_______________
Milli Kitabxana
________________
98
Bir üzü eləyər kömürtək qara!"
Hindli sualların cavablarından
Qalmışdı şahdakı biliyə heyran.
Ona təslim olub diz çökdü yerə,
Şahın da ucaldı başı göylərə.
Çox şükür eləyib böyük allaha,
- Afərin! - dedilər alimlər şaha.
İSKƏNDƏRİN YEDDİ ALİM İLƏ
XƏLVƏTƏ ÇƏKİLMƏSİ
Müğənni, çal yenə qədim havanı,
Kömək et, bitirim mən bu dastanı!
Dünya dastanından bəlkə birtəhər
Canımı qurtarım, bitsin bu əsər...
Biri nəql edirdi filosoflardan:
"Şaha xoş göründü bu qoca dövran.
Mübarək bəxtindən gəlib hümmətə,
Bol dövlət payladı el-cəmaətə.
Bəxşişin hüdudu, həddi olmadı,
Rumda bir nəfər də yoxsul qalmadı.
Şahlar baş əydilər ona cahanda,
Durdular hamısı qultək fərmanda.
O xoşbəxt padişah bir səhər yenə
Çıxaraq firuzə rəngli təxtinə,
Söhbətə başladı insafdan, dindən,
Dürr, gövhər saçdı söz xəzinəsindən
Padişah son qoydu şirin söhbətə,
Meyl edib çəkildi yenə xəlvətə.
Kimsənin qəlbinə heç toxunmadan
Yeddi filosofu seçdi bu zaman:
Ərəstu - tədbirli bir vəzir idi,
Bəlinas - cavanmərd, Sokrat - pir idi.
Valislə Əflatun, bir də Fərfuryus -
Heyrandı bunlara o rühulqüdüs
147
.
_______________
Milli Kitabxana
________________
99
Yeddinci Hürmüzdü, bilir ki, hamı
Yeddinci göydədir onun məqamı.
Yığışdı dövrəyə bu yeddi pərgar,
Nöqtətək mərkəzdə şah tutdu qərar.
Gözəl bir məclisdi, fikirlər parlaq,
Quru təkəbbürdən, badədən uzaq.
Bu məhrəm məclisdə alnıaçıq şah
Fikrindən onları eylədi agah.
Dedi alimlərə sirri açaraq:
"Sirrimiz nə qədər gizlin qalacaq?
Çox gecə keçirdik biz kef edərək,
Gəlin, bir günü də elmə sərf edək!
Bircə gün baxaraq Günəşə, Aya,
Fələyin sirrini qoyaq ortaya.
Bilək ki, bu öküz belitək çadır
Bu möhkəm yer üstdə necə dayanır?
Əvvəli necəymiş bu göyün, yerin,
Bu haqda fikrini hamı söyləsin!
Ağıla, idraka bir vəzifədir,
Bilsin ki, dünyada ilk tərkib nədir.
Bu yeni əskiltmə və artırmalar
Yoxluqdan nə cürə olmuş aşikar?
Əzəldən nə olmuş xilqətə bais?
Bunu ulduzlardan tədqiq edək biz.
Belə elmi məclis yığılar az-az,
Daha bir də belə məclis yığılmaz.
Görək bu yollarda kim yeyin gedər?
Görək xəzinəni kim tez kəşf edər?
Hərə öz fikrini atsın ortaya,
Necə yaranmışdır, desin, bu dünya?
Onda ki, hökm etmiş uca yaradan,
Əvvəl yer yaranmış, yoxsa asiman?
Qoy açsın bu sirri ağlın açarı:
Necə çiçəklənmiş yerin baharı?
148
Necə qoyulmuşdur bina əzəldən?
Necə səslənmişdir ilk mahnı teldən?"
Padişah beləcə dürrlər saçdı,
_______________
Milli Kitabxana
________________
100
Bağlı xəzinənin ağzını açdı
149
.
Sonra da buyurdu: "Cəsarət edən
Danışsın varlığın ilk tarixindən."
Sarsıtdı onları şahın sualı,
Dedilər: "Cavabı layiq olmalı."
Bir səslə dedilər qərar verərək:
"Ilk sözə Ərəstu başlasın gərək!"
ƏRƏSTUNUN DEDİKLƏRİ
Aydın düşüncəli alim Ərəstu.
Böyük tacidara səna oxudu,
Dedi ki: "Elm axtar həmişə, ey şah.
Örtülü sirlərdən ol daim agah.
Haqqın köməyilə şad keçsin ömrün.
Olmasın səninçin açılmaz düyün.
Padşahın əmrinə əməl eləyim.
Ilk xilqət haqqında fikrimi deyim:
Əvvəl vardı ancaq tək bir hərəkət,
Onu iki yerə ayırdı sür ət.
Bu iki hərəkət gəlib bir yerə.
Yeni bir hərəkət doğurdu hərə.
Əvvəlki hərəkət ayrıldı yenə.
Bu üçü qoşuldu biri-birinə.
Üç xətt zahir oldu üç hərəkətdən,
Üç dövrə yarandı ondakı xətdən.
Mərkəzdən ayrıldı həmin dövrələr.
Yaranıb ortaya çıxdı bir cövhər.
Cövhər keşməkeşdən doğub parladı,
"Hərəkət eləyən cism" oldu adı.
Həmin cism qərar tutmayıb bir an
Dönür, hərlənirdi əsla durmadan.
Bu cismin parlayan saf parçaları
Həmişə qaçırdı mərkəzə sarı
Yüksəyə uçanlar etdi hərəkət,
Aşağı enənlər tapdı sükunət.
_______________
Milli Kitabxana
________________
101
Parlaq cism hərəkət etdikcə belə,
Ondan parlaq göylər gəldi əmələ.
Göydə meyl edərək öz mərkəzinə
Onun ətrafında hərləndi yenə.
Əvvəlki meylinə bağlı qalaraq.
O, daim hərəkət etdi bu sayaq.
İlk pərgar hərlənib dövr edən zaman
Bu uca göylər də yarandı ondan.
Göyün gərdişindən od oldu aşkar,
Od hərəkət edən qüvvədən doğar.
Odun qüvvəsindən hava yarandı.
Hava istilikdən od kimi yandı.
Havada rütubət bol idi əslən.
Rütubət hərəkət etmədiyindən,
Onun zərrələri çöküb su oldu,
Bu cürə yarandı təmiz, şirin su.
Xılt saldı su daim sakit duraraq,
O xıltdan törədi gördüyün torpaq.
Dörd ünsür yaratdı o pərvərdigar,
Hərə öz yerində oldu bərqərar.
Qatdı bir-birinə onları həyat,
Yaratdı bunlardan bitki, nəbatat.
Bitki də başqa cür artdı, dirçəldi,
Cürbəcür heyvanlar vücuda gəldi.
Bu qədər dərk edir ağıl hikməti,
Uzağa getməyə yoxdur qüdrəti!"
VALİSİN DEDİKLƏRİ
Alim Valis dedi: "Padşah hər zaman
Bu qoca dünyada yaşasın cavan!
Bilik təlimində bəxti yar olsun,
Elm yollarında daim var olsun!
Şahlar şahı özü verdi ki, fərman:
Hər kəs bildiyini eyləsin bəyan.
Mən də ərz eləyim: dünyaya təməl,
Dostları ilə paylaş: |