Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə34/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   30   31   32   33   34   35   36   37   ...   84

 
137 
surətdə biçim verdi. Xeyr, daha doğrusu, siz haqq-hesab 
gününü yalan sayırsınız!”  
Qeyd edildiyi kimi Allah-təala bizlərə sonsuz nemətlər 
bəxş etmişdir. Qarşılıq olaraq isə yalnız ona ibadət 
etməyimizi istəmişdir.  
Səmimi iman sahibləri Allaha təslim olaraq qəlbən Ona 
ibadət edər və  hər halında yalnız Allaha sığınar. Çünki hər 
şeyi yaradan və verən yalnız Odur. Buna qəlbən inandıqdan 
sonra onlar üçün axirət həyatı dünya həyatından daha üstün 
olur. Onlar inanırlar ki, bu dünyada Allaha qarşı olan 
niyyətlərinə görə axirətdə əvəz alacaqlar. Çünki Allah sonsuz 
ehsan sahibidir. Bütün bunlara baxmayaraq Allah Öz rəh-
mətilə insanları unutduqları  vədləri və günahları  səbəbindən 
cəzalandırmağa tələsməz. Kor, topal, xəstə olana rəhm edər. 
İnsanlara səbri və  təvəkkülü öyrədərək çiyinlərindəki yükü 
qaldırar. Bütün bu örnəklər Allahın sonsuz mərhəmətini və 
şəfqətini inkar edən insanların haqsızlığını anlatmaq üçün çox 
önəmlidir. Quran ayələrində Allahın Həlim (yumşaq olan) 
sifəti bu şəkildə bildirilir: ” 
Ali İmran-155-“İki ordu qarşılaşdığı gün sizdən üz dön-
dərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin 
əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur 
etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. 
Həqiqətən, Allah bağışlayandır, həlimdir!” 
Bəqərə-225-“Göylərdə və yerdə nə varsa (hamısı) Onun-
dur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzu-
runda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağış-
lanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini 
və  gələcəyini (bütün olmuş  və olacaq şeyləri) bilir. Onlar 
(yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən 
başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, 
qüdrət və  səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları 
 
138
mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən 
böyük varlıq da Odur!” 
1. “əl-Bərru” ismini 786 dəfə oxuyan kimsə pis 
vərdişlərdən (içki, qumar, faiz vermə, zina və sair kimi) 
qurtarar və Allahın istəyi ilə tövbə edərək bu işlərə nifrət 
edər.  
2. Səyahətə, ziyarətə və ya gəzməyə getdiyiniz zaman bu 
ismi-şərifi zikr etsəniz səhhətiniz güclü və dözümlü olar.  
3.  İşdə  və ya həyatda bir afətə rastlaşaraq onun əsir-
liyindən və zərərlərindən qurtarmaq üçün “Bərru“ ismi-şərifi 
zikr etmək olar.  
4. Nəzər dəyməsindən və bir çox müsibətlərdən qorun-
maq üçün“Ya Bərru”ismi-şərifini oxumaq xeyirlidir/ 
 
 
əl-Təvvab-409-Tövbələri qəbul edib, günahları bağışla-
yan deməkdir.  
Allah insanı yaradarkən günahsız yaratmışdır. Qurani-
Kərimdə buyurduğu kimi:  
Tin-4-“Biz insanı ən gözəl biçimdə yaratdıq!” 
Biz insanlar yaşadıqca etdiyimiz günahlar üçün yalnız 
özümüz cavab verəcəyik.  
Fatir-18-“Heç bir günahkar başqasının günahını daşımaz. 
Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa 
birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qo-
humu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) 
Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda 
qorxanları  və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub 
xəbərdar edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, 
özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş 
ancaq Allahadır!” 


 
139 
Etdiymiz günahlar üçün yalnız Allahdan bağışlanma 
diləməliyik.  
Bəqərə-48 - “Qorxun o gündən ki, (Allahın izni və kö-
məyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç 
kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən 
şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barə-
sində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günah-
larının təmizlənib  əzabdan xilas olması üçün) fidyə  (əvəz) 
alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə 
bilməsin!” 
Çünki günahları bağışlayan yalnız Allahdır.  
Ali-İmran-135-“O müttəqilər ki, bir günah iş gördükləri, 
yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə 
edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları 
Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini 
(gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir 
daha ona qayıtmazlar.” 
Mücadilə-2 - “Şübhəsiz ki, Allah əfv edəndir, bağışla-
yandır.” 
İnsanda bəzi vərdişlər ola bilər və onlardan xilas olmaq 
istər. Həm də ki, günahlar nəfsin arzularını da oxşayar. Bu 
səbəbdən də insanlar günahlarından peşman olub, Allahın 
yoluna dönmək istərlər. Tövbə etmə sadəcə insanın iradəsinə 
bağlı deyildir. İnsan günah olmayan bir vərdişini də  tərk 
edərkən belə  əziyyət çəkir. Bu səbəbdən də alışdığı pis 
vərdişləri də tərgitmək insan üçün ölümə bərabərdir. Əslində 
elə tövbə etmək də insanın mənəvi varlığına son verməsi 
deməkdir. Bu səbəbdən də Allahın “ət-Təvvəb” ismi ilə tövbə 
etmək lazımdır. Tövbə etmək də Allahın quluna qismət etdiyi 
bir nemətdir. İnsan tövbə edərkən, bunu özündən bilib, qürur-
lanmamalıdır. Çünki başımıza gələn xeyir də, şər də Allah tə-
rəfindən olduğu kimi, tövbə edə bilmək istəyini də qəlbimizə 
salan Allahdır. Allah yanlış yolda olan qullarına  əvvəlcə 
 
140
əlamət, işarələrlə və bəzi hadisələrlə bunu anlatmağa çalışar. 
İnsan qədərə olan inamı ilə, yəni başına gələn yaxşı-pis hadi-
sələrin bir təsadüf olmadığına və bunların Allah tərəfindən 
olduğuna inandığı zaman , bütün bunlardan nəticə çıxara bilir. 
Tutduğu yolu və mövqeyi ölçüb-biçər və başına gəlmiş balaca 
bir pis hadisənin belə, səbəbini özündə araşdırar və etdiyi xəta 
və günahlardan daxildən bir peşmanlıq hiss edərək, tövbə 
edər. Bunları hiss edə bilən bəndələri üçün Allah-təala Quran-
da tövbə ayələri nazil etmişdir. İnsanların çoxunun ibadətləri 
yerinə yetirə bilməməklərinin səbəbi günahlardır. Çünki na-
mazın  əsası üzünü Allaha çevirmək, Allahın hüzurunda ol-
maqdır. İnsan daxilində günahlarla namazda Allaha dönməyə 
özündə güc və qüvvət tapa bilmir. Bir çox insanlar namaz 
qılmaq istədikləri halda bunun üçün özlərində güc və qüvvət 
tapmazlar. Bu hal bir insana qarşı günah işlətdikdə, həmin 
insanın üzünə baxa bilməmək kimidir. Günahlara tövbə etmə-
dən Allahın qarşısında dayanmaq imkansızdır. Namazdan 
əvvəl alınan dəstəmaz da sanki tövbənin simvoludur.  
"Adəm, Rəbbindən bir neçə ilhamlar aldı və dərhal tövbə 
etdi. Çünki Allah tövbələri qəbul edən və  mərhəməti bol 
olandır. " 
“Tövbə etdirən, tövbələri qəbul edən” mənasına gələn 
“ət-Təvvab” ismi-şərifi Quranda 11 dəfə keçir.  
Bəqərə-37-(Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəl-
mələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) 
tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, 
mərhəmətlidir.  
Bu ayədə bizlərin tövbə etməsi üçün bizə tövbəni öyrə-
dənin və tövbələri qəbul edib mükafatlandıranın Allah olduğu 
ifadə edilir.  
ət-Tövbə-118- Həmçinin (Təbuk döyüşündən) geri qal-
mış üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, dünya onlara 
dar olmuş, ürəkləri qəm-qüssədən təngə  gəlib sıxılmışdı. 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə