153
bir də, bu duanı oxuyan kimsə öz niyyətinə çatar. Yüz də-
fədən bir oxunan dua:
Allahummə yə cəmiuən nəsi li yovmin lə raybə fih. In-
nəllahə lə yuxliful miad. icməa beyni fulanin bi həqqismikəı
cəmiə.
2. Həmçinin oğurlanmış malın geri qaytarılması üçün
niyyət edərək 114x114=12996 dəfə “Ya Cami”ismini oxuyan
və hər yüzdə bir bu duanı oxuyan kimsə öz niyyətinə çatar.
Yüz dəfədən bir oxunan dua:
“Allahummərdud dalləti bi həqqis mikəl cəmiə.”
Niyyət edərək bu duaları yeddi gün zikr edən kimsələr
Allahın izni ilə mətləb və istəklərinə çatar.
əl-Ğaniyyu-1060-Zənginliyinin həddi-hüdudu olmayan
və bütün yaranmışlardan uca olandır. əl-Ğaniyy -“Zəngin” və
“zəngin edən” anlamlarına gələn bu ismi-şərif, “əl-Ğaniyy”
olaraq Quranda 18 dəfə keçmişdir. “Ey insanlar, Allaha möh-
tac olan sizlərsiniz. Allah isə zəngindir, tərifə layiqdir.”
(Fatır-15)
1. Hər gün 1060 dəfə Ya Ğaniyyu” ismini zikr edən
kimsəyə Allah-təala heç gözləmədiyi yerdən onun üçün ruzi
və sərvət yetirər. Bütün bağlı qapıları açılar. Bu ismi zikr
154
etməyi adət edən kimsəni hamı sevər, malı-mülki və hörməti
artar. Pis əxlaqı varsa, ondan da qurtarar.
2. Hər kim cümə namazından sonra 70 dəfə aşağıdakı
duanı ara vermədən 40 gün oxuyub, təkrar edərsə, Allah-təala
bu quluna çox qısa zamanda sərvət və ruzi verər. Xəstədirsə,
şəfa tapar, subaydırsa, evlənər, övladı yoxdursa, Allah-təala
xeyirli övlad bəxş edər.
Allahummə Ya Ğaniyyu, Ya Həmidu, Ya Mubdiu, Ya
Muidu, Ya Fəalu limə yuridu Ya Rahimu, Ya Vədudu, əkfini
bi hələlikə, ən həramikə və bi ta`ətikə ən məa`siyətikə və bi
fədlikə əmmən sivək.
əl-Muğni-1100-İstədiyini istədiyi anda, istədiyi qədər
zəngin edən.
1. Hər hansı bir arzu üçün 1100 dəfə”Ya Muğni “ deyə
zikr edən kimsəyə, Allah-təala bilmədiyi bir çox yerlərdən
ruzi və sərvət yetirər. Hət kəs tərəfindən sevilər, keçim və
seçimi geniş olar. Şərəf və etibarı artar.
“Ya Muğni” ismini oxuyarkən yüz dəfədən bir aşağıdakı
duanı oxumaq lazımdir:
155
Allahummə yəssir aleyyəl yusralləzi yessər`təhu alə
kəsirin min ibədikə və əğnini bi fəd`likə əmmə sivək.
1. İşləri pozulub, darlıq və çətinlik içində olan bir kimsə,
yuxarıdakı “Ya Ğaniyyu Ya Muğniy” əsmalarının üçlü və
dördlü müştərək vəfqini üzərində daşıdığı halda , hər gün
2160 dəfə sabah namazından sonra “Ya Ğaniyyu, Ya
Muğniy” deyə zikr edərsə, 40 gün müddətinə bütün pislik-
lərdən qurtarar və arzularına çatar.
əl-Məniu-161-Bir şeyin meydana gəlməsinə imkan
verməyən, hökmlərinə qarşı durulmayan deməkdir.
əl-Maniu-“əngəlləyən” mənasına gələn bu isim Quranda
bu isimlə keçməmişdir. Ancaq “Əgər Allah sənə bir zərər
toxundursa, (sıxıntı versə) onu Özündən başqa (səndən) heç
kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç
kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu
bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm
edəndir. (Yunus-107) ayəsi bunu ifadə edir.
O “əl-Mani” olan Rəbbimizin yaratdığı bu aləmə Ondan
başqa heç kəs nə isə artırıb, azalda bilməz. Heç bir güc
Qurandan bir hərfi əksildib, artıra bilməz, çünki, “əl-Mani”
olan Rəbbimiz bunun qarşısını alar.
Bəzən istədiyimiz, arzularımız yerinə yetsə də, heç cür
alınmayan, baş tutmayan arzularımız da olur. Biz verilənlərin
Allahdan bir lütf və imtahan olduğunu, verilməyənlərin isə
Allahın bir hikməti olduğunu düşünməliyik.
156
1. Hər gün sabah namazından sonra 161 dəfə “Ya
Maniu” ismini zikr edən kimsəni Allah-təala bütün
pisliklərdən, qəza-bəlalardan qoruyar.
2. Daima zülm edən, söz və nəsihətə qulaq asmayan
kimsəni ram etmək üçün “Ya Mani” ismini 1610 dəfə zikr
edib, sonra bu aşağıdakı duanı 161 dəfə oxumaq lazımdır:
“Alləhummə ya maniu əmnə fulanibnu filannin ən icrayiz
zulmi vəl ədəvəh”
3. Gündə 161 dəfə”Ya Mani”ismi-şərifini oxusa, hər
zərərdən əmin olub muradına çatıb, şad olar. Ər-arvad ara-
sında davamlı oxunsa, bir-birlərinə qarşı sevgi və məhəbbətli
olarlar.
əd-Darru-1001-Ələm və zərərverici işlər yaradan demək-
dir. əd-Darru- Zərərə uğradan, qəm, kədər və zərər verəndir.
Uca Allah “Darr” ismilə zərərə uğradarkən “Nafi” ismilə
faydalandırar, xeyirlər verər. Bütün bu xüsusiyyətləri bizi
sınamaq üçün xeyri də, şəri də yaradan Uca Allahdır.
1. Bir kimsə hər cümə gecəsi”Ya Darr” ismi-şərifini 100
dəfə oxusa, düşmüş olduğu dərddən qurtarar.
2. Fağır və pis vərdişi olan kimsələr bu ismi-şərifi
davamlı oxusalar, bu dərdlərdən qurtararlar.
3. Bir kimsə şər bir adamın şərindən uzaq olmaq üçün
ayın 15-dən axırına qədər qədər 1001 dəfə “Ya Darru” ismini
zikr edərsə, o adamın şərindən qurtarar.
Onu da unutmayaq ki, zalımlar bu dünyada Allahın
qılınclarıdır. Allah onlarla zülm etmiş olanlardan intiqam alır,
sonra da, qarğış edənlərdən intiqamını alacaq. Belə bir deyim
vardır ki: “Qarğışın da, bəd duanın da iki başı vardır.”Allah-
təala buyurur ki, zülmə, şərə məruz qalan və ya kimə isə
157
zülm, qarğış, pis əməl etməyi düşünən bir kimsə bilməlidir ki,
Allahın böyük imtahanındadır. Bu səbəbdən də belə vaxtlarda
çoxlu istiğfar, tövbə etmək, sədəqə və nəzir vermək, həmçinin
Allaha sığınaraq bu duanı oxumaq lazımdır: “ Həsbunəllahu
və ni`məl vəkil”. Səbrlə dua etməkdən başqa çarə yoxdur.
Uca Allah yaratdığı heç bir bəndəsinə qətiyyən zülm etməz.
Çünki Allah Azumişşan Adili Mütləqdir. Zülmü biz insanlar
öz əməllərimiz və xislətimizlə özümüz qazanırıq. Hər kəs öz
gözəl niyyəti və əməlləri ilə Alladan bağışlanma diləsə,
Allahın izni ilə bəlalardan qurtara bilər. Bütün pis niyyətlər
isə bizləri bu dünyada fəsadlara, Əbədi dünyada isə Cə-
hənnəmə sürükləyir.
“Zərrə qədər şər iş görənlər, öz cəzalarına çatacaqlar.
Yunus-280-Günah qazananlara günahları qədər cəza
verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın
əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin
zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər,
özləri də orada əbədi qalacaqlar!
Caziyə-29-30-Bu Bizim kitabımızdır (sizin əməl dəftə-
rinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz
əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!”
İman gətirib yaxşı əməl edənlərə gəldikdə, Rəbbi onları
Öz mərhəmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar
qurtuluşdur (uğurdur)! (Bundan yaxşısı ola bilməz!)
158
ən-Nafiu-201-Davamlı olaraq bütün məxluqata xeyir və
mənfəət verən şeyləri yaradan deməkdir.
ən-Nafi“Zərər verən”və“Fayda verən” anlamlarına gələn
bu iki ismi-şəriflər bu adlar şəklində Quranda keçmir. Ancaq
“Allahdan başqa sizə fayda və zərər verəcək yoxdur” anla-
mında bir çox ayə vardır. “De ki: Mənim Allahım diləməsə
mən özümə nə fayda, nə də ki, zərər verə bilmərəm”. (Əraf-
18)
İmanın altı şərtindən biri olan “Xeyir və şər Allahdandır”
kəlməsini dedikdə, həmin bu iki isim nəzərdə tutulur. İman
gətirənlər, Mələklə-Şeytanı, xeyirlə-şəri, imanla-inkarı, sağ-
lamlıq ilə xəstəliyi, gül ilə tikanı, gündüzlə-gecəni, su ilə atəşi
yaradanın “Darr”və“Nəfi” olan Allah olduğunu bilirlər.
Ürəkləri yandıran kədər, hüzn, qəm atəşləri də, vücudu-
muzun hər zərrəsində parlayan sevinc, keyf, xoşbəxtlik parıl-
tıları da eyni qaynaqdan gəlir. İbrət gözü ilə baxsaq, arala-
rında heç bir fərq yoxdur. Yəni insan həm sevincli anlarında,
həm də dərdli anlarında üzünü yalnız Allaha çevirər və
təsəllini Onda görər.
“ən-Nafiu” ismini ayın ilk Cümə günündə 201 dəfə zikr
edən kimsə hər cür xəstəlik və bəlalardan Allahın izni ilə
xilas olar.
2. Ağrıyan bir kimsə bu ismi-şərifi fasilə vermədən zikr
edə-edə, sağ əlini ağrıyan yerin üzərinə qoyarsa, ağrısı keçər.
Bu ismi zikri edən kimsə bütün yoxsulluq və zərurətdən
qurtarar.
3.”Ya Nafi” ismi-şərifini hər gün 201 dəfə zikr edən
kimsə kamalı imana çatar.
Dostları ilə paylaş: |