlqiyəm, qəmmariyəm, məsruruyam. 
 
Həm mənəm Bilqeysi-dövran, insü cinnü vəhşü teyr, 
Həm Süleymani-zamanam, həm anın dəsturuyam. 
 
Həm Xəliləm, həm nicatam, həm həyatam, həm məmat, 
Məqbərəyəm, həm əzabam, həm hesabam, suruyam. 
 
Sən degilsən söyləyən, həqdir Nəsimi, söylədi, 
Ol kim aydır həm zəminü asimanın nuruyam. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə