Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə64/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   56   57   58   59   60   61   62   63   64

               _______________  
Milli Kitabxana
  ________________ 
259 
 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
260 
 
Rud - nəhr, böyük çay; yeddi rud - yeddi iqlim-dünya, aləm...  Hindu  -
qaranlıq; çadır - səma. Burada çay dünya çadırının ipinə bənzədilir. 
222 
 
İp üstə oynadı şah bir hindlitək... 
Şah ip kimi incə və təhlükəli bir yol ilə getdi. 
223
  Qılavuz - yol göstərən, bələdçi. 
224 
 
Qırmızı pərdəni göy yığan zaman 
Düşdü qızıl teşti uca damından. 
Günəş özü teştə, işığı isə qırmızı pərdəyə oxşadılır. 
Beytin mənası: axşam olanda Günəş qızıl teşt kimi göydən enir. 
225
  
Onların səsləri dəhşətlər saçdı, 
Xoruzun boynundan zəngləri açdı. 
Xoruzun boynundan zəngləri açdı - xoruzun banlamasına son verdi. Səhər 
açılarkən təbil səsləri xoruzların səsini batırdı. 
226 
 
Dəccahın təbliydi sanki çalman. 
Dəccal - xristiyanlarda İsanın düşməni, müsəlmanlarda Məhəmmədin 
düşməni; yalançı Mehdi; guya qiyamətdə təbilini çalıb zühur edəcək. 
227 
 Günəş öz evinə edəndə şitab 
İstidən aslanlar oldular kabab. 
Günəşin evi - astronomiyada Aslan bürcü (Əsəd bürcü) deməkdir. Beytin 
mənası: Günəş Aslan bürcünə girəndə - yayın  ən isti vaxtı  gələndə meşədəki 
aslanlar da istidən bişdilər. 
228
  
Günəşi göylərdə dolanan zaman 
Sancıb saraltmadı əqrəbtək xəzan, 
Tüstülənən bir teşt vardı əlində, 
Gəzib od saçırdı o, Zəngdə, Çində. 
Yırtırdı aslantək iti çaynağı 
Gah Öküz sağrısı, gah gur dırnağı. 
Əqrəb sözü burada Əqrəb bürcü mənasındadır. Astronomiyaya görə, Günəş 
Əqrəb bürcünə girəndə havalar soyumağa, qış yaxpınlaşmağa başlayır. Aslan 
sözü də Aslan bürcünü bildirir. Günəş bu bürcə girəndə havalar çox isti olur. 
Zəng  və  Çin  sözləri burada ekvatora yaxın isti ölkələri bildirir. Sancıb 
saraltmadı əqrəbtək xəzan - yəni hələ payız girməmişdi. 
Bəytlərin mənası: yay fəsli idi, günəş çox yandırıcı idi, hər çıxanda yerə od 
saçırdı, hərarəti ilə öküzlərin sağrısını  və dağ  eşşəyinin (gurun) dırnaqlarını 
yandırdı. 
229 
 Bu 
yeddi 
budaqlı, altı cəhətli, 
Dövrəsi, meydanı, yeri vüsətli 
Sərvdən ucaldı qaibanə səs: 
"Daha fatehlikdən əl çək, bəsdir, bəs!" 


               _______________  
Milli Kitabxana
  ________________ 
261 
 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
262 
 
Burada sərv - dünya, maddi aləm deməkdiraltı cəhət - sağ, sol, ön, arxa, 
üst, alt - aləmin altı  cəhəti; yeddi budaq isə - yeddi fələk, yeddi qat asiman 
deməkdir. 
230 
 
İskəndər sözünü yazanda katib 
Yalnız beşcə hərflə ifadə edib 
Beş hərfə müvafiq etdin beş səfər... 
İskəndər sözü ərəb  əlifbası beş  hərflə yazılır. Beş  səfər dedikdə, Nizami 
İskəndərin Misir, İran, Hindistan, Rus və Çin səfərlərinə işarə edir. 
231 
 
Əmanət aldığı mayəni yenə 
Gərək qaytaraydı tələb edənə. 
Maye  burada dörd ünsür mənasındadır. Yəni vücudunu müvəqqəti təşkil 
edən ünsürləri geri qaytarmalısan - torpağı torpağa, odu oda suyu suya, havanı 
havaya tapşırmalısan. 
232 
 Ayı yəhərləyən həmin İskəndər 
Ölüm yatağına baş əyib inlər. 
Ayı  yəhərləyən - şöhrəti göylərdə  gəzən. Yəni:  şan-şövkəti bütün dünyaya 
yayılmış İskəndər başını yerə qoyub ölüm yatağında can verirdi. 
233  
Nədənsə gecikib quşların səsi, 
Çal, suğdi quşunun gəlsin naləsi. 
Suğd - qədimdə  Səmərqəndin yaxınlığında bir şəhər olmuş ki, orada yaxşı 
musiqi aləti qayırarlarmış. Suğdi quşu - məcazi mənada simli musiqi alətini - 
rübabı bildirir. 
Beytin mənası: səhər quşunun, xoruzun səsi gəlmir. Müğənni, sən suğdi 
quşunu - rübabı çal, kədərli nəğmə yayılsın. 
234
   
Nəbzi, qarurəsi olundu təhlil. 
Qarurə - sidiyi təhlil etmək üçün işlənən qab, cihaz. Yəni xəstəliyinin səbəbi 
axtarıldı, öyrənildi. 
235
 Qülzüm'>Bəhri-Qülzüm - Qırmızı dəniz. 
236
  
Qünnücdən Qülzüma oldum hökmüran, 
Şimşək qılıncımı gördü Qiyrəvan. 
Qünnüc - Hindistanda ən qədim  şəhərlərdən biridir ki, vaxtilə bir hind 
dövlətinin mərkəzi olmuşdur.  Qülzüm - Qırmızı  dəniz sahilində Suveyş 
kanalının yaxınlığında şəhər. Qiyrəvan - Afrikada Tunis məmləkətində məşhur 
bir şəhər olmuşdur. 
Beytin mənası: Şərqdən qərbə qədər bütün ölkələri fəth etmişdim. 
237
  
Yudum 
məcusluğu dünya üzündən, 
Rus dənizində də od qaladım mən. 
 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
263 
 
Məcusluq - atəşpərəstlik, zərdüştilik. 
Tarixdən məlumdur ki, İskəndər zərdüştiliyə düşmən olmuş, atəşkədələri 
yıxıb məhv etmişdir. 
İkinci misrada Nizami İskəndərin ruslarla müharibələrini nəzərə alır ki, bu 
müharibələri o, "Şərəfnamə"də təsvir etmişdir. 
238 
 
Hətta Sərəndibə gedib çıxaraq 
Adəmin izinə basdım mən ayaq. 
Sərəndib - Seylon adasının hindcədə adıdır. 
Əfsanəyə görə, guya Adəm cənnətdən qovulduqda Sərəndib adasına 
atılmışdır. 
239
  
Ölüm 
girdabına düşməmiş, gərək 
Suya qalxan tutam ləngiməyərək. 
Günəş batanda onun qürsü su üzərində qalxana bənzəyir, batarkən bu qalxan 
suyun üstündə işıq kimi yayılır. İskəndər burada - girdaba düşməmişdən qabaq 
qalxam suyun üstünə tutmalıyam, yəni ölüm yaxınlaşanda təslim olub tərk-silah 
etməliyəm, - deyir. 
240
  
Nifrətə layiqdir bu qozbel dayə. 
Qozbel dayə - burada qoca dünya deməkdir. 
241 
 Susuza 
eyləməz cəhənnəm əlac, 
Sən o dörd çeşməli behiştdən söz aç. 
Dini etiqada görə, cənnətdə kövsər, səlsəbil, təhur və  təslim adında dörd 
bulaq və ya arx var. Nizami onlara işarə edir. 
242 
 Sanki 
ərimişdi şah səhərədək 
 
İyirmi yeddinci gecəki aytək. 
Hicri tarixlə ayın iyirmi yeddisində Ay qaralmağa və görünməməyə başlayır. 
Nizami burada İskəndərin ömrünün sonunu yavaş-yavaş incələn və sönən Ayla 
müqayisə edir. 
243 
 
Vərəqə əbiri yaydıqca qəşəng, 
Kağız dönüb oldu müşkin bir ipək. 
Əbir - ənbərin ikinci adıdır; balinaya bənzəyən və Hind okeanı sahillərinə 
yaxın yerlərdə olan bir balığın qanından çıxan  ətirli maddədir; xoş qoxusu 
mühafizə olunsun deyə onu ipəyə büküb saxlarlar. 
Burada  İskəndərin anasına yazdığı sözlər  ənbərə, o sözlərin yazıldığı kağız 
isə ipəyə bənzədilir. 
244 
 
Məndən - İskəndərdən bu namə getsin, 
Dörd yox, bircə olan anama yetsin. 
Burada dörd ana - dörd ünsür (su, od, torpaq, hava) deməkdir ki, qədim 
tesəvvürə görə insan vücudu da bunlardan ibarətdir. 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
264 
 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
265 
 
Beytin mənası: məktubum təbiət hadisələrinə  məruz qalmayıb öz doğma 
anama yetişsin. 
245
   
Şəbdizim sıçradı çaydan o taya, 
Məndən salam olsun dosta, aşnaya. 
Yəni ömrüm bitdi, dostlara əlvida! 
246
  
Gecə öz təxtini yüklədi filə, 
Yer saldı donunu göylərək nilə. 
Fil - zülmət mənasını verir. 
Birinci misranın mənası: gecə tamamilə qaranlıqlaşdı.  
Nil - Hindistanda və  Yəməndə bitən bir bitkidən  əldə edilən tünd mavi 
boyadır. İkinci misranın mənası: dünya İskəndərin ölümü ilə matəmə batdı. 
247 
 
Zənəbin ağzından alaraq zəhər, 
Ayın boğazına onu tökdülər. 
Zənəb - quyruqlu ulduz. 
Astrologiyaya görə, Ay Zənəb üqdəsində  uğursuzluğa düçardır. Buna görə 
Zənəb üqdəsi ayın boğazında zəhərdir. 
Beytin mənası: ay Zənəb nöqtəsinə çatanda artıq gözə görünmür, batır. 
248 
 Çatdı Gudi dağa səxa dalğası 
Cudi - Mesopotamiyada yüksək bir dağın adıdır. 
249
   
İpək karxanası bil bu dünyanı, 
Bir yanı sudursa, oddur bir yanı. 
İpək karxanasında barama qozasını ocaq üstündəki suda həll edib ipək 
qayırırlar. 
Mənası: dünya od ilə su arasındadır, ziddiyyətlərlə doludur. Örtdü qara qanad 
Rumu sərasər, Bürüdü ölkəni sanki zəncilər. 
Ədəbiyyatda məcazi mənada rum - ağ, zəng və zənci - qara deməkdir. Beytin 
mənası:  İskəndərin ölümü münasibətilə bütün məmləkət yasa batdı. Sanki qara 
ağa hücum elədi, ağ adamlar qara geyindi. 
251 
 Baxdıqca oğlunun bu məktubuna, 
Tumartək qıvrılıb açıldı ana. 
Tumar - qədim zamanlarda burulub bağlanan məktub və ümumiyyətlə, yazılı 
uzun kağızlardır. 
Beytin mənası:  İskəndərin anası  oğlunun son məktubunu oxuyarkən 
iztirabdan tumar kimi açılıb büküldü. 
252
 "Cahanmədxəl - Ərəstunun əsərinin adıdır. 
253
  
Xatircəm olmayın, - deyirəm ki, mən 
Qara zınqırovlu yeddi hindlidən. 
Qədimdə şahlar hindlilərdən gecə damda zınqırovlu keşikçi qoyarlarmış. 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
266 
 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
267 
 
Burada Nizami  fələyin yeddi damında (göy təbəqələrində)  Günəş sistemini 
təşkil edən yeddi ulduzu yeddi hindliyə  bənzədir. Mənası: taleyin uğurlu 
olmasına bel bağlamayın. 
254
   
Pərgarı nəqşədən üzüldu bu dəm 
Onun da ömrünə çəkildi qələm. 
Pərgar sözü burada dil, nəqşə - dildən çıxan sözlər mənasında işlənmişdir. 
Beytin mənası: Fərfuriyus sözlərini deyib qurtaranda onun da ömrü tamam 
oldu. 
255  “Ramişi-can” - İran klassik musiqi havalarından birisinin adı. 
256   
Odur yeddi ulduz sirini açan, 
Odur səkkizinci qərana sultan. 
Qəran - min il deməkdir. Səkkizinci qəran - səkkizinci minillik. Köhnə 
tarixçilər tarixi Adəmdən başlayırdılar. Nizaminin dövründə guya Adəmin 
cənnətdən yerə atılmasından səkkiz min il keçirmiş. 
Nizami burada "İqbalnamə"ni ithaf etdiyi İzzəddin Məsudit tərif edib deyir 
ki, Günəş sisteminin yeddi ulduzunun sirrini bilən və səkkizinci minilliyin şahı 
olan odur. 
257 
 
Dəryamdan iki dürr olubdur əyan. 
İki dürr sözləri ilə  "İqbalnamə" poeması  və Nizaminin oğlu Məhəmməd 
nəzərdə tutulur. 
258
  
Müqbil, 
İqbal adlı iki hindli qul 
Göndərdim hüzura, olaydı məqbul. 
İqbal - "İqbalnamə" əsərinə, Müqbil - Nizaminin oğlu Məhəmmədə işarədir. 
Eyni zamanda iqbal - bəxt, müqbil - xoşbəxt deməkdir. Lakin müqbü sözü həm 
də qul mənasında işlənir. Beləliklə, burada "İqbalnamə"nin Məhəmməd vasitəsi 
ilə şaha göndərilməsi ifadə olunur. 
259 
 
Qızını mehrlə köçürər ana, 
Qardaş duvaq salar onun başına. 
Qız - "İqbalnamə"ni, qardaş isə - əsəri şaha aparan Məhəmmədi bildirir. 
Yəni ana qızını  təmiz, bakirə olaraq köçürür və belə  qızın da duvağını 
özgələr yox, məhz qardaşı başına saldığı kimi, mən də əsərimi başqası ilə yox, öz 
oğlumla yollayıram. 
260 
 Hüzura 
göndərdim bu gəlini mən, 
Qardaşı tutmuşdur onun əlindən. 
Bu beyt də əsərin Məhəmməd tərəfindən arxayınlıqla mühafizə edilib bakirə 
bir gəlin kimi sahibinə çatdırılmasını bildirir. 
261 
 Canımı yollayıb bir peşkəş kimi. 
Qoşmuşam mən ona ciyərparəmi. 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
268 
 
Burada yenə canımı - "İqbalnamə"mi, ciyərparəmi isə oğlumu deməkdir. 
262
 
Dedim: "Gövhər üçün edərlərmi cəng?  
Nəğmə gözəl olar, olsa həmahəng". 
Əsərimi tələb edənlərə dedim ki, dürr satıb almaq müharibə etmək deyil; 
burada zor işə keçməz. Nəğmə o zaman bəyənilər ki, o, musiqi ilə həmahəng 
ola; belə qiymətli əsəri yalnız sənəti başa düşən şəxs qiymətləndirə bilər. 
263 
 
Saz olsa qarğanın əgər bədəni, 
O, Bəsti ənciri bilər hər dəni. 
Bəsti - Xorasan vilayətində bir şəhərdir ki, gözəl ənciri ilə məşhurdur, qarğa 
da çox əncir yeyən olur. 
Beytin mənası: qarğanın canı sağlam olsa, hər  əlinə düşən dən ona Bəsti 
ənciri kimi dadlı gələr. Səhhətin möhkəmliyi insanı bir çox qayğıdan azad edər. 
264
 
     
Şahın adı kimi o, Məsud olsun.  
Şah da bu dastanla qoy Mahmud olsun. 
Burada Nizami "İqbalnamə"ni Firdovsinin "Şahnamə"si ilə, İzzəddin Məsudu 
da Sultan Mahmud Qəznəvi ilə müqayisə edir. 
 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
269 
 
KİTABIN İÇİNDƏKİLƏR 
 
Kamillik zirvəsi (Zümrüd Quluzadə)………………………………………...4 
"Harda ki, ağıl bir xəzinə tapar"…………………………………………….17 
Minacat……………………………………………………………………...18 
Sonuncu peyğəmbərin tərifi…………………………………………………20 
Kitabın yazılmasının səbəbi…………………………………………………21 
Sözün tərifi və padşahlara nəsihət…………………………………………..30 
Padşahın tərifi..……………………………………………………………...32 
Təzim xitabəsi………………………………………………………………34 
Kitabın başlanması………………………………………………………….36 
İskəndərin başqırxan qul ilə əhvalatı………………………………………..41 
İskəndər ilə çoban dastanı…………………………………………………...45 
Arşimides ilə çinli kənizin hekayəsi………………………………………...50 
Qibtli Mariyənin hekayəsi və onun kimyagərliyi…………………………...54 
Fağır çörəkçinin hekayəsi və onun varlanması……………………………...62 
Alimlərin Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəti…………70 
Əflatunun çalğı aləti qayırması……………………………………………...72 
Əflatunun keçmişdən hekayə söyləməsi……………………………………77 
İskəndərlə Sokratın əhvalatı………………………………………………...81 
Hindli həkimin İskəndərlə söhbəti………………………………………….90 
İskəndərin yeddi alim ilə xəlvətə çəkilməsi………………………………..98 
Ərəstunun dedikləri………………………………………………………..100 
Valisin dedikləri…………………………………………………………...101 
Bəlinasın dedikləri…………………………………………………………102 
Sokratın dediklari …………………………………………………………103 
Fərfuryusun dedikləri……………………………………………………...103 
Hürmüzün dedikləri……………………………………………………….104 
Əflatunun dedikləri………………………………………………………..105 
İskəndərin dedikləri……………………………………………………….106 
Nizaminin dedikləri……………………………………………………….107 
İskəndərin peyğəmbərliyə yetişməsi………………………………………109 
 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
270 
 
Ərəstimun nəsihətnaməsi…………………………………………………..114 
Əflatunun nəsihətnaməsi…………………………………………………..121 
Sokratın nəsihətnaməsi……………………………………………………125 
İskəndərin peyğəmbərlik səfərinə çıxması………………………………...130 
İskəndərin başa sitayiş edənlər kəndinə yetişməsi ………………………..149 
İskəndərin Qəndəhar bütxanəsinə yetişməsi………………………………157 
İskəndərin Şimala çatması və Yəcuc səddini bağlaması…………………..173 
İskəndərin Ruma qayıtması………………………………………………..183 
İskəndərin vəsiyyəti……………………………………………………….186 
İskəndərin anasına məktub yazması………………………………………193 
İskəndərin məktubunun anasına çatması…………………………………..202 
Atasının vəfatında İskəndərusun nale etməsi……………………………...204 
Ərəstunun ruzgarının sonu…………………………………………………206 
Hürmüzün ruzgarının sonu………………………………………………...208 
Əflatunun ruzgarının sonu…………………………………………………208 
Valisin ruzgarının sonu…………………………………………………….209 
Bəlinasın ruzgarının sonu………………………………………………….210 
Ferfüryusun ruzgarının sonu……………………………………………….211 
Sokratın ruzgarının sonu…………………………………………………...212 
Nizaminin ruzgarının sonu………………………………………………...213 
Məlik İzzəddinin mədhi……………………………………………………214 
Kitabın sonu………………………………………………………………..216 
İzahlar……………………………………………………………………...221 


               _______________  
Milli Kitabxana
  ________________ 
271 
 
 
 
 
 
 
 
 
 
Nizami Gəncəvi 
 
İSKƏNDƏRNAMƏ 
İqbalnamə 
 
"Lider nəşriyyat"  
 
BAKI-2004 


               _______________  
Milli Kitabxana
  ________________ 
272 
 
 
Buraxılışa məsul:  
 
Əziz Güləliyev 
 
Texniki redaktorlar:   
 
Rauf Cəfərov 
 
Rövşən Ağayev 
 
Tərtibatçı-rəssam:  
 
Nərgiz Əliyeva 
 
Kompyuter səhifələyicisi:  
Alianna Duxanina 
 
Kompyuter yığıcıları:  
 
Bəsti Cəfərova 
 
Aygün Məmmədova 
 
Korrektorlar: 
   Elmira Teymurova 
Pərinaz Səmədova 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 24.04.2004. Çapa imzalanmışdır 09.11.2004. 
Formatı 60x90 716. Fiziki çap vərəqi 16. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 160. 
 
 
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17. 
 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə