Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
86 
 
Düzdür, sərt olsa da Sokratın sözü, 
Bəyəndi onları İskəndər özü. 
Bildi, onu ancaq xəlvətdə görər, 
Piyada yollandı ora İskəndər. 
Gördü ki, yaşayır çox pərişan, tək, 
Xərabə guşədə bir xəzinətək. 
Dünya gərdişinə yumub gözünü, 
Hücrəyə çəkmişdi Sokrat özünü. 
Şahın ürəyini bu hal qanatdı, 
Tərpədib ayaqla onu oyatdı. 
Dedi: "Qalx ayağa, mənə qulaq as, 
Eyləyim dünyada səni biniyaz." 
Alim gülüb dedi: "Bu qüdrətin var, 
Məni yox, get, başqa bir adam axtar. 
Kim qane olarsa bir ovuc dənə
Dönməz dəyirmantək sənin dövrənə! 
Arpa çörəyinə edib qənaət, 
Buğda çörəyinə çəkmərəm minnət. 
Evdə bir arpası olmayan bir kəs 
Yarım arpa qədər minnət götürməz. 
Bir saman çöpündən yoruluram mən, 
Dağ boyda yük alım çiynimə nədən?" 
Şah dedi dübarə: "Ey nəcib insan, 
Mal-dövlət, nə desən, eylərəm ehsan!" 
Alim verdi şaha qürurla cavab: 
"Gəl, məntək adama vermə sən əzab, 
Mən qat-qat varlıyam hümmətdə səndən, 
Mən bir azyeyənəm, sənsə çoxyeyən. 
Bu geniş dünyaya maliksən özün, 
Ancaq bu süfrədən doymayır gözün
120

Mənsə, qorxmasaydım isti-soyuqdan, 
Bax, bu şəltəni də atardım çoxdan. 
Bu qədər ağır yük altındaykən sən, 
Mənim tələbimi necə ödərsən?" 
Hökmüdar söylədi: "Ver görüm cavab, 
Sən kimsən, məni kim edirsən hesab?" 
Belə cavab aldı padşah qocadan: 


               _______________  
Milli Kitabxana
  ________________ 
87 
 
"Mən fərman verənəm, sən fərman alan!" 
Şaha acıq gəldi, söylədi ona: 
"Bu örtülü sözdən de, nədir məna?" 
Yenə cavab verdi ağıllı Sokrat: 
"Dinlə, mənasını deyim bu saat: 
Mənim həvəs adlı bir nökərim var, 
O daim önümdə fərmanla durar. 
Həmin on nökərin nökərisən sən
Mənə qul olana qulluq edənsən!" 
Padşah bu sözlərdən dərsini aldı, 
Utanıb, başını aşağı saldı. 
Şah ona dedi ki: "Üzümdəki nur 
Mənim pak fikrimə aydın sübutdur. 
Sən paksan, paklardan düşmə uzağa, 
Diriykən boş yerə girmə torpağa!" 
Sokrat verdi ona gümüştək cavab: 
Dedi ki: "Qulağa tökülməz simab!
121
 
Səndə ki pak olmaq idiası var, 
Bəs niyə heyvantək edirsən rəftar? 
Əlbəttə, tələsən bir heyvan ancaq 
Oyadar insanı təpik vuraraq. 
Mən yatmış, sən oyaq olan zamanda, 
Təpik niyə vurdun bəs oyadanda? 
Oyatdın hirslənib çox yatmağımdan, 
Halbuki sən özün çoxdan yatıbsan! 
Yatıb dovşan kimi, coşub pələngtək, 
Gəl, ayıq aslanla qovğadan əl çək. 
Özünə ov axtar, get, dolan bir az
Mənimtək aslandan sənə ov olmaz!" 
Bu qızğın danışıq təsir edərək 
Şahın ürəyini yumşaltdı mumtək. 
Sonra o, alimə eləyib minnət, 
Istədi bir qədər öyüd-nəsihət. 
Pərhizkar qocanın hiddəti getdi, 
Şirin bir dil ilə o söhbət etdi. 
Şahı nəsihətlə qane eylədi, 
Ona öyüd verib belə söylədi: 


               _______________  
Milli Kitabxana
  ________________ 
88 
 
"Əlində yumşalsa dəmir, bunu bil, 
Tədbirlə yumşalar, hiddətlə deyil! 
Qəlbi də, istəsən, bu sayaqla sən 
Parladıb aynatək edə bilərsən. 
Dəmiri aynatək parladan insan 
Pası silməlidir öz vicdanından
122

O qədər saf qəlbli, pak vicdanlı ol, 
Mənəvi sirləri edəsən qəbul. 
Pis olan şəxslərə vur qara damğa, 
Çalış öz qəlbini saflaşdırmağa. 
Qəlbiqara kəsin dili düz deyil. 
Olmaz hər zəncidən bir Xacə Müqbil
123

Zəncinin zahiri qaradır, ancaq, 
Sən ağzından çıxan saf sözlərə bax. 
Qara olsan əgər, söyüd kimi yan, 
Zəncinin dişini odur ağardan
124

Zənci dəmir kimi qara, parlaqdır, 
Üzü qaradırsa, ürəyi ağdır! 
Dirilik suyunu Zülmatda sanan 
Alimlər o hökmü çıxarıb burdan
125

Xıltdan ayrılmağı öyrən gümüşdən, 
Çalış, gümüş kimi saf, təmiz ol sən! 
Bir idrak nurani olarsa əgər. 
Bu tutqun günbəzə qalxıb yüksələr
126

Ləkəsiz, tərtəmiz saf səhər çağı 
Allah sirlərinin olar ocağı. 
Açsan pəncərədən sən pərdələri, 
Onda işıq salar günəş içəri. 
Günəşə göz yumub, yandırsan çıraq, 
Külək söndürəcək onu, bil ancaq. 
Günəşin nuruna yedəkçi ol sən, 
Səni tərk etsə də, düşmə ümiddən
127

Süpürüb təmizlə qapı-bacanı, 
Heç qonaq çağırma sonra sultanı. 
Ova gedən zaman sataşar gözü 
Qapına-bacana, tez gələr özü. 


               _______________  
Milli Kitabxana
  ________________ 
89 
 
O gəlsə yanına qonaq qalmağa, 
Bizdən salam söylə sən o qonağa. 
Bu qapıya gəldin, məğrur olma sən, 
Əl çək boş, mənasız mənsəb güdməkdən. 
O xas məclisini qəbul et candan, 
Yoxsa qoymaz səni içəri dərban. 
Palçıqlı başmaqla o təxtə sarı 
Getmə, yolda çıxar sən başmaqları. 
Şah ilə həmsüfrə olmaq istəsən, 
Dırnaqlarını tut, əlini yu sən. 
Şiri-nər olsa da, heç kimsə, əlbət. 
Təxt üstə çıxmağa etməz cəsarət. 
Təxtə nəqş edilmiş o bir cüt aslan 
Dönmüşdür taxtaya təxt qorxusundan. 
Sənin dərgahına gələn bir nəfər 
Yolunu azarsa, bol sillə yeyər. 
Indi sən bir düşün nə dərgahdasan 
Gör necə, hansı bir seyrəngahdasan?
128
 
Bu qapı önündə olmalısan qul, 
Yolun bura düşsə, gəl, ədəbli ol! 
Özünü sayırsan əgər hökmüdar, 
Itlə, gözətçiylə, de, nə işin var? 
Düzdür, tünd danışdım səninlə, amma 
Budur xasiyyətim, məni qınama! 
Bu yanar ürəyim o zaman göyə 
Getmişdi, seyr edib sirr öyrənməyə. 
Indi qayıtmışdır, gətirdiyi sirr 
Bunlardır, söylədim mən sənə bir-bir.." 
Qoca bu saf, təmiz sözləri dedi, 
Bu sözlər şaha çox əsər elədi. 
Üzü günəş kimi işıqlı, parlaq, 
Tələsdi saraya ordan çıxaraq. 
Əmr etdi katibə, o da diqqətlə 
Yazdı bu sözləri zərli bir xətlə. 
 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə