Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə79/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   75   76   77   78   79   80   81   82   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

322 

 

Üz sürtdü, torpağı suvardı zərlə. 



 

 

İSKƏNDƏRİN QIPÇAQ ÇÖLÜNƏ 



ÇATMASI 

 

Dur, saqi, qədəhi al ələ, doldur! 



Kimsəyə içməkdən başqa yol yoxdur. 

Günəş parçasıdır, badə deyil bu, 

Gövhərində vardır həm atəş, həm su. 

 

Iki pərvanədir bağlanmış bura, 



Birinin üzü ağ, birinin qara

243


Kimsənin şamına deyil pərvanə. 

Dinləməz kimsəni, baxmaz fərmanə

244


Çıraqdan işıq ver, ev işıqlansın, 

Hər iki pərvanə atəşdə yansın. 

 

Bu yaşıl baxçaya verən yaraşıq 



Çıraqdan parladır belə bir işıq. 

Feyləqusun oğlu böyük İskəndər 

Rusun talanından alınca xəbər, 

Gecəni yatmadı, əzm etdi kinə, 

Hər sayaq düşündü, daşındı yenə. 

Neyləsin, bu işə necə don biçsin, 

Üstündən atlayıb qolayca keçsin. 

Dan yeri yaqutdan şəfəq saçanda, 

Şəbdizin belindən təngi açanda

245


İskəndər yenə də ata minərək 

Yel kimi tərpəndi, oldu bir şimşək. , 

Ceyhun sahiliylə atını saldı, 

Oradan Xarəzmə doğru yol aldı. 

Arxada ordusu dəniztək axır, 

Çöllərin hesabı barmağındadır. 

Xarəzmin çölünü ölçərək biçdi, 

Ceyhuna gələrək, Amildən keçdi. 

Aləmi qurtarmaq fikriylə rusdan 

Suda və quruda durmadı bir an. 



_______________  

Milli Kitabxana

  ________________ 

323 

 

Yeməyib, yatmayıb, hey sürürdü at, 



Səqlab çöllərinə açınca qanad, 


_______________  

Milli Kitabxana

  ________________ 

324 

 

Qıpçaqla qaynaşan boz çöllər gördü



Baldırı ağappaq gözəllər gördü. 

Üzü od, yanağı su kimi oynaq, 

Günəşdən və aydan daha şux, parlaq. 

Hamı kiçik gözlü, könül ovlayan, 

Bir pəri səbrini əlindən alan. 

Nə örtü, nə yaşmaq bilirdi onlar, 

Nə də qardaşından, ərindən qorxar. 

Darlıqda keçinən subay əskərlər, 

Görüncə örtüsüz bir dəstə dilbər, 

Dözməyib, qaynadı gəncliyin qanı, 

Dinləməz oldular əmri, fərmanı. 

Padşahın qorxusu çökdü əskərə, 

Əl ata bilmədi o gözəllərə. 

İskəndər görüncə o afətləri, 

Xoşuna gəlmədi bu adətləri. 

Ağ bədənlər gördü, gümüş vücudlu,

 

 

Ordu bütün susuz, onlar sərin su. 



Ordunun halına yandı, nə demək, 

Hər qadın qadındır, erkək də erkək! 

Bu işə sərf etdi öz hünərini, 

Çağırdı qıpçağın böyüklərini. 

İskəndər onlara etdi çox hörmət, 

Ucaldı başları, göstərdi şəfqət, 

Örtülü dedi çöl qıpçaqlarına: 

"Üzünü gizləmək xoşdur qadına. 

Qadın ki, yadlara açar üzünü

Nə əri düşünər, nə də özünü. 

Bərklikdə ansa da daşı, poladı, 

Yenə də qadının qadındır adı. 

O azğın çöl xalqı, o köçərilər 

Padşahı dinləyib durdu bir qədər. 

Bu əmrə əymədi boyun heç biri, 

Ən doğru sandılar bu ayinləri. 

"Bəndəyik biz, deyə, təslim oldular, 

Itaət edərik sənə, tacidar! 

Üz örtmək doğru yol deyildir, ancaq, 

Itaət etməz bu ayinə qıpçaq. 




_______________  

Milli Kitabxana

  ________________ 

325 

 

Üz örtmək ayini qoy olsun sənin




_______________  

Milli Kitabxana

  ________________ 

326 

 

Bizə də göz örtmək olmuşdur ayin. 



Baxmamaq gərəkdir naməhrəm üzə, 

Nə suçu var üzün, cəza ver gözə. 

Bu sözlər gəlirsə padşaha ağır, 

Nə üçün bəs üzə, arxaya baxır. 

Bu hasar deyilmi qıza, gəlinə? 

Heç biri girməmiş yad gərdəyinə. 

Bizim qız-gəlinə yetər bu örük, 

Yadlar gərdəyindən tutmamışdır yük. 

Örtü salmaqdansa xalqın üzünə, 

Özün bir örtü çək baxan gözünə. 

Gözünə pərdəni asan bir nəfər, 

Şübhəsiz, nə günəş, nə də ay görər. 

Bu işdə cahandar əmr edir bizə, 

Istəsən hər qıpçaq can verər sizə. 

Edərik hər əmrin olsa, itaət,  

Öz ayinimizdən dönmərik, əlbət." 

Qıpçağın dilini uzun görüncə, 

Susaraq, aldı bir acı düşüncə. 

Padşaha apaydın oldu həqiqət

Bu xalqa bir fayda verməz nəsihət. 

Tutarlı bir tədbir göstərsin, deyə, 

Söylədi bu sirri o fərzanəyə: 

"Bu kəmənd saçlılar gözəldir, dilbər. 

Hayıf ki, yadlardan üz örtməyirlər. 

Pərvanə atəşdə yandığı qədər, 

Yadlara bəladır bu qara gözlər. 

Nə yolla qıpçağı bəs yumşaldım mən. 

Gizləsin üzünü naməhrəmlərdən?!" 

Bəlinas dil açdı ona hörmətlə: 

"Itaət edərəm böyük minnətlə, 

Mən elə bir tilsim qurum bu yerdə, 

Dastanlara düşüb qalsın dillərdə. 

Tilsimi hər qadın gördüyü zaman. 

Üz-gözünü örtüb keçər yanından. 




_______________  

Milli Kitabxana

  ________________ 

327 

 

Bu şərtlə: padişah qalsın mənimlə, 



Istədiyim şeyi gətirsən ələ." 

Gərəkli şeyləri yaxşı-yamandan, 

Güc ilə, qızılla tapdı hökmüran. 

Bəlinas güvəndi bəxtiyarlığa, 

Tədbirlə başladı sənətkarlığa. 

Qara daşdan qurdu gözəl nazənin

Dikəltdi bir yeni ayinli gəlin. 

Ağ mərmər çadrası heykəl daşında, 

Səmən yarpağıydı bidmişk başında. 

Hər qadın keçirkən gördüyü zaman 

Utanıb üzünü gizlədi ondan. 

Üzünü, gözünü örtdü hər göyçək, 

Utanıb üzünə çəkdi bürüncək. 

O gün ki, çarşablı heykəl quruldu. 

Qıpçağa üz örtmək bir adət oldu. 

Sənətkar kişidən sordu İskəndər: 

"Nə üçün bu xalqa daş etdi əsər,  

Etmədi verdiyim əmrə itaət, 

Bu cansız Heykəldən aldılar ibrət?" 

Bəxtiyar bilici dedi: "Hökmüran, 

Qıpçağın ürəyi qatıdır daşdan! 

Bu gümüşbədənlər daşürəklidir 

Daşürəkliləri onunçun sevir. 

Hər biri elə ki, daşa yan alır 

Qatı ürəkləri ondan yumşalır. 

Üz-gözü bərk daşdan yaranmış dilbər 

Utanıb, üzünü yadlardan örtər. 

Bizə də gərəkdir belə bir örtük, 

Ərlərə hörmətdir, yadlara örük. 

Bir də ki, göylərə aid bir sirr var. 

Etmərəm o gizlin sirri aşikar." 

O tilsim kök saldı durduğu yerdə, 

Üzlərə oldu bir ismətli pərdə. 

Tilsimli o heykəl yenə ucalır, 

Uçmamış, o çöldə indi də qalır. 

Çevrəsi oxlardan dönmüş ormana




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə