173
“Rəhim” ismilə, varlıqlar içində özünə seçdiyi “Mufərridun”
və “Muqarrabini” seçilmiş bəndələrinə tanıdır.”Malik” ismi
mülkin yeganə sahibidir və mülkində istədiyi
kimi təsəvvüf
etməkdədir. Bütün mülk, Allahın adlarının ortaya çıxışından
ibarətdir. Eyni zamanda Məlik olan Allah, bütün mələklərin
qüvvələrinin qaynağıdır.”Quddus” ismi həddən artıq müqəd-
dəsdir. Heç bir bəşəri anlayışla məhdudlaşdırıla bilməz.
Qudsiyyət sahibidir. Qüdsi-Ruh, onun varlığıla qaimdir. Sa-
lam ismilə varlığın özündəki Qüdsi-Ruha yaxın halını yaradır.
Yaxınlığını fərdlərdə “Mumin” ismi qeybin sonsuz sir-
lərini dərk etmək imkanı meydana gətirər. Qeyb sirlərini hiss
etdirdiyi seçilmiş bəndələrini “Muheymin” ismilə özlərinin
heçliyini,
yoxluğunu hiss etdirərək, onu heyrət məqamına
çatdırar. Beləliklə Onun ucalığı insanı məst edərək özündən
keçirər. (sufilər kimi) Heçliyini hiss etdirərək heyrət və
heyranlıq oyandırdığı bəndələrini “Əziz” ismilə qalib edər.
Mütləq qalib olmasını “Cəbbar” isminin hökmülə məcburi
olaraq, istər-istəməz qəbul etdirər. Hər kəs O mütləq səbr qar-
şısında əzilər, məhv olar və qəhr olar. Çünki O, eyni zamanda
”Qahhər”dır. Dilədiyi hər şeyi ortadan qaldırmaq qüdrətinə
malikdir. Bu Qahhariyyət və Cəbbariyyət gücü və səlahiy-
yətinə sahib olması səbəbindən Mutəkəbbirdir. Əzəmət və
Qüdrət sahibidir. Çünki Azim və Kəbirdir. Mutəkəbbir və
Kəbir olması, sonsuz mənalara sahib olmasından
irəli gələn
bir üstünlükdür. Buna Əkbəriyyət deyilir. Öz uca xüsusiy-
yətlərini ancaq və yalnız özü qiymətləndirə bilər.
Həlim ismi ilə bənzərsiz və orijinal yaratımlar meydana
gətirib, özündəki uca xüsusiyyətləri təqdir edərək qiymətlən-
dirir. ”Xaliq” ismilə bənzərsiz olaraq yaratdıqlarını “Bari”
ismilə fərqli və yeni bir icadla meydana gətirməkdədir. Çünki
O həm Muciddir həm Məciddir. Hər bir yeni icadıyla şan və
şərəfini daha da yüksəldir. ”Musavvir” ismilə bədən verərək
icad etdiklərini Öz elmi ilə şəkilləndirmişdir. Bu şəkilləndir-
174
mə ilə yaratdığı vahidlərdən “Ğaffar” və “Ğafur” ismilə
məğfirətini ortaya çıxarar. Məğfirətini ortaya çıxardığı vahid-
lərə ”Vahhab” ismilə qarşılıqsız olaraq ehsan verər. Çünki O
Muhsindir. Ehsan məqamının əsl sahibidir. Allahın bu qarşı-
lıqsız ehsanı Razzaq ismi ilə sonsuz mənalarla davamlı ruzi
şəklində tanınmaqdadır. Sonsuz mənaları davamlı bəslədiyi
vahidləri müəyyən mərhələdən
sonra Fəttah ismilə müəyyən
fəthlərlə və yeni nailiyyətlərlə təmin edər.
Alim ismilə, mənalarının meydana gətirdiyi seçilmiş-
lərinin bütün hallarını bildiyi üçün “Kəab” ismilə istədiyi
zaman, istədiyi yerdə “Qabzə” ismilə sıxaraq, dilədiyi zaman
isə bəst ismilə genişləndirər. Bu mənaların davamı olaraq da
istədiyi bəndələrini “Xafid” ismilə ən dəyərsiz hala salaraq
dəyərsiz qılarkən, dilədiyi bəndələrini də “Rafi” ismilə yük-
səldərək qiymətləndirər. Meraclarını tamamladaraq yüksək
dərəcələrə nail edər. Bununla paralel olaraq “Muizz” ismilə
izzət bəxş edərkən “Muzillin” ismilə də zillətə salıb dəyərsiz
edər.
Bu qiymətləndirmələrin kökündə də “Səmi” ismilə yarat-
dıqlarının hər halını dərindən qəbul etməsi və “Bəşər” ismilə
yaratdıqlarının hər halını qiymətləndirməkdədir. Yenə O,
“Hakim” ismilə hökm sahibidir və hökmü
qeyri-şərtsiz yerinə
gələndir. Çünki eyni zamanda Hakim ismilə hər şeyə hakim
vəziyyətdədir.
Yaratdığı bütün seçilmişlərdə hökmü hər an etibarlı olan
Allah, “Ədl”ismilə hər bəndəni müəyyən bir məqsəd üçün
yaradaraq onlara layiq etdiklərini hər an verməkdədir. Bu,
”Lətif” ismilə lütflə bəndənin özündə və quruluşunda olduqca
lətif bir hərəkətlə işləməkdədir. Çünki”Xabir” ismilə hər
şeyin özəyindən, hər şeydən xəbərdardır. “Hasib” ismilə də
hər varlığın hər an etdiyini, əməlin hesabını hesaba çəkəndir.
Həlim ismilə xoş görünüş və helm sahibidir. Helm
paltarını geydirərək zinətləndirdiyi qullarına “Şəkur” ismilə
175
rəhmlə cavab verər, qarşılıq edər. Çünki “Kərim” ismilə ik-
ram sahibidir. Sərhədsiz comərdlik sahibidir. “Muqit” ismilə
də hər kəsin öz şəxsi xüsusiyyətlərinə görə qidasını verər.
Allah, “Cəlil” ismilə bütün kamal sifətlərinə malikdir.
Çünki Alidir. Ucalıqda çatılmazdır. Mutəalidir, ucalığı
yayandır. “Hafiz” ismilə hər şeyi əzbərləyərək mühafizə edər.
Əzbərləyərək himayəsində saxladığı bəndələri “Raqıb” ismilə
hər an nəzarətində saxlayır.
“Vasi” ismilə sonsuz genişlik və dözüm sahibidir.
”Muqit” ismilə hər şeyi əhatə edər. Çünki “Ğani” ismilə anla-
yışları üstündür və heç bir şeylə ölçülməyəcək
dərəcədə
zənginlik sahibidir. Çünki Muğnidir. Hakim ismilə hər hərə-
kəti yerli yerindədir və hikmətinin gərəyi qədər məna-
lıdır.”Vədud” ismilə eşqin qaynağıdır və həqiqətən sevilən
tək varlıq Odur. .
Bais ismilə həyatda davamlı müxtəlif, yeni dövrlər
yaşadar. Çünki O Əzəli və Muhyidir və Mumitdir. Sonsuz
dirilik sahibi olaraq həyatın qaynağıdır və eyni zamanda ölü-
mü daddıraraq geri qaytarandır. Ehsan edən vəcan verəndir.
Şəhid ismilə hər şeyin gerçəyini müşahidə edəndir. Haqq
ismilə yeganə həqiqətdir. Vəkil ismilə özünü vəkil tutanların
işlərini kamalla nəticələndirəndir. Vəli ismilə arxa çıxaraq
onları kamala çatdırandır.
Qavi və Mətin ismilə bütün qüvvə və güclərin bölüş-
dürücüsü və qaynağıdır. Hamid ismi ilə tərifə və həmdə
layiqdir. Ehsanın sahibi olaraq Muhsin və Mubdidir. Ehsan,
sonsuz saydakı varlığın hər zərrəsinə qədər
qiymətləndirmə
xüsusiyyətidir. İcad isə bənzərsiz və orijinal xüsusiyyətə
sahib, sonsuz sayda varlıq yaratma xüsusiyyətidir. Çünki
Bədi ismilə bənzəri olmayan şeyləri icad edər.
Muid ismilə yaradılmışları yox edib təkrar bədənlərini
iadə(torpaqdan çıxarar) edər və mövcud edər. Vacid ismilə nə
bağışlasa, varlığından heç bir şey azalmaz. Çünki Qayyum
176
ismilə öz varlığıyla qaimdir və hər şey Onun varlığıyla
daimidir.
Qədr və Muqtədir ismilə qüdrəti hər şeyə qadirdir.
Qüdrətinin sərhədsizliyi gərəyi olaraq da Vali ismilə hər şeyi
tədbir və idarə edər. Çünki O, Muqəbbirdir. Hər işi tədbir
ilədir. Bərr ismilə varlıqlara istədiyi xüsusiyyətlər qazandırar.
Tövbə ismilə tövbələri qəbul edəndir. Tövbələrini qəbul
etdiyi qullarını Əfuv və Rauf isimləri ilə bağışlayar
və onlara
rəhm edər. Eyni zamanda Muntaqim ismilə zərər verənə
etdiyinin nəticəsini yaşadar. Məlikəl Mülk olması hesabıyla
mülkin yeganə sahibidir. Bu səbəbdən hər an mövcudatın
bütün ölçülərində istədiyi kimi təsəvvüf etməkdədir. Zul
Cəlali vəl İkramdır. Mütləq hökm və ikram sahibidir. Muqsid
ismilə hər şeyi yerli-yerində edər. Cami ismilə dilədiyi bütün
mənaları dilədiyi yerdə cəm edər. Mani ismi ilə mən edicidir.
Darr ismilə zərərə uğradarkən Nafi ismilə faydalandırar. Bu
xüsusiyyətlərilə də xeyrin və şərin mütləq qaynağı və
idarəedicisidir. Aydınlıq verərək irşad etdiyi bəndələrini Hadi
ismilə həqiqətə yönəldər. Çünki O, Raşid ismilə varlıqları
istiqamətləndirib istədiyi hədəfə çatdırar.
Baqi olan Odur. Varis olaraq bütün varlığın həqiqi tək
varisidir. Sabur olan Allah səbrin qaynağıdır. Bütün gözəl
adlar Allahındır.
Mərufətnamə
Rasulullah Sallallahu aleyhi vəs-səlləm ;
(La unsi sənai aleykə əntə kəmə isneytə aleykə nəfsikə )
buyurdu.
İlk yaradılmış ruh Muhəmməd
Sallallahu aleyhi vəs-
səlləmin ruhudur ki, Bədi isminin təcəllisidir.
İkinci Ruhi -insani, nəfsi natiqə, Baîs isminin təcəllisidir.
Üçüncü Təbiət- Batin isminin təcəllisidir.