Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
28
 
 
 
 
 
XIX əsr Qərb fəlsəfəsində insan problemi:  
Kierkegaard – Şopenhauer – Nitsşe 
 
 
Könül Bünyadzadə
 
 
 
Giriş
 
XVIII-XIX əsrlərdə Avropada hakim olan rasionalist düşüncə tərzinə 
sanki bir alternativ olaraq romantik ruh da mövcud idi və o, özünü 
yaradıcılığın bütün növlərində göstərirdi. Əslində ruhun bu dixotomiyasının 
da, cəmiyyətdəki təzadlı halın da, ruh və müqəddəslik duyğusuna yaranan 
inkarçı münasibətin də mənbəyi insan özü idi. Deməli, o, romantiklərin xə-
yal etdiyi kimi, cəmiyyətdən təcrid olunmuş halda deyil, onun əsas aparıcı 
qüvvəsi kimi nəzərdən keçirilməli idi. Və tədricən romantik notlar pessimist 
nota keçməyə başladı. Lakin insan təbiətində var olan ikili xüsusiyyət – xe-
yir və şərə meyl etmək, ilahi aləmlə əlaqəyə girmək, yoxsa maddi dünyada 
qapanıb qalmaq istəyi burada da özünü göstərdi. Pessimizmin bu iki istiqa-
mətlərindən biri Sören Kierkegaard (1811-1855), digəri isə Artur Şopenhau-
erin (1788-1860) adı ilə bağlıdır və hər ikisi öz zirvə nöqtəsinə XIX əsrdə 
Fridrix Nitsşe (1844-1900) fəlsəfəsində çatdı. Hər ikisi düşünən insanın 
mövcud reallığa reaksiyası idi. Sadəcə fərqli mövqe, fərqli rakurs və fərqli 
mənəviyyatla. 
Əsas təməl prinsiplərə və fərqlərə baxaq. 
 
Sören Kierkegaard 
Kierkegaard öz dövrünün əksər filosoflarını inkar edir. Bu, dövrünün 
inqilabçı ruhu ilə yanaşı, filosofların görüşlərində rasional notların üstünlük 
təşkil etməsi ilə əlaqədardır. Belə ki, Kierkegaard özünün əsərlərinin çoxun-


Fəlsəfə tarixi 
 
 
29
da  əsasən ruhun neqativ hallarını: qorxu, həyəcan, kədər, narahatlıq və s. 
təhlil edir. O, xilası dində tapır və həqiqi bir xristian mövqeyi nümayiş etdi-
rir. Onun “xristian etikasının alfa və bettası – ilk günah, insanın Allah qarşı-
sında  əzəli və aradan qalxmayan rəzilliyi haqqında doqmatıdır” (7, s. 9). 
Lakin filosofun mövqeyi kilsə mövqeyindən kəskin fərqlənir. Bu, ilk güna-
hın utancı ilə kölgəyə çəkilən və gələcək cənnəti üçün mütiliklə dua edən in-
san deyil. Hər şeydən əvvəl Kierkegaardın təqdimatında “günah – inkar de-
yil, nə isə müsbət bir şeydir” (7, s. 320) və onun pozitivliyi “məhz Allahın 
qarşısında olmaqdadır” (7, s. 323). Filosof insana xristianların çəkdiyi divar-
danca bir yol göstərir – günah işlətməklə insan sadəcə öz varlığını göstərmə-
yə çalışıb və adı günah deyilən bu hiss müəyyən mənada Allahla bilavasitə 
ünsiyyətdir. Burada Hegelin günahı biliklə eyniləşdirmək ideyası yada dü-
şür. Burada da günah nəyi isə bilmək, dərk etməkdir: “Günahsızlıq – bil-
məzlikdir. Günahsızlıqda insan bir ruh kimi müəyyənləşməyib, özünün təbi-
əti ilə vasitəsiz vəhdətdə  nəfsən müəyyənləşib” (7, s. 143). Lakin Kierke-
gaarda görə, günah etmək sadəcə elmlə məşğul olmaq, bilik qazanmaq de-
yil. Daha vacibi insanları öyrənməklə, bilməklə və dərk etməklə ən böyük 
günah edəcəyini düşünmək və bu əməlin Allah yanında  ən müsbət addım 
kimi dəyərləndirilməsidir.  
Kierkegaarda görə, nəfs və bədənin sintezi olan insan “həm də müvəq-
qəti və əbədinin də sintezidir” (7, s. 181). Bununla filosof insanın bir varlıq 
olaraq ikili xüsusiyyətə malik olduğunu bildirməklə yanaşı, onun idrak im-
kanlarının da maddi çərçivə ilə  məhdudlaşmadığını vurğulayır: “İnsanın 
heyvanlardan üstünlüyü ondadır ki, biz mütəəssirliyə məruz qalırıq; xristia-
nın adi insandan üstünlüyü ondadır ki, o, bunu dərk edir, xristianın bəxtə-
vərliyi isə bu mütəəssirlikdən xilas olmaq imkanıdır” (7, s. 257). Nəzərə 
alsaq ki, filosofa görə, məhz “mütəəssir olan Allah qarşısında özü olmaq is-
təyəndə və ya olmaq istəməyəndə günah işlədir” (7, s. 308), maraqlı bir pa-
radoksla üzləşərik.  İnsanı digər varlıqlardan fərqləndirən, onlardan üstün 
edən onun özü olub-olmamaq imkanına malik olması və bu imkanını dərk 
etməsidir. Yəni insan azad bir Mən-ə sahibdir, yaxud Mən özü azadlıq de-
məkdir və mümkün və zərurinin dialektikasıdır (7, s. 267). Söhbət öz iradə-
si, düşüncəsi olan, eyni zamanda, ali varlıq qarşısında öz məsuliyyətini, öz 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
30
Mən-ini dərk edən insandan gedir: «Mahiyyətcə özü olmağa cəsarət edən, 
fərdi – başqa birini deyil, məhz Allah qarşısında tənha olan, özünün nəhəng 
cəhdləri və  məsuliyyətində  tənha olan fərdi təhlil etməyə  cəsarət edir. Bu, 
xristianlığın qəhrəmanlığıdır və onun mümkün nadirliyini də  qəbul etmək 
lazımdır; lakin bu zaman saf bəşərilikdə qapanıb qalmaqla, yaxud ümumi 
tarixə heyran qalanın rolunu oynamaqla öz-özünü aldatmağa dəyərmi?” (7, 
s. 251) Deməli, Kierkegaarda görə, maddi dünyada baş verən bütün proses-
lər müvəqqəti bir məkanda, keçici bir zaman kəsiyində, yoxdan gəlib yoxa 
gedən bir bədənin fəaliyyəti kimi sadəcə bir yalan, aldatmadır. Məhz bu 
nöqteyi nəzərdən yanaşmada “iradə – dialektik fəaliyyətdir ki, o da öz növ-
bəsində insanın aşağı təbiətini idarə edir” (7, s. 318-319). Lakin insan bir də 
ilahi aləmlə bilavasitə əlaqəlidir ki, bu da onun Mən-inin imkanlarını artırır: 
“...daxili  şüur həlledici faktordur. Mən-dən söz gedəndə, həmişə  həlledi-
cidir. O, Mən-ə ölçü verir. Şüur nə qədər böyükdürsə, Mən də bir o qədər 
böyükdür. Belə ki, şüur nə qədər böyüyürsə, iradə də bir o qədər böyüyür. 
İradə nə qədər çoxdursa, Mən-də bir o qədər böyükdür. İnsanın iradəsiz Mə-
ni də yoxdur. Lakin iradə nə qədər çox olarsa, o daha çox özünü dərk edər” 
(7, s. 267).  
Beləliklə, məlum olur ki, Kierkegaard öz düşüncələrində istər orto-
doksal kilsə dünyagörüşünü, istər dövrünün rasional mövqeyin hegemonlu-
ğunu, istərsə də Kantın simasında ilahi aləmin, transsendent dünyanın qapı-
larını idrak üçün bağlayan görüşləri inkar edir. Bununla da kifayətlənməyə-
rək, “Anlama – insanların qismətidir, iman isə – insanın ilahiyə münasibəti-
dir”, (7, s. 320) – deyə bildirməklə, ağıl və imanı insanın Mən-ini kamilliyə 
aparan iki paralel, eyni zamanda bir-birini tamamlayan qüvvə kimi götür-
məklə o, dövrünün aparıcı ideyasına bir meydan oxuyurdu.  
Yalnız Kierkegaard deyil, Şopenhauer də  fərqli və özünəməxsus bir 
mövqe qoyur ortaya. Lakin Kierkegaardun fəlsəfəsində sanki bir barışdırıcı-
lıq hiss olunur, o, özündən əvvəlki hər görüşün məhz müsbət tərəfinin qəbul 
edərək, insanı alçaldan, onun Mən-ini yox etməyə çalışan, imkanlarını da-
raldan xüsusiyyətləri inkar edir. Şopenhauerin mövqeyi isə daha sərt, daha 
çox nihilist və dağıdıcı xarakterlidir.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə