Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə33/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   29   30   31   32   33   34   35   36   ...   84

 
133 
bacarar və iç aləmi nurlu olar. Hər kəs ona hörmət bəsləyər və 
Allah tərəfindən duaları tez qəbul olunar.  
 
 
 
“Huvəl əvvəlu vəl axiru vəz zahiri vəl bətinu və huvə bu 
kulli şeyin alim.” 
Allah hər  şeydən  əvvəl vardır. Qədim və  əzəldir. Sonu, 
nəhayəti yoxdur, ən axırda Özü qalacaqdır,  Əbədidir. 
Dəlilləri, gerçəkləri aşkardır. Həqiqəti ağıldan gizli qalmışdır. 
İnsan hissi ilə idrak olunası, gözlə görünəsi deyildir və 
ağıllardan gizli qalmışdır. Hər bir şeyin həqiqətini bilir. Bu 
ayəni zikr edən az bir zamanda böyük bir arzuya çatar.  
(47x47=2209) 
 əl-Vali- 2209-Bütün varlığı və sonsuz mülkini və hər an 
baş verən hadisələri tək tədbir və idarə edən deməkdir. Bütün 
əşyada təsəvvüf sahibi, təkbaşına idarə edəndir.  
Həqiqi dost” anlamına gələn “Vəli” ismi Quranda on bir 
dəfə zikr edilmişdir .  
Bəqərə 257-“Allah möminlərin dostudur. Onları qaran-
lıqlardan aydınlığa çıxardı.” Ana rəhninin qaranlıqlarından 
dünyanın aydınlığına çıxardı. Dünyanın qaranlıqlarından ima-
nın aydınlığına çıxardı. Bizə bütün işlərimizdə yardım edən, 
bizim vəlimiz kimi işlərimizi yoluna qoyan Rəbbimizdir. " 
Onların Allahdan başqa yardımçıları da yoxdur. " Allah , 
möminlərin dostu olunca, möminlər də bir-birlərinin dostu olar.  
Tövbə-71-Mömin kişilərlə mömin qadınlar bir-birinə 
dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi 
 
134
əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, 
Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara 
rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, 
hikmət sahibidir! 
Ali imran 28- Möminlər möminləri buraxıb kafirləri dost 
tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs 
Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç 
bir qədir-qiyməti olmaz) 
Yunus 62-Bilin ki, Allahın dostlarının heç bir qorxusu 
yoxdur və onlar qəm-qüssə görməzlər.  
1. Yaranmışları idarə edən bir Allahın ismi-şəriflərindən 
olan Valiy ismini daima zikr edən kimsənin xalq arasında 
sözü keçərli olar.  
2.”Vali” ismi-şərifinin vəqfini ayın ən parlaq bir vaxtında 
yazıb üzərində  gəzdirən və  hər gün 2209 dəfə zikr edən 
kimsənin rütbəsi və məqamı yüksələr.  
3. Bir müsəlman Cümə günü 1000 dəfə “Ya Vali”- ismi-
şərifini oxusa, hər işində  uğur qazanar və  hər müsibətdən 
uzaq olar.  
4. Yaxşı bir təşkilatçı, müdir olmaq üçün “əl-Vali” ismini 
hər gün 47 dəfə zikr etmək yaxşıdır.  
5. Hər gün 47 dəfə “Ya Vali”ismini zikr etmək, mehri-
bançılıq və qarşılıqlı hörmət yaradar.  
 
 
 
əl-Mutəali-551-Çox uca, çox yüksəkdir. Yaradılmışların 
özləri haqqında ağıl və idraklarının mümkün gördüyü hər 
şeydən üstün, münəzzəh və uzaq olandır.  
"O, görüləni də, görülməyəni də bilir, çox böyükdür, 
ucadır.” 


 
135 
Çox uca olan, gizli-açığı bilən mənasını verən bu isim 
Quranda bir dəfə keçmişdir. “Gizli olanı da açıq olanı da bilir. 
Böyükdür, çox ucadır.”. (Rad -9) 
Ana rəhnindəkini bilən, cəmiyyət içində baş verən 
hadisələri və  dəyişmələri bilən , əmələ  gətirən Allahın “əl-
Mutəali” isminin qüdrət təcəllisidir.  
1. Bu ismi daima zikr edən kimsə düşmənlərinə qalib 
gələr.  
2. Bir müsəlman “Ya Mutəali”ismi-şərifini daima oxusa, 
yaşıdları arasında hörmətli olar.  
3.  Bu  ismi  hər gün 551 dəfə oxumağı adət edən kimsə 
dövlət idarəsində  və ya hər hansı bir işində irəli gedər və 
uğurlar qazanar.  
 
 
əl-Bərru- 212-Bəndələrinin günahlarını bilən, ehsanı  və 
yaxşılığı bol olan, vədini yerinə yetirəndır. Çox yaxşılıq edən 
mənasına gələn “ Bərru”ismi-şərifi 
Quranda bir dəfə keçir. “Biz bundan əvvəl (dünyada 
ikən) biz Allaha dua edərdik.  Şübhəsiz, O çox yaxşılıq 
edəndir, çox mərhəmət sahibidir.” (Tur-28) 
Yaxşılıqların qaynağı Allahdır. Yaxşılığı yaradan da 
Odur. Yəhya Peyğəmbəri  şəfqətli, tərtəmiz, ana-babasına 
qarşı yaxşı davranmağı əmr edən Allahdır. (Məryəm-14) Hz. 
İsanı anasına qarşı yaxşılıq etdirən yenə  də Allahdır. 
(Məryəm 32)  
Allahin bizə qarşı ən böyük lütfkarlığı bizə ağıl verməsi, 
ağıla da iman verməsidir. Qəlbimizlə yalnız Özünə ibadət 
edərək, Ona qul olmamızı  əmr etmiş, başqalarına qul 
olmaqdan bizi çəkindirmişdir. Bizlərə  də Yaratdıqlarına 
yaxşılıq etməyi buyurmuşdur:  
 
136
Bəqərə-177-“Yaxşı  əməl heç də (ibadət vaxtı) üzünü 
günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. 
Yaxşı  əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, 
kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və 
peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya 
mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) 
qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda 
qalan) müsafirə (yolçulara), dilənçilərə  və qulların azad 
olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə 
də  əhd edəndə  əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə 
(ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı 
(məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində  və 
əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” 
Allah insana bütün həyatı boyunca saysız nemətlər və 
gözəlliklər bəxş edər. Var olan hər  şey Ondandır. Bütün 
gözəlliklər, incəliklər, nemətlər Onun sonsuz təcəllisidir. 
Digər bütün varlıqlar kimi insanlar da Rəbbimizin istəyi ilə 
yer üzünə  gəlirlər.  İnsan, ana rəhnində  ət parçası halından 
insana çevrilən, sonra böyüyərək , gözəl bir simaya sahib olan 
və hər üzvü, siniri ilə Allahın möhtəşəm bir sənət əsəridir. Bu 
haqda Quranda Rəbbimiz belə buyurmuşdur: (Ələq 1-8)O, 
insanı laxtalanmış qandan yaratdı. (O Rəbbin ki) insana 
bilmədiklərini öyrətdi. Axı sənin axır dönüşün Rəbbinədir!  
İbrahim-34-“Allah sizə istədiyiniz  şeylərin hamısından 
vermişdir.  Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb 
qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox 
nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm 
edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət 
olar.”  
Sonra isə Uca Allah bizlərə belə sual edir: İnfitar-6-9: 
“Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və 
ya məğrur edən) nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, 
düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə