Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə61/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   56   57   58   59   60   61   62   63   64

               _______________  
Milli Kitabxana
  ________________ 
246 
 
132 
 Növbə o hindliyə yetişən vaxtda 
Təzə gül açıldı köhnə budaqda. 
Təzə gül - eşidilməmiş  dəyərli sözlər deməkdir, köhnə budaq - qoca hindli 
alimdir. 
133
  
Nurdan 
bəzək vurdu fələk bağına, 
Dürdən sırğa asdı yer qulağına. 
Onun söylədiyi sözlər kainatın sirlərini işıqlandıran, izah edən və dünyanın, 
insanların qulağına sırğa olacaq qədər dəyərli, mənalı sözlər idi. 
134 
 
Pərvanə zülmətdə yanan çırağa 
Uçantək gəlmişəm mən də bu bağa. 
Yanan çıraq - İskəndər, bu bağ - İskəndərin sarayı mənasında işlənmişdir. 
Yəni mən İskəndərin yanına və onun sarayına böyük məhəbbətlə gəlmişəm. 
135 
 Özü 
gizlindədir, nişanı aşkar? 
Nişan - dünya, aləm deməkdir. Yəni Yaradan özü görünmür, lakin yaratdığı 
aləm göz qabağındadır. 
136 
 Allahı xəyalda olmaz axtarmaq
Xəyaldan doğan şey divlərdir ancaq. 
Xəyal yalnız yaradılmış  şeyləri təsəvvür edə bilər, Yaradanı  təsəvvür edə 
bilməz. 
137 
 Haqqı tanımaqçın bəsdir bir nişatı, 
Bura yetişdinmi, daha dur, dayan! 
Haqqın varlığına dəlil olan bir nişandan - bu gördüyümüz aləmdən o yana 
getməyək, bu maddi aləmdən başqa şey axtarmayaq. 
138 
 Bu 
yerdən, bu göydən kənar çıxma sən, 
Yoxsa səriştəni lap itirərsən. 
Bu gördüyümüz kainatdan başqa bir aləm axtarmaq fikrinə düşsək, doğru 
yoldan çıxarıq, səhv edərik. 
139 
 Bizə yeddi hüdud çəkmişdir fələk
Onlardan kənara çıxmayaq gərək. 
Yeddi hüdud sözündə sehirbazların dövrələrinə  çəkdikləri tilsimli xətlər 
nəzərdə tutulur. 
Beytin mənası: insan bu dünyada yeddi tilsim içində yaşayan kimidir, bu 
aləmdən kənara çıxmağa, bu aləmdən başqa bir aləm axtarmağa çalışmamalıdır. 
140
   
Qılınc, teşt gözləyir kənar çıxanı. 
Kim bu aləmdən kənara çıxmaq istəsə (Allahı axtarmaq fikrinə düşsə) onu 
ölüm gözləyir. 
141 
 
Bu uca barigah - uca bir hasar, 
İçində əsirdir bütün xəyallar. 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
247 
 
Uca barigah və uca hasar - maddi aləm, kainat deməkdir. Yəni bütün bizim 
fikirlərimiz, xəyallarımız içində yaşadığımız bu varlıqla hüdudlanmışdır. 
142 
 
Yuxuda gördüyün canlı, ya cansız 
Sənin öz şamının odudur yalnız. 
Yuxuda gördüklərin fövqəladə bir şey deyil, onlar sənin öz fikir-xəyalının 
məhsuludur. 
143
  
Gövhəri almazla deşərək dedi... 
Yəni sözlərini almaz kimi kəskin və parlaq mənalarla birləşdirib danışmağa 
başladı. 
144 
 Rumipərəst hindli doymaq bilmədi, 
Öz hind qılıncını çəkərək dedi. 
Rumipərəst - yəni Yunandan, Rumdan (burada isə rumlu İskəndərdən) xoşu 
gələn deməkdir. Hind qılıncını  çəkərək - yəni qılınc kimi kəskin dili ilə 
danışmağa başlayaraq... 
145
  
Hindli 
bu 
şərabdan məst olub qaldı... 
Burada şərab İskəndərin sözləri deməkdir. Yəni: İskəndərin dedikləri hindlini 
heyran etdi. 
146
  
Bu 
küpdə olan rəng yalnız bircədir. 
Bu küpdə - bu dünyada deməkdir. Misranın mənası: bu dünya üçün bütün 
insanlar bərabərdir. 
147
  Rühulqüdüs - İskəndər nəzərdə tutulur. 
148 
 Qoy 
açsın bu sirri ağlın açarı: 
Necə çiçək açmış yerin baharı? 
İnsan öyrənməli, bilməlidir ki, bu dünya necə yaranmışdır. 
149
  
Padişah beləcə dürlər saçdı, 
Bağlı xəzinənin ağzını açdı. 
İskəndər öz mənalı sözləri ilə mübahisə açdı və filosoflar söhbətə başladılar. 
150
  
Bunlar 
andırırdı müşkü, kafuru, 
Yarısı mayedi, yarısı quru. 
Kafurun təbiətindəki nəmlik və müşkün təbiətindəki quruluq, eyni zamanda, 
kafurun ağlığı ilə - yer, torpaq nəzərdə tutulur. 
151 
 Hürmüz 
də əl atdı qıfıla san, 
Zənciri çeynədi əqlin açarı. 
Bəhs olunan mövzu barədə fikir demək növbəsi Hürmüz çatanda o da 
məsələni öz anladığı kimi dərindən izah etməyə başladı 
152
  
Mayedən doğurmaq - yaratmaq deyil, 
Kəndxuda başqadır, xuda başqa, bil! 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
248 
 
Bir kəs ki, əql ona ad verib: Qadir, 
Özü bildiyini özü xəlq edir. 
Hazır bir maddədən - mayedən bir şey yaratmaq qüdrət, allahlıq deyildir. Şərt 
odur ki, yoxdan, heç nedən bir şey yaradasan; allahlıq budur. Bu qüdrətə ancaq 
Allah malikdir. 
153
  
Bu 
zidd 
qüvvələri bir yerə qatdı, 
Ağıllı, hünərli insan yaratdı. 
Zidd qüvvələr - bir-birinə zidd keyfiyyətlərə malik olan dörd ünsür (su, od, 
torpaq, hava) deməkdir. 
Yəni Allah insanı bu dörd ziddiyyətli maddədən yaratdı. 
154 
 
Hər camı ayrıca alıb nuş etdi. 
İskəndər bəhsdə iştirak edən hər filosofun sözlərinə ayrı-ayrı, diqqətlə qulaq 
asdı. 
155
   
Nizami, bu qapı açar götürməz, 
İlk nəqş bağlananda görməyib heç kəs. 
Nizami, kainatın - varlığın bu əsrarına ağıl çatmaz, yaradılışın başlanğıcını 
heç kəs görməmişdir, əzəl nəqşini oxumaq mümkün deyil. 
156 
 Bu 
gizli 
sözləri, fikirləri sən 
Neçin lal dillərə isnad edirsen? 
Lal dillər - özü ölüb getmiş filosoflara işarədir. 
157 
 Yemə çörəyini yad süfrələrdə, 
Öz süfrən üstünə gəl çəkmə pərdə. 
Lal dillər ifadəsində olduğu kimi burada da guya Xızır Nizamiyə öz sözlərini 
ölüb getmiş filosoflara isnad etməməyi söyləyir. 
158
   
Mərhəmət umarlar qara torpaqdan, 
Torpaqdan yaxşıdır ancaq sağ insan. 
Nizami öz dövründəki hakimlərin  əsil elmə qiymət vermədiklərindən və 
ölüləri dirilərdən üstün tutduqlarından  şikayətlənir, diriləri daha çox sevmək 
lazım gəldiyini söyleyir. 
159
   
Hoqqabaz torpaqda sehirbazlıq var, 
Həm möhrə oğurlar, həm də oynadar. 
Burada və bundan aşağıdakı misralarda Nizami torpağın sehrbazlığını, yəni 
onun ölü bədənləri quru xəzəlləri udub, təkrar canlı heyvanlar, yaşıl otlar, nəbatat 
şəklində meydana çıxartdığını söyləyir. 
160
   
İstədi çalışıb sirləri örtən 
Yeddi qat sürməni silsin tamamən. 
İskəndər kainatın sirlərini kəşf etməyə çalışdı, həqiqəti örtən yeddi qat sürmə 
rəngli, dumanlı göy perdələrini açıb axtardığını tapmaq istədi. 
161
   
Qərbdə bir tayfa var, özü köçəri


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə