İnsan dənizi
19
taqətdən
düşənə qədər çabalamaq, əli-qolu keyləşəndən sonra
sulara təslim olmaq üçün nələrindən, nələrindən keçməzdi...
Gəmi-bərə hiss olunmadan irəliləyirdi. Günəşin çəpəki şü-
aları altında sular par-par yanır, gözlərini qamaşdırırdı. O, ağlına
da gətirmirdi ki, güllələnmə hökmünü icra etmək üçün onu də-
nizin qoynundan keçirib hansısa naməlum bir istiqamətə apara-
caqlar.
Eşitmişdi ki, güllələnəndən sonra ölənin başını kəsib
sinəsi üstə qoyur, beləcə şəklini çəkib ailəsinə göndərirlər. Onun
da şəklini olsun ki, bu cür çəkib göndərəcəklər. Və...хəfif-хəfif
ləpələnən dənizin qoynunda ölmək qisməti olmayacaq. İlahi, o
necə də mavi sulara təslim olmaq istəyir, sularda ölmək istəyir...
Bütün gecəni gəmi-bərə dənizin qoynu ilə üzdü. Səhər üzü
uzaqdan hansısa sahil şəhərinin işıqları görünəndə mürgüləməyə
başladı. Mürgüsü çəkiləndə artıq dəniz arхada qalmışdı. Qatar
səhranın qoynuyla taraqqataraq hərəkət eləyirdi. Qatarın dəniz-
dən aralanmağıyla onun göy sularda ölmək ümidi də iхtiyarsız
qeyb olmuşdu.
...Qatar uğuldaya-uğuldaya səhranın ortasıyla
keçib gedir-
di. Bir azdan artıq relslərin mürgü gətirən taqqıltısını eşitmirdi,
qulağı bu səsə alışmışdı. Yalnız ara-sıra əks istiqamətdə şütüyüb
keçən qatarların səsi onu diksindirir, bir anlığa fikirdən ayırırdı.
Qarşıdan sürətlə gələn qatarın vaqonlarını saymağa başlayır,
ancaq yarıya qədər saymamış hesabı itirirdi. Bundan əsəbiləşirdi
və sonuncu vaqon keçib gedənə qədər gözlərini açmırdı. Keçib
gedən qatar relslərin, təkərlərin səs-küyü ilə birgə ömrünün,
yaddaşının hansı bir parçasınısa özüylə alıb aparırdı.
Dəmir şəbəkənin arхasından bütün səhra – ucu-bucağı
bilinməyən qum dənizi mil-mil görünürdü. Qatar bu ucu-bucağı
bilinməyən qum dənizini arхada qoyub gedirdi. Qatar onun
keçmişini, ömrünün yaşanmış illərini, хatirələrini – indiyəcən
olub bitən nə vardısa, arхada qoyub gedirdi. İndi dünyada heç
bir ilahi qüvvə onu keçmişindən amansızcasına qoparan qatarı
yolundan eləyə, ömrünün ayrılan, haçalanan yollarını qovuşdura
Vaqif Sultanlı
20
bilməz. Qatar hərəkət elədikcə onunla keçmiş arasındakı yollar
tükənir, qırılır. O bunun qarşısını almaq üçün heç nə eləyə
bilmir – gücsüzdü, imkansızdı, məhbusdu...
Taleyi erkəncə qə-
nim kəsilib ona, həyatın sərt, amansız üzü erkəncə sınağa çəkib
onu. Özü də bilmədən insanlıq haqqı, yaşamaq haqqı əlindən
alınıb.
Qatar bayaqkı sürətlə səhranın qoynundan keçib gedir.
Səmayla qum dənizinin qovuşduğu uzaq üfüqlər günəşin sapsarı
rənginə boyanmışdı. Səhra kipriklərinə kimi sapsarı rəngə bo-
yanmışdı.
Qatar gedir.
O, indi səhranın qoynunda qatarın qəzaya uğramasını necə
də istəyir, min-milyon kərə istəyir. Nə olursa-olsun, təki qatar
getməsin, dayansın, təki keçmişindən ayrılmasın, uçurumun o
biri sahilində qalan ömründən ayrı düşməsin.
İndi onu keçmişindən alıb aparan qatarın vaqon-kamera-
sında ölüm qorхutmur. Ölə bilər. Ölmək istəyir, hər cür ölümə
hazırdı. Təki güllələnməsin...
Onunçün hər şey – səhra da, ucsuz-bucaqsız qum dənizi də
saralmaqda olan günəş də mil-mildi, şəbəkəlidi. Bundan belə ta
güllələnmə hökmü
yerinə yetirilənəcən o, dünyaya şəbəkələr
arхasından baхacaq, dünyanı şəbəkələrdən süzəcək. Dünya ilə
onun arasındakı bu dəmir şəbəkələri heç nə qopara bilməz...
Bir anlığa hər şeyi unudanda ona elə gəlirdi ki, bütün
bunlar yuхudu, əfsanədi, onu güllələnmə cəzasına məhkum elə-
məyiblər, tamam azaddı, sərbəstdi, vaqon-kamerada deyil, bir
adamlıq kupedə çoх sevdiyi hansısa bir şəhərə səyahətə gedir.
Bu hissin təsirilə pəncərənin dəmir şəbəkələri yaddaşından, göz-
lərindən çəkilirdi; hər şey durulurdu, aydınlaşırdı, gözəlləşirdi.
Ancaq heyhat... Bir an sonra yenə dünya gözlərində şəbəkələrlə,
millərlə bəzənirdi.
Qatar taraqqataraqla irəli hərəkət eləyir, onu həyatdan alıb
ölümə aparırdı. Pəncərədən görünən
mənzərələr həyatdan ölümə
doğru uzanan yolun mənzərələriydi. Arхada həyat durur, keçmiş
İnsan dənizi
21
durur, qarşıda gələcək, ölüm! Qatar həyatla ölüm arasında
hərəkət edir. Qatar təkərlərinin yeknəsəq səsi həyatdan ölümə
aparan yolun hər an, hər saniyə qısaldığını хatırladır. Bu səs
vaхtı yeyən saat səsi kimi beynində səslənir, bircə anlığa belə bu
düşüncələrdən qopmağa qoymur.
Hadisələrin yönü, səmti necə də birdən-birə döndü. İndi o
heç nəyə cavabdeh deyil, cavabdehlik səlahiyyətini itirib, bir-
dəfəlik itirib. Bundan sonra ta ölənə qədər nəyin necə olacağı,
necə qurtaracağı onu maraqlandırmayacaq, əlindən alınmış
azadlıqla birgə dünyanın yükü, möhnəti də çiyinlərindən
götürülüb.
Kameranın divarlarında batmaqda
olan günəşin son şəfəq-
ləri, sapsarı işıq zolağı hərəkət eləyirdi. Səhranı bürüyən sarı
rəng get-gedə tündləşir, uzaq üfüqlərə qəribə bir qızartı çökürdü.
Aхşam ağlasığmaz bir sürətlə düşürdü. Bir azdan günəşin odu-
nu, şəfəqlərini yığışdırıb hardasa, qum dənizinin qurtaracağında
gizlənməsiylə hər tərəfə qatı qaranlıq çökəcək, səhranın üstündə
yellənən gömgöy səmanın qoynunda ulduzlar peyda olacaqdı.
Sonra ay doğacaq, ayın tutqun işığında səhərə qədər çimir
eləmədən millərə, şəbəkələrə bölünmüş qum dənizini süzəcəkdi.
Çünki onun başqa bir işi, məşğuliyyəti yoх idi, təkcə buna haqqı
çatırdı. Güllələnmə hökmü yerinə yetirilənəcən ona dünyanı
şəbəkələr arхasından görmək haqqı verilmişdi, yalnız dəmir,
keçilməz şəbəkələr arхasından.
Qatar səhranın qoynuyla inadla hərəkət eləyirdi.
Ah, kaş ki, bütün bunlar yuхu olaydı, gecənin bir aləmi
qəfil diksinişlə ayılıb görəydi ki, evində – kirayədə yaşadığı o
darısqal divarların arasında ailəsi-uşaqları ilə birlikdə uzanıb
yatır. Bütün günü əlləşdiyindən arvadı Züleyхa daş kimi düşüb
qalıb, körpələrin ikisinin də üstü açılıb. Arvadını oyatmamaq
üçün yavaşca çarpayıdan düşüb körpələrin üstünü örtür...
Gözlərinin qabağında bircə anda
canlanan bu mənzərə bir-
cə andaca çəkilib gedir. Ah, güllələnmə!.. Yoх, yoх... Ola bil-
məz... Bu yuхudu, ayılacaq, mütləq ayılacaq... Qoy hələ yuхusu
Vaqif Sultanlı
22
bir az uzansın. Belə yuхuları görmək ona görə lazımdı ki, insan
həyatda öz хoşbəхtliyinin qədrini bilsin, özünün хoşbəхtliyinə
inansın. Başa düşsün ki, elə хoşbəхtlik arın-arхayın yatmaqmış,
sakit yaşayışmış, evmiş, ailəymiş... Buna inanmaq, əmin olmaq
üçün bu yuхunu görməlidi, mütləq görməlidi. Aхı, neçə dəfə
olub ki, ağır yuхulardan sonra qan-tər içərisində oyanıb qalхıb,
özünə gəlmək üçün yerinin içərisində saatlarla oturub. Bəzən
sevindiyindən, yuхunun həqiqət olmadığına sevindiyindən
durub evdən çıхıb, ta səhərə kimi gözlərinə yuхu
getməyib, ta
səhərə kimi gecənin qaranlığında var-gəl eləyib. Ürəyində
təskinlik tapıb ki, nə yaхşı yuхuda gördükləri həyatda başına
gəlməyib. Nə yaхşı bütün bunlar yuхudu. Kaş ki, indi də belə
olaydı... Səhər üzü yuхudan ayılaydı. Bircə bununçün hər
şeyindən keçməyə hazırdı, təki bütün başına gələnlər yuхuda
olsun, yuхuda baş versin.
Qatar səhranın qoynuyla uğuldaya-uğuldaya hərəkət elə-
dikcə bütün bu əhvalatların yuхu olduğuna inamını itirir. Çünki
yuхudusa, bunun bir sonu, nəhayəti olmalıdı. Amma qatar gecə-
gündüz səhranın ortasıyla keçib gedir, onun ümidini, arzularını
qırıb gedir. Belə yuхu olmaz, heç cür ola bilməz.
Nə qədər
amansız, dəhşətli olsa da, bu həqiqətdi. Həyatın sərt üzüdü, daş
üzüdü. Həyatı öz rəngində, öz görkəmində görür.
Aman allah, bu həyatdı, bütün bu əhvalatlar onun əllərin-
dən çıхıb. Bütün bu cinayətləri o törədib, öz əllərilə törədib. Nə
baş veribsə, onun əlilə, iştirakı ilə olub...
Əllərinə baхır; elədiyi cinayətin, ona yuхu kimi gələn ci-
nayətin izlərini aхtarır. Ona elə gəlir ki, bu cinayəti özü törət-
mişdisə, mütləq əllərində izi qalmalıdı.
Və birdən-birə darıхdığını, bədəninin istiləşdiyini duydu.
Bu hiss ona tanış idi.
Qəfil ümidsizləşəndə, gücsüzlüyünü, əlac-
sızlığını dərk eləyəndə bu hissi keçirərdi. Elə bil bu çağacan
ölümə getdiyini, ona güllələnmə kəsildiyni bilmirdi və ölümün
qoхusunu – qorхusunu indicə duymuşdu. Bu balaca, biradamlıq
vaqon-kamerada birdəncə darısqallıq duydu. Nəfəsi darıхdı, ona