Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

______________________Milli Kitabxana_______________________ 
97 
 
Mən ol Musayi-İmranam ki, daim aşiqi-Turam, 
Və leykin xeyli müddətdir cənabından ki, məhcuram. 
 
Riyayi-zöhdü təqvadan kəsildim çün bəqa buldum, 
Sözüm sirri-ənəlhəqdir, fəna darında Mənsuram. 
 
Bu gün meyxanədə düşməz təmənnayi-şərab etmək, 
Məni saqi içiribdir, əzəldən məstü məxmuram. 
 
Dəxi əksüklügüm yoxdur, şikayət etməzəm, billah, 
Həbibin asitanından budur eybim ki, mən duram. 
 
Mənim korlar görə bilməz məqamım qansı aləmdir, 
Əgər viranədir könlüm, bəğayət gəncə mə’muram. 
 
Qəmimdən ağlaram hər şəb, dəmadəm xun olur çeşmim, 
Nəsimiyəm ki, şövqündən iki aləmdə məhcuram. 


______________________Milli Kitabxana_______________________ 
98 
 
Gəl, ey əgri, məni gör kim cahanın padişahıyam, 
Üzümə doğru bax, doğru fələkin şəmsü mahıyam. 
 
Hümayun zilliyəm bişək, cahan sayəmdədir üştə, 
Mən ol dövlətli sadiqəm, səadətin külahıyam. 
 
Süleymanam mən, ey arif ki, xatəm məndədir, məndə, 
Mən anın hökmünə təslim, Süleyman mürğü mahıyam. 
 
Neçə qalmışlara yaram, neçələrə həm əğyaram, 
Nə yerdə istəsən varam, qamu aləm pənahıyam. 
 
Şəriətəm, divanam mən, gah aşkara nihanam mən, 
Həm ol müddəi də’vası, həm onun mən günahıyam. 
 
Nəsimi, sən demə cüzvi deyilsən mim ilə nun, sin, 
Vəli oldur deyən daim qamu aləm ilahıyam. 


______________________Milli Kitabxana_______________________ 
99 
 
Ol Kə’beyi-mə’na mənəm kim, qibleyi-rəhmanıyam, 
Ol nitqü rəbbani mənəm ki, höccəti-bürhanıyam. 
 
Çün on səkiz min aləmin cudü vücudu xud mənəm, 
Cümlə cahan təndir mana, mən bu cahanın canıyam. 
 
Ol qabü-qövseynə irən, ol surəti ziba görən, 
Həm surəti-ziba mənəm, həm surəti-yəzdanıyam. 
 
Sən bu sərayi-fanidə istər isən eyni-bəqa, 
Nəfsini əvvəl tanı kim, həqqi derisən tanııyam. 
 
Ol küntə kənzi derisən, aləmdə rövşən gün kimi, 
Ol gövhərə rövşən mənəm, bil ki, mən onun kanıyam. 
 
Ol şəkkəri-lə’li-ləbin, ol tutiyi-məsti mənəm, 
Ol cənnəti-qüdsün bu gün mən bülbüli-xoşxanıyam. 
 
Götür vücudun zülmətin, eyvani-nura vasil ol 
Kim, şə’ninin nuri mənəm, mən nurinin eyvanıyam. 
 
Ariflərə hadi mənəm, çünki hidayət nuruyam, 
Sevdasıyam, sevdasının məşhuruyam, heyranıyam. 
 
Mən ol Nəsimiyəm bu gün abi-həyatım içənə 
Xızrın bəqa ömrü mənəm kim, çeşmeyi-heyvanıyam. 


______________________Milli Kitabxana_______________________ 
100 
 
Cana, rüxi-zülfündən əgər qılsa təəmmül, 
Təhqiq ilə isbat edədir dövri-təsəlsül. 
 
Ey saqi, çü saf oldu şərabi-xümi-vəhdət, 
Gəl səcdəyə fəxr eyləmə çox, qılma təəllül. 
 
Gər nəfsini bildin, həqi bişübhə tanırsan, 
Kim kəndözünü tanıdı ol sahibi-Düldül. 
 
Məhbub səninlədirü sən qafil özündən
Bilmən ki, nədəndir sənə bu dəglu təğafül. 
 
Ta eşqi-dilaram alıbdır məni məndən, 
Könlümdə nə aram qalıbdır, nə təhəmmül. 
 
Güdgün üzünü görməgə bülbül kimi zaram, 
Mən bülbüləm, ey dust, həqiqətdəvü sən gül. 
 
Məclisdə çü saqi kimi, ey dust, Nəsimi 
Dərhal sücud etdi, sürahi dedi qülqül. 


______________________Milli Kitabxana_______________________ 
101 
 
Nə sidrədir ki, boyundan qiyamət oldu faş
Görün qiyam ilə, qəddin bu sidrənin şabaş. 
 
Zəhi, türab ilə əqd eyləyən yel ilə odu, 
Zəhi, su üstünə yazan bu surəti nəqqaş. 
 
Kimin ki, eşq ilə başı əzəldən olmadı xoş, 
Xoş olmasın iki aləmdə ol bəqasız baş. 
 
Kimin ki, eşqi-həqiqətdən olmadı canı, 
Sən adəmi demə ana, anın adıdır daş. 
 
Sücuda gəlmədi illa bu mə’nidən şeytan 
Ki, ta fəqihi, xətabın ilə ola dindaş. 
 
Murada irmiyəsər kimsə həqsiz, ey qafil, 
Gərəksə şahi-cahan ol, gərəksə ol övbaş. 
 
Kimin ki, oldu nəsibi əzəldə həqdən eşq
Ana nə şərbətü mə’cun gərək, nə əppəkü aş. 
 
Fəraşü məfrəşə fəxr etmə, aşiq ol, aşiq 
Ki, aşiqin eşigində mələkdürür fərraş. 
 
Qaçan tutuş olusər axirətdə ol həqqə 
Kim, olmadı bu cahanda anın ilə tutaş. 
 
Qələndərin sifətidir fəna ilə təcrid, 
Qələndər ol, ikilikdən mücərrədü qəllaş. 
 
Şərabü şahidü sufi qaçan hərif olusər, 
Bu rəsmə ala boyanmış, bu alı çox qulmaş. 
 
Üzündür, ey sənəm, ol müshəfi-ilahi kim, 
Bilindi xətti-siyahında həm quru ilə yaş. 
 
Nəsiminin sözü çün kim, bahalı gövhərdir, 
Bu rəsmilən nə üçündür ki, satır anı bəlaş. 


______________________Milli Kitabxana_______________________ 
102 
 
Yarını satdın bahasız, bilmədin miqdarını, 
Heçə dəgməz şol kişi kim, heçə satar yarını. 
 
Cövhəri nadan əlindən müştəri alur ucuz, 
Cövhəri bilməz nə bilsin gövhərin miqdarını. 
 
Kim ki, yarından bəqasız canını gördü əziz, 
Yarını itürdi nadan, bulmadı dildarını. 
 
Aşiqin əsrarını aşiq gərəkdir kim bilə, 
Olmayan aşiq nə bilsin aşiqin əsrarını? 
 
Kim ki, qurban olmadı yolunda şol mə’şuqənin, 
Çin degil də’vası anın, heçə say iqrarını. 
 
Neyləsin yarın cəfasın çəkməyən aşiq müdam, 
Çünki yar istər həmişə aşiqin azarını. 
 
Dara çıx, yan, ey ənəlhəq söyləyən Mənsur, əgər 
Axirət darından istərsən səlamət darını. 
 
Kim ki, yarın zülfün əldən qodu yüz min can ilə
Bibəsər torpağa saldı nafeyi-tatarını. 
 
Ey Nəsimi, incuyi dürrü bilən sərrafa sat, 
Cövhəri nadana satma lö’löi-şəhvarını. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə