149
bəzəkli bir saraydır, ancaq divarında belə sözlər yazılmış bir
lövhə asılıb: “Hər şey yox olacaqdır”.
Allahu-Zulcəlal elm, hər şeyi bilən və qüdrət sahibidir.
Elm sahibi
olan Allahu Zülcəlal, bizlərin də elm sahibi olaraq
Onu tanımağımızı istəyir. Quranda elmin önəmli olduğu
vurğulanmış, çox yerdə elm verilənlər ifadəsi və elm sahiblə-
rinin üstünlüyü vurğulanmışdır. Hətta hədislərdə alimlərin
mürəkkəbi ilə şəhidlərin qanı müqayisə edilmiş, alimlərin
mürəkkəbinin daha ağır olduğu ifadə edilmişdir. İnsanın
özünü bilməsi, nəfsini bilməsi deməkdir. Nəfsini bilən də
Allahı tanıyar.
Allahu-Zulcəlal nəfslərdə gizlənəni biləndir. Allah bən-
dələrinin içində olan, hətta onlar barəsində xəbərdar olmadıq-
ları şeylər haqqında belə “əl-Xəbir”
sifəti ilə hər an xəbər-
dardır.
Allahu-Zulcəlaldan qorxanlar ən çox elm sahibi olan
Allah dostlarıdır. Bu haqda Quranda buyurulur: "Allahın qul-
ları arasında ondan ən çox qorxan alimlərdir. ", "Bilmirsinizsə
elm sahiblərindən soruşun”
Deməli elm sahibi olmaq Allah tərəfindən böyük bir
nemətdir. Əsas vurğulanan budur ki, elm sahibi olduqca
Haqqı tanıyır və haqla batili ayıra bilirsən. Beləliklə halal və
haram haqqında bilgi sahibi olan mömin, imanın üstünlüyünü
idrak edəcək, küfrün çirkinliyini örtəcəkdir. Qəlbi rahat olub,
insanların ayıblarını araşdırmaqla, yalan danışmaqla, şər və
böhtanla kimi isə gözdən salmaq üçün vaxtını və enerjisini
israf etməklə, avamlığından kiminsə ağır
günah yükünü öz
üzərinə yükləməklə deyil, öz ayıbları ilə məşğul olacaqdır.
Kiminsə ağlı və sözü ilə deyil, öz ağlı və düşüncəsi ilə rahat
yaşayacaqdır. Cahil insan öz acizliyindən və qəzəbindən kimə
isə söz atıb, özünə təskinlik verərək, özünü başqalarının
yanında qalib hiss edəcək. Ancaq onu hiss etməyəcək ki, axı
150
insanların hamısı savadsız və avam deyildir və bununla da öz
cahilliyini dərk etməyərək ömrünü sürəcəkdir.
Malikəl Mulki, Zul Cəlali Vəl İkram Əsmalarının zikri:
1. "Allahummə məlikəl mulki tu`til mulkə mən təşau və
tənziul mulkə mimmən təşau və tu’izzu mən təşau və tuzillu
mən təşau bi yedikəl xayru innəkə alə kulli şeyin qadir. "
Kim bu ayəni dua olaraq 41-70 və ya 313
dəfə zikr
edərsə, ruzisi artar və yolları Allahın köməkliyi ilə açılar,
izzət və hörmət sahibi olar.
2. Bu ismi davamlı oxuyan kimsəyə Allah-təala çox
böyük məhəbbət verər. Onu görən hər kəs ona sevgi və qayğı
göstərər. Bütün dünya işləri düzələr və Allah dualarını tez
qəbul edər. Malını və mülkini itirməkdən əmin olub, qəlbində
qorxu olmaz.
3. Hər gün 1312 dəfə ”Malikul Mulki Zul Cəlali vəl
İkram” deyə zikr edən kimsəyə heç kəs zülm edə bilməz.
4.”Malikul mulki zul Cəlali vəl ikram”ismini, “Fəth” və
“İnşirah”surələrini yazaraq bir dükandan asarlarsa, bu dü-
kanın alış-verişi və ruzisi bol və bərəkətli olar.
5. Daima övladını sidq edən və ya doğulduqdan sonra da
övladı qalmayan qadınlar hamiləlik dövründə hər gün 18 dəfə
“Malikul mulki Zul Cəlalı vəl İkram” ismini, 68 dəfə “Ya
Heyy” ismini və 18 dəfə də “Ya Muhyi” ismini zikr edərlərsə,
bu bəlalardan uzaq olarlar. Doğulan övladları xeyirli və
bərəkətli olar.
6. Bu ismi çox zikr edən kimsə bir çox xəstəliklərdən
Allahın izni ilə şəfa tapar.
7. “Malikul mulki zul Cəlali vəl ikram” ismini 68
dəfə bir
kasa suya oxuyaraq küsülü ər-arvada içirdilərsə, aralarında
mehribanlıq yaranar.
8.”Malikul mulki zul Cəlali vəl ikram” ismini Ərəbi
ayının ilk cümə günündə günəş doğarkən bir kasa suyun
üzərinə 1312 dəfə oxuduqdan sonra evlənməyən oğlan və ya
151
qız içərsə, tezliklə bəxt-tale yolları açılar. Əlbəttə, hər şey
niyyətdən asılıdır.
Yer üzündə baş verən bütün hadisələr, Cəlal sifətinin
Rəhman əsmasının təcəllisi ilə baş verir. Allahın Qəhhar
əsması ilə, Qüdrət və Cəlal sifəti ilə təcəlli etməsi isə varlığı
həlak edər. Quranda buyurulduğu
kimi bir çox Peyğəmbər-
lərin qövmi bu sifət və əsmaların təcəlli edərək zühr etməsi
ilə həlak edildi. Cəlal sifəti Yer üzündə
Qəhhar və Cəbbar əsmaları vasitəsi ilə Zul-Cəlalı Vəl
İkram əsması təcəlli edərsə, Yer üzündə müharibələr yaranar.
Müharibələr insanlığın Allaha rucu etmək, Ona sığınaraq
mərhəmət və yardımını diləmək və Yaradanını bir daha xa-
tırlatmaq məqsədilə insanlığa verilən bu Zul-Cəlalı vəl-İkram
əsmasının təcəllisidir. Həmçinin müharibələr, insanlara in-
sanlığın varlığının nə qədər önəmli olduğunu idrak etməsi
üçün Allahın Zul-Cəlalı Vəl İkram əsmasının bir təcəllisidir.
əl-Muqsit-209-Bütün işləri düzgün, ədalətlə və bir-birinə
uyğun yerinə yetirəndir.
əl-Muqsit- “Çox adil” anlamına
gələn bu ismi-şərifi
Quranda bu adla deyil, bu anlamı verən mənada ancaq Yunus
surəsi 54-cü ayədə: “Aralarında ədalətlə hökm olunar və
onlara zülm və haqsızlıq edilməz”-deyə buyurulmuşdur.
Ədalətlə hökm edəcək olan isə Allahdır.
Günəşi, havanı, suyu yaradan Allah, bizim adil olmamız
üçün Quranı endirmişdir. O Quran da bizə ədalətli olmağı-
mızı əmr edir. Bizlərin bütün yaratdıqlarına, canlı-cansız nə
varsa, hamısına qarşı ədalətli və mehriban olmamızı buyurur.
Bəli, “Yox” da Allahın yaratdığıdır. Bunu bilsək, bu gün
“var”ların Onunla “var” olduğunu da bilərik. Gecə belə günəş
olmasa bir şey deyildir. Ayrıca hamısını da yaradan Odur.
152
1. Bu ismi-şərifi zikr edən kimsənin düşmənləri varsa,
hamısının kin və ədavəti sönər. Ər arvad arasında kin və
nifrət keçərək, məhəbbət və sevgi yaranar.
2. Dəcəl və narahat uşaqlara 66 dəfə”
Ya Allahu Ya
Muqsitu”isimlərini bir kasa suya oxuyub, üfürərək içirtmək
xeyirlidir. Çox dəcəl uşaqlara içirdilsə, uşaq sakit olar.
3. Bu ismi-şərifi davamlı oxuyan şeytanın vəsvəsəsindən
əmin olar.
əl-Camiu-114- İstədiyini istədiyi zaman, istədiyi yerdə,
anda toplayan deməkdir.
əl-Camiu“Toplayan”anlamına gələn “əl-Cami” ismi-
şərifi Quranda iki dəfə keçir.
“Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə
(qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah
Öz vədəsindən əsla dönməz!” (Ali imran-9 və Nisa-140)
Bəziləri sual verirlər ki, “Yanğında yanaraq dağılan, külə
dönən adamı Allah haradan tapıb, toplayacaq?-
deyə soru-
şanlar əvvəlcə özlərinə baxsınlar. Özlərinin nədən yarandıq-
larına baxsınlar. Dünyanın hər tərəfindən onun üçün yemək-
içməklər, ruzilər gəldi. Göy üzündən günəş, altı tərəfdən hava
gəldi və uşaqkən gənc oldu. Allah hər gün müxtəlif nemətlər
bəxş edərək, yaşadar, müəyyən yaşa çatdırar. Bütün nemətləri
verən Allah bir gün öldürər və hamısını dağıdar. Sonra isə
Qiyamətdə ikinci dəfə dirildərək yenə toplar. Bu dünyada bizi
ailə, qəbilə, sülalə ətrafında toplayan könüllərimizi bir-birinə
bağlayan Odur. Qiyamət günü də bizləri bir daha cəm edən
“əl-Cami” olan Allahdır.
1. Görüşmək istədiyi bir kimsənin şərəfinə niyyət
edərək
114x114=12996 dəfə “Ya Camiu”ismini oxuyan və hər yüzdə