Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

______________________Milli Kitabxana_______________________ 
114 
 
Həq ta ki, yar oldu mənə, sər ta qədəm yar olmuşam, 
Ta görmüşəm didarını, müştaqi-didar olmuşam. 
 
Anəstünarən sirrini Musa nə bilsin, ya şəcər, 
Anı mana sorsun ki, mən ol nur ilə nar olmuşam. 
 
Zikrim ənəlhəqdir mənim, həq sözlərim həqdir mənim, 
Darın içində qeyrəna həm leysə-fiddar olmuşam. 
 
Arif qatında mədhü zəmm bir əsl imiş, sən arif ol, 
Gör kim, necə hər natiqin dilində göftar olmuşam. 
 
Mail-ənəbdəndir əgər hər sərxoşun sərxoşluğu
Mən içmişəm eşqin meyin, sərməstü xumar olmuşam. 
 
Xüldün güli-xəndanıdır gülgün yanağın, ey günəş, 
Bülbül kimi məstəm, anın eşqindən uş zar omluşam. 
 
Gülşən kimi açılmışam buyi-gülündən arizin, 
Gör kim, camalından necə fərxəndə gülzar olmuşam. 
 
Mişkin saçından bulmuşam şol buyi-canəfzayı kim, 
Teybindən anın sanasan teyyibü əttar olmuşam. 
 
Şirin dodağın vəsfini ta söylər oldu məntiqim, 
Ey Misri-hüsnün Yusifi, qəndü şəkərbar olmuşam. 
 
Yarəb, nə fəttan ay imiş tabəndə üzün bədri kim, 
Ənvari-tabından anın ta bəndə ənvar olmuşam. 
 
Sevda meyindən sərxoşam məstanə eynintək, vəli, 
Qəflət meyindən taibəm, niçün ki, huşyar olmuşam. 


______________________Milli Kitabxana_______________________ 
115 
 
Zülfü rüxün əsrarını ta həq mana kəşf eylədi
Üzündəyəm gənci-xəfi, zülfündə bərdar olmuşam. 
 
Sərvi-güləndamın kimi aləmdə azadam, vəli 
Zənciri-zülfin qeydinə möhkəm giriftar olmuşam. 
 
Lö’löi-nabın vəsfini ta söylər oldu məntiqim, 
Səm’ində hər siminbərin lö’löi-şəhvar olmuşam. 
 
Buldu Nəsimi ta səni zatında, şəksiz-şübhəsiz, 
Olmuş Nəsimidən bəri, yə’ni ki, bizar olmuşam. 


______________________Milli Kitabxana_______________________ 
116 
 
Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam, 
Ruhi-qüdsün nitqiyəm, sər ta qədəm nur olmuşam. 
 
Lövhi-məhfuzu mənəm, ruhül-əminin həmdəmi, 
Həşr üçün mizanü Israfilü həm sur olmuşam. 
 
Bavücudam vəhdəti kəsrətdə isbat eyləyim, 
Musayam anəstünara, nur ilə Tur olmuşam. 
 
Gərçi qaibdir vücudum hər nəzərdən daima
Gör nə nazir, gör nə mənzər, gör nə mənzur olmuşam. 
 
Laməkanın gənciyəm, gərçi yerim viranədir, 
Eylərəm mə’mur anı, gör kim, nə mə’mur olmuşam. 
 
Surətü mə’ni mənəm, həm ism ilə, həm cismü can, 
Gör necə mə’ni ilən surətdə məstur olmuşam. 
 
Şöhrət afətdir, usandım şöhrətindən aləmin, 
Gərçi həm ə’ladavü əfsəldə məşhur olmuşam. 
 
Atəşi-mehri-rüxün canımda tə’sir eylədi, 
Mən bu oddan yanıram, yə’ni ki, məhrur olmuşam. 
 
Misr came’dir vücudum, anda qıldım cüm’əyi, 
Gör nə şəhrəm, gör nə möhkəm qəl’əvü sur olmuşam. 
 
Zakirəm, zikr eylərəm, yə’ni ki, şeyxəm, sufiyəm, 
Gör nə göyçək ad ilə aləmdə məzkur olmuşam. 
 
Ey Nəsimi, cənnətü hur ol nigarın vəslidir, 
Çün mən ol məhbubu buldum, cənnətü hur olmuşam. 


______________________Milli Kitabxana_______________________ 
117 
 
Gəl gör məni eşqində kim, mən necə giryan olmuşam, 
Tərk cahanı qılmışam, cismə girib can olmuşam. 
 
Dərdin dərunumda mənim aləmlərə çaxdı məni, 
Qabil dəlildir, dərdimə həqdir ki, dərman olmuşam. 
 
Dövri-qəmərdə gözlərin bir gəz qıya baxdı mana, 
Zülmündən ol xunxarənin qan ilə qəltan olmuşam. 
 
Ey bağü gülzarı üzün çün cənnətül-mə’va imiş, 
Sən rövzəsisən, mən sənin qapında rizvan olmuşam. 
 
Ey Turi-Sina, ərzə qıl həqqin təcəllisin mana
Musa kimi didarına müştaqü heyran olmuşam. 
 
Ol dəm ki, üzün görmüşəm, yüz yerdə səcdə qılmışam, 
İman şəhadət etmişəm, anda müsəlman olmuşam. 
 
Ey sayeyi-rəhman mənə, ey surəti-yəzdan mənə, 
Dutdum üzüm səndən sənə, çün əhli-iman olmuşam. 
 
Eşqinlə mövc içində mən dişlərinin əksin görüb, 
Dürdanələrdir gözlərim, lö’löi-mərcan olmuşam. 
 
Könlün Nəsiminin xarab etdisə eşqin, qəm deyil, 
Mən gizli gənci bulmuşam, şol gəncə viran olmuşam. 


______________________Milli Kitabxana_______________________ 
118 
 
Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam, 
Kimdir məni bər-dar edən, bu şəhrə məşhur olmuşam. 
 
Qibləsiyəm sadiqlərin, mə’şuquyam aşiqlərin, 
Məqsuduyam layiqlərin, çün beyti-mə’mur olmuşam. 
 
Musa mənəm kim, həqq ilə daim münacat eylərəm
Könlüm təcəlli nurudur, anın üçün Tur olmuşam. 
 
İrdim qaşın me’racına kim, qabü-qövseyin oldurur, 
Vüslət şəbindən gör məni, sər ta qədəm nur olmuşam. 
 
Bəzmi-əzəldə içmişəm vəhdət meyinin cür’əsin, 
Şol cür’ədən kim, ta əbəd sərməstü məxmur olmuşam. 
 
Ey ay üzündür vəzzüha, vəlleyl imiş saçın qara, 
Lə’lin mana darüş-şəfa, oldur ki, rəncur olmuşam. 
 
Hər yana kim, dönər üzüm, yarı görə anda gözüm, 
Çün bu qəmindən qəm yedim, şadanü məsrur olmuşam. 
 
Ol şahidi-qeybi mənəm kim, kainatın eyniyəm, 
Ol nitqi-rəbbani mənəm kim, dildə məzkur olmuşam. 
 
Çün on səkkiz min aləmə oldu vücudum ayinə, 
Ol surəti-rəhman mənəm kim, xəlqə məstur olmuşam. 
 
Ol gizli gəncin sirriyəm kim, zahir oldu gövhərim, 
Ol gövhərəm kim, gün kimi aləmdə məşhur olmuşam. 
 
Çün mən, Nəsimi, gövhərəm, gəncim sizə faş eylərəm
Mən bir dəli divanəyəm, gör kim, nə mə’mur olmuşam. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə