Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

Fəlsəfə tarixi 
 
 
55
For author, to qualify for the status of a full-fledged philosophical currents 
phenomenology must be transformed from the husserlian position of the 
scientification of the philosophy to its new forms as the phenomenology of life. 
Thus, the opportunity to take into account the full range of human spiritual life is 
possible only within the phenomenology of life. 
 
Key words: 
positivism, phenomenology, “scientification” of philosophy, 
phenomenology of life, traditional philosophy 
 
 
С.Халилов 
Позитивизм и феноменология  
(резюме)
 
 
В  статье  позитивизм  и  феноменология  рассматриваются  как  разные, 
даже  противоположные  подходы,  способы  «онаучивания»,  фактически 
отрицания  традиционной  философии.  Рост  авторитета  и  влияния  науки  и 
научного  мышления  впоследствии  привел  к  их  распространению  в  такие 
сферы  мысли,  которые  некогерентны  с  нуакой.  Так,  религия  и  мистическое 
познание, по мнению автора, несовместимы с научным мышлением. Таковой 
является  и  традиционная,  подлинная  философия.  А  тот  новый  облик 
философии,  который  приписывается  философию,  как  позитивизмом,  так  и 
феноменологией, автор считает неприемлемым.   
По  мнению  автора,  феноменология,  чтобы  претендовать  на  статус 
полноценного  философского  течения,  должна  трансформироваться  от 
гуссереловской  позиции  онаучивания  философии  к  новым  ее  формам,  как  
феноменология  жизни.  Ибо  только  в  пределах  феноменологии  жизни 
появляется возможность учитывать всю гамму духовной жизни человека. 
 
Ключевые слова: 
позитивизм, феноменология, «онаучивание» 
философии, феноменология жизни, традиционная философия. 
 
 
 


 
 
56
 
 
 
Fəlsəfə və ədəbiyyat 
 
 
 
Ədəbiyyatda və fəlsəfədə  
bədiilik fenomeni  
 
 
Sədaqət Əliyeva

 
 
 
Giriş  
Fəlsəfi düşüncənin və ədəbi fikrin mahiyyəti insanın özünü dərk etmə-
si və özünü özündən kənarda axtarmasıdır. Fəlsəfi yanaşmada idrakın poten-
sial imkanları meydana çıxır, ədəbi fikirdə isə təxəyyülün gücü məlum olur. 
Hər ikisində həqiqət axtarılır. Fəlsəfi təfəkkürün həqiqəti varlığın həqiqəti-
dir, onu miqyasla təyin etmək mümkün deyildir, ədəbi həqiqət isə konkret 
bir ideyanın fonundakı axtarışları nəzərdə tutur. Fəlsəfi düşüncədə ideyalar, 
ədəbi düşüncədə hadisələr böyük rol oynayır. 
 
Cavid və Cabbarlı  yaradıcılığının fəlsəfi dilə  
transferinə təşəbbüs 
Dünyanın bütöv mənzərəsini qavramaq üçün “ac intellekt və barlı - 
bəhərli dünya” qarşılaşdırılır. Fəlsəfə ilə ədəbiyyatın kəsişmə nöqtəsi budur. 
Fəlsəfi təfəkkürün bədii məzmunu onun elmi şəkildə modelləşməsinə 
istinad edir. Modelləşdirmək, ən ümumi əlamətləri ayırmaqla təsnifat yarat-
maq deməkdir. Fəlsəfi təfəkkürün strukturundakı bədiilik məntiqi düşüncə-
nin poetik məzmununu ifadə edir. Hər bir struktural məzmun həm də bədii 
                                                 

 tarix elmləri üzrə fəlsəfə doktoru. 


Fəlsəfə və ədəbiyyat
 
 
 
57
məzmundur, çünki istənilən modelləşdirmə aktı - ideallaşdırma aktıdır. Fəl-
səfi təfəkkürün strukturunda bədiiliyin rolunu və yerini araşdırarkən müasir 
Azərbaycan fəlsəfəsi fikrinin nümayəndəsi S.Xəlilov “Cavid və Cabbarlı” 
əsərində təfəkkürün strukturunda bədiiliyin rolunu və yerini ədəbiyyatla fəl-
səfənin müqayisəli təhlili kontekstində belə göstərir: “Bədii  ədəbiyyatın 
mövzu dairəsi çox genişdir. Həm üfüqi, həm də  şaquli müstəvidə. Üfüqi 
müstəvi dedikdə, coğrafi məkan və hadisələrin müxtəlifliyini nəzərdə tutu-
ruq. Şaquli müstəvidə isə hissi-mənəvi dərinlik dərəcəsi öz əksini tapır... İn-
sanın keçirdiyi ən adi hiss və  həyəcanlardan  ən mürəkkəb fikirlərə  qədər, 
adi bir təbiət mənzərəsindən tutmuş insan taleyinə və hətta bəşəriyyətin bö-
yük problemlərinə qədər, bir sözlə, insanı duyğulandıran və düşündürən nə 
varsa – hamısı  bədiiləşərək  ədəbiyyatın mövzusuna çevrilə bilər. Burada 
duyğu və düşüncələrin özü ilə  bərabər, onları doğuran hadisələr, gerçək 
durumlar, proseslər də qələmə alınır” (2, s.24-25). 
S.Xəlilov Cavid və Cabbarlının ümumi və fərqli cəhətlərini fəlsəfi dü-
şüncə prizmasından keçirmiş və mövzunu tamamilə yeni səpkidə işləmişdir. 
Lakin onu da qeyd etmək lazımdır ki, illər boyu müxtəlif şəkildə çözülən bu 
mürəkkəb mövzu hər iki sənətkarın yaradıcılığının bəzi məqamlarına ta-
mamilə işıq sala bilməmişdir. Cavid bizim üçün gün kimi aydın deyil. Cab-
barlının isə dram əsərlərinin bir çoxunda həyat və ölüm təzadı qarşısındakı 
Hamlet sualı, hələ də açıq qalır.  
Bu problemlərin yenidən aktuallaşmasının müxtəlif səbəbləri vardır. 
“Cavid və Cabbarlı” mövzusu uzun müddət yalnız cəmiyyətin ictimai-sosial 
münasibətləri kontekstində araşdırılmışdır, buna görə  də mövzuya aid hər 
hansı bir fəlsəfi ümumiləşdirmənin azad təfəkkür imkanlarından kənarda 
qalması hiss olunur. Daxili-mənəvi azadlıq yaradıcılığın ən mühüm şərtidir
azadlıqdan məhrum olmuş təfəkkür öz möhtəşəmliyini itirir. Buna görə də 
Umberto Eko azad təfəkkür naminə hətta ritorikadan yaranmış əsarəti belə 
qəbul etmirdi və yazırdı: “Azadlıq... həm də ritorikadan azadlıqdır”(10, 
s.49). 
“Cavid və Cabbarlı” mövzusu, sanki həmişə sosial tələbatlara enmək-
dən, sosiallaşmaqdan, adiləşməkdən qorxmuşdur. Halbuki mahiyyəti açmaq 
onu itirmək demək deyildir, əksinə, yaradıcılıqda mahiyyətin açılması faktı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə