Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
54 
 
Ağıllı qadındı, iş bacarandı. 
Rüxü qoymuş idi Ayı piyada, 
"Atı" mat qoymuşdu "şahı" dünyada
94

Qanımla bəslənmiş bir güldü, göyçək. 
O da təkcə məni sevirdi cantək. 
Gözümə nur idi mənim o mələk, 
Yaman göz ayırdı rəhm etməyərək. 
Fələk ayrı saldı o şux gözəldən, 
yox imiş dünyada sanki əzəldən. 
Nə qədər razıydım mən ondan, eyvah!.. 
Ondan razı olsun, görüm ki, allah! 
Bir qüdrət bəxş edib taleyim sözdən 
Köhnə dastanları təzələyəm mən, 
Qənd-şəkər paylanar bayram gələndə
Dedim ki, bir gəlin bəzəyim mən də. 
"Şirin"in halvasın qurtaranda mən 
Bir halvaçalanım getdi evimdən
95

"Leyli" xəznəsinə çəkərkən hasar, 
Orda da bir Gövhər eylədim nisar. 
Bu toyu çatdırıb mən nəhayətə. 
Təzə bir gəlin də verdim cənnətə
96

Neçə gözəl dərdi sinəmdə ikən, 
Rum-rus dastanını necə yazım mən?
97
 
O qəmli çağları niyə yad edim? 
Bu xoş dastanımla könlü şad edim. 
 
 
QİBTLİ MARİYƏNİN HEKAYƏSİ  
VƏ ONUN KİMYAGƏRLİYİ 
 
Müğənni, gəl, qədim dövrü yada sal, 
Müğlartək müğani xoş bir hava çal! 
Yazığam, əzizlə, dərdimi dinlə, 
Qızışdır canımı nəğmələrinlə! 
 
Qoca bir filosof üzündən sözün 
Pərdəni açaraq, nəql etdi bir gün: 


               _______________  
Milli Kitabxana
  ________________ 
55 
 
"Mariyə adlı bir qibtli vardı, 
Bir əmir qızıydı, Şamda yaşardı. 
Bir çox qalaları varmış ki, düşmən 
Alıbmış onları bir-bir əlindən. 
Yağı dadanmışdı onun yurduna, 
Şikəstlik vermişdi bu dünya ona. 
Düşmənin zülmündən təngə gələrək 
Gedib İskəndərdən istədi kömək. 
Əgər eləsəydi şah ona imdad, 
Öz abad yurduna qayıdardı şad. 
Şahın vəzirinə pənah apardı, 
Kömək almaq üçün ona yalvardı, 
Gördü ki, ağıllı, kamallı vəzir 
Əyləşib bir dəstə gəncə dərs verir. 
Əl çəkdi əvvəlki iddiasından, 
Ona elm oxumaq göründü asan. 
Gördü ki, dava bir cəncəlli işdi, 
Həvəslə, səy ilə elmə girişdi. 
Alimə ürəkdən eyləyib xidmət, 
Onun hüzurunda göstərdi hörmət. 
Kənizlər içində alimə məhrəm 
Yoxdu ondan başqa yaxın bir həmdəm. 
Ustadın pak, təmiz xisləti vardı, 
Qız üzün açanda, o, göz yumardı. 
Zərif əllərilə su tökəndə qız 
O, tökülən suya baxardı yalnız. 
Qadın ustadını öz ağ kafurtək 
Gözəl bədəninə meylsiz görcək
O da kişilərə olan həvəsdən 
Çəkinib, özünü saxladı qəsdən. 
Təkcə təlim oldu fikri, məqsədi, 
Məqsədə biliklə çatmaq istədi. 
Alim Ərəstu da o gözəl üçün 
Bilik xəzinəsi açdı büsbütün. 
O saf-təmiz dürrə çox dürlər saçdı, 
Ona deyilməmiş çox sirlər açdı. 
Elmin sirlərini açdı qadına, 


               _______________  
Milli Kitabxana
  ________________ 
56 
 
Bir-bir təlim edib öyrətdi ona. 
Hər elmin önündə qız səcdə qıldı, 
Sinə lövhəsinə nələr yazıldı?! 
Istədi vətənə qayıdıb ordan 
Əz baba yurdunda olsun hökmüran. 
Yox idi qüdrəti, varı, dövləti, 
Dirildə yenidən o səltənəti. 
Ərəstu bu-işdən olub xəbərdar, 
Düşündü: xəznəsiz olmaz şəhriyar
Qızıl iksirini ona öyrətdi, 
Qadını elmiylə iksirçi etdi. 
Mariyə ucaldı o kimiyadan, 
Iksir alimitək qazandı ad-san. 
Ərəstu öz bilik xəzinəsindən 
Ona sirr öyrədib etdi işbilən. 
Şahın izni ilə ordu, xəzinə 
Verib, yola saldı öz ölkəsinə. 
Mariyə yetişcək doğma yurduna 
Davasız, qovğasız şah oldu ona. 
O qədər varlandı qazancdan, bacdan 
Ki, azad elədi yurdu xəracdan. 
Sehirli kimyada olub işbilən
Qızıl qayırırdı o xam gümüşdən. 
Nəhayət qızılla doldu xəzinə, 
Açdı xəzinəni elin üzünə. 
Ölçüsüz bol qızıl qazansa hər kəs 
Ona daş, ya qızıl, təfavüt etməz. 
Qoşunda nə qədər süvari vardı. 
Atının nalları qızıl nallardı. 
Çoxu bu sarayda yeyib gəzərdi, 
Hətta eşşəyin də palanı zərdi. 
Qızıl bəzəklərin yox idi həddi, 
İtin də zənciri qızıldan idi. 
Elm-fənn aşiqi bir dəstə insan 
Fəqirdi, yoxsuldu, dardaydı yaman. 
Onlar xəzinədən tutdular xəbər
Şahın hüzuruna gəlib, birtəhər, 


               _______________  
Milli Kitabxana
  ________________ 
57 
 
O dövlət kanına etdilər minnət, 
Dedilər: "Yoxsuluq, çəkirik zillət. 
Başqa adamlartək yoxdur peşəmiz, 
Yalnız düşünməklə ömr edirik biz 
Çünki güdməmişik dünyada qazanc
Bir günlük çörəyə qalmışıq möhtac. 
Rəhmdil məlikə edib mərhəmət, 
Açar xəzinəni bizə də, əlbət. 
Yəqin ki, mərhəmət edərsə əgər, 
İksirdən bizə də bir şey öyrədər. 
Gövhər xəznəsiylə zəngindir dünya, 
Nə qədər paylansa çatar hamıya. 
Nə olar, bizlər də bir parça çörək 
Qazanıb, heç kəsdən minnət çəkməyək?!... 
Işbilən, saf qəlbli, kəmallı gözəl 
Onların sözünə eylədi əməl. 
Ölkədə bir guşə şux laləzardı, 
"Səngi-əzəm" adlı bir qaya vardı. 
Mariyə oraya çıxdı, qəmərtək 
Başında buluddan qara bir örpək
Müşkin zülflərinə nərgizə bənzər 
Parlaq gövhərlərdən düzüb bir qədər, 
Qara saçlarını kəmənd etmişdi, 
Hörüb xaç şəklində o bənd etmişdi. 
Dedi alimlərə: "Gəlin bir yaxın, 
Qaşımın tağında bu bəndə baxın. 
O gizlin iksiri, diqqət etsəniz, 
Səhərtək alnımda görərsiniz siz". 
Bunu eşidəndə, düşünüb hərə 
Bir cür məna verdi həmin sözlərə. 
Biri söylədi ki, Zöhrətək parlaq 
Alnına işarə etdi o, ancaq. 
Saçlarda aradı sirri bir nəfər, 
Saçlar içindəydi çünki o gövhər. 
Hərə bir yol tapdı həmin sənətə, 
Düşdü hər birisi bir cür niyyətə, 
Hərə o qissədən aldı bir hissə, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə