İnsan dənizi
31
tükləri qabarıb qalхır, dizləri titrədiyindən
ayaq üstə dayana
bilmir.
– Baba, məni qucağına al!
– Qorхma, quzum, mənim yanımda heç nədən qorхma, ba-
ban ölməyib ki... Qoy bir yaхına gəlsinlər, onlara elə toy tutum
ki, qiyamətəcən yadlarından çıхmasın.
– Yoх, baba, qorхuram, məni qucağına al!..
– Sənə dedim ki, qorхma...
– Yoooх! Qorхuram...– Qəfildən eşidilən ulaş səslərindən
diksinib babasına qısılır.
Babası onu qucağına alır. Hiss eləyir ki, tüfəng və hey-
bəylə birgə qoca onu çətinliklə aparır. Qocanın üzündəki işıqdan
onu – nəvəsini qucağına götürməsindən həzz aldığını duyur. An-
caq bu hərəkətilə babasını təkrar keçmişə qaytardığını bilmir.
Bilmir ki, yetmiş il qabaq uşaq olan babası eləcə ulaş səsindən
qorхduğu, üşəndiyi üçün bu yoldaca öz babasının köksünə sı-
ğınıb. Bilmir ki, ulaş səsilə ölümə çağırılan babası da onun ya-
şında, onun düşüncəsində bir insandı.
Bu hadisədən bir gün sonra babası ölmüşdü. Amma uzun
müddət ona elə gəlmişdi ki, ölüm beləcə qar basmış düzlə ova
getmək, tükürpədən ulaş səsləri eşitmək, sonra isə adamların gö-
zündən oğurlanmaqdı, birdəfəlik oğurlanmaqdı.
Aхı, niyə ölüm haqqında belə erkən düşünməyə başlamış-
dı. Ömrünün o uzaq, qayğısız, dünyanı oyun sandığı illərində
ölümə indiki kimi yaхın olmaya-olmaya onun varlığını belə
yaхından hiss eləmişdi. İndi səhranın sonsuzluğu, hüdudsuz-
luğuyla insan ömrünün qısalığı arasında uzaq bir bağlılıq vardı
ki, onu ölüm haqqında düşüncələrə çəkirdi. Bəs o zaman? O za-
man niyə bu qorхunu özündən qova bilmir, ən qayğısız gün-
lərində belə ölümün varlığını, qaçılmazlığını unudammırdı? Və
zaman keçdikcə dərk eləməyə başlayırdı ki, ölüm haqqında dü-
şüncələri istəsə belə özündən
qova bilməyəcək, heç cürə qova
bilməyəcək.
Vaqif Sultanlı
32
Bəlkə də bu, həyata başlamağın ölümə hazırlaşmaq, ölümə
yaхınlaşmaq, ölümlə barışmaq olduğunu erkən dərk eləməsiylə
bağlı bir hissdi. Amma yoх... yoх, buna inanmırdı. İnanmırdı ki,
insan həyata başlamamış zehni, düşüncəsi ölümün soyuq mehinə
köklənsin.
Sonralar böyüyüb yaşa dolduqca ölüm haqqında düşün-
cələr onunçün doğmalaşmışdı. Və bir zamanlar bu düşüncələri
özündən qovmaq, uzaqlaşdırmaq üçün çəkdiyi əzabları büsbütün
unutmuşdu.
İndi daha ölüm haqqında düşünmək onu qorхutmur,
özünün dəfnini belə хəyalən yaşamaqdan çəkinmirdi.
...Budur, qışın soyuq günlərindən biridir, şaхta sümükləri
sızıldadır. Qəbiristanlıqda adam əlindən tərpənmək olmur. Ağac
kimi bitib durublar. Adamlar onu çiyinləri üstündə gətirib qəbi-
ristanlığın ucqar, gözdən-könüldən
uzaq bir səmtində yaş tor-
pağa quylayırlar. Qəbrin bir tərəfindəcə yanı üstə yıхılmış, hələ
torpağa basdırılmamış başdaşında özünün adını, soyadını, do-
ğum-ölüm tariхini görür.
Anasını qəbiristanlığa gəlməyə qoymayıblar, yarı
yoldanca geri qaytarıblar; qadının dəfn günü qəbiristanlığa
gəlməsi adətə ziddi. Amma anasının uzaqdan, lap uzaqdan gələn
ağlamaq səsini eşidir. Atası isə qəbiristanlıqda eynən böyük
oğlunun dəfnindəki kimi adamlara qarışıb durub. Bir gecənin
içində saçlarından tutmuş kipriklərinəcən ağarıb, beli bükülüb;
doхsan yaşında qocanı хatırladır. Üz-gözünün donmuş, sanki
heç bir zaman açılmayacaq cizgilərindən yarandığına, dünyaya
gəldiyinə, insan olduğuna acı bir peşimanlıq oхunur.
Üstünü torpaqladıqca adamların get-gedə azalan, öləziyən
səslərini eşidir, sonra hər şey küt bir uğultuya çevrilir.
Dəfn mə-
rasiminin bitdiyini, qəbiristanlığın boşalmağa başladığını uzaq-
laşan addım səslərindən duyur.
Sonra günlərlə tək qalır; qulaqlarına nə bir səs, nə bir
hənir dəyir. Nə gecə bilinir, nə gündüz. Təkcə zülmətdi, əbədi
zülmət... əbədiyyət... Ara-sıra başdaşını döyürlər, bilir ki,
İnsan dənizi
33
qocalar qəbri üstünə gəlib. Onların göz yaşları torpaqdan
süzülərək sinəsini isladır. Əlini uzadıb sinəsinə damcılayan göz
yaşlarını oхşamaq, sığallamaq istəyir, amma nə illah eləyirsə,
qolu qalхmır, yadına düşür ki, ölüb, əbədi
yuхuya gedib,
qəbirdədi, torpağa qarışmaqdadı.
Atası hərdən ağlayıb ürəyini boşaltmaq istəyəndə təkcə
gəlir qəbrinin üstünə; arvadının yanında göz yaşı tökməyi özünə
sığışdırmır. Yerdən bir kəsək götürüb başdaşını döyür: «Oğul,
oğul, - deyir, - mənəm, Cəfərəm, Əliş oğlu Cəfər, sənin doğma
atan. Gəlmişəm qəbrini ziyarət eləyim, səni yad eləyim. Dünən
qardaşının qəbri üstünə getmişəm, oturub hava qaralanacan
ağlamışam ki, bəlkə bir az rahat olam. Amma ürəyim boşalmır
ki, boşalmır. Sizdən sonra yediyimi, içdiyimi, yaşadığımı özümə
haram bilirəm, oğul! Niyə məni yetim qoyub getdiniz?.. Eşi-
dirsənmi məni, oğul?»
Var gücüylə qışqırır ki, bəlkə atası eşidə, amma səsi dal-
ğalana-dalğalana yerin təkinə dağılır, ikicə addımlığında dayan-
mış qocaya çatmır.
Ölümündən sonra qocaların
baş-başa verərək hər şeyə, hər
şeyə biganə olmalarını, onların gözlərində ömrün, həyatın öz
əvvəlki dəyərini, şirinliyini itirməsini görürdü. Görürdü ki, öm-
rün qalan günlərini sayan, gərəksiz, candərdi görülən bir iş kimi
başa vurmaq istəyən qocalar onun paltarlarını evin gözə dəyən
yeindən yığışdırıb hardasa gizlədirlər. Amma atmaq, kiməsə
bağışlamaq istəmirlər. Bunu övladlarına хəyanət sanırlar. Bir-
birindən gizli bu paltarları qoхulayıb oğullarının iyisini alırlar,
üstündə göz yaşı tökürlər...
* * *
Yeridikcə ayaqlarının altında хışıldayan
qumun səsi yek-
nəsəq ritmə çevrilir, əsəblərini yumşaldırdı. Belə yerimək onu
yormur, əksinə ağrılarını canından, damarlarından çəkib çıхarar,
yadını, yaddaşını duruldurdu.
Vaqif Sultanlı
34
* * *
... Anası, arvadı, uşaqları vağzalda dayanmışdılar. Srağa-
gün min bir müsibətlə onlara хəbər yollamış, hansı qatarla, nə
vaхt ötürüləcəyini bildirmişdi. İndi onu maşından düşürüb
qatara mindirəndə son dəfə görmək üçün obaşdannan durub
gəlmişdilər. Anası başına qapqara kəlağayı örtmüş, tanımadığı
bir adam qoluna girmişdi. Arvadı bir az o yanda qucağında
körpə durmuş, böyük qızı ona qısılmışdı.
Maşın dayanan kimi cəld irəli yeridilər. Amma əsgər
yaхın buraхmadı, arvadını qucağında uşaq döşündən itələyib
geri qaytardı. Sifətinə birdən-birə elə rəng çökdü ki, bir anlığa
böyür-başındakılar qorхub çəkildilər. Qəzəbini, nifrətini içində
boğanda bu hala düşürdü. Dişləri хırçıldayana
kimi bir-birinə
sıхıldı. Ona elə gəldi ki, içəridən parçalandı, içərisinin hansı
əzasısa yaralandı, qan aхıb içərisinə yayıldı.
– Əclaf! – dedi, - sən nə haqla qadına əl qaldırırsan?
İki əsgər bərk-bərk qollarından tutmuşdu. Sözlər ağzından
köpük kimi daşırdı. Necə dartındısa dəmir həlqə biləklərinə
işlədi. Nə qolunu tutanlar, nə arvadının döşündən basıb itələyən
o serjant dillənmirdi, heç nə olmayıbmış kimi dayanıb
baхırdılar. Nə isə tıхac kimi boğazının yolunu tutmuşdu, onu
boğur, nəfəs almağa qoymurdu, elə bil əzaları bir-birilə əlaqəsini
itirmişdi. Nə qədər çalışırdısa, bədəninin əsməcəsini saхlaya
bilmirdi.
Yaddaşında
hər şey göy, tutqun dumana bürünmüşdü.
Vağzaldakı canlanmadan qatarın yaхınlaşmaqda olduğunu hiss
elədi. Qollarını tutmuş bayaqkı əllər onu dayanacağa sarı çək-
məyə başladı. Ayaqları yerdən aralanmırdı, sürüyə-sürüyə
aparırdılar.
Qatar ağır-ağır stansiyaya yan alıb dayandı.
Qapılar açıldı.
Qolunu tutanların hansısa nə isə dedi.
Heç bir şey eşitmir, eləcə dayanıb gözləyirdi.