Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
46
bunun üçün məntiqə, hissi təcrübəyə alternativ axtarmaq yox, onları tamam-
laya biləcək və insanları birtərəfli düşüncədən, «özgələşmə» sindromundan 
xilas edə biləcək, mənəvi zənginliyə yol açacaq üsullar tapılmalıdır. Bu isə 
yeni bir şey olmayıb Şərq fəlsəfəsində qədim ənənəyə malik olan «işıqlan-
ma», ilham, vəcd, vəhy haqqında təsəvvürlər ola bilər. Çünki hissi təcrübə 
və məntiqə alternativ saylın intuitiv idrak əslində heç də alternativ olmayıb, 
idrakın müəyyən məqamıdır. Hətta elmi yaradıcılıqda məntiqi idrakla yana-
şı, bədii təfəkkürdən, obrazlı ifadədən istifadə olunması labüddür. Fəlsəfi 
yaradıcılıq isə bu idrak istiqamətlərinin hər ikisindən qaynaqlanır.  
XX əsrdə idrak prosesinin bütöv mənzərəsini yaratmağa çalışan fəlsəfi 
təlimlər içərisində fenomenologiyanın xüsusi yeri vardır.  İlk baxışda feno-
menologiya Qərb fəlsəfi düşüncəsinin inkişafında yeni bir mərhələ kimi or-
taya çıxır. Lakin təhlil göstərir ki, «fenomen» kimi təqdim olunan və obyek-
tin hissi obrazı ilə insanın hissi yaşantısının vəhdətini ifadə edən idrak vahi-
di (elementi) orta əsr İslam fəlsəfəsində obrazın işıqlanması kimi hələ neçə 
yüz il qabaq məlum olmuşdur. Diqqəti bu cəhətə yönəldən Anri Korbin fe-
nomenologiyanın işraqiliklə müqayisəsini mümkün hesab etmişdir. XX əs-
rin ikinci yarısında fenomenologiyanın  ən görkəmli nümayəndələrindən 
olan Anna-Tereza Timiniçka da məhz bu cəhətə diqqət yetirmiş və Qərbdə 
İslam fəlsəfəsinin yeni rakursda öyrənilməsini zəruri saymışdır. O, öz təli-
mini bir tərəfdən Qərb fəlsəfəsi ənənələrinin üzərində qursa da, digər tərəf-
dən, insanın iç dünyasına, hissi yaşantılarına böyük önəm verməklə fenome-
nologiyanın yeni qolunu – «həyat fenomenogiyasını» inkişaf etdirmişdir. 
  
Əbu Turxan təlimində “iç dynya” və onun transferi  
İnsan özünü olduğu kimi dərk etməyə çalışsa da, bu elə asan məsələ 
deyil. O öz sifətinə aynada rahatca baxa bilər, amma iç dünyasını göstərən 
ayna tapmaq çətindir. Belə bir funksiyanı yerinə yetirən “ayna” – əslində 
fəlsəfədir. Yəni insan özünü qapalı olduğu vaxtda, tənhalıqda, ayrılıqda de-
yil, ancaq dünya ilə münasibətdə dərk edə bilər. Dünya iki fərqli vəziyyətdə 
öyrənilir: insanın müdaxiləsi olmadan, obyektiv şəkildə; bu – elmin funk-
siyasıdır. Bir də İnsanın, “mən”in iştirakı ilə, yəni insanlaşmış, “mən”ləşmiş 
dünya – bunu öyrənmək ədəbiyyatın, sənətin funksiyasıdır.  


Fəlsəfə tarixi 
 
 
47
Hər bir filosof əslində  məhz özünü dərk edir. “İnsan onun özü-dür, 
“mən”dir. Bununla belə, necə ki, bir çox yazıçılar bədii təsvirdən kənara 
çıxmır və nə ədəbiyyata, nə də həyata rasional müstəvidə münasibət bildir-
mir, eləcə də bəzi filosoflar hətta öz fəlsəfi sistemlərini yaratsalar da, fəlsə-
fənin mahiyyəti məsələsinə toxunmurlar. Əbu Turxan isə öz fəlsəfi sistemini 
şərh etməzdən öncə  fəlsəfənin dinə,  ədəbiyyata, elmə nisbətdə  nə ilə  fərq-
ləndiyini, başqa sözlə desək, fəlsəfənin mahiyyəti məsələsini araşdırır. Və 
özünün dünyaya fəlsəfi baxışlarını elmi baxışlardan fərqləndirir.  
Əbu Turxan öz fəlsəfəsinə “Mən” anlayışının təhlilindən başlayır. Be-
lə ki, bildiyimiz kimi, elmi düşüncəni adi düşüncədən və tarixilikdən fərq-
ləndirən onun təkcələr yox, ümumilər arasındakı münasibəti ifadə etməsin-
dədir. Bax, bir çox filosoflar fəlsəfəyə  də elə buradan, ümumilər arasında 
münasibətdən başlayırlar. Və ümumi ilə mahiyyətin, mahiyyətlə  həqiqətin 
nisbəti məsələsi önə çəkilir. Lakin eyni məsələlər ümumilik dərəcəsi nisbə-
tən aşağı olmaqla, yəni təkcə ilə ən ümumi arasındakı məsafənin təkcəyə da-
ha yaxın məntəqələrində qərar tutmaqla elm daha geniş hadisələr çoxluğunu 
öz tədqiqat obyektinə çevirir. Və bu çoxluğun, müxtəlifliyin öz rəngi-ruhu, 
özünəməxsus çalarları olur ki, bu da nəticə etibarı ilə elmlərin bölünməsinə, 
qruplaşmasına və xüsusi elm sahələrinin yaranmasına gətirib çıxarmışdır. 
Ümumilik dərəcəsi daha yüksək olan məntəqələrdə isə ümumelmi problem-
lər, dünyanın elmi mənzərəsi, metodologiya məsələləri qərarlaşır və  nəha-
yət, daha yüksəyə qalxdıqda, metafizik məsələlər – fəlsəfənin qərarlaşdığı 
ən uca məqamlar başlanır. Zirvə və onun yaxın ətrafı uğrunda mübarizə fəl-
səfə ilə din arasında gedir. Başqa sözlə desək, zirvəyə iki iddialı tərəf var: 
fəlsəfə və din. Sadəcə, fəlsəfə zirvəyə ardıcıl surətdə, elmin qərarlaşdığı nis-
bətən aşağı sahələrdən sürət götürərək, ağırlıq (cazibə) qüvvəsini dəf edərək, 
böyük bir intellektual yüklə birlikdə, ayaqları yerə bağlı olmaqla yaxınlaşır. 
Din isə uçub birbaşa zirvəyə qonur, çünki onun tədqiqat obyekti əvvəlcədən 
zirvədədir.  
Əbu Turxan təlimində fəlsəfə elmlə eyni kökənli deyil. Yəni o, elmlər-
dən sadəcə ümumilik dərəcəsinə görə fərqlənmir. Fəlsəfə lap əvvəldən elmlə 
əks qütbdən başlayır. Belə ki, elmin əsas məqsədi cismani dünyanın obyek-
tiv gerçəkliyi subyektiv təsirlərdən, yəni tədqiqatçının öz müdaxiləsindən 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
48
azad edərək öyrənməkdir. Yəni söhbət insansızlaşmış, daha doğrusu,  mən-
sizləşmiş dünyadan gedir. Fəlsəfədə isə, dünya “Mən” vasitəsilə, “Mən” 
prizmasından keçirilməklə öyrənilir. Daha doğrusu, onun mövzusu xarici 
aləm yox, daxili aləm, iç dünyası, “Mən”-dir.  
Burada fəlsəfənin dinlə çox maraqlı uyğunluğu və eyni zamanda fərqi 
ortaya çıxır. Belə ki, dinin hədəfi Allahdır və dünya da, insan da bu ideyanın 
prizmasından təqdim olunur. Elmin hədəfi dünyadır (cismani dünya) və Al-
lah da, insan da kənarlaşdırılır, fəlsəfənin hədəfi “Mən”dir; həm Allah, həm 
də dünya “Mən” prizmasından nəzərdən keçirilir. Husserl fenomenologi-
yasında “Mən” anlayışı “şüur”la əvəzlənir. Lakin həyat fenomenogiyasında 
şüurdan nəfsə, oradan da “Mən”ə bir keçid vardır.                                               
“Mən” – təkcədən də, ümumidən də fərqli bir mahiyyətdir. Başqa söz-
lə desək, “Mən” həm təkcə, həm də ümumidir. Bu nə deməkdir? Ümumi cə-
hətləri olan təkcələr məhz bu cəhətə görə də, eyni növə daxil edilir və eyni 
adla adlandırılırlar. Cisimlərin adı onun mahiyyətini və deməli, həmin ümu-
mi cəhəti ifadə edir. Məsələn, “qələm” deyərkən onun ancaq bir keyfiyyəti, 
daşıdığı bir ideya – yazmaq funksiyası əsas götürülür. Amma maddi forma 
və maddi məzmun baxımından qələmlər çox müxtəlif ola bilər. Yəni ümu-
milər müxtəlif variantlarda təzahür edir.  
 
“İnsan” da ümumidir və  hər bir təkcə insanda həmin ümumi cəhət, 
mahiyyət təkrar olunur. İnsanı  fərdiləşdirən cəhətlər olduqca müxtəlifdir, 
ona görə də onların hamısına ayrı-ayrı adlar qoyulur. Və “Mən”-lər də fərqli 
olurlar. Baxmayaraq ki, bioloyi müstəvidə insanın mahiyyəti eynidir.  
Beləliklə, neçə insan varsa, o qədər də “Mən” olmalıdır. Lakin filosof-
ların  əksəriyyəti məhz bu məsələdə prinsipiallıq göstərmədiklərindən, 
“Mən”-in statusu qeyri-müəyyən qalır.  Əbu Turxan isə  fəlsəfənin elmdən 
fərqli olan əsas  əlamətini rəhbər tutaraq və kumulyativliyin fəlsəfəyə aid 
olmadığını nəzərə alaraq “Mən”-in təkcəliyini vurğulayır. Və eyni zamanda, 
bu təkcələrin ümumi bir cəhətindən çıxış edərək “ümumi Mən” ideyasını 
inkar edir və göstərir ki, hər bir fəlsəfə üçün ancaq bir “Mən” var və o da 
filosofun özüdür. “İnsan” ümumisi də, “nəfs” ümumisi də, “filosof – Mən”-
in yaratdığı model-dünyaya aiddir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə