Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
118 
 
Qorxusuz uzaq yol yaxşıdır, inan! 
Çox yığıb, yükünü ağır etmə sən, 
Qoşunun içində dilə düşərsən. 
Əlinə keçərsə əgər qənimət, 
Ondan yoxsula da qoy çatsın qismət. 
Bir pay ver xəlvəti pay istəyənə, 
Allahın rizası bəs edər sənə. 
Gizlincə verilən bir bəxşiş, inan, 
Hifz edər insanı dərddən, bəladan. 
Orduya nə versən, rütbəylə payla, 
Yol xərcindən artıq pul vermə əsla. 
Qarınqulu adam olsa da qoçaq, 
Qarnı doyan kimi tənbəl olacaq. 
Nə o qədər ver ki, sərxoş olsunlar, 
Nə də elə et ki, lap ac qalsınlar. 
Nə çox bərk, nə çox boş et rəftarını, 
Orduda itirmə etibarını. 
Gündə iki dəfə qurub ziyafət, 
Bütün başçıları sən eylə dəvət. 
Heç bir yad ölkədə şərab içmə sən
Heç yerdə əylənmə Ruma dönmədən. 
Nurani adama tapşır əmanət, 
Olmaz duru suda toz, ya üfunət. 
Günəş hər bir şeydən pak olduğundan 
Dağ, dəniz sirrini gizlətmir ondan. 
Xoşbəxtlik istəsən, xoşbəxti tanı, 
Xoşbəxt xoşbəxt edər çünki insanı! 
Bədbəxt adamlardan ol daim kənar 
Ki, üzüm üzümə baxıb qaralar. 
Doğma xislətindir vəfalı olmaq, 
Çalış ki, əslini itirmə ancaq. 
Biri adətini dəyişsə əgər, 
Yığdığı dövlət də onu tərk edər. 
Köhnə xasiyyətdən dönmə heç zaman. 
Xasiyyət dəyişmək deyildir asan. 
Aqil ol, əl çəkmə xasiyyətindən, 
Özgə xasiyyətə uyma qətiyyən! 


               _______________  
Milli Kitabxana
  ________________ 
119 
 
Həmişə düz gedən piyada əsgər 
Vəzir olan kimi əyri yol gedər
176

Taleyi xoş olan xoşbəxt adamla 
Aranı xoş elə, çəkişmə əsla. 
Hər bir hadisədən ötrü fələklə 
Bəhs etmə, onunla xoş rəftar elə. 
Ruzigar nə versə qəbul eylə sən, 
Çalış, ustadının çıxma sözündən. 
Incimə dövlətin etdiyi nazdan, 
Dövlətin nazında dövlət taparsan. 
Vaxtı yetişəndə sənin də, əlbət, 
Çəkəcək nazını bir gün o dövlət. 
Sədəfin qabığı xeyli bərk olur, 
Odur ki, içi də dürlə doludur. 
Bərk daşlar içində gizlənər gövhər
Gövhər çətinliklə əldə edilər. 
Bəd gündə ulduzdan olma bədgüman
177

İşlər yaxşılaşar, əlbət, bir zaman. 
Göy rəngli günbəzdən olma mükəddər, 
Aqibət xeyr olar, düzələr işlər. 
İş bərkə düşəndə, məyus olma sən, 
Könlünə qüvvət ver, bəxtinə güvən. 
Göyə atılan daş yerə tez düşər, 
Bu qısa müddətdə işlər dəyişər
178

Zülmü birdəfəlik yadından çıxar, 
Çünki zülmkarlıq ömrü azaldar. 
Padşah ədaləti çıxartsa yaddan 
Ölkəsi tez olar zülm ilə viran. 
Allah ədalətçün yaradıb səni, 
Zülm etmə, ədl ilə saxla ölkəni! 
Pis fikrə düşərsə yaxşı bir insan, 
Özünə yamanlıq eləyər, inan! 
Dünya yaranandan belədir qanun
Dəyişir istisi, soyuğu onun. 
Havada olanda belə ziddiyyət, 
Onda heç axtarma, heç umma səhhət. 
Yaxşısı budur ki, ildə hər fəsil 


               _______________  
Milli Kitabxana
  ________________ 
120 
 
Öz qaydası ilə keçsin müttəsil. 
Gərək bahar fəsli keçə bahartək, 
Yay da yaylığını göstərə gərək. 
Bir şey qaydasından çıxarsa kənar, 
Ondan üz döndərər, əlbət ki, ruzgar. 
Əgər pislik etsə bir nəfər sənə
Sən yaxşılıq etsən bir özgəsinə, 
Onu da, bunu da yad etmə əsla, 
Xalqa bədguluqdan dilini saxla. 
Çalış ki, kirpiyin olsun almaztək
179

Ayıq ol, ölkənin keşiyini çək. 
Belə məsəl çəkmiş aqil bir insan: 
"Qurd girməz sürüyə, yatmasa çoban!" 
Canın möhkəm olsa, döşünə döymə, 
Gülüb, yersiz-yersiz özünü öymə. 
Acizlik üz versə, qəm çəkmə yenə, 
Bunu da bildirmə özgələrinə. 
Özünü şad göstər, heç olma qəmgin. 
Gizlin dərdin olsa, zahirdə sevin. 
Qarşına bir döyüş, qovğa çıxarsa. 
Döyüş adamına ehtiyac varsa, 
Başqa bir ordudan qaçıb gələni 
Əsla qəbul etmə, aldadar səni! 
Qaçmağa öyrənmiş adam qaçacaq, 
Sənin də ordunu xarablar ancaq! 
Döyüşdə qələbə çalmaq istəsən, 
Müzəffər sərkərdə seç özünə sən. 
Qələbə qazanmış xoşbəxt atlılar 
Səni hər səfərdə edər bəxtiyar. 
Yaxşı, pis,- nə etsən, həmişə bil sən. 
Yaxşını allahdan, pisi özündən." 
Bu məşhur naməni qurtarıb ustad, 
Şaha təqdim etdi, o da oldu şad. 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
121 
 
ƏFLATUNUN NƏSİHƏTNAMƏSİ 
 
Oyanıb qalxanda günəş yuxudan 
Müşkə kufur səpdi sanki asiman
180

Şad xəbər göndərib dedi: "Əflatun 
Qələmlə ipəyə nəqşələr vursun. 
Elə gözəl namə yazsın o gərək, 
Hər bir oxuyana eləsin kömək!" 
Şahın buyruğuyla əzəmətli pir 
Mədəndən gövhərlər çıxardı bir-bir. 
Müti qələmindən saçıldı gövhər, 
Beləydi dəftərə yazdığı sözlər: 
"Bizdən yaradana min-min ehtiram, 
Yerdən də, göydən də ziyadə salam!" 
Allaha şükr elə mədəni açdı, 
Sonra söz bəzminə gövhərlər saçdı: 
"Şahımız ucadır bütün aləmdən, 
O, parlaq gövhərdir, bu aləm - mədən. 
Əsildir, yüksəkdir o da gövhərtək, 
Özünü həmişə qorusun gərək
181

Hər kəs, yaxşı-yaman, - nə qoysa əsər, 
Bununla zatını büruzə verər. 
Oğru ovlağıdır bizim bu cahan, 
Onu özbaşına qoyma heç zaman! 
Keşikçi olmasa həmişə ayıq, 
Deyildir dünyanı güdməyə layiq. 
Hər kim bu dünyanı istəsə tutmaq, 
Qılıncla, tədbirlə fəth edər ancaq. 
Mərdlərin qan tökən qılıncı, bəli. 
Alim tədbirilə olar kəsərli! 
Şahın məclisi də gərək hər zaman 
Ola alimlərə şərəfli məkan. 
Şah yeyib-yatmağa meyl etməyərək
Bilik toplamağa çalışa gərək! 
Şaha yoldaş olam iki bəla var, 
Yoxsuldan uzaqdır həmin bəlalar; 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə