Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə27/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
106 
 
Ortadan ixtilaf, ziddiyyət getdi. 
Bu zidd qüvvələri bir yerə qatdı, 
Ağıllı, hünərli insan yaratdı
153

Bircə qarışqanın qanadında sən 
Tanrı qüdrətini görə bilərsən!" 
 
 
İSKƏNDƏRİN DEDİKLƏRİ 
 
Məclisi xətm etmək məqamı çatdı, 
Şah sözün qədrini Aya ucaltdı. 
Aləmə günəşdir böyük İskəndər, 
Sinəsi nur dolu bir bağa bənzər. 
Dövrəyə alaraq şah İskəndəri, 
Işığa gəlmişdi nur aşiqləri, 
Müdrik olar isə, əlbət, hökmüdar, 
Onun ölkəsində müdrik çox olar. 
Alimlər deyəni bir-bir eşitdi, 
Hər camı ayrıca alıb nuş etdi
154

Həmin alimlərə əvvəl İskəndər 
Allahdan dilədi çox afərinlər, 
Sonra söylədi ki: "Ey alimlər, mən 
Kainat sirrini xeyli dərindən 
Düşündüm, boş, əbəs deyil bu surət, 
Əzəldən onu bir çəkən var, əlbət! 
Bilirəm, gizli bir rəssam var, ancaq 
Bilmirəm bunları çəkmiş nə sayaq? 
Bilsəydim bunları necə xəlq etmiş, 
Mənim də əlimdən gələrdi bu iş. 
Düşüncə qavrasa bir şeyi əgər, 
Şübhəsiz, özü də onu düzəldər. 
Xilqətin sirrini kəşf etməmiş biz 
Tədqiqə çatarmı heç qüdrətimiz? 
Göylərə: yazılı vərəq dediniz, 
Ayrı cür oxudu fəqət hərəniz. 
Dünyanın nəqşini bir nəqş edən var, 
Bundan artıq demək mənasız olar!" 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
107 
 
NIZAMİNİN DEDİKLƏRİ 
 
Nizami, bu qapı açar götürməz, 
İlk nəqş bağlananda görməyib heç kəs
155

Böyük yaradıcı, nə olsa, ancaq, 
Hər nə yaratdısa hündür ya alçaq, 
Ən əvvəl, şübhəsiz, əqli yaratdı, 
Onu öz nuruyla o, aydınlatdı. 
Hər nəqşə çəkdisə qadir yaradan, 
Əqlin nəzərindən etmədi nihan! 
Yalnız ilk nəqşəni gizli nəqş etdi, 
Əqlin gözündən də onu gizlətdi.  
Ilk xilqət nəqşini qurtarıb, qəsdən 
Açdı o pərdəni əqlin gözündən. 
Sonra nə xəzinə oldusa aşkar, 
Açmaqçın bəxş etdi əqlə bir açar. 
Yalnız o ilk hesab qaldı gizlində, 
Onda pərdə vardı əqlin gözümdə, 
Əqlə aşkar oldu başqa hər nə var
Nə zaman istəsə, ora yol tapar. 
Əqlə bağlı olan o yoldan amma 
Danışma, əqildən o yolu sorma. 
Əql ancaq elə bir-yerə yol tapar 
Ki, bilsin nə qədər məsafəsi var. 
Qeyb yolu əqldən hədsiz uzaqdır, 
Əql ora nə sayaq yol tapacaqdır? 
Əqilli adamdır dünyada o kəs - 
Gözü görməyəni qəbul eləməz! 
Sənət sənətkarı nişan verəndə, 
Bağlama sən ona başqa bir pərdə. 
Sözə bax, mindiyi çolaq heyvanla 
Uçrumdan, gör, necə çıxıbdır yola. 
Yalçın qayaları dağıdıb əzən, 
Lacivərd göylərin qoynunda süzən 
Xızr adlı o hatif birdən səsləndi, 
Salam verib göydən yanıma endi. 
Mülayim bir səslə söhbət eylədi, 


               _______________  
Milli Kitabxana
  ________________ 
108 
 
Beynimə sözlərlə nur saçıb dedi: 
"Bu gizli sözləri, fikirləri sən 
Neçin lal dillərə isnad edirsən?
156
 
Sən neçün bu sərvi becərib belə, 
O filosoflara verirsən, söylə? 
Bu incə sözlərin sahibi sənsən, 
Quru sümüklərə verirsən nədən? 
Yemə çörəyini yad süfrələrdə, 
Öz süfrən üstünə gəl çəkmə pərdə"
157

Dövrün kişiləri nakişidirlər, 
Elmə yox, nücuma həvəs edirlər. 
Mərhəmət umarlar qara torpaqdan
Torpaqdan yaxşıdır ancaq sağ insan
158

Hoqqabaz torpaqda sehirbazlıq var, 
Həm möhrə oğurlar, həm də oynadar
159

Ovcunda gizlədər möhrəni, birdən, 
Sonra da ağzından çıxar görərsən. 
Zərnixi, görərsən, udar sapsarı, 
Göy-yaşıl rəngində çıxar dişarı. 
Qupquru ud yeyər torpaq xəzanda, 
Ətirli müşk verər bahar olanda. 
Insan bədənini udanda ancaq, 
Bilmirəm nə sayaq o qaytaracaq? 
Torpaqda çürüyən bədənlərimiz 
Dağıdır, dəyişir, yox olmur təmiz. 
Yerində qalarsa o dağıntılar 
Bir yerə yığanda yenə canlanar. 
Torpağa tökülən şeylər tamamən 
Torpaqdan dirçəlib qalxar yenidən. 
Qızıl toz halına gələrsə əgər, 
Civəylə onları cəm edər zərgər. 
Dağınıq qızılı mahir sənətkar, 
Madam ki, civəylə bir yerə yığar, 
Bizim də əczamız dağılsa bir gün, 
Onu da cəm etmək mümkündür, mümkün! 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
109 
 
İSKƏNDƏRİN PEYĞƏMBƏRLİYƏ 
              YETİŞMƏSİ 
 
Müğənni, çal rudu, çal səhər erkən, 
Mərdlik nəğməsini gətir yada sən! 
Oyandır məndə də nəğmə həvəsi, 
Duymayım bihudə, biməna səsi. 
Yenə bir filosof dərinə getdi. 
Rumun tarixindən belə nəql etdi: 
O dünya padşahı - böyük İskəndər, 
Uca ulduzlara o uca rəhbər 
Elmdə o qədər oldu ki, pərgar 
Əqli hər müşkülə saldı bir açar. 
Bir çox viranənin örtdü üstünü, 
Açdı neçə-neçə bağlı düyünü. 
Sirli elmləri İskəndər qədər 
Yoxdu bu dünyada bilən bir nəfər. 
O, Rumun, Yunanın alimlərindən 
Hər elmi öyrəndi möhkəm, dərindən. 
Daha ulduzları göydə güdmədi, 
Tamam başqalaşdı onun məqsədi. 
Başından lovğalıq tacını atdı, 
Öz başı allahın tacına çatdı. 
Bir də yaranışı araşdırmadan, 
Axtardı, bilsin ki, kimdir yaradan. 
Istədi çalışıb sirləri örtən 
Yeddi qat sürməni silsin tamamən
160

Onu olduğutək görmək istədi, 
Əlçatmaz arzuya irmək istədi. 
Gecəli-gündüzlü bir xeyli müddət 
Düşündü, parladı bəxti nəhayət. 
Bir mələk göndərib bir gecə allah 
Etdi o bihuşu özündən agah. 
Ətrafa nur saçan parlaq günəştək 
Yalan vəsvəsədən uzaq bir mələk 
Parlaq gövhər saçdı şah hüzuruna, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə