Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə36/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   32   33   34   35   36   37   38   39   ...   84

 
145 
Ğaffar. Hər iki isim ərəbcədən eyni kökdən, örtmək anlamına 
gələn bir feldən  əmələ  gəlmişdir. Allah bu isimlərində 
“günahları örtən” anlamına gələn bir təcəlliyə  bəndələrini 
yönəltməkdədir.  
əl-Əfuvvu ismi isə daha geniş anlamda “günahları 
kökdən silən” anlamındadır.  
əl-Ğafur,  əl-Ğaffar isimləri də “günahları örtmək” anla-
mında günahların bağışlandığı, lakin hesab dəftərindən silin-
mədiyini və Məhşər günündə qulun hafızəsində də qalacağını 
bildirir.”əl-Əfüvvu” ismində isə bağışlanma daha geniş an-
lamdadır. Bu bağışlanma zamanı bəndənin günahları Mələk-
lərin Kitab və hafizəsindən, Lövhi Məhfuzdan, qısası Allah-
dan başqa hər kəsin beynindən silinməsi deməkdir.  
Allah tövbə ehsan etdiyi qulun günahlarından “əl-
Əfuvvu” ismilə bütün günahlarından keçməklə axirət günü 
belə xatırlatmayacaqdır. Bu səbəbdən də Allahın 99 Əsmau-
Hüsnasında “əl-Əfuvvu” ismi “ət-Təvvab” ismindən sonra 
dəlir. Hər iki isim arasında əl-Muntəqim ismi yer alsa da, bu 
isim də Allahın tövbə yolu ilə  əfvinə güvənərkən qul 
haqqlarına diqqət etməyimizi bizə xatırladır. Çünki Allah 
məzlumun haqqını yerdə qoymaz.  
“əl-Əfuvvu” isminə görə bəndənin öhdəsinə düşən vəzi-
fə, insanların qüsurları  və ayıbları qarşısında mərhəmətli və 
bağışlayıcı olmaq, öz günahları üçün də tövbə edərək Allahın 
əfvinə sığınmaqdır.  
Tövbə, imandan sonra insana ehsan edilən  ən böyük 
nemətdir. Tövbə sözünün mənası“dönüş”deməkdir. Anlamı, 
qulun günahlarına peşman olup onları tərk etməsi və Allahın 
buyurduğu əmr və qadağalara uyğun yaşamasıdır. Hədislərdə 
bildirilir ki, günahdan məsum olan Peyğəmbərimiz (s.ə.s.) 
gündə 70 və ya 100 dəfə istiğfar edərdi.  
Tövbə, Allah ilə  bəndə arasında ürəkdən gələn bir an-
laşmadır. Çünki tövbə ürəkdən gələrək göz yaşları ilə birlikdə 
 
146
duyğuları anladır.  İnsanlar bir-birləri ilə bağladıqları müqa-
vilələri çox rahatlıqla poza bilirlər. Lakin bəndə Allaha etdiyi 
həqiqi tövbəni, bağladığı müqaviləni pozmağa cürət etmir. 
Tövbənin təməli edilən günaha görə  qəlb ilə  dərin bir peş-
manlıq duymaqdır. Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şərifində 
tövbənin “günahlara peşmanlıq” duyğusu olduğunu bil-
dirmişdir. (Furqan 70-71).  
1. Bu ismi-şərifi hər gün 156 dəfə zikr edən kimsəyə 
Allah-təala gözəl  əxlaq bəxş edər, günahlarını bağışlayar, 
ruzisini bol edər, ümid etmədiyi yerdən onun üçün qapılar 
açar.  
2. Hər namazda 156 dəfə“əl-Əfuvvu” ismini zikr edən 
kimsə sakitlik və hüzur içində yaşayar.  Əgər zindandadırsa, 
tezliklə azadlığa çıxar. Düşmənləri belə ona köməkçi olar. 
Dünyanın pislik və iztirablarından uzaq olar.  
 
ər-Raufu-287-Çox acıyan, çox şəfqətli, çox mərhəmət və 
şəfqərli olan deməkdir.  
 Həşr-10-“Onlardan (mühacirlərdən və ənsarlardan) sonra 
gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki 
iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim 
qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. 
Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” 
Şəfqət dedikdə, ilk ağlımıza gələn ana kəlməsi olur. 
Əslində isə şəfqətli anaları yaradan və onların qəlblərinə öv-
ladlarına qarşı sevgi-məhəbbəti yaradan, Rauf olan Allahdır.  
Bir hədisdə buyurulur ki: Peyğəmbərimiz (s.ə.s.) bir 
səfərində yolda çörək bişirən bir qadına rast gəlir. Qadın 
Peyğəmbərimizdən soruşur ki: ”Heç bir ana öz övladını heç 
vaxt atəşə ata bilməz. Allah isə  bəndələrinə qarşı daha 


 
147 
mərhəmətli və rəhmlidir. Bəs onda Allah öz bəndələrini atəşə 
necə atacaq?” 
Peyğəmbərimizin gözləri yaşla dolaraq, belə cavab verir: 
”İsrarla Allaha qarşı çıxmayın və”Lə İləhə İlləllah” (Allahdan 
başqa Allah yoxdur)-deyən kimsəni Allah da oda atmaz”. 
(Buhari, Ədəb bab 18, Hadis 5628, Müslim, Tövbə bab 2754) 
Bəqərə-143-“Allah insanlara qarşı,  əlbəttə, mehribandır, 
mərhəmətlidir.” 
Bəqərə-207-“İnsanların eləsi də vardır ki, Allahın razılı-
ğını qazanmaq yolunda (Allah rizası üçün) öz canını  fəda 
edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!” 
Ali-Imran-30-“O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı 
və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü 
arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi 
Öz  əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bən-
dələrinə) mərhəmətlidir!” 
Nəhl-7-“Onlar sizin yüklərinizi özünüzü yormadan çata 
bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. 
Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!” 
Allah Öz Rəsulu Muhəmmədi (s.ə.s.) də Rauf və Rəhim 
isimləri ilə isimləndirmişdir. “ər-Rauf”Allahın elçisi olan Hz. 
Peyğəmbərimiz də öz ümmətinə qarşı rəhmli, mərhəmətli və 
bağışlayıcı olmuşdur. Biz də Hz. Muhəmməd Peyğəmbərin 
ümməti olaraq kafirin küfrünü, günahkarın üsyanını, ona 
xəbər verib, anladıb, təmizləyərək şəfqətimizi göstərək.  
1.”Ya Raufu” ismini zikr edən kimsənin qəlbində incəlik, 
yumşaqlıq, şəfqət və mərhəmət hasil olar. Hər kəs onu sevər. 
Heç kəs ona pislik edə bilməz və bir çox təhlükələrdən, 
qəzalardan qorunmuş olar.  
2. kəs “Ya Raufu” ismi-şərifini 10 dəfə oxusa, qəzəbi 
keçər və Allahın lütfünə nail olar.  
3. “Ya Rauf” ismini 567 dəfə zikr edən kimsə sevdiyi 
insanla daha mehriban və məhəbbətlə yaşayar. Bu ismi-şərifin 
mələyinin adı “Səvayil”dir.  
 
148
 
Malikul-Mülk-212-Mülkun əbədi sahibi deməkdir.  
1. Daima bu ismi zikr edən, dövlət idarəsində və ya başqa 
işdə işləyən kimsənin rütbəsi artaraq ucalar. Əleyhinə heç kəs 
təbliğat aparmaz.  
2. Bu ismi daima zikr edən kimsə ticarətdə  və başqa 
işlərində daima uğurlar  əldə edər. Mal və qazancına zərər 
gəlməz.  
3. Bu ismin vəqfini yazıb dükan və ya evə qoyarlarsa, o 
yer yanğın və sair qəzalardan qorunmuş olar.  
 
Zul Cəlali vəl  İkram-1100- Həm böyüklük, həm də 
kərəm sahibidir.  
Zul Cəlalı  vəl  İkram“Ucalıq və ikram sahibi” anlamına 
gələn bu isim Quranda iki yerdə keçmişdir.  
Rəhman 26-27-28-“Yer üzərindəki hər şey fanidir. Cəlal 
və ikram sahibi Rəbbim isə Baqidir. O halda Rəbbinizin hansi 
nemətlərini yalanlayarsınız. ?” 
Bir də  Rəhman surəsi 27 və 78-ci ayələrdə keçir. ər-
Rəhman surəsində  Rəbbimiz bizi yaratdığını, Quranı öyrət-
diyini, bizə danışmağı öyrətdiyini, ədalət tərəzisi olaraq kitab-
lar göndərdiyini, quruda, dənizlərdə və havada nemətlər ver-
diyini, imanla gedənlərə Cənnət nemətləri verəcəyini bildirir.  
Xəstəlik zamanında üzümüzə gülən həkimin, tibb bacı-
sının adını öyrənib dostlarımıza da onları  tərifləyirik. Bizə 
can, yaraşıq, könül, göz verən Allahın ucalığını da hər an 
xatırlayıb, şükr etsək, onda Allaha imanla ucalarıq. Onda in-
sanlara, heyvanlara, təbiətə qarşı da mərhəmətli olarıq. Dünya 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə