Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
34
Fridrix Nitsşe
 
Şopenhauer fəlsəfəsini zirvəyə qaldıran və deməli, insanı uçurumun 
düz dibinə atan Fridrix Nitsşe. Maraqlıdır ki, XX əsrin düz astanasında – 
1900-cü ildə ölməyinə baxmayaraq, Nitsşe daha çox XX əsrin filosofu 
hesab edilir. Bəlkə də, onun dəhşətlə söz açdığı “insan” məhz bu əsrdə daha 
artıq bərqərar olması səbəbindən. Bununla belə, Nitsşe XIX əsrin – Şopen-
hauer fəlsəfəsinin yetirməsi idi. Daha vacibi isə, Nitsşe də fəlsəfə tarixində 
bir “düyün nöqtəsi” olmasıdır. Yəni Nitsşe də özündə ən müxtəlif istiqamət-
ləri potensial olaraq ehtiva edirdi və bu fəlsəfi cərəyanlar XX əsrdə, hətta bu 
gün də təşəkkül tapmaqda, yayılmaqdadır.   
Nitsşe öz əsərlərində insanı və insani keyfiyyətləri öldürməyi öyrədir. 
Çünki bu keyfiyyətlər özündən  əvvəlki sələflərinin keyfiyyətlərini ehtiva 
edir. Çünki o, “heyvan və fövqəlinsan arasında uçurum üzərindən çəkilmiş 
bir kanatdır” (8, s. 9). Nitsşe uçurumun o tayına keçmək üçün yolun üstün-
dəkilərin məhvini bir zərurət kimi təqdim edir, çünki “bu balaca insanlar 
fövqəlinsan üçün çox böyük bir təhlükədirlər”. (8, s. 207) Təqdir edici hal-
dır ki, filosof bunu sələfləri kimi inqilabi yolla etmir, o, düşüncələrdə kök 
atmış, kiflənmiş və heç cür fərqli düşünməyə imkan verməyən ideyaları bir-
bir ortaya çəkir, ifşa edib əzir və yerinə öz “inkarını” doldurur. Nitsşenin 
müasiri olmuş və onun fəlsəfəsini geniş tədqiq etmiş Fulye yazır: “Nitsşeni 
oxuyanda eyni zamanda iki hiss keçirirsən: pərəstiş  və  mərhəmət (düzdür, 
sonuncunu o, bir təhqir kimi rədd edir); yüksək düşüncələr bolluğu ilə yana-
şı, orada nə isə xəstə bir şey var; o, necə də sevir ki, “eybəcər” bir şey desin 
ki, bu da bəzən düşüncənin və ürəyin ən ecazkar coşqularını dayandırır və 
əbəs edir”. (10, s. 11) Bəli, Nitsşe qurmağı, yaratmağı dağıtmaqdan, məhv 
etməkdən başlayır.  
Təbii ki, ilk zərbə dinə dəyir. Əsrlər boyu kilsə və din arasında qalan, 
xilaskarının kim, düşməninin kim olduğunu ayırd edə bilməyən insanı oyat-
maq üçün Nitsşe baltanı kökündən vurur: “Tanrı öldü: indi biz istəyirik ki, 
fövqəlinsan yaşasın”. (9, s. 207) Filosof çox təhlükəli bir təklif edir. Məhz 
Tanrıdan imtina etmiş, öz maddi tələbatları və iddiaları ilə tək-təkbətək qa-
lan insanın öz mənəviyyatı, əxlaqı, təfəkkürü ilə yüksək bir məqam tuta bil-
məsi böyük bir sual altındadır: Çünki bu insanın  ən ali meyarı onun özü 


Fəlsəfə tarixi 
 
 
35
kimi bir insandır, onun geniş üfüqləri yoxdur, ülvi bir idealı yoxdur, yalnız 
nifrət bəslədiyi insan var və o, bu insana nisbətdə var olmalıdır. Bu deyilən-
lərdən sonra Nitsşenin insanları uçurum üzərindəki keçidə bənzədir və onun 
üçün bu insana nifrət etməmək daha dəhşətli bir haldır: «Bədbəxtlik! Artıq 
özünə nifrət etməyi bacarmayan ən alçaq insanın zamanı yaxınlaşır» (9, s. 
15). Bəli, Tanrısı ölmüş insana nifrət etmək lazımdır!  
Bu yerdə tez-tez Nitsşe fəlsəfəsi ilə müqayisə edilən təsəvvüf fəlsəfə-
sinin qadın mütəfəkkiri Rabiə  əl-Ədəviyyə yada düşür. O, da insanların 
ikiüzlülüklərindən bezərək “Gedirəm cənnəti yandırıb, cəhənnəmi söndürəm 
ki, bu yolu bağlayan iki pərdə aradan qalxsın, məqsəd görünsün, Tanrının 
qulları Ona ümid və qorxusuz qulluq etsinlər. Əgər cənnət ümidi, cəhənnəm 
qorxusu olmasaydı heç kim tanrıya baş əyib, itaət etməzdi” – deyə üsyan et-
mişdi (1, s. 330). Bəli, oxşar cəhətlər tapmaq mümkündür. Lakin əhəmiyyət-
li bir fərq var ki, mütləq nəzərə alınmalıdır. Rabiə əl-Ədəviyyə Tanrıya apa-
ran yolları – insanı Tanrıdan yayındıran, imanına qeyri-səmimilik qatan şey-
ləri məhv etməyə çalışır ki, insan öz Yaradanı ilə baş-başa qalsın, öz mahiy-
yətini daha aydın görüb dərk etsin. Nitsşe isə Tanrının özünü məhv edir ki, 
insan özü ilə baş-başa qalıb özünü dərk edə bilsin. Lakin kim nədən imtina 
edir? Rabiə sevgi, eşq, gözəllik, həqiqət dolu Rəbbinə çatmaq üçün hər şeyi 
məhv etməyə hazırdır. Bəs Nitsşe? O yazır: “Onlar Tanrı deyə adlandırdıq-
ları onlara zidd gedən və əzab verən idi; həqiqətən də, onların itaətində qəh-
rəmanlıq çox idi! Onlar da öz Tanrılarını insanı çarmıxa çəkməkdən başqa 
cür sevə bilmirdilər!” (8, s. 65) İnsan öz Tanrısından əzab verməyi öyrənir! 
Nitsşe bu Tanrıdan və bu insandan imtina edir! Təsadüfi deyil ki, o xüsusi 
olaraq vurğulayır ki, onun lənəti yalnız və yalnız (!) xristianlığa və öz xalqı-
na aiddir. (8, s. 645) O, öz dinini insanları boşluğa, yalana yuvarladığı üçün 
lənətləyir,  əslində isə insanın belə bir imana, belə ali bir Bələdçiyə böyük 
ehtiyacı var və Allaha iman gətirən xalqın böyüklüyü elə onun imanındadır: 
“Özünə inanan xalqın özünün də Allahı var. O, onu ayağa qaldıran şərtlərə – 
öz xeyirxahlığına görə O-na ehtiram göstərir. Onun özünəgüvəni, hakimiy-
yət hissi bunlara görə  təşəkkür edilə biləcək varlıqda təzahür edir. Kim 
varlıdırsa – vermək istəyir; qürurlu xalq yolunda qurban vermək üçün ilahi-
yə ehtiyacı var... Belə olan şərtlərdə din təşəkkürün ifadəsidir. Öz varlığına 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
36
görə minnətdar olan xalq bu minnətdarlığı ifadə etmək üçün ilahiyə ehtiyac 
hiss edir” (8, s. 642). İnsanı – tanıdığı, gündə rastlaşdığı həmvətənini düşdü-
yü uçurumdan xilas edə bilmədiyi üçün o, həmin insanı da, onun iman gətir-
diyi tanrısını da “öldürmək” tərəfdarıdır. Yeri gəlmişkən, Qurani Kərimin 
ayələrinin birində deyilir: “Bir qövm özünü dəyişdirməsə, Allah da o gövmü 
dəyişdirməz” (Quran 13/11). 
Bəli, Nitsşe XIX əsrin insanını normal insani keyfiyyətləri ölmüş bir 
varlıq hesab edir: “Xristianlıq insanın ali tipinə ölüm-dirim müharibəsi elan 
elədi; o, bu tipin bütün əsas instinktlərindən üz çevirdi; bu instinktlərdən o, 
şər anlayışını, şər insanı sıxıb çıxartdı güclü insan yararsız insana, “səfilə” 
çevrildi” (8, s. 634). Lakin filosof yalnız xristianlığı deyil, insanlara doğru 
yol göstərməyən filosofları da inkar edir. Nitsşe fəlsəfəsini tədqiq edən Sə-
nail Özkan da yazır: “Fəlsəfə yaradarkən Nitsşenin sorğu-suala çəkmədiyi, 
şübhələnmədiyi, hücum etmədiyi və yıxmadığı heç bir fəlsəfi sistem, fəlsəfi 
teologiya, teoloji fəlsəfə, etika, metafizika yoxdur. Onun üçün yıxmaq – ya-
ratmağın kateqorik imperatividir” (5, s. 136). Lakin burada da incə bir mə-
qam var. Nitsşe kimləri inkar edir: insanı reallıqdan uzaqlaşdıran, insana 
güc verən biliklər  əvəzinə, onu mütiləşdirən ideyalar təlqin edən,  ən  əsası 
isə ona özü olmağa, özü ilə tək qalmağa imkan verməyən filosofları: “Real-
lıqdan “görüntü” yaratdılar, tamamilə yalan dolu dünyadan, hazırkı dünya-
dan isə reallıq düzəltdilər.” (8, s. 638) Ən əsası isə Nitsşe Kantın fəlsəfəyə 
gətirdiyi məhdudiyyətlə insana vurduğu zərbəni çox gözəl dərk edir: ilahi 
aləmə qapıları bağlanmış və öz-özü ilə üz-üzə qalmış insan öz şərində boğu-
lub  əzilirdi: “Kantın uğuru sadəcə ilahiyyatçının uğurudur. Kant da Lüter 
kimi, Leibniz kimi alman dürüstlüyünün hələ tam bərkiməmiş ayaqlarına 
əlavə bir əyləc oldu”. (8, s. 638) Bəli, Kant insanı özünə qaytarsa da, özün-
dən kənara çıxmağa da qoymadı. Nitsşe – XIX əsrin düşünən və dövrünün 
faciəsini tam aydınlığı ilə dərk edən bir qurbanı idi.   
Nitsşe insanı  əridən “kollektiv”in, cəmiyyətin də, deməli Marks təli-
minin də əleyhinə idi: “Hər seçilmiş insan instinktiv olaraq öz qəsrinə, gizli 
sığınacağına can atır. Orada o kütlədən, çoxluqdan, çoxlarından qurtulur. 
Orada o, onun istisnası olan “insan” qanununu unuda bilir, bir istisnadan 
başqa – onun daha güclü instinkti onu sözün geniş və müstəsna mənasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə