Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   2   3   4   5   6   7   8   9   10   ...   66

______________________Milli Kitabxana_______________________ 
43 
 
İki aləm anındır kim, gözünə həq əyan oldu, 
Həqi gördü, həqi bildi, həqi kim, bigüman oldu. 
 
Əgər Musa kimi gəlmək, təcəlli görmək istərsən, 
Nəzər qıl üzünə gör kim, iki aləm əyan oldu. 
 
Təaləllah, nə zibasan ki, hüsnün dövri-bağında 
Qaşınla kirpigin, zülfün üzündə gülsitan oldu. 
 
Qiyamət qopdu hüsnündən, yedi iqlimə yayıldı, 
Sənin qəddü qiyamından məgər axırzaman oldu? 
 
Çəlipa zülfü xalından saçın leylidürür, amma 
İrişdi ayəti-fanzur adı nurü düxan oldu. 
 
Nigarın lə’linə hərdəm tökər şəhd üstünə şəkkər
Vəli qafil nə bilsin kim, nədən şirin dəhan oldu. 
 
Məkana sığmadı zatım, əzəldəndir bədayatım, 
Nəsiminin bu mə’nidən məkanı laməkan oldu. 


______________________Milli Kitabxana_______________________ 
44 
 
Kim ki, bildi bu siratil-müstəqimin rahını, 
Əhli-irfan olduvü bildi yəqin Allahını. 
 
Göydəki cümlə məlaik adəmə qıldı sücud, 
Həq-təaladan gör anın bunca izzü cahını. 
 
Həq buyurmuş ərzülillah aqibət lil-müttəqi, 
Çün deyilsən müttəqi, mülk etmə ərzüllahını. 
 
Çün əmirəlmö’minin mən nöqteyi-bayam dedi, 
Kim ki, hərfin sirrini bilməz nə bilsin şahını? 
 
Küllü-şey’ün halik oldu, qaldı illa vəchəhu, 
Hər yanadan baxdı arif, gördü vəchüllahını. 
 
Ey Nəsimi, hər kim öz nəfsindən oldu baxəbər, 
Cümleyi-əşyada zahir gördü nitqüllahını. 


______________________Milli Kitabxana_______________________ 
45 
 
Kişi kim, xacəsi birlə qənimət tutsa xəlvətni
Qılır xadim eşigində səadətbəxt dövlətni. 
 
Kəsilgil masivallahdan, özünü bağlagil həqqə, 
Dilər isən qiyamətdə, ulu həzrətdə izzətni. 
 
Bu il böylə qılam dersən, gələn il daxi həm böylə, 
Gəl eylə-böyləni tərk et, qənimət tut bu fürsətni. 
 
Tamah adəm vücudunda bəğayət zişt illətdir, 
Qənaət nuşidarudur ki, dəf’ eylər bu illətni. 
 
Qəmindən geydigi şaldır, gör axır aşiqin halın 
Ki, didar arzusun edər diləməz hurü cənnətni. 
 
Yaman yaxşı ilə yaxşı müdara eyləsə, yaxşı, 
Kişi yetməz muradınğa, bülənd dutmazsa hümmətni. 
 
Rəvan düş mənbər üstündən, uzatma sözü, mövlana, 
Əgər əqlin kamal olsa, gəl içgil, qoy bu höccətni. 
 
Nəsimi laübalidir, ana eyb etmə, ey sufi, 
Nəçün təbdil qılım dersən əzəl gündənki qismətni? 


______________________Milli Kitabxana_______________________ 
46 
 
Surətin nəqşində hər kim görmədi nəqqaşını, 
Vahibi-surət anın gözsüz yaratmış başını. 
 
Qabü-qövseynin rümuzun sanma kim, fəhm eyləyə 
Kim ki, zahir görmədi şol mahi-bədrin qaşını. 
 
Ləbləri şirin nigarın firqətü hicranıdır, 
Axıdar yanınca şəm’in gözlərindən yaşını. 
 
Düşmədi batil xəyala, olmadı sevdası xam, 
Hər kimin kim, eşq oduyla həq bişirdi aşını. 
 
Gərçi fərraşi-məlikdir ənbərəfşan sünbülün, 
Çünki mən sultanı buldum, neylərəm fərraşını? 
 
Həqqə vasil rindü həqdən ayrıdır zahid, görün 
Xanəqahın şeyxini, meyxanənin övbaşını. 
 
Dəmbədəm sufi məlamət daşın atar aşiqə, 
Daşı qiymətsizdir anın, içini gör, daşını. 
 
Hasilin məscid bucağında gör axır kim, nədir, 
Ey məlamət eyləyən meyxanənin qəllaşını. 
 
Yaşını yandırdı eşqin, həm qurusun könlümün, 
Kim ki, eşqə düşdü, yandırdı quruvü yaşını. 
 
Könlümün şəhrində eşqin bir imarət yapdı kim, 
Ta əbəd qoparmaz andan nöh fələk bir daşını. 
 
Canımı eşqin əzəldə yoldaş etmiş özünə, 
Qoymaya yoldaşlığın həqqin bilən yoldaşını. 
 
Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil, 
Həq bilir xəlqi-cahanın sirrini, həm faşını. 


______________________Milli Kitabxana_______________________ 
47 
 
Yarə qılan vəfasını, yara qılır cəfasını, 
Ey dil, anın cəfasına qatlan, unut vəfasını! 
 
Kim ki, irişmək istədi uca boyun vüsalına, 
Oldu həmişə fərz ana çəkmək anın bəlasını. 
 
Dərd ilə xoş keç, ey könül, qəmdən usanma, çün bilir 
Aşiqi-dərdiməndinə dərdi verən, dəvasını. 
 
Zülfü qaşın qarasına bağlamayan kişi könül, 
Bilməmiş ol üzüqara, zülfü qaşın qarasını. 
 
Vəslü fəraqa vasitə çünki qədərdir, ey könül, 
Cəhd ilə kimsə qadirin mən’ edəməz qəzasını. 
 
Kövnü məkana vəslini qiymət edüb, bəha qılan, 
Yoxdur anın gözündə nur, bilməz anın bəhasını. 
 
Ta bilələr ki, az imiş aləmə feyzin, ey günəş
Yerdəvü gökdə göstərər mehri-rüxün ziyasını. 
 
Kə’bə üzündür, ey sənəm, üzünə səcdə eylərəm, 
Hacısıyam bu Kə’bənin, mən bilirəm səfasını. 
 
Ayinəsində görməyən surəti-nəqşini əyan, 
Ayinədən gedirməmiş ol qaragünlü pasını. 
 
Zülfi-dütasını anın kövnü-məkana, ey könül, 
Al və iki cahana sən vermə bir incə tasını. 
 
Canıma şol ala gözün eylədigi cəfaları 
Ol nə bilir ki, görməmiş gözlərinin alasını. 
 
Gərçi ətasıdır cəfa aşiqə şol vəfasızın, 
Can ilə istər, ey könül, aşiq anın ətasını. 


______________________Milli Kitabxana_______________________ 
48 
 
Çinü Xətaya surətin nəqşini göndər, ey sənəm, 
Ta büti-Çinə tapanın göstərəsən xətasını. 
 
Gərçi sözü Nəsiminin qabili-kimiya imiş, 
Tuncü hədidə sanma kim, xərc edə kimyasını. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə