Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə78/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   74   75   76   77   78   79   80   81   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

318 

 

İSKƏNDƏRİN RUS QOŞUNUNUN 



HÜCUMUNDAN XƏBƏR TUTMASI 

 

Saqi, dur bu gecə mənə ver şərab, 



Bu başağrısına vacibdir gülab. 

Bir mey ver, suyu da eləsin huşyar. 

Verməsin başlara ağırlıq, xumar. 

 

Xoş gəlir dünyanı ölçən ərlərə 



Calasın səfəri başqa səfərə. 

Görsün hər ölkədə yeni bir adət, 

Olsun hər mənzildə azacıq rahət. 

Hər yeni geyimə bir nəzər salsın, 

Gördüyü şeylərdən bir sınaq alsın. 

Azacıq düşünsən, bir nüktə vardır: 

Hər kəs öz şəhrində bir şəhriyardır. 

Öz şəhrində olsan ən alçaq insan 

Yaxşıdır qürbətdə sultan olmaqdan. 

 

İskəndər hər yerdə qələbə çaldı, 



Lakin vətən eşqi qəlbini aldı. 

Hökmündə olsa da saysız vilayət, 

Əz doğma yurduna çəkərdi həsrət. 

O gecə qət etdi, səhər qalxaraq 

Atına küləkdən taxsın bir ayaq. 

Qəlbində söndürsün vətən odunu, 

Xorasan havası şənlətsin onu. 

Əcəm torpağına at salsın yenə, 

Oradan yol açsın Istəxr mülkünə. 

Dünyanın rəngi də uysun baxtına, 

Şöhrətlər qazansın uca taxtına. 

Keçsin Nuşafərin mülkündən bir də, 

Yaxşını, yamanı görsün o yerdə. 

Yeni don geydirsin köhnə işlərə, 

Önündə bir dünya diz çöksün yerə. 

Hər kəsə yenidən versin var, dövlət, 

Töhfələr paylasın, göstərsin şəfqət. 

Bəxşişlər ayırsın istəyənlərə, 




_______________  

Milli Kitabxana

  ________________ 

319 

 

Yenidən yaşayış versin hər yerə. 



Gedərkən bunları düşünür dərin, 

Başqa cür düşünməz hökmüran, yəqin. 

Abxaz hökmüdarı olan Dəvalı 

Ucalmış, padşaha yaxın olalı. 

İskəndər hökmünə bağlarkən kəmər 

Dünyaları ölçər, ölkələr gəzər

Padşahın yanına gəlincə, birdən 

Təbiltək inləyib qopardı şivən: 

"Padşahın, rusların zülmü çox dərin, 

Abxaz gərdəyindən qaçırır gəlin. 

O gözəl ölkədən gəlmiş bir tanış, 

Deyir: o var-yoxdan çöp də qalmamış. 

Alan, Ərk rusları edərək axın 

Yağmurtək ölkəyə etmişdir basqın. 

Dərbəndə, ətrafa fitnələr saçmış, 

Gəmiyə doluşub, dənizə qaçmış. 

Qədərsiz basqınlar etmişdir yenə, 

Yenidən yol vermiş o köhnə kinə. 

Qəflətən talamış hər yerdə nə var, 

Bir də yol tapmasın o şum ayaqlar. 

Deyirlər, qədərdən çox ölən varmış, 

Həm qırıb dağıtmış, həm də aparmış. 

Heç bir şey qalmamış dolu anbarda, 

Xəzinə boşalmış, yoxdur dinar da. 

Xəzinə geyimdən boşalmış, gerçək, 

Sandıqdan dür çalmış, taxtımdan ipək. 

Gördüyün o Bərdə olmuşdur viran, 

O zəngin şəhərdən qalmamış nişan. 

Gözəl Nüşabəni almışlar əsir, 

Işrət qədəhini qırmışlar bir-bir. 

Sarayda görmüşdün o qədər gəlin

Onlardan qalmamış heç bir nazənin. 

Vurmuş bir-birinə kəndi, şəhəri, 

Atəşdə yandırmış şən ölkələri. 

O qızğın döyüşdə məhv olsaydım mən 

Asudə olardım bu dirilikdən. 

Sənin xidmətində oldum bəxtiyar, 



_______________  

Milli Kitabxana

  ________________ 

320 

 

Orada əsirdir gəlinlər, qızlar. 



Düşməndən intiqam almazsa padşah, 

Imdada yetişsin o böyük allah. 

Çox keçməz ki, ruslar girər hər yana

Dağ çəkər Rum ilə Ermənistana. 

Elə ki, keçirər ələ xəzinə, 

Durmayıb tələsik qaçarlar yenə. 

Şəhərlər alaraq, talar hər yanı, 

Bəlkə də tutarlar bütün dünyanı. 

Onlarda aslanla qurd ürəyi var, 

Qana mərd, süfrəyə aciz olurlar. 

Mərhəmət umulmaz düşməndən bir an, 

Yalnız surətindən görünər insan! 

Eşşəyin cəvahir olsa da yükü, 

Yenə də eşşəkdir, parıldar tükü. 

Madam ki, yol tapmış bunlar xəznəyə, 

Ziyanlıq verəcək bir çox ölkəyə. 

Zülümlə açacaq yeni qol-qanad, 

Karvanlar soyacaq, sönəcək həyat. 

Ölkəyə dərindən ziyan vuracaq, 

Ruma, Xorasana əl uzadacaq." 

Acıqlandı padşah bunu dinlərkən

Onun övladına olan sitəmdən. 

Nüşabə üçün də qəmləndi hədsiz. 

Çünki o ölkəni tuturdu əziz. 

Acıqlı başını dikdi köksünə, 

Başını kədərlə qaldırdı yenə. 

Dedi: "Ey Dəvalı, verirəm fərman, 

Qəlbimdə çırpındı canında olan. 

Vəğəni anlatdın, sən dur bir yana, 

Bu işi büsbütün gəl tapşır mana. 

Görərsən nə səhman verrəm işlərə, 

Kəməndim nə qədər baş tökər yerə. 

Alaram ağılı, huşu başlardan. 

Aslanlar qanına sallam həyəcan. 

Aslanla oynamaq deyildir asan, 

Itləri salaram kinli qürurdan. 

Qoymaram Bərtasdan, ruslardan nişan. 



_______________  

Milli Kitabxana

  ________________ 

321 

 

Başları qurtarmaz ayaq altından. 



Ruslar, Misr olsa da, tökərəm Nilə, 

Şüuru azınca əzdirrəm filə. 

Taxtımı qaldırram dağından yüksək. 

Daşları dəhşətdən ərisin gərək. 

Nə əъdər qoyaram bu köhüllərdə, 

Nə də ot ki, dərman olsun bir dərdə 

Ruslardan bu öcü almayıb getsəm. 

Feyləqusun oğlu deyiləm, itəm. 

Bərtasın qurdunu tora salmasam, 

Bərtas tülküsündən daha alçağam. 

Dövranın gərdişi verərsə imkan

Alaram öcümü kinli düşmandan. 

Qaytarar nə ki şey aparmış bizdən, 

Düşər ayağıma o qarət edən. 

Nüşabə qurtarar zəncir altından, 

Mən şəkər alaram qamışdan, inan! 

O gümüş, daşlarda gizlənsə belə, 

Xamırdan tük kimi çəkərəm çölə. 

Tədbirlə açılar bu çətin işlər, 

Ağacda zamanla açar çiçəklər 

Hər işdə tədbirdən əl götürməmək. 

Zamandan-zamana dolanır fələk, 

Bu yola varımdır ərzaq, hazırlıq. 

Murada çatınca dözərəm, artıq. 

Qocaman dağlardan dənizə qədər 

Üsullu-üsullu iş axıb gedər. 

Fikrim at sürməkdi əcəm mülkünə, 

O yerdə əylənmək istədim yenə. 

Indi ki, üz vermiş belə bir dastan. 

Taxtımdan ayrılmaq yaxşıdır bundan. 

Qoşunum əzm etdi tərpənsin, ancaq 

Bu yolda yəhərim taxtım olacaq. 

Düşməndən intiqam almayınca mən 

Qaçaram yatmaqdan, istirahətdən." 

Dəvalı o halı gördüyü zaman 

Azaldı qəlbində kinli həyəcan. 

Dodağı doldurdu yeri ənbərlə, 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə