Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 162 -
versal qəliblərə salınır. Xüsusilə etikanın formalaşması tarixən məhz hikmət 
zəminində baş vermişdir.  
 Əslində həyat təcrübəsindən alınmış fikirlərin rasional düşüncə müs-
təvisinə gətirilməsi fəlsəfi fikir tarixində hissi və məntiqi idrakın vəhdətinə 
ən gözəl misallardan biridir.  
 Elmi  düşüncə  təbiətdə gedən prosesləri, təbii hadisələrin xassələrini 
öyrənirdi. Həyatın, konkret həyat səhnələrinin tədqiqat obyektinə çevrilməsi 
insan və  təbiətin bir küll halında nəzərdən keçirilməsinə  gətirir ki, bu da 
artıq elmin yox, fəlsəfənin funksiyasıdır.  
 
 Fəlsəfə sanki piramidanın zirvəsidir. Bura bir yox, müxtəlif yollarla 
qalxmaq mümkündür (yəni bu zirvəyə aparan yollar fərqli ola bilər). 
 Məişət, ailə həyatı səviyyəsində ortaya çıxan məsələlərin həyatın mə-
nası kontekstində dəyərləndirilməsi və ən ali meyarlardan çıxış etmək istəyi 
də fəlsəfəyə gətirir. Bu yol məhz tərbiyədən, əxlaqdan, hikmətdən başlanan 
yoldur. İnsanın əməli fəaliyyətinin yaxud ixtisas fəaliyyətinin də həyat kon-
tekstində nəzərdən keçirilməsi, yəni onu mənalandırmaq cəhdi fəlsəfəyə ge-
dən bir yolun başlanğıcıdır. Hər hansı bir cismi, hadisəni, prosesi dərk et-
mək və onun təbiət və dünya kontekstində yerini dəyərləndirmək cəhdi, baş-
qa sözlə desək, yenə də həmin cismi hadisəni mənalandırmaq cəhdi son nə-
ticədə fəlsəfəyə aparır.  
 Ümumiləşdirsək, fəlsəfə kiçikdən böyüyə, yaxından uzağa, hissədən 
tama, – miqyasın fərqi yoxdur, hər hansı bir şeyi mənalandırmaq təşəbbü-
sündən doğur. Başqa sözlə desək, fəlsəfə cismani dünyada olanların mə-
nalandırılması yaxud ideya dünyasındakı analoqunun tapılması cəhdidir.  
 
 
Konkret və mücərrəd dünya 
 
 Həyat çox mürəkkəb və rəngarəngdir. Hər bir insanın dünyası əslində 
onun şəxsi həyatıdır. Bu həyata bilavasitə cəlb olunmuş dünyadan fərqli ola-
raq insan başqalarının, keçmişdə və indi fərqli şəraitlərdə yaşayan insanların 
vasitəsilə aldığı biliklərdən də çıxış edir, yəni yaşanmamış bir dünyanın da 


Fəlsəfi esselər
 
 
 
- 163 -
xəritəsi çəkilir. Biz başqalarına inanmasaq, yazılanlara inanmasaq, bizim 
dünyamız ancaq öz gördüklərimizdən, eşitdiklərimizdən və bilavasitə yaşa-
dıqlarımızdan ibarət olacaqdır. Deməli, böyük dünya obrazı fərdin deyil, bə-
şəriyyətin hissi təcrübəsinin və nəzəri fikrinin ümumi səyi ilə yaradılmış bir 
obrazdır. Lakin başqalarına inamın əsasında nə durur? Bu, ayrıca bir prob-
lemdir. İstənilən halda, bizim üçün dünya obrazı min illər boyu bəşəriyyətin 
yaratdığı obrazdan ibarətdir. Və inam əsasında əldə etdiyimiz biliklərin, mə-
lumatların bir qismini biz öz şəxsi həyatımızda yoxlamış oluruq. Məhz 
yoxlamaq üçün olmasa da, sadəcə olaraq o biliklərdən istifadə edərkən biz 
onların doğruluğuna bir daha əmin oluruq. Amma müəyyən fərqlər də orta-
ya çıxır və  bəzən “öz gördüklərimizəmi inanaq yoxsa kitabda yazılanamı” 
sula qarşıya çıxır. Və bunun cavabı kitabın xeyrinə olmalıdırmı, çünki öz 
gördüyümüzmü bir fərdi təcrübədir, kitab isə minlərin təcrübəsinin ümumi-
ləşməsini əks etdirir. Sadəcə görə bilmək səviyyəsi fərqli ola bilər. Əlbəttə, 
əgər biz öz gördüyümüzdə israrlı olsaq, onda kitablarda yazılanlara düzəliş 
etmək əzmi ilə ümumbəşəri dünya obrazına da bir yenilik gətirmiş olarıq.  
 
 
Həyat = bizim dünya 
 
 Ən əsası ümumbəşəri dünya obrazı kontekstində öz yaşadığımız dün-
yanı fərqləndirə bilməkdir. Zira bu, bizim həyatımızdır. Və varlığına ən çox 
əmin olduğumuz dünyadır. Baxmayaraq ki, fəlsəfi fikirlər bəzən onun da 
varlığını şübhə altına alır... 
 İnsan üçün görmədikləri daha maraqlı ola bilər. Lakin hər halda an-
caq o zaman maraqlı olar ki, ən azından söhbət onun ümumbəşəri dünya ob-
razı hüdudunda olsun. Yəni əslində bu hüdudun xaricində də dünya vardır. 
O, sadəcə bizim üçün deyil, bütövlükdə  bəşəriyyət üçün qaranlıq olan bir 
dünyadır. Qeyri-müəyyənlikdir... Sonsuzluqdur...Və  əslində dünyanın ger-
çək varlığıdır. Biz onu bilmirik. Biz sadəcə özümüzün və öz soydaşlarımızın 
(insanların) yaşantılarını  və bu yaşantılar haqqında təsvirlərini bilirik. Biz 
ancaq sonlu olanları bilirik. Sonsuz dünyadan sonlu bir hissə min illər boyu 
insanların formalaşdırdığı ümumbəşəri dünya obrazıdır. Nəyə görə  məhz 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 164 -
sonlu hissə? Ona görə ki, insan idrakı sonsuzu mənimsəmək iqtidarında 
deyil. Amma bizim bu sonlu dünyamız nə  qədər böyük olsa da, maləsəf, 
sonsuzluq müqabilində bir heçdir. Sonsuzluqla rabitəyə girmək  əzmində 
olan bizim ancaq ruhumuzdur, çünki bu ruh həmin sonsuzluğun bir parçası 
olmaqla özü də bir sonsuzluqdur.  
 Bəli, dünya rəngarəng və müxtəlifdir. Və bizə ən yaxın olan, doğma 
olan bizim bilavasitə yaşadığımız dünyadır. Hətta kitablardan oxuduğumuz 
dünyanın da biz şəxsi dünyamız prizmasından keçirərək dərk edirik. Yəni 
onun rənglərində  təsəvvür edirik. Başqa cür ola da bilməz, çünki başqa 
rəngləri, başqa səsləri, başqa duyğuları biz hələ yaşamamışıq. Hətta heyvan-
ların yaşadıqları da bizə bəlli deyil. Hətta heyvanlar da çox vaxt bizim gör-
mədiklərimizi görür, eşitmədiklərimizi eşidir və s. Deməli, dünya əslində 
daha zəngindir. Zəngin olan məhz həmin sonsuz, qeyri-müəyyən dünyadır. 
Biz isə dünyanı ancaq öz təbii imkanlarımızla duyduğumuz və anladığımız 
hissəsinə dünya deyirik.  
 Bütün bunlara baxmayaraq, mənim dəyərləndirməm ancaq öz meyar-
larım əsasında həyata keçirilir. Bu dünyada mənə bəlli olmayan hadisələrlə 
işim yoxdur. Mən ancaq mənə  bəlli olan dünyanın sakiniyəm. Hansı  mə-
qamlardasa böyük dünyanın davasına tuş gəlirəmsə, bunu mən ancaq təsa-
düf adlandırıram. Mənim dünyam mənim duyduğum və bildiyim dünyadır 
və mən öz xoşbəxtliyimi də ancaq bu dünyada axtarıram.  
 Bildiyim dünya ümumbəşəri dünya obrazıdır. Daha doğrusu, mən onu 
da tam mənimsəyə bilmirəm. Amma nə  qədər mənimsəmişəmsə, dünya 
mənim üçün o qədərdir. Lakin bu mənə doğma olan dünya deyil, mənim 
dünyam mənim həyatım deyil. Mənə doğma olan dünya mənim həyatımdır. 
Böyük dünyada da mənim üçün ən çox o şeylər maraq kəsb edir ki, onlar 
mənim şəxsi həyatımla bu və ya digər dərəcədə bağlı olsun. Mənim indiyə-
dək yaşadığım həyat mənim bundan sonrakı həyatımın oriyentirlərini müəy-
yən edir. Mənim sevincimin və kədərimin meyarları əvvəlki, yəni artıq ya-
şamış olduğum həyatda formalaşmışdır. Mənim yaşadığım həyat isə daha 
çox dərk olunmamış, məhz mənim tərəfimdən seçilməmiş, mənə nəzərən tə-
sadüfi olan bir həyatdır. Lakin mən artıq onu yaşamışam və bu həyat 
“Mən”ləşmişdir. Və mənim öz həyatım formalaşdıqca, mənim sonrakı həya-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə