Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə51/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 156 -
anlatdıqları bir-birinin eynidir”. İlk baxışda fikir çox cazibədar görünür. 
Hərə öz vasitələri və imkanları ilə eyni bir gerçəkliyi anladırsa, son nəticədə 
eyni həqiqətlərə gəlib çıxa bilər. Lakin, fəlsəfə ilə poeziya doğrudanmı əks 
qütblərdə dayanırlar? Və doğrudanmı eyni həqiqətlərə gəlirlər? Məsələ bu-
rasındadır ki, poeziya insanın müəyyən bir məqamda keçirdiyi hissləri ifadə 
etməkdən o tərəfə getmir. İnsan həyatının hər bir anını bir şeirlə təcəssüm 
etdirsək, bu həyat həmin şeirlərin toplusundanmı ibarət olacaqdır, yoxsa hər 
şey bu toplama qaydasından, yəni hansı istiqamətdə toplamaqdanmı asılı 
olacaqdır? Müəyyən bir anda keçirilmiş acı hisslər başqa bir andakı xoş 
duyğularla kompensasiya olunurmu? Əgər arifmetik qaydalardan çıxış et-
sək, həyatın müsbətləri ilə  mənfiləri toplanaraq yekunda sıfır verməzmi? 
Bəs nə müsbət, nə də mənfi emosiya keçirməyən, həmişə sıfır vəziyyətində 
dayanan biganə və buz kimi soyuq adamların həyatı nədir? Bu sıfırla o biri 
sıfırın fərqi nədən ibarət olacaqdır? İnsanın həyatının mənası anların toplan-
ması iləmi, yoxsa anlar içərisində bir anlamı müəyyən olunur? Biz burada 
iki fərqli toplanma qaydası ilə üzləşmiş oluruq. Ənənəvi riyaziyyata görə, 
insanın ömrü yaşadığı anların toplusudur. Bu baxımdan, insan həyatının (ye-
kun) mənası da müxtəlif anlardakı  mənaların məcmuyudur. Amma Əbu 
Turxan fəlsəfəsində başqa bir toplanma qaydasından istifadə olunur: topla-
nanların cəmi mütləq qiyməti  ən yüksək olan toplanana bərabərdir. Yəni, 
həyatın mənası da hansı isə bir andakı mənaya bərabər olacaqdır. O anda ki, 
həyat öz daxili potensialını ən yüksək səviyyədə təzahür etdirə bilir.  
Həyatın ən lirik anı! 
Həyatın ən müdrik anı! 
Həyatın ən çılğın anı! 
Həyatın matrisasında onun müxtəlif keyfiyyətləri içərisində ən yüksək 
məqamlar öz əksini tapmalıdır. Yəni, biz həyatı birölçülü deyil, çoxölçülü 
fəzada nəzərdən keçiririksə, onda hər bir koordinat oxu üzərində ancaq zir-
vələr matrisaya daxil edilməlidir. Müxtəlif zaman anlarına səpələnmiş mə-
na. Təzahürlərin müxtəlifliyi müxtəlif zaman anlarının da bir araya gətiril-
məsini tələb edir. 
 


Fəlsəfi esselər
 
 
 
- 157 -
Dünyanın mənası 
 
Dünyadakı şeylərin və hadisələrin hər birinin mənası ilə yanaşı bütöv-
lükdə dünyanın da ümumi bir mənası vardır.  Əslində kiçiklərin həqiqəti 
üçün meyar daha böyük olanın həqiqətidir. Hissənin ahəngi bütövün ahəngi-
nin bir parçası olmalıdır. Bütövlə uzlaşmayan hissə öz mühitinə yad olmaq-
dan başqa öz təbiətindən, ilkin ahəngindən də uzaqlaşmışdır. 
Dünya sanki universal bir zəka ilə idarə olunur. Dünyanın ahəngi bu 
universal zəkanın məntiqidir. Öz iradəsi, fərdi maraqları olmayan və özü 
üçün, öz kiçik mühiti üçün tama xəyanət etməyən, ona qarşı getməyən cisim 
və hadisələr ümumi ahəngi pozmurlar. Universal ahəng o zaman pozulur ki, 
hansı isə lokal sahələrdə universal Zəka alternativ zəkalar, universal İradəyə 
alternativ iradələr peyda olur. Əslində yer üzərində belə alternativ zəka və 
iradəyə sahib olan yalnız insanlardır. Və deməli, insanlar həmişə seçim qar-
şısındadırlar. İnsan ya öz kiçik zəkaları və iradələri ilə hərəkət edərək dün-
yanın ahənginə, universal Zəkaya meydan oxumalı, Fələklə çilik-toxmaq 
oynamalı, ya da dünyanın ahəngini və bu ahəngin əsasında duran universal 
Zəkanı mənimsəyərək öz fəaliyyətini ona uyğunlaşdırmalıdır. 
Min illər boyu insan zəkası qarşısında duran ən böyük vəzifələrdən 
biri məhz dünyanın ahəngini, onun qanunauyğunluqlarını öyrənmək və öz 
fəaliyyətində bunları nəzərə almaq olmuşdur. Bu dünyada insan iradəsi üçün 
də, onun azad fəaliyyəti üçün də meydançalar saxlanmışdır. Və insan öz 
azadlığının çərçivəsini müəyyənləşdirə bilmək üçün əvvəlcə dünyanın zəru-
rətini dərk etməlidir. Və Spinozanın məşhur “azadlıq dərk olunmuş  zəru-
rətdir” kəlamı da insan-dünya münasibətlərindəki bu məqamı nəzərdə tutur. 
Heraklit insanlara təbiətlə  həmahəng olmağı tövsiyə edirdi. Mark 
Avrelinin məşhur duasında isə belə deyilirdi: “Ey dünya, məni də öz 
ahəngindən ayırma”. 
Təbiətin, dünyanın ahəngi  əslində  həm də  zərurətdir. Lakin dünya 
çoxpilləli, iyerarxik quruluşa malikdir. Hər bir şeyin öz daxili strukturu, da-
xili aləmi olmaqla bərabər, ətraf aləmi, mühiti də vardır. Avenariusun prin-
sipial koordinasiya nəzəriyyəsinə görə, dünyada istənilən münasibətə  mər-
kəzi element və onu əhatə edən mühitin münasibəti kimi baxmaq olar. Məhz 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 158 -
bu kontekstdə insan özü də  mərkəzi elementə çevrilir: “Mən” və “qeyri-
Mən” münasibəti də insan-mühit sistemi kimi nəzərdən keçirilir. Sadəcə 
olaraq mühit çox müxtəlif miqyaslarda götürülə bilər: bilavasitə mühit və bu 
mühitin özünün daxil olduğu mühitlər  şəbəkəsi.  İkinci halda yaxın mühit 
mərkəzi element kimi götürülür və böyük mühit mühit üçün mühitə çevrilir. 
 
 
Həyatın mənası 
 
İndi elə bir dövrdə yaşayırıq ki, bütün fəaliyyət sahələrində 
ixtisaslaşma gedir və  hər bir sahənin daha optimal təşkilatlandırılması, 
fəaliyyətin daha səmərəli olması üçün müvafiq araşdırmalar aparılır. 
İnsanın özünü dərk etməsi haqqında çox yazılıb. Lakin “öz”ün özü də 
differensiallaşmalı və müxtəlif rakurslarda nəzərdən keçirilməlidir. Belə ki, 
insan ailənin bir üzvü kimi, cəmiyyətin bir üzvü kimi işlədiyi sahədə 
kollektivin bir üzvü kimi və s. ayrı-ayrı keyfiyyətlərlə səciyyələnir. Əlbəttə, 
belə bir yanaşma da ola bilər ki, insanın sosial özünüdərki, siyasi 
özünüdərki, bir mütəxəssis kimi özünüdərki, bir övlad kimi, bir valideyn 
kimi, ...özünüdərki çıxıldıqdan sonra yerdə yenə də bir “öz” qalırmı? 
İnsan sanki müxtəlif radiuslu konsentrik çevrələrin mərkəzindədir. 
Yaxın mühit, bir az daha böyük çevrədəki mühit, nəhayət, bütün ölkə, bütün 
planet, bütün kainat...və bu kainatdan kənarda insanı gözləyən daha böyük 
əbədi bir həyat – o dünya. 
İnsan üçün mühit onun öz güzgü əksi də ola bilər. Güzgüyə baxıb 
düzlənər və süslənər. 
İnsan üçün mühit başqa bir şəxs də ola bilər. Ona baxıb düzlənər, ona 
baxıb süslənər, özünü onun istəklərinə uyğunlaşdırar. Onun zövqü həyat 
meyarına çevrilər. 
İnsan üçün mühit qonu-qonşu, məhəllə, kənd, el-oba ola bilər. Yaxud 
işlədiyi şöbə, idarə, institut, bütün kollektiv ola bilər. 
İnsan üçün mühit bütün şəhər və ya ölkə, bu ölkədə  qəbul olunmuş 
adət-ənənə, həyat tərzi və s. ola bilər. Ölkə miqyasında dövlətin qoyduğu 
normativlər, hüquq sistemi və s. də mühitə çevrilir. Yəni insan bunları 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə