98
1879-cu ilin oktyabrın birində İrəvan vilayətində şəhər
şuraları təsis olundu.
1
Qafqaz ölkələrinin o zamankı bölgüsü barədə
Seyid Həsən Tağızadə yazır: "Nəhəng Rusiyanın bir
əyaləti olan Qafqazın mərkəzi hökuməti Gürcüstanın
paytaxtı Tiflis şəhəri idi. Çar sarayının səlahiyyətli nü-
mayəndəsi, rusların öz sözü ilə desək, "namestnik"
adlanan hakim və baş rus general-qubernatorunun qə-
rargahı Tiflis şəhərində yerləşirdi. Gürcüstan, Bakı,
İrəvan və digər bir neçə əyalət general-qubernatora ta-
be idi. Yuxarıda qeyd etdiyimiz əyalətlər "quberniya"
adlanırdı və onların da başında "qubernator" adlanan
vali dayanırdı. O, Osmanlı əyalətlərindəki vilayət vali-
sinə bərabər idi (İrəvan əyalət qubernatoru kimi). Hər
vilayət bir neçə nisbətən böyük vilayətə bölünürdü ki,
rusca buna "uyezd" deyilirdi. O, Osmanlı vilayətinin
bölgüsündəki "sancağ"a bənzəyirdi. Osmanlıların "mü-
təsərrof"una bənzəyən "uyezd" hakiminə "naçalnik"
deyilirdi.
Məsələn, İrəvanın əyalət vilayətlərindən biri
(uyezd) Naxçıvan idi. O, İrəvan valisinə tabe idi və
mərkəzi adı çəkilən Naxçıvan şəhəri idi. Hər vilayət və
yaxud "uyezd" də "uçastka" adlanan (Osmanlı dövlə-
tindəki qəzaya bənzər) kiçik vilayətə bölünürdü və
onun da başında "pristav" dayanırdı (osmanlıların
qaim-məqamı kimi). Naxçıvan böyük vilayətinə tabe
olan kiçik vilayətlərdən biri Araz çayının yaxınlığında,
Ələmdar və Gər-Gər nahiyəsi ilə üzbəüzdə yerləşən
Ordubad qəsəbəsi idi ki, təxminən Mərənd və yaxud
Şəbüstər boyda olardı.
1
Bax: Azərbaycan Ensiklopediyası. İrəvan quberiniyası bölməsi
99
Kiçik vilayətlər və yaxud "uçastka"lar da bölüklərə
bölünürdü ki, hər bölüyə və ya mahala da "çast" deyir-
dilər. Kəndlərin bir hissəsini əhatə edən bölük bütöv-
lükdə "uçastka"ya tabe idi. "Çast" Osmanlı vilayətinin
bölgüsündəki nahiyəyə oxşayırdı və hər "çast"ın
rəhbərliyində "qlavar" dayanırdı ki, bu da Osmanlıdakı
müdirə bərabər idi. Məsələn, erməni olan İklis (Əkvalis)
bölüyündə yüksək və aşağı təbəqə var idi və hər biri
"qlavar" adlı hakimə malik olan "dəstə"nin bölüyü
Ordubada tabe idi. Hər nahiyə də kəndləri əhatə edirdi.
Məsələn, ondan iyirmiyə qədər kəndin kəndxudasına
"katta" deyirdilər və Dəstə nahiyəsinin kəndlərindən biri
olan Vənənd kəndi atamın doğulduğu yer idi".
İrəvan Nəsrəddin şah dövründə
Hicri-qəməri tarixi ilə
1265-ci ildə, Nəsrəddin şahın
hakimiyyətinin ikinci ilində II
Aleksandr Qafqazdakı işləri
qaydaya salmaq üçün İrəvana
gəlir. Mirzə Tağıxanın məslə-
həti ilə şah baş adyutant Əziz
xana tapşırıq verir ki, İrəvana
gedib Qacarlar dövlətinin hə-
diyyələrini II Aleksandra çat-
dırsınlar. Etimadüs-səltənət
Məhəmməd Həsən xan bu-
nunla bağlı yazır: "...İlin əsas
hadisəsindən biri də rus
dövlətinin həzrət vəliəhdinin
qarşılanması üçün baş adyutant Əziz xanın İrəvana
getməsidir. O günlərdə rus dövlətinin vəliəhdi, mər-
100
hum Nikolayın oğlu və hal-hazırda imperator olan
əlahəzrət II Aleksandr Qafqazda və Gürcüstanda qay-
da-qanun yaratmaq üçün İrəvana gəlmişdi. Məlum ol-
duğu kimi, bu iki dövlət arasında bir zaman mühari-
bələr getmişdi. Ordu əmiri Səvabdid Mirzə Tağı xan
sonralar ordunun baş komandanı vəzifəsinə təyin edil-
mişdi. Baş adyutant Əziz xana şah sarayından göstəriş
gəldi ki, əbədi dostluq nümunəsi olaraq qiymətli daş-
qaşlarla və almaslarla bəzədilmiş bir portret və asiman
rəngli həmayil həzrət vəliəhdə hədiyyə aparılsın. Döv-
lət səfirinin birinci müavini, ordu xəzinədarı İsmayıl
xan ordu əmirinin Gürcüstan general-qubernatoru üçün
nəzərdə tutduğu hədiyyələri dəvələrə yüklədi. Əziz xan
şah sarayından Zəncana gəldi, bir neçə gün orada
molla Məhəmməd Əlinin dəstəsi ilə mübarizə apardı.
Sonra Araz çayının sahilinə endi və rus sərhədçiləri
tərəfindən ona yüksək qonaqpərvərlik göstərildi, onu
qəbul etmək üçün hər cür şərait yaradıldı. Oradan isə
vəliəhdin gəlməsinə səkkiz gün qalmış İrəvana yola
düşdü və gəlib həmin vilayətə çatdı. Sabahısı gün
səfirliyin birinci müavini İsmayıl xan Tiflisə yollandı.
O, ordu əmirinin hədiyyələrini Gürcüstan general-
qubernatoruna çatdırıb, altı gündən sonra geri qayıtdı.
Səkkizinci gün Əziz xan vəliəhdlə görüşdü. O, İrəvana
gəlib çatandan iki saat sonra eşik ağasını və xüsusi
adyutantını faytonla Əziz xanın yanına göndərdi. Əziz
xan səfirliyin əməkdaşları ilə birgə çarın hüzuruna
gəlib, həmayili və Humayunun portretini ona təhvil
verdi. Əlahəzrət şahənşahın səmimi dostluq, ittifaq
tərəfdarı olduğunu bildirdi. Vəliəhd hədiyyələri qəbul
edib, əvəzində Əziz xana və səfirliyin hər bir əməkda-
şına xüsusi iltifat göstərərək, onlara qiymətli hədiyyə-
101
lər verdi. Vəliəhd cavabında onun da böyük məhəbbət
və minnətdarlığının şahənşaha çatdırılmasını istədi.
1
Hicri-qəməri tarixi ilə 1291-ci ildə (miladi tarixi ilə
1875-ci ildə) vəliəhd Müzəfərəddin Mirzə də Xuda-
fərində İrəvan hakimi ilə görüşdü. Təbrizdən göndəril-
miş aşağıdakı teleqraf xəbərində də İrəvan hakiminin
öz heyəti ilə birgə Xudafərində vəliəhdlə (Müzəf-
fərəddin Mirzə) görüşündən danışılır: "Təbriz... Ordu
qəzetində cənab sahibdivanın yazdığına görə, ayın 17-
də [zilqəddə] Xudafərin körpüsündə İrəvan hakimi
Rusiyanın 8 nəfər hörmətli mənsəb sahibi ilə birgə
İranın ali dövlət nümayəndəsi - zamanın vəliəhdi ilə
görüşmüşdür... Onlar üç gün həmin yerdə qalaraq, əla-
həzrətin qonağı olublar".
2
Bu illərin diqqətçəkən hadisələrindən biri də
Nəsrəddin şahın Avropa səfəri zamanı (hicri-qəməri
1306-cı ilin şaban ayının 12-dən 1307-ci ilin səfər
ayının 24-nə qədər) İrəvandan keçməsidir. Şah öz
“Səfərnamə”sində bu vilayəti görməsini belə təsvir
edir: "Culfada aşağıdakı şəxslər şahla görüşə gəlmişdi:
İrəvan hakimi general Litvinan Şalikov, İrəvan jandar-
meriyası Burşakov, polkovnik Fon Derton və İrəvan
əyalətinin mühəndisbaşısı, digər çoxlu sayda böyük
sahibmənsəblər...
Bundan əlavə, Ordubad üləmaları da şahın hü-
zuruna gəlmişdilər: Vaiz Hacı Mirmufid, tayfa başçısı
Hacı Mirhaşım, müdərris Ağa Mir Yəhya, Ağa Mir
Yusif, nəccar Ağa Mirsadıq və digər rəhbər şəxslər...
1
Bax: Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn
Nəvainin redaktəsi ilə, I cild, səh.987
2
"İran" qəzeti. 241-ci say, seşənbə günü. 1291-ci il zilqəddə
ayının 26-sı, 1875-ci il yanvarın 5-i. Məhəmməd Hafizzadənin
"Araz tarixin keçidlərində" əsərindəki hekayətdən, səh.193
Dostları ilə paylaş: |