Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə59/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   56   57   58   59   60   61   62   63   64

               _______________  
Milli Kitabxana
  ________________ 
236 
 
Onu kürəyinə daim atarmış. 


               _______________  
Milli Kitabxana
  ________________ 
237 
 
Qərn - sözü saç mənasında da işlənir. Guya İskəndər saçını başının dalında 
iki dəstədə hörüb bururmuş, buna görə ona Zülqərneyn - iki hörüklü deyirmişlər. 
85 
 Deyirlər görübmüş bir belə röya, 
Gündən iki qərni alıbmış guya. 
İskəndər yuxuda görübmüş ki, Şərqi və Qərbi Günəşin əlindən almış, iki qərn 
sahibi olmuş, buna görə ona Zülqəmeyn adını vermişlər. 
86
  
Başqa rəvayətdə deyirlər yenə: 
İskəndər yaşamış iki qərinə. 
Qərinə - sözü həm əsr, həm də əsrin üçdə biri mənasında işlənir. İskəndərin 
yeni eradan qabaq 356-cı ilin payızında doğulduğu və 13 iyun 323-cü ildə, yəni 
otuz üç yaşında öldüyü məlumdur. Demək, bu rəvayət uydurmadır. 
87
 
 
İskəndər bilmişlər o gündən bəri 
Buynuzlu çəkilmiş məlakələri, 
Odur ki, şübhəyə düşmüş ərəblər, 
"Zülqərneyn" ləqəbi almış İskəndər. 
Əbu-Məşər - adı Ömər, atasının adı  Məhəmməd Bəlxlidir.  Ən məşhur 
münəccimlərdən olmuşdur. Riyaziyyat və astronomiya sahəsində  əsrinin  ən 
böyük alimi sayılır. 886-cı ildə ölmüşdür. “Üluf” onun məşhur  əsərlərindən 
biridir. O, “Üluf” kitabında yazır ki, İskəndər öləndən sonra yunanlar onun 
surətini çəkmişlər. Həmin surətin sağ  və solunda iki mələk  şəkli də  rəsm 
etmişlər. Surətin üstündə iki buynuz şəkli olmuşdur. Guya İskəndər Allah 
tərəfindən yaradılıb yerə göndərilmiş, bu mələklər də onun sağ-solunda 
qarovulçusudurlar. Sonra həmin  şəkil  ərəblərin  əlinə keçmiş, onlar buynuzlu 
mələyi İskəndər bilib, ona "Zülqərneyn" (ikibuynuzlu) adını vermişlər. 
İskəndər sikkəsi üstündə buynuzlu büt şəklinin həkk edildiyi də məlumdur. 
88
  
Dürdən taca bənzər qınları varmış, 
İki qulağına o qın taxarmış. 
İskəndərin qulaqları çox uzun imiş, onları gizlətmək üçün o, tacının 
yanlarında buynuza oxşar iki balaca qın qayırtdırıbmış, tacını qoyanda 
qulaqlarını o qınların içinə salırmış. 
89
 
 
Sevdi çinli türkü, könlu şad oldu, 
Qəmlər hindusundan o, azad oldu. 
Türk - sözü gözəl mənasında da işlənir. Burada Çində yaşayan türk gözəli 
nəzərdə tutulur. Hindu sözü qaralıq, qəm, kədər rəmzi kimi alınır. 
Beytin mənası: Arşimed o ağ çinli türk gözəli ilə o qədər zövqə dalmışdı ki, 
qəmin, kədərin qaralığı onun qəlbini tərk etmişdi. 


               _______________  
Milli Kitabxana
  ________________ 
238 
 
90 
 Dik 
servi 
əyərək taqətdən saldı 
Qızı sağlamlıq, gənclik və gözəllikdən məhrum etdi. 
91
  
Rüzgar 
ona 
görə dəyişir hər an: 
Törəyib dörd ana, yeddi atadan. 
Dörd ana - maddi aləmin  əsasını  təşkil edən dörd ünsür (su, od, torpaq, 
hava), yaxud dörd cəhət (şərq, qərb, cənub,  şimal); yeddi ata isə astrologiyaya 
görə göyün yeddi təbəqəsi deməkdir. 
Beytin mənası: dünya və insanın həyatı ona görə durmadan dəyişilir ki, bir-
birinə zidd müxtəlif maddə və qüvvələrdən əmələ gəlmişdir. 
92
  
Arşimides rumlu alimin mumdan, 
Balı çəkdiyini gördüyü zaman... 
Rumlu alim - yunan filosofu Ərəstuya işarədir. 
Beytin mənası: Arşimides  Ərəstunun, balı mumdan ayıran kimi o qızın 
gözəlliyini soldurduğunu gördükdə... 
93
  
Uca 
sərv bir daha yarpaq açaraq, 
Dikəldi, yenə də atdı qol-budaq. 
O sərvboylu kənizin əvvəlki gözəlliyi qayıdıb yerinə gəldi. 
94 
 Rüxü 
qoymuş idi Ayı piyada, 
"Atı" mat qoymuşdu "şahı" dünyada. 
Nizami bu beytdə öz fikrini obrazlı ifadə etmək üçün şahmat oyunu 
tərminlərindən istifadə edir. Birinci misrada rüx sözünü şair eyni zamanda iki 
mənada işlədir. Rüx - farsca üz və piyada (şahmat fıquru) mənasını verir. Misra 
gözəlin hüsnü ayı piyada qoymuşdu mənasındadır. 
Beytin mənası: parlaq üzü Ayın  ışığının yolunu bağlamışdı  və onun 
gözəlliyinə şahlar mat (heyran) qalmışdılar. 
95 
 
"Şirin"in halvasın qurtaranda mən, 
Bir halvaçalanım getdi evimdən
"Şirin" - "Xosrov və Şirin" əsəri, halvaçalanım - arvadım mənasındadır. 
Beytin mənası: "Xosrov və  Şirin"  əsərimi yazıb bitirdikdə, öz Şirinimi -
Afaqımı itirdim. 
96 
 "Leyli" 
xəznəsinə çəkərkən hasar, 
Orda da bir Gövhər eylədim nisar. 
Bu toyu çatdırıb mən nəhayətə
Təzə bir gəlin də verdim cənnətə. 
 
"Leyli və Məcnun" əsərini yazıb sona çatdıranda da ikinci arvadım öldü. 
Nizaminin ikinci arvadının adı, bizcə, Gövhər olmuşdur. Yuxarıdakı 
beytlərin ikinci misrasındakı Gövhər sözü buna işarədir və iki mənada 
işlənmişdir. 


               _______________  
Milli Kitabxana
  ________________ 
239 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
240 
 
Üçüncü və dördüncü misralardan məlum olur ki, şair "İqbalnaməni yazıb 
qurtaranda üçüncü arvadı da vəfat etmişdir. 
97 
 Neçə gözəl dərdi sinəmdə ikən
Rum-rus dastanını necə yazım mən? 
Rum-rus dastanı burada "İskəndərnamə"yə  işarədir. Rum dastanı  -İskəndər 
Ruminin dastanını, rus dastanı isə  İskəndərin ruslarla bir sıra müharibələrini 
bildirir ki, bunlar "Şərəfnamə"də təsvir edilmişdir. 
98
  
Hamıya məlumdur, əhli-Xorasan 
Bağdadda fənd ilə yaşayar asan. 
Abbasilər dövründə, səkkizinci  əsrdə Xorasan hakimlərinin (Əbu-Müslüm 
Xorasanının, Bəni-Tahir dövlətinin banisi Tahirin və b.) Bağdad xəlifələri ilə 
diplomatik əlaqələrinə və xəlifələri aldatmalarına işarədir. 
99
  
Darülxilafət - xilafət mərkəzi, paytaxt. 
100
  
Yox, 
əgər görsəniz yalançıyam mən, 
Baş məndən, teşt ilə qılınc da sizdən. 
Gördünüz ki, mən sizi aldadıram, başımı teşt içində  kəsin. (Keçmişdə 
məhkum olanların başını teşt içində kəsmək cəza formalarından biri olmuşdur). 
101
   
İskəndər bir xəbər aldı Yunandan: 
Olub xəzinəyə Mariyə ilan. 
Şərq  əfsanələrinə görə, guya hər gizli xəzinə üstündə bir ilan yaşayıb onu 
qoruyarmış. 
102
   
Mən qalxıb gizləndim dərhal bir küncdə
Fikrin gah tikanda, gah da türüncdə, 
Mənim ürəyimdə bir tərəfdən arvad-uşaq dərdi və ölüm qorxusu, digər 
tərəfdən də xəzinə qazanmaq, varlanmaq arzusu vardı. 
103
   
Döndüm bir mədənə o xəzinədən, 
Dəniztək varlandım bir gecədə mən. 
Mədəndə qiymətli daşlar, dənizdə dürr, inci və s. bol olduğu kımi, mən də 
eləcə varlandım. 
104 
 
Şahı sarsıtmışdı bu söz, bu söhbət, 
0 gövhər satana etdi mərhəmət. 
Gövhər satan ifadəsində bu əhvalatı danışan çörəkçi nəzərdə tutulur. 
105
  
Düz 
pərdədə əyri çaldıqlarından 
Pərdənin dalında oldular nihan. 
Doğru sözləri inkar edib yanlış yol ilə getdikləri üçün tələf oldular. 
106 
 
O serv meşəsində gördü ki, ancaq 
Yetmişi qurayub, biri qalıb sağ. 
Sərv meşəsi burada alimlər məclisi deməkdir. 
Yəni bunların yetmişi də ölmüş, bir Hürmüz sağ qalmışdı. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə