Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə39/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   35   36   37   38   39   40   41   42   ...   84

 
159 
 
 
ən-Nur-256-Bütün aləmləri, bütün dünyanı nuruyla 
nurlandıran, bütün varlığa ağıl, idrak və aydınlıq verən 
deməkdir.  
“ Nur” ismi Allah-təalanın, Hz. Muhəmmədin və Qurani-
Kərimin də bir ismidir.  
“Nur” ismi-şərifi Quranda 43 dəfə keçmişdir.  İki ayədə 
isə bu ismi-şərif iki dəfə təkrarlanmışdır.  
Nur-35-Allah göylərin və yerin nurudur” və Zümər-69-“ 
Yer, Rabbinin nuruyla parladı.”Bizim ağ  və qaranı , gül ilə 
tikanı, dost ilə düşməni seçməyimiz üçün Allah gecəni ayın 
nuru ilə, gündüzü isə günəşin işığı ilə aydınlatmışdır.  
1.”Ya Nur” ismini 256 dəfə zikr edən, hər kəs tərəfindən 
sevgi ilə qarşılanar və sevilər.  
2. Bu ismi-şərifi hər namazdan sonra 256 dəfə zikr edib, 
arxasınca 16-dəfə Nur surəsinin 35-ci ayəsini oxuyan qısa 
zamanda hər işində  uğurlar qazanar. Hər  şeyin həqiqətini 
görməyə başlar və bir çox işlərin həllini yuxusunda görər. 
Ayə budur:  
 
 
 
160
 
Allahu nurus səməvati vəl ardı məsəlu nurihi kəmişkətin 
fihə misbəhun  əl misbəhu fi zucəcətin  əzzucəcətu kəənnəhə 
kəvkəbun duriyyun yuqadu min şəcərətin mubərakətin zey-
tunətin lə şərqiyyətin və lə ğarbiyyətin yəkədu zəytuhə yudiu 
və  ləv təmsəshu nərun nurun alə nurin yəhdillahu linurihi 
məyyəşau və  yədribullahul  əmsələ liənnasi vallahu bikulli 
şeyin alim.  
Mənası: “Allah göylərin və yerin nurudur. (Kainatı yara-
dıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliq-
dir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) 
nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxça-
dakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq 
bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasın-
da) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə 
deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğ-
duqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə 
od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə 
nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz 
nurunu bəxş edib Cənnət yolu olan İslam dininə yönəldir). 
Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar 
çəkir. Allah hər şeyi biləndir!” 
3. Xəstəliyi olan bir kimsə”Ya Nur”ismi-şərifini yediyi 
tikəyə oxuyub yesə, şəfa tapar.  
4. Nur surəsini yeddi dəfə oxuduqdan sonra 1000 
dəfə“Ya Nur”ismini oxusa, qəlbi ilahi mərufət ilə nurlanar. 
Gözlərin şəfası üçün oxunması xeyirlidir .  
5. Hər gün“Ya Nur”ismini 256 dəfə zikr edən kimsənin 
qəlbinə Allahin nuru-imanı ziyayi-hikmətlə dolar. Hər yerdə 
sözü keçər. Hər işin xeyirli və doğru olanını görər, fikir-
lərində hikmətlər olar.  


 
161 
6. Bu ismi-şərifi hər gün namaz vaxtında 256 dəfə oxu-
yub, arxasından Nur surəsinin 16-cı ayəsini oxuyan kimsəyə 
Allah-təala bütün xeyir yollarını bildirər, gizli aləmlərdən və 
sirlərdən agah edər.  
Nun hərfi: “ən-Nur”İsmi-şərifinin açarlarıdır. "Allah, 
göylərin və yerin nurudur. " 
 7.  Cümə günü namaz vaxtı 256 dəfə “Ya Nur” ismi-
şərifini təsbeh ilə zikr etmək çox xeyirlidir.  
8. Gözlərin müalicəsi və nuru üçün bu ismi niyyət edərək 
hər gün 256 dəfə zikr etmək və  ən-Nur surəsini də oxumaq 
çox xeyirlidir.  
 
 
əl-Hədi-400-ismi Allahın Camal sifətlərindən olub və hər 
şeyə istiqamət və yol göstərən və istədiyi bəndəsi üçün xeyirli 
yollar açandır.  
Hər  şeyə istiqamət göstərən mənasına gələn “Hadi” 
isminin təcəllisi odur ki, Allah istədiyi bəndəsini düzgün 
yola, Öz dininə, həqiqətə yönəldəndir 
"Allah, iman edənləri mütləq ki, doğru bir yola yönəldir. "  
1. Hər gün 400 dəfə “Ya Hadi“ deyə zikr edən kimsə 
gizli və  aşkar bütün işlərində Allahın lütf və  rəhminə nail 
olar. Hər işində uğur qazanar.  
2. Yeddi gün bir kasa suya “Ya Hadi” ismini 4000 dəfə 
oxuduqdan sonra hafizəsi zəif kimsəyə içirdilərsə, hafizəsi 
qüvvətlənər.  
3.” Ya Hadi”isminin vəqfini yazıb gəzməyən uşağın 
boynundan assalar, qısa zamanda ayaq açar.  
4. Bir-birlərini sevməyən  ər-arvadı, bacı-qardaşı  və sair 
küsülüləri barışdırmaq üçün bir kasa suya 400 dəfə “Ya 
Hadi” ismini və 1600 dəfə “Ya Nafi” ismini oxuduqdan sonra 
 
162
onlara içirdilərsə,  ədavət aradan qalxar və Allahın izni ilə 
məhəbbət yaranaraq barışarlar.  
5. “Ya Hadi” İsmi-şərifini daima zikr edən kimsənin 
övladları onu hədsiz sevər və itaətkar olarlar.  
6. Hər hansı bir idarə  və müəssisədə  rəhbər işdə olan 
kimsə bu zikri daima zikr edərsə, işçiləri itaətkar olaraq, 
əmrlərini sözsüz yerinə yetirərlər.  
7. Hər gün 21 dəfə “Ya Hadi” ismi-şərifini oxuyan 
müsəlman, hidayət mərtəbəsinə çatmış olar.  
8. Kim göz ağrısı üçün”Ya Hadi” ismini oxuyarsa, 
gözləri Allahın izni ilə şəfa tapar.  
9. Dəcəl uşaqları sakit etmək üçün 400-dəfə “Ya Hadi” 
zikr etmək lazımdır.  
10. “əl-Hadi” ismini sidik keçilməməzliyi zamanında da 
zikr etmək çox xeyirlidir.  
 
əl-Bədiu- Həyat yoldaşı  və tayı olmayan, bənzərsiz və 
nümunəsi olmadan heyrətverici aləmləri yoxdan yaradan, var 
edən anlamına gəlir.  
 “əl-Bədi” ismi Cəmali-Quranda iki dəfə keçir. “Göylərin 
və yerin yaradıcısıdır. O, bir işi hikmətlə yalnız “Ol” deyər, o 
da olar” (Bəqərə- 117) 
İnsanlar bir çox şeyləri təbiətdən öyrənmişlər. Onlar yeni 
bir əsər meydana gətirmək üçün təkbaşına və ya bir neçə nə-
fərlə günlərlə çalışarlar. Uçmağı göy üzündə olan quşlardan, 
dənizlərdə üzməyi isə balıqlardan öyrənmişlər. Allah isə 
yaratdıqlarını heç bir nümunə olmadan yaratmışdır. Yaratdığı 
hər şey bənzərsiz gözəl, qüsursuz, faydalı və sağlamdır.  
Biz Rəbbimizin bu sənət  əsərlərini, onun yaratdığı 
insana, heyvana və ya bir ağaca baxsaq, heç birində bir qüsur 
görmərik və bunların hamısına dəyər verərik.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə