Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
78 
 
Təəccüb içində soruşdu ondan: 
"Ey hikmətli qoca, ey nurani pir, 
Sizin əqlinizə əyandır hər sirr. 
Bilik qıfılına sizsiniz açar, 
Bilik sayənizdə olubdur aşkar. 
Keçmiş alimlərdən verin bir xəbər, 
Olubmu sizdən çox bilən bir nəfər? 
Sizdən əvvəlkilər elə bir xəyal 
Edibmi ki, ola sizinçün mahal?" 
Əflatun padşaha dua edərək, 
Dedi ki: "Firuzə rəngli bu fələk 
Cürbəcür əfsunlar edib ixtira 
Ki, bizim əqlimiz yetməz onlara. 
Keçmişdə alimlər görüb çox işlər. 
Çox əfsun, çox hiylə icad etmişlər. 
Doğrusu, onların indiki zaman 
yüzdə birini də yoxdur anlayan! 
Şah izn verərsə, o sirlərin mən 
Deyərəm onda yox, yüzdə birindən." 
Bu işə razılıq verdi İskəndər, 
Danışsın onlardan alim bir qədər. 
Əflatun söylədi: "Var ol, hökmüdar, 
Sənin elmə, fənnə məhəbbətin var... 
Deyirlər buxarla alov əl-ələ 
Verib bu dünyaya saldı zəlzələ, 
Bu qüvvət yerlərin bağrını yardı, 
Bir düzdə tilsimli bir daş çıxardı- 
Mis ilə qalaydan xilqətin əli 
Sanki yaratmışdı bir at heykəli. 
Heykəlin böyründə bir oyuq vardı, 
Suların açdığı yerə oxşardı. 
Günəş bu oyuqdan nur saçan zaman 
Bir sehir görərdi orda hər baxan. 
Bir çoban keçəndə bu geniş düzü 
O sadə yarğana sataşdı gözü. 
Orda parıltılı tilsimi görcək 
Endi tez çuxura bir anda zirək. 


               _______________  
Milli Kitabxana
  ________________ 
79 
 
O misdən yaranmış at heykəlinin 
Böyründə bir oyuq göründü, dərin. 
Gün işıq salmışdı həmin oyuqdan. 
Seyr etdi heykəli diqqətlə çoban. 
Orda çox köhnə bir meyid gördü ki, 
Heç əskik deyildi onun bir tükü. 
Onun barmağında bir üzük vardı, 
Qaşı Müştəritək par-par yanardı. 
Çoban tez əlini uzatdı ona, 
Çıxarıb üzüyü aldı ovcuna. 
Üzüyü ovcunda çevirdi, baxdı, 
Sonra barmağına sevinclə taxdı. 
Ayrı şey tapmadı baxdısa hara, 
Daha ləngiməyib çıxdı bayıra. 
Sürdü sürüsünü, getdi sevincək
Səhəri gözlədi səbr eyləyərək. 
Səmanın möhtəşəm göy bayrağında 
Işıq saçan muncuq parıldayanda, 
Çoban sürüsünü dağda tərk etdi, 
Sürü sahibinin yanına getdi. 
Ora getməyindən bu idi məqsəd: 
Üzüyü göstərib, öyrənsin qiymət. 
Çobanı önündə görəndə ağa 
Başladı onunla xoş danışmağa. 
Hal-əhval soruşdu qoyun-quzudan, 
Aydın cavab verdi hər sözə çoban. 
Çoban ağa ilə söhbət edərkən 
Arabir yox olub itirdi gözdən 
Bir də görünəndə çoban, tez ağa 
Başladı heyrətlə acıqlanmağa: 
"Bu nədir, arabir itirsən gözdən, 
Yenə də gözümə görünürsən sən? 
Əfsunçu olubsan durduğun yerdə, 
Hardandır tapdığın bu sirli pərdə?" 
Çoban bu sözlərə heyrət edərək, 
Bu işə əqlindən istədi kömək. 
Çoban ağasıyla söhbət edəndə; 


               _______________  
Milli Kitabxana
  ________________ 
80 
 
Üzüklü əlini o tərpədəndə, 
Üzüklə qaşı da hey burulurdu, 
Gah altda, gah üstdə gəlib dururdu. 
Qaş üstə çevrilib durduğu zaman 
Görürdü çobanı ona hər baxan. 
Qaş ovcun içində olanda isə 
Onu görməyirdi artıq heç kimsə. 
Elə yaratmışdı üzük yaradan 
Gözə görünməzdi taxsa hər insan. 
Çoban başa düşüb sirli oyunu
Gedib dağda, daşda sınadı onu. 
Qayıdıb üzüklə qurdu min kələk, 
Necə ki, ulduzla oynayır fələk
113

Gözə görünməmək istəyən zaman 
Qaşı çıxarmazdı əsla ovcundan. 
Nə zaman istəsə görünsün, yenə 
Qaşı çevirirdi o öz yerinə. 
Bu yolla şəhərdə qurub oyunu, 
Yetirdi yerinə hər arzusunu. 
Bir gün də bu sirrə qızışdı başı, 
Ovcunun içinə alaraq qaşı, 
Əldə hindli qılınc, saraya keçdi, 
Şahın düz önündə gizli əyləşdi. 
Dağılıb gedəntək ordan adamlar, 
Şahın gözlərinə göründü aşkar
Bu haldan ürəyi qorxuyla doldu, 
Çarəsiz qalaraq şah təslim oldu. 
Təlaşla soruşdu: "Aç mətləbini, 
De, kimdir göndərən buraya səni?" 
Çoban cavab verdi: "Mən peyğəmbərəm, 
Iman gətir, səni xoşbəxt eylərəm. 
Istəsəm heç görməz məni bir adam, 
Mənim möcüzəm də budur, vəssalam!" 
Ona beyət etdi şah qorxusundan, 
Bütün əhali də gətirdi iman. 
Çobanın hörməti artdı, ucaldı, 
Axırda şahlığı əlinə aldı. 


               _______________  
Milli Kitabxana
  ________________ 
81 
 
Gör varmış o qaşda nə böyük hikmət 
Ki, çoban peyğəmbər oldu, nəhayət! 
Bir bax qaş qayıran o alimlərə, 
Gör hikmət çatıbmış onda nə yerə! 
Sehir gərək belə edilsin icad. 
Bizimtək alimlər qalsın ona mat. 
Nə qədər düşünüb daşındımsa mən. 
Gəlmədi bu sirri açmaq əlimdən." 
Şah bunu eşidib, elədi səna 
Həm o icadkara, həm Əflatuna. 
Həmin o məclisdə iştirak edən 
Hamı ibrət aldı o həkayətdən. 
 
 
İSKƏNDƏRLƏ SOKRATIN 
         ƏHVALATI 
 
Müğənni, o könül açan saz ilə 
Mənim də könlümü bir aç, saz elə! 
Bəlkə ilham alıb sazın telindən, 
Ruma ipək həşyə nəqş eləyim mən
114

 
Kainat-işindən xəbərdar olan 
Bir alim deyir ki: "Bir zaman yunan 
Əhli baş qoşmayıb əsla bir işə, 
Hamı zahidliyi etmişdi peşə; 
Dünyada göz yumub istirahətə, 
Onlar xor baxırdı zövqə, şəhvətə, 
Çox bilmək, az yemək yolu tutaraq, 
Hamı riyazətlə məşğuldu ancaq. 
Hətta varlılar da min əzab çəkər. 
Dünya ləzzətindən elərdi həzər. 
Guya ki, bilikli, ağıllı olan 
Bu dünya zövqünə uymaz heç zaman. 
Qadından, şərabdan çəkmişdilər əl, 
Guya bunlar əqlə gətirər xələl. 
O yerə çatdı ki, belə bir adət 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə