Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə62/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   56   57   58   59   60   61   62   63   64

               _______________  
Milli Kitabxana
  ________________ 
249 
 
Nasikdir adları, yoxdur dinləri. 


               _______________  
Milli Kitabxana
  ________________ 
250 
 
Şərqdə bir tayfa var, xislətdə mələk,  
Onlara layiqdir Mənsək ad vermək. 
Nasik - ümumi mənasmda abid, zahid, Allaha ibadət edən, xüsusi mənada isə 
mifik bir tayfadır ki, güya Qərbdə heç bir dinə bağlanmayaraq və heç bir 
ibadətgaha malik olmayaraq çöllərdə yaşamışdır. 
Mənsək - ibadət yeri, dini ayinlərin icra olunduğu yer. Burada isə ibadət və 
pərəstiş olunmağa layiq, mələk xislətli tayfa mənasında işlənmişdir. 
162
  
Nasikdən Mənsəkə çək qoşunları, 
Keç sonra Habildən Qabilə san. 
Ordunu qərbdən şərqə çək, sonra da cənubdan şimala tərəf apar. 
Qabil və Habil - dini əfsanələrə görə Adəmin oğlanlarıdırlar. Guya 
qısqanclıq və paxıllıq nəticəsində Qabil Habili öldürmüş, sonra peşman 
olmuşdur. Bu dünyada insanın ilk cinayəti hesab edilir. 
Şərq əsatirində guya Habilin nəsli cənubda, Qabilin nəsli isə şimalda imiş. 
163
   
İşıq bəxş edersən sən də o şəxsə. 
Sən də o adama ədalət göstərib yaxşılıq edərsən. 
164 
 
Sən də qaranlıqdan bir pay ver ona. 
Sən də o adama zülm elə, cəza ver, yamanlıq et. 
165 
 Allah 
tərəfindən gəlmiş mükəmməl 
O "Sifri-əzəm"dən başqa üç gözəl 
Nəsihətnamə də keçirdi ələ... 
Sifr - kitab; "Sifri-əzəm" - Tövratın beş cildindən böyüyü. Üç nəsihətnamə - 
Ərəstunun,  Əflatunun və Sokratm "Nəsihətnamə"ləri.  İskəndər "Sifri-əzəm"dən 
və bu nəsihətnamələrdən öz işlərində  rəhbərlik göstərən  əsərlər kimi istifadə 
edərmiş. 
166
   
O, bir gün çıxaraq öz ac taxtinə... 
Ac təxtinə - fil sümüyündən qayrılmış təxtə. 
167
   
Mədəndən gövhərlər çıxarmaq üçütı... 
Ağıllı fikirlər, gözəl tədbirlər söyləmək üçün. 
168
  
Diltək itiləyib qələmi, yenə 
Qamışdan qend səpdi kağız üstünə. 
Qamışdan qənd səpdi - yəni qamış  qəlemlə qiymətli,  şirin sözlər yazdı. 
Burada eyni zamanda şəkər qamışına işarə edilir. 
169
  
Naqqaya 
qonşudur sədəf dəryada, 
Qılınc yox, dürr verir şaha dünyada. 
Sədəf dənizdə  nəhənglə bir yerdə olur. Lakin o, tacları  bəzəyən incilər 
verdiyi halda, nəhəngin belində qılınca bənzər tikanlar olur. 
170
  
Qardaşın qanını alma qardaşdan, 
Tamam ayrı şeydir çünki südlə qan. 


               _______________  
Milli Kitabxana
  ________________ 
251 
 
Qardaş qardaşla ana südünə şerik olurlar; amma qan - cinayət işlərində onlar 
şərik deyillər. Birisi bir günaha batıbsa, onun cəzasını o birinə vermək olmaz. 
171
  
Paslanıb kəsməsə qılıncın əgər, 
Qızıl ver, daşları dəmirə döndər. 
Qılıncın pas tutsa, onunla bir iş görə bilməsən, qızıl ver ki, daş kimi bərk olan 
düşməni dəmir kimi əridib yumşaldasan. 
172 
 Xalqın məclisində mütrübtək şad ol, 
Sərvsən, kibrdən, çalış, azad ol. 
Öz şəxsi mənfəətini güdmə, xalq ilə birgə şad ol. Belə olmasın ki, xalq şad 
olanda sən kədərə batasan; lovğalıqdan, dikbaşlıqdan uzaqlaş. 
173
   
Bəzəmə üzünü sən reyhansayaq, 
Özgənin əlində ol nurlu çıraq. 
Gül-çiçək kimi üzünü bəzəmə, çıraq kimi ol ki, yanaraq başqasına fayda 
verəsən. 
174 
 
Qızıl ya sahibi xoşdur? - Sorma sən. 
Düyün bənddən pisdir, bənd də düyündən. 
Qızıl sahibi qızıl kisəsinə vurulmuş bir düyün kimi, qızıl isə sahibinin 
ayaqlarına vurulmuş bənd kimidir. Hər ikisi pisdir. 
175 
 Geniş ətəkli ol, çünki meyvələr 
Geniş ətəklərə daha çox düşür. 
Səxavətli,  əliaçıq ol ki, özün də  səxavət və  əliaçıqlıq görəsən, ruhun bol 
olsun. 
176 
 
Həmişə düz gedən piyada əsgər 
Vəzir olan kimi əyri yol gedir. 
Bəzi adamların yüksək vəzifə  və rütbəyə çatdıqları zaman lovğalanıb 
yollarından azmalarını Nizami şahmat fiqurlarının hərəkətləri ilə müqayisə edir. 
Məlum olduğu kimi, şahmatda əsgər (piyada) yalnız düz istiqamətdə hərəkət edə 
bilər. Lakin o, taxtanın son xanasına çatdıqda vəzir olur və bu zaman yana da 
(əyri yola da) hərəkət edə bilir. 
177 
 
Bəd gündə ulduzdan olma bədgüman. 
Yaman vəziyyətə düşəndə  bədbin olma, ümidsizliyə qapılıb taleyin 
uğursuzluğundan şikayətlənmə. 
178
  
Göyə atılan daş yerə tez düşər, 
Bu qısa müddətdə işlər dəyişər. 
Pis vəziyyət çox tez - bir daşın göyə atılıb yerə düşməsi müddətində dəyişib 
yaxşılaşa bilər. 
179
  
Çalış ki, kirpiyin olsun almaztək, 
Ayıq ol, ölkənin keşiyini çək. 


               _______________  
Milli Kitabxana
  ________________ 
252 
 
180
  
Oyanıb qalxanda Günəş yuxudan, 
Müşkə kafur səpdi sanki asiman. 
Müşk - qara, kafur-ağ, yəni səhər Günəş doğanda müşkə kafür səpilən kimi 
oldu hava işıqlandı. 
181 
 
Əsildir, yüksəkdir o da gövhərtək, 
Özünü həmişə qorusun gərək. 
Şah nəcabət  əhlidir, onun vücudu gövhər kimi qiymətlidir, buna görə  də 
xətərə düşə bilər. Deməli, o özünü, əsil-nəsəbini həmişə mühafizə etməlidir. 
182
  
Dünya 
tikanlıdır, kirpiyik biz də, 
İynə var, tikan var xislətimizdə. 
Dünyanı nahaq yerə pisləməliyik, çünki əgər dünyanın üstü zülm tikanları ilə 
doludursa, bizim də təbiətimiz kirpi kimi tikanlıdır, demək, ikimiz də - dünya da, 
biz də bir-birimizə bənzəyirik. 
183 
 
İki qarı qızın başladı bəhsi, 
Dünyanı götürdü onların səsi. 
Bizim dünyanı pisləməyimiz iki bədxasiyyət, qarımış  qızın bir-birini 
pisləməyinə bənzər. 
184 
 
Yeddi qat yanar od içrə, nəhayət, 
Kabablıq ət üçün nədir bu zəhmət? 
Yeddi qat yanar od - dünya deməkdir. Yəni bu kəşməkeşli, mərəkəli dünyada 
bu qədər arzu və ehtirasa əsir olmaq nə üçündür? 
185
   
Üç gün ötüb keçdi, yenə asiman, 
Rum-zənci oyunu oynayan zaman. 
İskəndər buyurdu qoca Sokrata 
Vursun üzüyündən muma möhr o da. 
Rum-zənci oyunu - burada rum (rumlu) - ağ, zənci isə - qara mənasında 
işlənmişdir. Asimanın rum-zənci oyunu oynaması - səhərlə axşamın, gündüzlə 
gecənin bir-birini izləməsini bildirir. 
Mənası: üçüncü gün səhər olanda İskəndər  əmr etdi ki, Sokrat öz bilik 
üzüyünün möhrünü onun mum kimi hər naxışı  qəbul edən istedadlı  ağlına 
vursun, onun üçün nəsihətnamə düzəltsin. 
186
  
Dürlər çıxarmaqçün daldı ümmana. 
Sokrat İskəndərə gözəl, mənalı nəsihətlər vermək üçün fikrə getdi. 
187 
 Yeməyi heç yemə deniz kimi tək, 
Yediyin olmasın acı, dəniztək. 
Dəniz suyu acı olur. Güya acılıq ona görədir ki, dəniz hər  şeyi özbaşına 
təklikdə udur. 
Beytin mənası: xudbin və xəsis olma, yeməyi tək yemə. Belə etsən, yediyin 
nuş olmaz, ağzın daha gəlməz. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə