Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

______________________Milli Kitabxana_______________________ 
132 
 
Üzünə əhli-nəzər surəti-rəhman dedilər, 
Oxuyanlar bu kəlamüllahı Qur’an dedilər. 
 
Səb’əxan hafizə sordum qaşın ilə üzünü, 
Həqq ilə batili fərq edici fürqan dedilər. 
 
Üzünə, arizinə xazini-cənnati-nəim, 
Xüldü firdövsi-bərin, rövzeyi-rizvan dedilər. 
 
Ləblərin çeşməsinə Xızrü Skəndər, Dara 
Zəmzəmü kövsər ilə çeşmeyi-heyvan dedilər. 
 
Ləbi-lə’lin şəkərindən bal utandı, əridi, 
Səni Şirini-zaman Xosrovi-xuban dedilər. 
 
Sibqətüllah və mən əhsənə həqdən üzünə, 
Abidun gözlərinə sibqeyi-sübhan dedilər. 
 
Müntəhi sidrə boyun qaməti şümşadi-səhi 
Ki, boyun sidrəsinə sərvi-xuraman dedilər. 
 
Üzün üstündə saçın cəm’i pərişan kimidir, 
Aşiqin könlünə məcmui-pərişan dedilər. 
 
Aşiq ol, eşq ilə bil məntiqi-eşqin dilini, 
Mö’minə Nuhi-nəcat, kafirə tufan dedilər. 
 
Əkrəmüzzeyf əmanət dedi peyğəmbəri-həq, 
İzzət etgil bu gün ol nitqə ki, mehman dedilər. 
 
Mən ərəfna tanıyan nəfsini ol kimsənədir, 
Bildi rəbbini, anın adını insan dedilər. 
 
Səcdə qıl, məscidi bul, sacidü məscudunu bil
Kim ki, torpağa sücud etmədi, şeytan dedilər. 
 
Möhkəm ayatü dəlilü rüxü vəchül-həsənə 
Ki, Nəsimi sözünə höccətü bürhan dedilər. 


______________________Milli Kitabxana_______________________ 
133 
 
Eydi əkbərdir camalın, eydə can qurban olur, 
Abi-heyvandır dodağın, hər kim içər can olur. 
 
Gərçi eşqin məskəni viranəsidir könlümün, 
Gənci-bipayana layiq qanda hər viran olur? 
 
Ey qaşın mehrabü üzün qiblə iman əhlinə, 
Aşiqin beytülhəramı surəti-rəhman olur. 
 
Surətin əsrarını zahid nə bilsin, ya fəqih, 
Qul-kəfa billahə məhrəm qanda hər heyvan olur. 
 
Ey qaşınla kirpigin, mişkin saçın ümmül-kitab
Əhli-tövhidin imamü mürşidi Qur’an olur. 
 
Canmısın, ya adəm oğlu, ey günəşrüxsarə kim, 
Surətin nəqşində insan valehü heyran olur? 
 
Sanein ehsanıdır hüsnün təala şanəhu, 
Qüdrəti kamil olanın adəti ehsan olur. 
 
Yarəb, ol pakizə cövhər kim, bəşərdir surəti, 
Qanğı aləmdən gəlir, adı nədən insan olur? 
 
Sünbülün çinində könlüm eyləsə məskən, nola, 
Əhli-tövhidin məqamı rövzeyi-rizvan olur. 
 
Surəti hər şeydə çün kim vazeh olmuş, ey könül, 
Kim dedi, huri görünməz, ya pəri pünhan olur? 
 
Gül nə çiçəkdir ki, anı bənzədəm rüxsarına, 
Qanğı gülzarda rüxüntək bir güli-xəndan olur? 
 
Ey ki, müşkildir deyərsən vasil olmaq yar ilə, 
Qoy səni, səndən kəsil kim, müşkilin asan olur. 
 
Nəfsini hər kimsə kim, bildivü həqqi tanıdı, 
Arifi-rəbb oldu, adı əbd ikən sultan olur. 


______________________Milli Kitabxana_______________________ 
134 
 
Düşdü sevdayi könül aşüftə zülfün damına, 
Düşməyən şol ənbərin zəncirə sərgərdan olur. 
 
Külli-şey’un halikə lareybə illa vəchəhu, 
Gör bu vəchi kim, nə vəchin vəchinə bürhan olur. 
 
Surəti-rəhmana, inkar eylədi divi-rəcim, 
Əhsəni-təqvimə inkar eyləyən şeytan olur. 
 
Ey Nəsimi, abi-kövsərdir məgər nitqində kim, 
Hər kim içər ol şərabı, məsti-cavidan olur. 


______________________Milli Kitabxana_______________________ 
135 
 
Bəhri-fənada fani ol, gör ki, nə xoş həyat olur, 
Abi-həyat imiş fəna, gərçi adı məmat olur. 
 
Kə’bə yolunda eşq ilə yoldaş ol, ey həcə varan, 
Susamaz ol ki, yoldaşı Zəmzəm ilə Fərat olur. 
 
Canü cahanü dinü dil oynamayan bu ərsədə, 
Şahi-cahan olursa gər, ol rüxə şahı mat olur. 
 
Çıxdı tufan tənurdan, qərq edisər cahanı, gəl 
Gir gəmiyə ki, canına şol səbəbi-nəcat olur. 
 
Qeyrə müqəyyid olma kim, hər nə ki, qeyridir anın, 
Gər həmə kün-fəkan isə, arifi-zata Lat olur. 
 
Əql ilə namü nəngini var, oda sal və yax anı, 
Talibi-zat olan qaçan mültəfiti-sifat olur? 
 
Qıldı fəna vücudumu, eşq güm eylədi məni, 
Bəllisiz oldu hər kim, ol qərqeyi-bəhri-zat olur. 
 
Şol günəşin şüasına zərrəcə kim ki, buldu yol, 
Hər günü eydü gecəsi qədrü şəbi bərat olur. 
 
Fikr edərəm ki, yazayım zərrəcə eşq sirrini, 
Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur. 
 
Eşqə fənayi-mütləq ol, keç bu rəvaqü taqidən, 
Gövhəri-laməkan necə bəsteyi-şeş cəhat olur? 
 
Hər həsənat kim, səni doğru ilətmədi həqə, 
Qoyma anın adın həsən, gər həmə səyyiat olur. 


______________________Milli Kitabxana_______________________ 
136 
 
Məscidü xanəgaha sən sufitək olma qürrə kim, 
Aşiqə cümlə yerü gög mə’bədü sovməat olur. 
 
Zövq iləvü hüzur ilə Fəzlə pərəstiş eylə kim, 
Qəlbi hüzursuz olanın taəti lasəlat olur. 
 
Canü cahana ur qafa, aşiq isən gəl, ey könül, 
Aşiqə fərzü müstəcəb tərki-təəllüqat olur. 
 
Dövlətinə bu dünyanın olma müqəyyəd, ey məlik, 
Anın üçün ki, dünyanın dövləti bisəbat olur. 
 
Vəhdəti-sərfə ta əbəd oldu Nəsimi bəllisiz, 
Hər ki, bu rəsmə məhv ola, zübdeyi-kainat olur. 


______________________Milli Kitabxana_______________________ 
137 
 
Könlü ə’ma olanın nuri-təcəlla nə bilür? 
Bu sözün şərhini binaya sor, ə’ma nə bilür? 
 
Mö’minin güzgüsü çün mö’minimiş, gözünü aç, 
Görməyən güzgüdə şol surəti, mə’na nə bilür? 
 
Dara çıxmaq bu fəna ərsədə Mənsura düşər, 
Bilməyən sirri-ənəlhəqqi, o də’va nə bilür? 
 
Leylinin bildigini Məcnuna sor, Məcnuna, 
Aqilin əqli qaçan bildi ki, Leyla nə bilür? 
 
Bənzədirlər dodağın xəttini reyhana, vəli 
Şol zümürrüd göhərin qiymətin əf’a nə bilür? 
 
Cənnət içində olan huriliqanın zövqün 
Cənnətin əhlinə sor, cənnəti-ə’la nə bilür? 
 
Ey verən könlünü Çin nəqşinə, şol surətə bax
Qüdrətin nəqşi yazan nəqşəni Mana nə bilür? 
 
Axirət halını hal əhlinə sor, ey qafil, 
Bu səfərdə olanın yoldaşı dünya nə bilür? 
 
Ey Nəsimi, nəfəsin gərçi Məsiha dəmidir, 
Mö’cüzün rəmzini Musa bilə, Isa nə bilür? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə