Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə85/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   81   82   83   84   85   86   87   88   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

348 

 

Olmadı onu bir görən, tanıyan. 



İskəndər o atlı, qoçaq igidi 

Bir aslan ürəkli aslan zənn etdi. 

Deyirdi: "Doğrudan bu ər oğlu ər 

Döyüşdə mərdliklə göstərdi hünər. 

Görsəydim üzünü, igidliyinə 

Verərdim yüz başı bağlı xəzinə. 

Bir bəla kəsildi bu düşmən xalqa, 

Mənə öz qolumtək oldu bir arxa. 

Coşğun bir aslandı, deyildi insan

O igid aslana eşq olsun hər an!" 

 

Firuzə rəngli tağ ertəsi günü 



Dağ-daşdan ucaltdı yaqut güzgünü. 

Alanlı bir atlı döndü aslana, 

Qara əъdahatək girdi meydana. 

Əlində yetmiş zor igidin gürzü, 

Kökündən ayırır qoca Əlbürzü. 

Mərd kimi dolaşıb başlar yarırdı, 

Fələyin qəlbindən toz qoparırdı. 

Iran, Rum və Çinin igidlərindən 

Çox kişi öldürdü o nər döyüşkən. 

Yenə o rus qıran adlı pəhləvan, 

At çapdı meydana o qızmış aslan. 

Yayına xam göndən bir giriş vurdu, 

Ox aldı əlinə, yayını qurdu. 

Yay tutan qolunun gücüylə oxdan 

Alanlı pəhləvan təslim etdi can. 

Sanki bir məkikdir hind qamışından, 

Içindən ox dəyib keçmiş bir zaman. 

Bir pişik gözlü rus alnında qırış, 

Acığı aslantək qaşına yığmış. 

Döyüşdə tanışdı ona hər yaraq, 

Zirehə yüz yerdən vurmuşdu yamaq. 

Durdu həm qılınc, həm at oynatmağa. 

Polada batmışdı başdan-ayağa. 

Meydanda döyüşü sanırdı asan, 




_______________  

Milli Kitabxana

  ________________ 

349 

 

Atını yüklədi hər bir silahdan. 



Ürəyi daşdan da möhkəmdi, əlbət, 

Bilmədi döyüşdə var necə dəhşət. 

Silaha təklikdə alışmışdı bu, 

Düşmən qılıncından duymamış qorxu. 

Əъdaha ürəkli salınca nəfəs, 

Aciz bir ov gördü, çıxarmadı səs. 

Gördü ki, üstündə çox yarağı var, 

Özündən, atından xoşdur çul, paltar. 

Başını qılıncla oynatdı yerdə, 

Çulundan üzünə çəkdi bir pərdə. 

Başqa rus kin ilə at oynatdıqca, 

Torpağa sərildi qılınc atdıqca. 

Başqa rus yanaşdı kəskin polada, 

Onlara dəyəndən dəydi buna da. 

Yayından şığıyan hər kəskin oxdan 

Yan verdi yerə bir igid pəhləvan. 

O atlı qəhrəman düz on ox atdı, 

On igid qəhrəman torpaqda yatdı. 

Yenə də görünməz oldu gözlərə

Qayıtdı igidlər oturan yerə. 

Neçə gün o igid hərbə yanaşdı, 

Örtülü çıxaraq, açıq savaşdı. 

Qalmadı kimsədə cəsarət, hünər, 

Döyüşdə onunla dursun bərabər. 

Can, qılınc qorxusu çatdı bir yerə, 

Az qaldı dağılsın onlar çöllərə. 

Namusa dalaraq etdilər səbir, 

Hiyləyə uyaraq tökdülər tədbir. 

 

Bir gün bu qoca çərx dövran edərkən, 



Bir gövhər çıxardı qır dənizindən. 

Meydan bəzənərək səflər düzəldi, 

Hər yandan bir igid nərəsi gəldi. 

Gurladı çanlar rus ordugahından, 

Qalxdı qışqırıqlar göyə hər yandan. 

Mərkəzdə ruslar da ordu çəkərək 




_______________  

Milli Kitabxana

  ________________ 

350 

 

Səfləri bəzədi gözəl gəlintək. 



Atıldı bir köhnə kürklü döyüşkən

Sanki bir nəhəngdir çıxdı dənizdən. 

Piyada, bir parça dağdı gövdəsi, 

Beş yüz atlıdan da çoxdu hərbəsi. 

Qocaman, qüvvətli pəncəsi vardı, 

Almazı sıxsaydı tez yumşaldardı. 

Div kimi qan iyi duymuş, qaniçən, 

Fırlanmış cəhənnəm dəhlizlərindən. 

Ayağında onun boyuna uyar 

Həm qalın, həm uzun bir zənciri var. 

Sanasan kükrəmiş vəhşi bir aslan, 

Kəskin səs-küy ilə dolmuşdu meydan. 

O güclü ayağı hər yerə vurur, 

Zərbindən açılır dərin bir çuxur. 

Dəmirdən əyribaş toppuzu vardı, 

Dağların başını dağa dayardı. 

Hər yana cumdu bu dəmir toppuzla

Çox igid öldürdü, sərdi sağ-sola. 

O qalın bədənin kobudluğundan 

Canı kir bağlamış, qartmaqdır hər yan. 

Döyüşmək qəsdiylə girsə meydana 

Nə qılınc, nə toppuz kar edər ona. 

Belə bir əъdaha atıldı birdən. 

Firiştə öldürən, o insan yeyən. 

Sanki bir qarınca tutur görüncə, 

Qoparır başını o aslanpəncə. 

Başqa bir işi yox başlarkən savaş. 

Bədəndən gah ayaq qoparır, gah baş. 

Tutunca qarşıya çıxan yağını 

Qırır gah belini, gah ayağını. 

Qocaman gövdəli cəsur bir atlı, 

Döyüşdə sınanmış bir yel qanadlı 

At sürdü, meydanda ucaltsın boyun, 

O qızğın atəşlə oynasın oyun. 

Görüncə bu nəhəng onu uzaqdan. 

Tutmaqla yırtmağı çəkmədi bir an. 




_______________  

Milli Kitabxana

  ________________ 

351 

 

Meydana başqa bir pəhləvan çıxdı, 



Bir anda onu da atından yıxdı. 

Böyləcə əl atar-atmaz çomağa 

Bir neçə igidi sərdi torpağa. 

Çox ürək yardı o yırtıcı aslan, 

Ən cəsur mərdlərin bağrı oldu qan. 

Hər ağıl sahibi edərdi heyrət: 

Nə insan, nə divdi o zorba xilqət! 

Gündüzə səs vurdu qaranlıq gecə 

Al günəş başını yerə dikincə. 

İskəndər bu işə çox heyrət etdi, 

Məclisdə qapalı məsləhət etdi: 

"Bəladır bu insan öldürən qoçaq, 

Onunla döyüşə acizdir bu xalq. 

Silahsız bu adam qarşı gəlirkən, 

Silahlı igidlər qaçır önündən. 

Nəsilcə, şübhəsiz, bu insan deyil

Olsa da, bu abad torpaqdan deyil, 

Virana yerdəndir, vəhşi xilqəti, 

Insana bənzəyir yalnız surəti." 

Orduda tapıldı onu tanıyan, 

Baş əydi, təmkinlə dedi: "Hökmüran! 

Madam ki, əmr edir adil padişah, 

Şahı o vəhşidən eyləyim agah. 

Bir dağ var, zülmətə yaxındır qolu, 

Tük kimi incədir gedilən yolu. 

O yerdə yaşar bu xilqətdə insan

Tərkibi torpaqdan, gücü poladdan. 

Onların əslini doğru bilən yox, 

Əslindən, irqindən xəbər verən yox. 

Hamısı göygözdür, qırmızıyanaq, 

Aslandan da qorxmaz bu acıqlı xalq. 

Çox dayanıqlıdır, güclüdür onlar, 

Meydanda biri bir ordu dağıdar. 

Erkəyi, dişisi dolsa hiddətə, 

Dünyanı çevirir bir qiyamətə. 

Silahda, döyüşdə sınaqları var, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə