Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
62 
 
Mən ona gizli bir sirr öyrətmişəm: 
Qazanar nə qədər dövlət istəsə, 
Dünyada o möhtac olmaz heç kəsə. 
Bacarıq sahibi görərək onu 
Öyrətdim xəzinə tapmaq yolunu. 
O sənət yoluyla heç kəs dünyada 
Əldə edə bilməz bircə arpa da. 
Xoşbəxt Mariyədən başqa bir insan 
Belə xəzinəyə olmadı ilan. 
Kifayət qədər pul yığdı əlinə, 
Gedib hakim oldu doğma elinə." 
Vəzirin rəyini eşidən zaman 
Əl çəkdi İskəndər həmin qovğadan. 
Padşahın könlündən tozu siləntək
Vəzir Mariyəyə xəbər verərək, 
Dedi ki, padşahdan üzr istəməkçin 
Tez onun yanına qasid göndərsin. 
İşbilən Mariyə alıb xəbəri, 
Açdı qızıl dolu xəzinələri. 
Qasidə hazırlıq əmrini verdi, 
Şaha misilsiz bir xəznə göndərdi. 
Xəzinə görənlər hələ bu qədər 
Bir yerdə xəzinə görməmişdilər. 
Bəxşişlə rəf oldu - getdi nəhayət 
Mariyədən kədər, şahdan ədavət. 
Bəxşişlə ədavət, kin sönüb gedər, 
Kini, küdurəti bəxşiş məhv edər! 
 
 
FAĞIR ÇÖRƏKÇİNİN HEKAYƏSİ 
     VƏ ONUN VARLANMASI 
 
Müğənni, öt yenə, o lətif səsin 
Bülbülün səsini batil eyləsin. 
Nəvalar nəvası olsun bu nəva, 
Dərdlərin dəvası olsun bu nəva. 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
63 
 
Belə deyirlər ki, Ruma bir zaman 
Bir yoxsul gəlibmiş başqa diyardan. 
Az vaxtda qazanmış o çoxlu dövlət, 
Yığmış karvan-karvan xəzinə, sərvət. 
Ancaq bilən yoxmuş dərya xəzinə 
Dağdan, ya dənizdən çıxıb bəxtinə? 
Kimisi deyirdi: mədən tapıbdır, 
Kimisi deyirdi: yox, ev çapıbdır. 
Əlqərəz, yazıqdan əl çəkmədilər, 
Axır ki, padşaha verdilər xəbər. 
Dedilər: "Yad eldən bura bir adam 
Gəlmişdi, əvvəllər yoxsuldu tamam. 
Keçməmiş aradan bircə il müddət, 
O qədər qazanmış qızıl, mal, sərvət 
Ki, padşah on katib ayırsa əgər, 
Onun dövlətini saya bilməzlər. 
O bir çörəkçiydi əvvəl, yoxsul, ac, 
Quru çörəyə də, suya da möhtac. 
Indi alıb-satır ləl ilə gövhər, 
Ağıl bu barədə heç susa bilər? 
Peşə yox, alver yox, əkin də əkməz, 
Bu qədər dövləti hardan tapıb bəs?" 
Yığılıb gördülər belə məsləhət: 
Şah ondan bu sirri soruşsun xəlvət. 
Əmr etdi padşah ki, o kişi bir gün 
Üstündən şübhəni götürmək üçün 
Xəlvəti padşahın yanına getsin, 
Bu sirri xoşluqla ona nəql etsin. 
Varlanmış çörəkçi gedib bargaha, 
Ədəblə baş əydi ulu padşaha. 
Diz çökdü, bir daha təzim eylədi, 
Torpağa düşərək səna söylədi. 
Şah onu görəndə bəxtəvər, xoşbəxt, 
Təxtinin yanına eylədi dəvət. 
Gahdan hədələdi, gah xoş danışdı, 
Sonra xəzinədən söz-söhbət açdı. 
Dedi ki: "Sən xoşbəxt adamsan, yəqin. 


               _______________  
Milli Kitabxana
  ________________ 
64 
 
Fələk də xoş baxmış üzünə sənin. 
Eşitdim buraya köçüb gələndə 
Bir günlük azuqə yox imiş səndə. 
Indisə, deyirlər, çox sərvətin var, 
Acizdir çəkməyə onu karvanlar. 
Dövlət qazanmaqçın çəkərlər zəhmət, 
Padşaha yetişər tapılma dövlət. 
Bu işin sirrini doğru söyləsən, 
Canından, malından arxayın ol sən. 
Yox, əgər sözündə duysam bir yalan 
Əmrimlə ən ağır cəza alarsan!.." 
Çörəkçi gördü ki, qəzəblənib şah
Bildi ki, düzlüyə qalıbdır pənah. 
Təzim eləyərək şaha yenidən, 
Söylədi: "Ey padşah, eşitmişəm mən, 
Zülmünü görməyib kimsə dünyada, 
Yaxşılıq yaraşır səndəki ada. 
Xoş rəftar edibsən sən rəiyyətlə, 
Yolunda can qoyar hamı minnətlə. 
Sənin torpağında qazandım nemət, 
Sənin sayəndədir məndəki dövlət. 
Əgər qəbul edib buyuruq versən, 
Tamam əl çəkərəm var-dövlətimdən. 
Ən axmaq quluna bəxş edib, əlan, 
Torpağı öpərək gedim qapından. 
Əgər soruşursan, budur doğrusu, 
Nəql edim nə cürə gəldi arxa su: 
Ey şahım, mən bura gəldiyim zaman 
Əliboş bir quldum, yoxsul bir insan. 
Möhnət içindəydi ömrüm, həyatım, 
Dedim, çörək satıb, çörəyə çatım. 
Peşəmdən dərdimə olmadı dəva, 
Doğrusu, bundan da görmədim səfa. 
Şahı səxavətli bir məmləkətdə 
Çörəkçi varlana bilməz, əlbəttə. 
Karıxıb hər yerə baş vururdum mən, 
Təsəlli tapırdım bu əlləşmədən. 


               _______________  
Milli Kitabxana
  ________________ 
65 
 
Mənim bir arvadım vardır, çox zirək, 
O, hamilə idi... qaldıq neyləyək?...  
Çox çətin vururduq başa hər günü, 
Günəş də kəsmişdi bizdən lütfünü. 
Müşkün ətrindən də safdı o mələk, 
Yeyirdik onunla biz yavan çörək. 
Yetişdi arvadın doğum möhləti, 
Məndən bir az isti quymaq istədi. 
Evdə yemək üçün - ürək qanından 
Başqa heç şey yoxdu, ey şahım, inan! 
Evdə ikimizdik - bir mən, bir arvad, 
Dedi ki: "Ay kişi, bir dadıma çat, 
Ölürəm, bir azca şorba düzəltsən 
Ölümdən canımı qurtararsan sən. 
Yoxsa ki, ölmüş bil məni, həmdəmim, 
Əcəl küləyindən batacaq gəmim." 
Bu halda görəndə əziz yarı mən 
Ağlaya-ağlaya tez çıxdım evdən. 
Ona bir yeməli şey tapmaq üçün 
Gəzdim küçə-küçə şəhəri bütün. 
Bağlıydı üzümə qapılar - hər yan, 
Bədlik bərk tutmuşdu mənim yaxamdan. 
Baş alıb şəhərdən çıxdım kənara, 
Rast gəldim köhnə bir xarabazara. 
Gəzdim dönə-dönə o xarabanı, 
Bir acgöz div kimi eşdim hər yanı. 
Kim bilir nə vaxtdan qalıb bu saray, 
Basıb qapısını toz-torpaq lay-lay... 
Burda da bir zaman məşəllər yanmış, 
Ətirli udlarla nura boyanmış. 
Bir zənci gördüm ki: - atəşpərəstdi. 
Əlində bir kuzə, özü də məstdi. 
Asmışdı ocağa dolu bir qazan, 
Basmışdı hər yanı orda buğ, duman. 
Zənci dik atıldı yad adam görcək, 
Burula-burula qalxdı tüstütək. 
Üstümə çığırdı: "Ey div oğlu, sən 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə