Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə32/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   28   29   30   31   32   33   34   35   ...   84

 
129 

 
 
əl-Muəxxir- 847-İstədiyini geri qoyan, gecikdirən de-
məkdir.  
“Ya Muaxxir”ismi-şərifini davamlı oxuyanın qəlbində 
şeytan yer ala bilməz.  
 
əl-Əvvəlu-Başlanğıcı olmayan ilkdir. Hər varın xaliqi və 
əvvəli deməkdir.  
1. Bu ismi-şərifi hər gün, hər namazdan sonra 37 dəfə 
oxumağı adət edən kimsənin Allah hacətlərini verər və bütün 
dualarını qəbul edər.  
2. Bu ismi davamlı oxuyan tələbə sinfin daim birincisi və 
ya işində öndə gedənlərdən olar 
3. Bu ismi-şərifi davamlı oxuyan kimsə öndə gedən-
lərdən olar.  
4. Övlad istəyənlər“Ya  Əvvəlu”ismi-şərifini niyyət 
edərək 1359 dəfə oxusa, Allahın izni ilə övladı olar.  
 
 
əl-Axiru-801-Nəhayətsiz, sonu olmayan sondur. ”Ya 
Axiru” ismi-şərifini davamlı oxuyan müsəlmanın qəlbində 
yalnız Allah məhəbbəti olar.  
1. Bu ismi-şərifi hər gün səhər tezdən 801 dəfə oxumağı 
adət edən kimsənin ömrü çox uzun olar. Ona düşmənlik edən 
hər bir kəsi pərişan və peşman edər.  
2.”Ya Əvvəli , Ya Axiru” isimlərini hər gün səhər tezdən 
838 dəfə oxuyan bütün düşmənlərini peşman edər. Dünya və 
axirət səadətinə çatar.  
 
130
3.  İçində su olan bir kasanın üzərinə 838 dəfə “Ya 
Əvvəli, Ya Axiri”isimlərini 838 dəfə oxuyaraq, hər hansı bir 
səbəbdən danışmayan, kəkələyən uşağa yeddi gün içirdilərsə, 
həmçinin bu yeddi gündə 838 dəfə bu isimləri zikr edərlərsə, 
uşağın dili açılar, zehni inkişafı güclənər.  
 
 
əl-Zahiru-1106-Aşkar, varlığı günəş kimi açıq, gücü, 
qüdrəti və  əzəməti ilə görünən deməkdir. “Ya Zahir”ismi-
şərifini oxuyan müsəlmanın qəlbində mərufətullah yerləşər.  
“Başlangıcı olmayan ilk və  nəhayəti olmayan son” 
anlamlarına gələn bu  
“əl-Əvvəl” və  “əl-Axır”ismi-şərifləri Quranda bir dəfə 
keçmişdir. (Hadid 3) 
Bizim dilimizdə ilk və son kəlmələri zamana, məkana və 
duruma görə anlam qazanır. Allah üçün zaman və məkan ol-
madığından bu “ilk”və“son” isimləri Onun əvvəlinin olma-
dığı, sonunun da olmadığını ifadə edir. Bu əsmaların təcəllisi 
də ilk yaradanın Allah olduğunu  ən son yaradanın da Allah 
olacağını, kainatı ilk dəfə yaradan, Qiyamətdə kainatı yox 
edən, yaradılışdan qiyamətə qədər hər şeyi yenidən yaradan
O “İlk” və “son”olan Allahdır. “Əvvəl”və“Axır”ın yaratdıq-
larının bir başı və bir sonu vardır. Qədər yazımızı yazır, bizi 
ilk dəfə  gətirən, son dəfə götürür. Yəni Ondan gəldik, Ona 
dönəcəyik.  
Səni bilmək üçün yaradılmış bir qul olmaq nə böyük 
şərəfdir Allahım… Rəbbim, zahirimizi də, batinimizi də hü-
zurunla nurlandır. Amin. Ey hər şeyin iç üzünü bilən Allahım. 
İç aləmimizdə gizli olanları bilən Rəbbim. İçimizi islah eylə, 
içi ayrı, üzü ayrı olmaqdan bizi qoru. Bizi həqiqi Batin 
qullarının halları ilə hallandır Amin. Allah buyurur: "O 
Əvvəldir, Axırdır, Zahirdir, Batindır. "(Hədid-3)  


 
131 
1. Hər gün 1106 dəfə“Ya Zahir”ismini oxuyan kimsəyə 
bəzi gizli sirlərin əsrarı bildirilər.  
2.”Ya Zahir” ismini daima zikr edən kimsə  hər işində 
qalib olar.  
 
Zahir və Batin isimlərinin açıqlaması 
 
əl-Batin mahiyyəti gizli olan, gözlərdən, könüllərdən, idrak 
və duyğulardan gizlənmiş  və zatıyla batin olan deməkdir.  
əl-Batin ismi ilə hər şeyin, içinə nüfuz edərək, hər şeyə, hər 
şeydən yaxın olandır.  
Sözünüzü istər gizlədin, istər aşkar edin, bilin ki, O 
qəlbimizdə olanları bilir. .  
Allah-təalanın varlığı, həm aşkar, həm gizlidir. Cənabi-
Haqqın Batin olması bizə görədir. Çünki biz Onu ancaq 
sifətləri ilə tanıyıb, bilirik. Zatını bilməyimizə isə imkan 
yoxdur. Onun varlığını ancaq Özü bilir. Özün özü Odur, 
varlığı varlığının içində gizlidir. O, aşkar olmaqla bərabər 
gizlidir də. Duyğularla hiss edilməyib, xəyal ilə 
bilinməyəcəyi kimi, varlığının həqiqəti də  ağılların idrak və 
qavrayışına sığmaqdan imkansızdır. Onun üçün nə yalnız 
Zahir, nə də yalnız Batin deyə hökm etmək olmaz. Nə də ki, 
Batin isminə baxaraq Allahın bizlərdən gizli olduğunu da 
deyə bilmərik.  
O görünməyən Zahir, gizlənməyən Batindır. Allah bütün 
gizliliklərdə mövcuddur. Ondan heç bir şey gizli deyildir. O 
hər  şeyin içində  və yaxınındadır. Batin olmasıla hər  şeyə 
əslində daha yaxındır. Onun üçün görülməyən görünəndir. 
Sirr və gizli Onun üçün keçərli deyildir. Hal əhli bir sənət 
əsərindən sənətkarın elmini, gücünü, zövqünü görə bilir. 
Anlamayanlar isə baxsalar da, görməyib keçib gedərlər. Hər 
çiçəkdə, hər böcəkdə, zülfün hər telində, yağışın hər 
 
132
damlasında,  əlimizin hər cizgisində Allahın elmi, qüdrəti, 
sənəti açıq-aydın görünür.  
Zatı isə görülənlərin parlaqlığı  səbəbindən gözlərdən 
gizli qalır. Çünki bugünkü gözlər Rəbbimizin zatını görəcək 
şəkildə yaradılmamışdır. Bir ismi Zahir olan Rəbbimizin 
yaratdığı surətimiz də görürük. Lakin bir ismi də Batin olan 
Rəbbimizin yaratdığı ağlımızı isə görə bilmirik. Balı görürük, 
lakin onun dadını görə bilmirik. Gülü görürük, ancaq onun 
ətrini görə bilmirik.  
Bizlərə surət kimi açıq, ağıl kimi gizli nemətlər verən 
Zahir və Batin Rəbbimizə açıqda və gizli yerlərdə ibadət 
edərkən pisliklərin açığından da, gizlinindən də  çəkinəcək-
siniz. (Əraf -33, Ənam-120) 
Yaradılan hər  şeyin bir görünən, mindən də çox 
görünməyən tərəfini öyrəndikcə, “Zahir” və “Batin” olan 
Allahın varlığını daha çox hiss edəcəyik. İnsanlara gizli və ya 
açıq yardım edərkən, bizim verdiyimizi deyil, bizə ruzini 
verəni düşünəcəyik. Yardımı alanda isə verilənə yox, verənə 
baxacaq, təşəkkür edəcəyik.  
Bu isimləri 62x62=3844 dəfə oxuyan kimsə  əşyanın 
həqiqətlərini bilər və Allahın sirlərindən vaqif olar.  
 
 əl-Batinu-3844-Gizli olan, insanlar onu tam bir şəkildə 
bilə bilməmələridir.  
1. Bir müsəlman hər gün 33 dəfə “Ya Batinu” ismi-
şərifini oxusa, hər  şeyin həqiqətlərini görər və ilahi sirləri 
görə bilər.  
2. Batin ismini hər namazdan sonra 62 dəfə zikr edən 
kimsə heç kəsdən qorxmaz, nəfsi istəklərini idarə etməyi 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə