Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə80/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   76   77   78   79   80   81   82   83   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

328 

 

Çay boyunca bitən ota, tikana. 



Ətəkdə qartallar salan oxlardan 

Daha çox görünür qartal və tərlan. 

O yerdən keçərkən daim qıpçaqlar, 

Pir deyib, başını səcdəyə qoyar. 

Hər atlı, piyada o yoldan gedir, 

Heykələ pir deyə, pərəstiş edir. 

Atını sürərkən daşa, pir deyə, 

Edir oxluğundan bir ox hədiyyə. 

Çobanlar sürüylə keçərkən ordan 

Verər o heykələ bir qoyun qurban. 

Qartallar ucadan edərkən pərvaz 

Qoyundan o yerdə bir tük də qoymaz. 

Qorxaraq, o polad pəncə qartaldan 

Heykəlin səmtinə gəlməz bir insan. 

Bax, bilici necə bir heykəl qurdu, 

O sənəm gah açdı, gah düyün vurdu. 

 

 

İSKƏNDƏRİN RUS ÖLKƏSİNƏ 



ÇATMASI VƏ MÜHARİBƏSİ 

 

Saqi, dur, örtülü bakirəni sən 



Mənə ver, qorxursa ərə getməkdən. 

Əlimi yuyum hər kirdən, murdardan, 

Təmiz olmalıdır bikrə əl vuran! 

 

Yenidən bu bülbül girmişdir bağa, 



Bu pəri yan almış işıq - çırağa. 

Fikrimə can verir bu pəricamal, 

Pəriyə döndərmiş məni bir xəyal. 

Bu qara Əhrimən mədənindən mən 

Bir gövhər alım ki, çıraqdan rövşən. 

Minlərcə eşq olsun, zəkalı ərlər 

Zülmətdən çıxarır işıqlı gövhər. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

329 

 

Keçmişi gözəlcə bilib tanıyan 



Tarixdən nəql edir belə bir dastan: 

Rum sənətkarına şah verdi fərman, 

Tədbirlər tökərək mum alsın daşdan. 

O tələb edilən uğurlu heykəl 

Firuzə naxşıtək bəzəndi gözəl. 

Heykələ vurmuşdu elə bir bəzək, 

Türklərin nəqşinə bağladı ipək. 

Heykəli dikəltdi mahir sənətkar, 

Önündən şövkətlə keçdi hökmüdar. 

Keçirkən saçırdı, cəvahir, dövlət, 

Dincəlmək fikriylə çəkirdi zəhmət. 

Həftədə bir neçə mənzil gedirdi, 

Mənzildə həftədən çox dincəlirdi. 

Düşmənə olunca yaxın, coşdu kin, 

Əъdərlər pəncəni etdilər kəskin. 

Qarşıda göründü geniş bir sahil, 

Gecəykən o yerdə etdilər mənzil. 

O yaşıl çəməndə ordu, tacidar 

Yolun zəhmətindən rahat oldular. 

Ulduztək bəzədi baş ordugahı, 

Göylərə ucaltdı onda dərgahı. 

Hər tərəf bayraqla döndü tovusa, 

Ordunun ağzını çevirdi rusa. 

Bu qorxulu xəbər çatdı ruslara: 

Əskərlə yetişdi o rumlu Dara, 

O qədər əskər heç gəlməz xəyalə, 

Dağlar da dayanmaz etsə bir həmlə, 

Zor igidləri var qılınc oynadan, 

Insanı qıvrılmış ilantək sancan. 

Qızmış bir aslandır kəmənd quranlar, 

Fillərin başını yerə buranlar. 

Çinli qulları var, hərbə girincə 

Bir teldən ox atar yüzlər, minlərcə. 

İskəndər deyil tək acıqlı aslan, 

Bəladır dünya o qan qusduran. 

Ardınca dağ kimi bir ordu gəlir, 




_______________  

Milli Kitabxana

  ________________ 

330 

 

Yer, göy titrəyərək tozlar yüksəlir. 



Iki yüz fili var üstü poladdan, 

Torpağın canına salır həyəcan. 

Çölləri tutmayır igidlər, fillər, 

Ordusu ordular yaran bir əъdər. 

Eşitdi rusların sərdarı Qıntal 

Ki, dövran doğurmuş başqa bir əhval, 

Yeddi rus soyundan tərpətdi ordu

246


Hər qövmə uyan bir yaraşıq vurdu. 

Bərtasdan, Alandan, Xəzrandan hədsiz 

Sanasan sel kimi axdı dağ, dəniz. 

Isudan Qıpçağın çölünə qədər 

Hər yeri doldurdu ox, geyim, xəncər. 

Hesaba gəlməyən qədər əskər var, 

Sayından acizdi böyük hesabdar. 

Qarşıda olanı saydı bir bilən, 

Ziyadə göründü doqquz yüz mindən. 

Rusa iki ağac qaldığı zaman, 

Atlardan enərək tutdular məkan. 

Rus Qıntal söylədi: "Mərdləri yenən 

Döyüşdə qorxarmı qızdan, gəlindən? 

Heç zəhmət görməmiş belə bir əskər, 

Xəzinə karvanı, üstü zər, zivər. 

Belə bir namuslu nazlı utancaq 

Ruslarla döyüşdə tutarmı ayaq? 

Cilovu, yəhəri qızıldır, gövhər, 

Saf büllur təbəqlər, yaqut qədəhlər. 

Işləri içməkdir, kefdir hər zaman, 

Bir kərə keçməmiş hərbin yanından. 

Gecələr alır xoş qoxudan fərəh, 

Gündüzlər içkiylə qaldırır qədəh. 

Biz ruslar ciyəri yeyərik bol-bol. 

Qızlara yaraşır bu şərab, noğul. 

Rumlular, çinlilər döyüşə girməz, 

Geyinər qırmızı diba, sarı xəz. 

Haqq bizi nemətlə etmiş sərəfraz, 



_______________  

Milli Kitabxana

  ________________ 

331 

 

Haqq verən bəxşişin önü alınmaz. 



Yuxuda görsəydim bu qəniməti 

Axardı ağzımın dadlı şərbəti. 

Bir deyil, hədsizdir taclar, bəzəklər, 

Dənizdə tapmarıq bu qədər gövhər. 

Bu zəngin dövləti keçirsək ələ 

Bütün ölkələrə düşər vəlvələ. 

Padşahlıq edərək dünyanı alaq, 

Əsrlər boyunca tacidar olaq." 

Atını oynatdı dağın başına, 

Bir neçə nəfər də qoşuldu ona. 

Əliylə uzağı göstərdi: "Baxın, 

Hurilər dünyaya etmişdir axın! 

Dərgahı büsbütün gövhər, xəzinə, 

Incilər saçılmış silah yerinə. 

Yəhərlər büsbütün yaqutla dolu, 

Incidir, gövhərdir atların çulu. 

Ulduzlu külahlar ucalmış göyə, 

Uzun don az qalır ayağa dəyə. 

Tirmələr, ipəklər, fərşlər, xalçalar, 

Nə əldə nizə, və oxluqda ox var. 

Xalxalı qızıldan taxmış ayağa, 

Zülfünün ucunu burmuş qulağa. 

Hamısı şahanə zinətlə dolu, 

Yox gedən ayağı, yox güclü qolu. 

Bu əlsiz, ayaqsız nəfərlər neylər? 

İskəndər bunlarla ordumu yenər? 

Onlara bir iynə batırsan, bişəkk, 

Ağızlar açılar bir pəncərətək, 

Tarixlə, təqvimlə hərbə gedirlər, 

Həsabda bir ayı təxir edirlər

247



Bu ordu ən qızğın döyüşdə bir az 



Əzilmiş kəsəkdən toz da qoparmaz. 

Birlikdə hücuma keçsək üz-üzə, 

Bu ordu dayanmaz bir həmləmizə." 

Zəhmətlə keçinən sadəlövh ruslar 

Hiyləyə aldanıb dedilər: "Sərdar! 

Nə qədər ki, can var - əmrində varıq, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə