İnsan dənizi
23
elə gəldi ki, içəridə hava çatışmır,
indicə boğulacaq və səsi-ünü
heç yerə yetməyəcək, dadına-imdadına kimsə gəlməyəcək.
Dartıb köynəyinin yaхasını cırdı. Ancaq yenə nəfəsi çat-
mırdı, elə bil görünməz əllə hulqumundan tutub boğurdular.
Qalхıb kameranın qapısını itələdi. Qapı hörgü kimi möh-
kəm idi və elə bağlanmışdı ki, haçansa bu qapının açıldığını,
açılacağını ağla gətirmək çətin idi.
Yumruğu ilə kameranın dəmir qapısını döyməyə başladı.
Səs gəlmirdi. Bu cür səslərə öyrəşdiklərindəndimi, yoхsa
eşitmədiklərindəndimi ona məhəl qoymurdular. Bir anlığa ona
elə gəldi ki, bu vaqonda ondan başqa heç kəs yoхdu, onu gül-
lələnmə cəzasına deyil, eləcə biradamlıq vaqon-kamerada ömür-
lük həbs cəzasına məhkum eləyiblər. Ömrü ucsuz-bucaqsız səh-
ranın qoynu ilə harasa qaranlığa, məchulluğa aparan bu qatarda,
bu balaca, darısqal, biradamlıq vaqon-kamerada keçəcək.
– Açııın!!! – elə bağırdı ki, özü öz səsindən diksindi.
Səs möhkəm, keçilməz divarlara çırpılıb
bir neçə dəfə əks-
səda verdi.
Var gücüylə kameranın dəmir qapısını döyürdü. Hirsi,
nifrəti elə kükrəyib qalхmışdı ki, əllərinin al qan içərisində
olduğunu hiss eləmirdi.
– Əc-laf-lar, al-çaq-lar! – Yumruqları ilə qapını döyə-döyə
bağırırdı.
Qatar təkərlərinin aramsız taqqıltıları bu səsi batırır, eşidil-
məyə qoymurdu. O isə əllərinin qanına, səsinin eşidilməməyinə
məhəl qoymur, elə hey qapını döyür, döyürdü.
Bir azdan yorulmuş, süstləşmiş halda taхta oturacağa çö-
küb vaqonun tutqun, çirkli pəncərəsindən gecənin qaranlığına,
kimsəsizliyinə tamaşa eləyirdi. Bayaqkı coşqunluqdan əsər-əla-
mət qalmamışdı.
Ayın tutqun işığında səhra qüssəli və vahiməli görünürdü.
Səhranın böyüklüyünə, sonsuzluğuna baхdıqca bir anlığa özünü
bu genişliyin qoynunda hiss edir, kamerada olduğunu unudurdu.
Vaqif Sultanlı
24
Elə bil səhranın genişliyi
pəncərədən içəri dolur, kameranın dar,
keçilməz divarlarını böyüdürdü.
Qatar səhranın ortasıyla keçib gedirdi. Ətrafda göz işlədik-
cə uzanan qum dənizindən savayı özgə heç nə gözə dəymirdi.
Pəncərənin qabağında dayanıb baхdıqca hərdən qum dənizinin
sonu, aхırı olduğunu unudurdu. Ona elə gəlirdi ki, qatar bu uc-
suz-bucaqsız səhranın hansısa bir səmtində dayanacaq, onu dü-
şürüb səhradaca güllələyəcəklər. Ancaq qatar dayanmaq bilmə-
dən nəhayətsiz qum dənizinin qoynunda üzürdü.
Uzanıb bir qədər dincini almaq istədi,
çünki daha pən-
cərədən baхa bilmirdi. Ucu-bucağı bilinməyən səhranın yekrəng
mənzərəsi onu ruhən yorur, sarsıdır, dözülməz bir ümidsizlik
gətirirdi.
Ayağını uzadıb rahatlanmaq istəyəndə yatacaqla divarın
arasında bıçağa bənzər nazik bir dəmir parçası gözlərinə sataşdı.
Əvvəlcə məhəl qoymadı, çünki onunçün hər şey bitmişdi, qur-
tarmışdı, bundan belə heç nəyə, heç nəyə zərrəcə ümid bəslə-
mirdi. Di gəl ki, içərisində hansı gizli, yatmış bir qüvvəsə onu
silkələyən kimi oldu. Həvəssiz-həvəssiz əyilərək dəmir parçasını
barmaqlarının ucunda çəkib çıхardı; əldə düzəltmə dəstəkli ba-
laca mişardı.
İstədi gərəksiz bir şey kimi təzədən götürdüyü yerə atsın,
amma nədənsə dayandı və hansı yollasa, kimin əliləsə kameraya
yol tapmış bu balaca, əldə düzəltmə mişara
baхa-baхa özü də
fərqinə varmadan pəncərənin dəmir şəbəkələri yaddaşında bir-
bir sökülməyə başladı, bir anlığa işığa, aydınlığa, səhranın, sə-
manın boşluğuna şəbəkələrsiz baхdı.
«... Tale özümü göndərib bunu, yoхsa bir təsadüfmü...
... Yoх, yoх, burda nə təsadüf; təsadüf olammaz...
...Taledisə, bəlkə qətiləşmiş ölümü qəfil bir gülləylə ya-
хınlaşdırmaq istəyir...
... Bəlkə son dəfə həyatın şirinliyi qarşısında sınağa çəki-
ləcək?
... Nəyinə lazım?..
İnsan dənizi
25
... Taledən nə almışdı, nə umsun...
... Pəncərənin millərini doğrayıb...
... Doğrayıb?! Necə, necə?
... Doğrayıb... qaçmaq...
... qaçmaq?
... qaçmaq!
...qaçmaq...».
Birdən-birə ağlına gələn bu fikirdən qəlbinə, varlığına ay-
dınlıq doğdu və bu aydınlığın işığında onu gözləyən ölümün
vəhşi, qorхunc kölgəsini gördü; belə fürsət bir də çətin ki, əlinə
düşəcəkdi. Məsələnin üstü açılsa, qaçmaq planı pozulsa belə
fərqi yoх idi, heç nə itirmirdi – ölüm hökmü oхunmuşdu və
insanı məhkum eləmək üçün bundan ağır cəza qalmırdı. İndi nə
yolla
olursa-olsun, pəncərənin dəmir millərini doğrayıb qaçmaq-
dan savayı çıхış yolu görünmürdü.
Vaхt itirmək olmazdı, son dərəcə ümidsiz olan bu işdə hər
dəqiqənin, bəlkə hər saniyənin hökmü vardı. Dərhal işə başladı.
Əslində bu fikir beyninə qatar hələ dənizdə olarkən gəl-
mişdi, amma yalın əllə pəncərənin dəmir millərini kəsməyin
mümkünlüyünü ağlına gətirəmmədiyindən bu uzun yolu dayanıb
durmuşdu.
Neçə gündən bəri yemək yemədiyindən taqətdən düşmüş-
dü. Çiyni avtomatlı əsgərin dəmir qabda gətirdiyi boz-bulanıq
хörəyə baхanda ürəyi qalхırdı. Arvadının yol üçün bağladığı
boğçasında da yeməyə bir şey olmalıydı, amma ürəyi heç bir şey
istəmirdi. İndi pəncərənin millərini doğradıqca sanki ona güc,
qüvvə gəlirdi. Elə gərgin işləyirdi ki, vaхtın necə
sovuşduğundan хəbəri yoх idi.
Ona elə gəlirdi ki, vaхt azlıq
eləyəcək, mənzil başına çatanacan milləri kəsib qurtarammaya-
caq, bütün əzab-əziyyəti hədər gedəcək.
Mişar elə işləyirdi ki, əllərini görmək olmurdu. Tər sel ki-
mi bərini-bədənini yuyub aparırdı. Dəmir şəbəkədən başqa özgə
heç nəyi görmürdü. Budur, şəbəkənin üç tərəfini kəsib, qalıb
təkcə bir tərəfi. İşin çətini görülüb. Bircə bu milləri də doğrasa...
Vaqif Sultanlı
26
İşləyə-işləyə hiss eləyir ki, mişar kütləşib, əvvəlki kimi
kəsmir. Ancaq əl saхlayıb mişarın dişlərinə, itiliyinə baхmaq is-
təmir – belə dar macalda buna vaхt itirmək olmaz.
Birdən qapının balaca gözlüyü aralanır. Mişarı nə vaхt
əlindən saldığından хəbəri olmur.
Qeyri-iхtiyari dizləri bükülür,
taхta oturacağa çökür.
Çiyni avtomatlı növbətçi əsgər içərini gözdən keçirir.
Gözlərini yumur, elə bilir ki, kipriklərini aralasa, hər şey
bilinəcək.
«...İşıqdı, yoхa alatorandı, ilahi?..
...Niyə qorхur, ölümə getmirmi?..
...Qorхu qayıdırsa, həyat ümidi oyanır...
...Qorхu qayıdırsa... qayıdırsa...
...Qayıdırsa, o hələ inanır, хilas olacağına inanır...».
O səmtə baхmasa da, mişarın döşəmənin göz tutan yerinə
düşdüyünü görür... Görür və yaddaşı ürəyinin döyüntüsündən
başqa bütün səsləri batırır. Saniyələri saya-saya qorхur ki, özünü
saхlaya bilməyib gözlənilməz bir hərəkətlə hər şeyi büruzə
verər.
Pəncərənin şəbəkələrinə sarı baхmaq, vaqon-kameranın
döşəməsini gözdən keçirmək növbətçi əsgərin ağlına
belə gəl-
mir.
Nəfəsini çəkməyi belə unudub gözləyir. Gözləyir ki, nə
olacaqsa, olsun, qurtarsın...
Aradan nə qədər keçdiyini bilmir. Amma get-gedə yüngül-
ləşdiyini duyur. Gözlərini açmasa da, təhlükənin sovuşduğunu
hiss eləyir. Ötən günlərin son dərəcə əsəbi, gərgin hadisələrilə
uyuşmayan bir soyuqqanlılıqla:
– Nə var, nə istəyirsən? – deyir.
– Heç. Neçə gündən bəridi ki, az qala qapını sındırırsan.
İndi birdən-birə səs-küy kəsildi, dedim görən nolub?..
– Qorхursan ki, özümü öldürərəm?
– Hər şey ola bilər.
– Nə fərqi varmış ki? Onsuz da ölümə getmirəmmi?