Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
58
hadisəyə çevirən ən mühüm amildir. Məsələn, Cabbarlının dinə münasibəti-
ni aydınlaşdırmaq,  əslində onun təfəkkür imkanlarının sərhədlərini müəy-
yənləşdirmək demək olardı və Cabbarlı yaradıcılığı bu zaman öz həqiqi ma-
hiyyətində daha aydın təqdim oluna bilərdi. Maraqlıdır ki, S.Xəlilovun təd-
qiqlərində də “Cavid və Cabbarlı” mövzusuna aid bir çox açıq sualların ca-
vabı yoxdur. Lakin Caviddən və Cabbarlıdan fərqli olaraq, S.Xəlilov öz 
əsərlərində bu suallara fəlsəfi cəhətdən çoxdan, həm də dolğun bir şəkildə 
cavab vermişdir, lakin nədənsə, “Cavid və Cabbarlı” mövzusunda müəllif 
oxucunu öz təfəkkür imkanları ilə baş-başa buraxır. Robert Uilsonun istinad 
etdiyi məşhur pritçada deyildiyi kimi, bəzən həyat qapısının önündə bir 
ömür sərf etmək, yaxud keçiddə sürəkli bir ömür fəna etmək lazımdır ki, 
Qapının sirrinə bələd olasan. Lap sonucda Saymon Muna aydın olur ki, Qa-
pı ilə bağlı bütün sualların cavabı, açılacaqmı? – düşüncəsindən kənarda 
yerləşirmiş (9, s.8).  
Hər hansı bir dram əsərinin poetik dillə yazılması, mürəkkəb mövzula-
rın qoyulması və onların fəlsəfi həllinə edilən müxtəlif cəhdlər, Cavid yara-
dıcılığı üçün xarakterikdir. Lakin Cavidin şəxsiyyətinə abstrakt şəkildə ya-
naşan oxucu bir sıra təzadlı hallarla qarşılaşır. Cavid varlığı yoxluqda axta-
ran bir mistik, yaxud ideala pərəstiş edən, insan mənəviyyatının fövqəl məz-
mununu özü üçün həyat amalı seçən, qismətə tapınan bir fatalist, yoxsa bə-
şəri müdrikliyə sığınan ifrat bir idealistdirmi? Bu çoxcəhətlilikdə bircə şey 
məlumdur ki, Cavid indiyə qədər Azərbaycan ictimai fikrində və ədəbiyyat-
şünaslığında çözülməyən yeni, fərqli bir Caviddir. Cavid S. Xəlilovun yara-
dıcılığında filosofdur. Və müəllif Cavidin cəmiyyəti inkar edən düşüncələ-
rindəki idealizmini “obyektiv idealizm” adlandırmaqla, bu filosof şairi dola-
yısı ilə cəmiyyətə bağlamağa çalışır. 
Bir zamanlar Səməd Vurğun Cavidin yaradıcılığından danışarkən de-
mişdi ki, “Cavidin yaradıcılığının mündəricəsində... xalqımızın həyatı yox-
dur” (6, s.50.). Bu o demək deyildi ki, Cavid öz dövrünə və öz mühitinə yad 
olan bir şairdir, yox, bu o demək idi ki, Cavid real Azərbaycan mühitini de-
yil, təfəkküründə yaratdığı fövqəl bir mühiti, öz düşüncəsindəki abstrakt 
Azərbaycan mühitini qələmə almışdır. Yəni, onun əsərləri real həyatdan de-
yil, təfəkkürdən gəldiyi üçün bu əsərlərdə bəzən süni bir kolliziya, qondar-


Fəlsəfə və ədəbiyyat
 
 
 
59
ma bir pafos hiss olunurdu. Məsələnin daha bir mürəkkəb cəhəti isə ondan 
ibarətdir ki, nədənsə  Səməd Vurğunun partiyalılığı Cavidin vətənpərvərli-
yindən daha aydın təsəvvür olunur və daha inandırıcı görünür. Lakin fəlsəfi 
düşüncə insanlığın, bəşəri məzmunun fövqünə qalxmaq üçün cəmiyyətdən 
kənara çıxmalıdır, çünki kütləvi düşüncə ilə  sənət deyil, yalnız kollektiv 
təsərrüfat yaratmaq olar. Buna görə də filosof bəzən cəmiyyəti inkar etmək, 
bəzən isə varlığın mahiyyətini cəmiyyətə qarşı qoymaq məcburiyyətində qa-
lır. H. Zeynallı Cavidin böyük mövzulara əl atmasını vurğulayaraq yazmış-
dı: “...bu nöqtələrdə Cavidin əsəri Hamidanədir. Fəqət Hamidin əsərləri ilə 
Cavidinkində böyük bir fərq vardır. Cavid əşkal (şəkli  Ə.S.) cəhətdən nə 
qədər Hamidənə isə, üslub cəhətdən Fikrətanə və fəlsəfi cəhətdən Tofiqanə 
bir əsər yaratmaq istəmişdir. Bəlkə də yazarkən bu üç şairin heç birini dü-
şünməmiş, fəqət bunların cızdığı dairə xaricinə də çıxmağa müvəffəq olma-
mışdır (7, s.43). Əgər bu gün “Cavid və Cabbarlı” mövzusu gündəmdədirsə, 
demək, Cavid, zatən müəllifin nəzərdə tutduğu dairədən kifayət qədər kəna-
ra çıxa bilmişdir. Həmçinin Cavidin sənətə Hamidanə münasibətini onun öz 
dövrünə olan ən düzgün münasibəti hesab etmək olar. Hamid üçün “sənət - 
sənət üçündür” ideyası nə qədər doğru idisə də, elə Cavid üçün də sənət bu 
ideala köklənərək reallaşırdı. Sənət və kütlə münasibətlərində Cavid sənəti 
kütlədən ayrı təsəvvür edirdi, lakin o nitsşeçiliyə yuvarlana bilməzdi. “Sənət 
həyat üçündür” prinsipini Tofiq Fikrət göylərə qaldırdığı zaman, Cavid 
Nitsşe kimi təbiət qanunlarını cəmiyyət qanunlarından üstün saya bilməzdi. 
Bəlkə də elə buna görə onun varlığa münasibətində Pza Tofiqin mürşidliyi 
və Şərq sufizminin təsiri duyulur. Cavidin öz mühitinə enə bilməməyi məhz 
onun sufi düşüncəsi və romantizmi ilə bağlı idi. Halbuki nitsşeçilikdəki in-
karçılıq, asketizm sufi asketizmindən tamamilə  fərqlənirdi, nitsşeçilikdə 
insan üçün fövqəl bir məzmun axtarılırdı, insan ilahiləşdirilirdi və  Zərdüşt 
tanrıdan üz çevirib bəşəri müdrikliyə tapınmağa çalışırdı. Elə buna görə də 
Nitsşe Xristi ilahiləşdirilən dini ifratçılıqla barışa bilmir, İsanın ölümünü 
tanrılılığın, xurafatdan doğan xəstə təmayüllərin, “xulizmin” və məddahlığın 
ölümü kimi qəbul edirdi. Cəmiyyətdən kənara çəkilməyi insanın daxili ma-
hiyyəti deyil, cəmiyyətə yeni məzmunda qatılmaq kimi analiz edən Losev 
deyirdi ki, “tanrını ona görə öldürmək istəyirdilər ki, onun yerinə keçsinlər”. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
60
Lakin Nitsşedən, Caviddən, Losevdən fərqli olaraq, həmişəki kimi cəmiy-
yətdə həqiqətən Tanrının yerinə göz dikənlər var idi və onlar öz iddialarını 
gerçəkləşdirmək üçün bütün digər tanrı iddiasında olanlarla müxtəlif vasitə-
lərlə birləşməyə çalışırdılar. Müharibələrin yaratdığı qan-qada, ağrı-acı, mil-
yonların  əzab-əziyyəti, bəşər tarixindəki qanlı müharibə  dəhşətləri tanrılıq 
iddiasından başqa, mənəvi cəhətdən daha nə ilə  əsaslandırıla bilərdi?  İblis 
deyilən kimə istinad edirdi? Yalançı, qondarma düşüncəsi ilə özünü alda-
danlara, “mənəvi səfalət” yolunu tutanlara, iddiaları özündən böyük olanlara 
və hər şeydən əvvəl isə fədakarlığın nə olduğunu bilməyənlərə. Milyon illər-
dir ki, bütün dinlərdə müqəddəs qurban ayinlərinin davamlı  şəkildə möv-
cudluğu faktı, hələ də bəşəriyyətə sadə bir məntiqi sübut etməyə çalışır ki, 
öz mənafeyini, ruhunu, qəlbini qurban verə bilməyənlərin sevgisi yalnız va-
sitə ola bilər...  
 
Cavidin “İblis”ində fəlsəfi  ideyanın bədii təcəssümü 
Elə bu əsas üzərində Cavid yaradıcılığının ideya axtarışlarında  ən 
mühüm yeri müəllifin “İblis” əsəri tutur. “H.Cavidin bütün yaradıcılığı boyu 
təqdim etdiyi fəlsəfi konseptual sistemin ana xətti “İblis”  əsərində vahid 
dramatik xətdə konsentrik şəkildə ifadə olunmuşdur”(2,s.74). Məhz bu əsər-
də Cavid artıq xəyalpərvər və romantik bir şair deyil, dünyanın dərdini 
çəkən bir filosof kimi görünür. Onu artıq dünyanın qlobal problemləri nara-
hat edir. Nə üçün insanlıq bir İblisin əlində oyuncağa çevrilsin ? – sualı filo-
sof-şairin araşdırmalarında bir dilemma kimi üzə çıxır. İblis nə üçün güclü-
dür, ona bu imkanı və bacarığı kim vermişdir? – suallarına Cavid bütün əsər 
boyu cavab axtarır. Cəmiyyət sanki mürgüləyir və bu yuxulu cəmiyyətdə 
dumanlı başları kimin idarə edəcəyinin, əsla fərqinə varılmır. Yalnız mənən 
özünü təsdiqləyə bilənlər bu cəmiyyətdə yata bilmir, çıxış yolu haqqında 
düşünürlər və belə bir fəlsəfi nəticəyə  gəlirlər: “Mühit nə  qədər eybəcər 
olursa-olsun, İblis nə qədər güclü olursa-olsun, insan öz şəxsi mənəvi dün-
yasında zəiflik göstərməsə, səhvə yol verməsə  məğlub olmaz. İblisə yol 
açan belə səhvlərdən biri müəyyən bir fərdi hissin mütləqləşməsidir” (2, s. 
88). Cavid: “Bu baxımdan... insanın mənəvi aləmində əksliklərin vəhdəti və 
mübarizəsi problemini qabarıq  şəkildə qoymuş, insanın  İblislə mübarizəsi-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə