Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə23/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
90 
 
HİNDLİ HƏKİMİN İSKƏNDƏRLƏ 
                       SÖHBƏTİ 
 
Müğənni, çal, oxu, dilə gəlsin saz! 
Bülbüllər bağlarda sakit dayanmaz. 
Qızışsın ürəyim sənin nəğmənlə, 
Mənim də lal könlüm qoy gəlsin dilə! 
Həmin dünyagörmüş filosof dedi: 
"Bu hikmət şaha çox təsir elədi. 
Şadlığı mənasız görüb dünyada. 
O, meyi, məzəni salmadı yada. 
Açıldı səhərin zərrin pərdəsi, 
Göründü günəşin gülər çöhrəsi. 
Bilik ayinilə İskəndər yenə 
Çıxdı öz möhtəşəm şahlıq təxtinə
129

Bir xadim təzimlə gətirdi xəbər 
Ki, gəlib hüzura Hinddən bir nəfər. 
"Şaha deyilməli sözüm var", deyir, 
Şahın hüzuruna izin istəyir. 
Eşitcək, buyurdu ona İskəndər 
Ki, muğu Günəşə tez yetirsinlər
130

Şahın əmri ilə göstərib hörmət, 
Elçini saraya etdilər dəvət. 
Ədəblə, ərkanla, o muğ əyildi
Atəşin önünə təzimlə gəldi
131

O parlaq günəşi təxt üstə görcək 
Ona səcdə etdi atəşpərəsttək: 
Şahın fərmanıyla xidmətçilər də 
Onu oturtdular layiqli yerdə. 
Məclisdə yerdən ta göylərə qədər 
Hər şeydən çox şirin söhbət etdilər. 
Hər kəs bacardıqca ürək sözünü 
Deyib göstərirdi orda özünü. 
Növbə o hindliyə yetişən vaxtda 
Təzə gül açıldı köhnə budaqda
132

Elə sirli sözlər dedi məclisə 
Ki, məlum deyildi onlar heç kəsə. 


               _______________  
Milli Kitabxana
  ________________ 
91 
 
Nurdan bəzək vurdu fələk bağına, 
Dürdən sırğa asdı yer qulağına
133

Elə səna etdi o müğ padşaha, 
Sanki işıq saçdı bütün bargaha. 
Hindli sənasını tamam elədi, 
Sözün pərdəsini açaraq dedi: 
"Pərvanə zülmətdə yanan çırağa 
Uçantək, gəlmişəm mən də bu bağa
134

Bəlkə çıraq mənə dostluq göstərə, 
Bu tutqun könlümə bir işıq verə. 
Mənəm hindlilərə rəhbər, pasiban, 
Bədəncə qocayam, fikircə cavan. 
Mənim başıbağlı çox sözlərim var
Onları şərh edən az-az tapılar. 
Deyirlər: dünyada hər elmi bilən, 
Bilik dövranının başçısı sənsən. 
Bir sapa düzülmüş gövhərdir əqlin, 
Müşkül düyünlərə açardır dilin. 
Həm təxt sahibisən, ucadır təxtin, 
Həm bilik vermişdir sənə öz bəxtin. 
Sorğuma düz cavab alarsam səndən, 
Günə sitayişdən əl çəkərəm mən. 
Yox, cavab almasam suallarıma, 
yollanıb gedərəm öz diyarıma. 
Bircə şərtim vardır, ərz edim sizə, 
Heç kəs qarışmasın söhbətimizə. 
Mən bir-bir soruşum, sən də ver cavab
Ancaq ki, xoşluqla etgilən xitab". 
Şah dedi: "Bəhanə axtarma nahaq, 
Aç sirri, sual ver, biz qulaq asaq!" 
Hindli təzim ilə yeri öpərək, 
Sıyırdı dilini hind qılıncıtək. 
Şahı layiqincə tərif elədi, 
Dünya işlərindən söz açıb dedi: 
"De, nə cür ayrılsın ruh bədənimdən, 
Qovuşum allaha hansı yolla mən? 
Bilirəm, yaradan birdir dünyanı, 


               _______________  
Milli Kitabxana
  ________________ 
92 
 
Harda tapmaq olar bəs yaradanı? 
Özü gizlindədir, nişanı aşkar
135

O bağlı qapını mənə kim açar? 
Mənalar sahibi olan o vücud 
Hardadır, yerdəmi, göydəmi mövcud? 
Təsəvvür etməkmi, görməkmi olar? 
Hardadır, nə deyim, əgər sorsalar? 
Yerdəmi, göydəmi, hardadır, deyin. 
Onun varlığını isbat eyləyin!" 
Şah dedi: "Cavabı belədir bunun: 
Bu söz həm qısadır, həm də çox uzun. 
Özündən üzünü çevirən zaman 
Allahın yolunu tapmış olarsan! 
Ona yer axtarmaq doğru sayılmaz, 
Yeri yaradanın öz yeri olmaz. 
Heç kəs aça bilməz onun sirrini, 
Tapmaz düşüncə də əsla yerini. 
Düşüncə göz ilə görülə bilən 
Şeylərə yol tapar, belədir əslən! 
Allahı xəyalda olmaz axtarmaq, 
Xəyaldan doğan şey divlərdir ancaq
136

Bir şeyin əslinə çatarsa xəyal, 
Onun yaranması deyildir mahal. 
O şey ki, sığmayır insan ağlına, 
Dünyanı yaradan deyirik ona. 
Bu yolu qəflətlə getmək yaramaz, 
Bulud örtər Ayı, göz yumsan bir az. 
Haqqı tanımaqçın bəsdir bir nişan. 
Bura yetişdinmi, daha dur, dayan!
137
 
Haqqı tanımaqçın bunlar deyil az, 
Allahı tanıyan bu həddi aşmaz. 
Bu sirli pərdəyə nə lazım daha 
Axtarmaq ibtida və ya intəha?" 
Şahın cavabını hindli dinlədi, 
Yenidən suallar verərək dedi: 
"Bu yerdə, bu göydə nə varsa, əlbət, 
Bütün mövcudata var bir nəhayət. 


               _______________  
Milli Kitabxana
  ________________ 
93 
 
Bəs bu kainatdan, de görüm, kənar 
Başqa bir aləmə gedən yolmu var? 
Var isə, nə üçün bilmir heç bir kəs? 
Yox isə yoxluğa heç bir yol getməz." 
Şah dedi: "Köhnədir bu məsələlər. 
Təzə bir söz söylə, varınsa əgər. 
Bu yerdən, bu göydən kənar çıxma sən, 
Yoxsa səriştəni lap itirərsən
138

Bizə yeddi hüdud çəkmişdir fələk, 
Onlardan kənara çıxmayaq gərək
139

Bundan çıxma kənar, həddini tanı, 
Qılınc, teşt gözləyir kənar çıxanı
140

Bu uca barigah - uca bir hasar, 
İçində əsirdir bütün xəyallar
141

Aşa bilməz ikən onu fikirlər, 
O yandan nə cürə gətirər xəbər? 
Bunu həll etməkçin var bircə düstur: 
Əqildə görünməz şeyə yer yoxdur! 
Görünməz bir şeyi düşünsən əgər. 
Hər səyin, zəhmətin gedəcək hədər. 
Bir çox adamları gözlə görmədən 
Təsəvvür elədim xəyalımda mən. 
Ancaq həqiqətdə rastlaşan zaman 
Gördüm ki, başqadır tamam o insan. 
Üstüörtülü bir başqa cahan var, 
Orda mümkün olar bu axtarışlar." 
Hindli yenə sordu o hökmdardan: 
"Nə üçün ikiyə bölünmüş cahan? 
Bu cürə bəzəkli bir dünya varkən, 
Bir də başqa dünya axtarmaq nədən? 
Yaşamaq olursa burada mümkün, 
Başqa bir dünyaya köçmək nə üçün? 
Əgər orda isə bizim yerimiz, 
Əvvəlcə bəs bura neçün gəldik biz?" 
Əqilli şah dedi: "Bil, ey sadədil, 
Öyrən, könlündəki o tozları sil! 
Düzdür, iki dünya yaratmış xuda. 
Xəzinə ordadır, açarı burda. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə