Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 168 -
məqsədi naminə kimliyinə fikir məhəl qoymadan minlərlə insanları güdaza 
verən, repressiyalar, qətliamlar törədən tiranlar, despotlardır. Onların da an-
ladığı yeganə  şey öz qüvvəsini başqalarının üzərində  sınaqdan keçirib, 
yoluna keçənləri ayaqlayıb keçməkdir.  
Yaş odunun yanması isə bir ayrı faciədir. İstisinə qızınmırlar, tüstüsü-
nə kor olurlar. Nə  ağac kimi həyatına tam son qoyulmayan, nə odun kimi 
fəaliyyəti hələ başlamayanların odu da yarı-yarımçıq olur. Şəraitin, məqsə-
din dəyişməsi onun da taleyini dəyişə bilər. Harda nə  əqidə sahibi olacağı 
özünə belə müəmmalı qalan, şəraitə görə “rəngini” dəyişən, amma cəmiy-
yətdə kifayət qədər ad-san, söz sahibi olanlar da beləcə  ətrafındakılara isti 
yerinə tüstü bəxş edirlər. Neçə sifətinin olması heç cür bəlli olmayan, adı 
yaxşı,  əməli yaman olan, adını dost qoyub düşməndən betər vuran kəslər 
kimi.  
Od insana bənzəyirsə, deməli, onun da romantik duyğuları var, o da 
üsyankar və ya hüznlü hallar yaşaya bilir, gah şimşək olub göylərdə çaxır, 
gah da şam olub əriyir. Maraqlıdır, hər ikisində od bənzər anlar keçirir: üst-
də od, altda damla. Şimşək də yanır və yağır, şam da. Amma şimşək bunu 
üsyanla edir, şam səssiz-səmirsiz. Şimşək bir dəfə hayqırır, nərə çəkir və bu 
nərədən hər kəs titrəyir, dəhşətə gəlir. Şam sızıldaya-sızıldaya qorxur ki, bir-
dən pərvanəsi çox yaxın gələr. Amma əlindən bir şey gəlmir və yeganə sev-
diyini yana-yana, göz yaşı tökə-tökə yandırır. Tələsir ki, əriyib bitsin, çox 
cana qıymasın. Hər ikisi dillərə dastandır:  şam ağlaya-ağlaya yanıb, yana-
yana ağlaması ilə, şimşək bir anın içində qaranlığı parçalaması, aydınlatma-
sı, sanki qaranlığı vahiməyə salıb, əvəzində işığın ecazkarlığını göstərmək-
dir. Adamlar da belədir. Biri sərt siması, kəskin çıxışları ilə, bir başqası köv-
rək, məsum misraları ilə tanınır. Hər ikisi millətinin qayğısını çəkir, cəhalət 
yuxusundan oyatmağa çalışır.  
Çıraqdakı şölə ancaq ilk baxışda kiçik və təhlükəsiz görünür: yağını-
yanacağını verirlər o da yanır. Əslində onun piltəsini də, yağını da müəyyən 
həddə saxlamaq lazımdır. Çünki piltəsi artıq olanda, “dili uzananda” his 
edib ətrafını qap-qara eləyir. Vay o haldan ki, bu şölənin “əli” yanacaq mən-
bəyinin özünə çata! Partlayış, fəlakət qaçılmaz olur. Kimlərə isə muzdla iş 
görən,  əslində bir məmur olduğu halda özünü əhəmiyyətli şəxsiyyət hesab 


Fəlsəfi esselər
 
 
 
- 169 -
edən və bu dar dünyagörüşü ilə ondan asılı olanların taleyi ilə oynayan 
qulluqçu kimi. Ya adamların gününü qara gətirir, ya da Allaha bəndəlik 
eləmir, elə hey yanacağının mənbəyinə yaxınlaşmağa çalışır.  
Çırağın daha modern forması isə elektrik işığıdır. Düymə ilə yanıb-
sönür. Düzdür, ruhu yoxdur, amma istisi var, hətta yandıra da bilir. Bəzən 
əsəbləşəndə vurub düyməni də  sıradan çıxarır. Bu səbəbdən indi onu da 
əlindən almağa çalışırlar: nə ruhu olsun, nə istisi, elə “düyməyə” xidmət 
eləsin, qənaətli, etibarlı və ucuz. Belə “maneken”-vətəndaşlara hər dövlətin 
ehtiyacı var, istər yüksək vəzifələrdə, istər adi fəhləlikdə.  
Həm çırağın, həm də elektrik işığının oxşar xüsusiyyəti öz “kökün-
dən” ayrı düşməkləridir. Ocaqda odla odun bir-birini tamamlayır, hətta kül 
də bu mənzərənin ayrılmaz bir elementi olur. Çıraqda, yaxud elektrik işığın-
da isə vəziyyət başqadır. Yəni bir var xalqın ənənəsi, kökü, bir də var öz kö-
kündən bixəbər, başqa mədəniyyətə  həsəd aparıb, öz ənənəsindən imtina 
edən cəmiyyət. Başqa sözlə desək, odun-alovun öz yerində olması az əhə-
miyyətli məsələ deyil, yəni adamlar öz yerində, öz bacardığı  işlə  məşğul 
olanda xalqa, millətə bir “istisi” dəyə bilir. Öz ocağında yanan odun istisi də 
öz ocağınındı, külü də. Belə insanlara səbəb millət bir millət kimi özünü 
təsdiq edə bilir, irəli gedir, “imzalar arasında öz imzası” olur. Axı ocağın 
özü həm bu gün, həm sabah, həm şərait, həm də mühit deməkdir. Belə ocaq 
bir məktəbdir ki, onun közü ilə neçə ocaq qalamaq mümkündür. Kül isə 
tarix və keçmişdir. Atalarımız təsadüfən deməyiblər ki, “külü küllükdən gö-
türərlər”. Bir ocaq özünə yer edirsə, kül salırsa, o yeri heç kim başqa niyyət 
üçün istifadə edə bilmir.  
Bir yerdə alışıb başqa yerdə yanan, üçüncü bir yerdə də sönən biri isə 
heç öz “Mən”inə də deyil, özünün nisbi, ötəri istəklərinə xidmət edir. Yağı-
yanacağı öz millətindən alıb gedib başqa millətin çırağını yandıran iş adam-
ları buna gözəl nümunədir. Yəqin onlar bilsələr ki, çırağını yandırdığı o yad 
millət yanacağı bitən kimi onun külünü süpürüb atacaq, belə həvəslə günün 
günorta çağı  çıraq yandırmazdılar. Yəni ona ehtiyac olmayan bir yerdə  nə 
öz millətinin sərvətini, nə öz “mən”ini xərcləməzdi.  
Nəhayət, nur haqqında! İlahi hikmətin insanda təzahürü! Müqəddəslik 
duyğusunu dərk edən şəxsin “mən”inin bələdçi işığı! Düzdür, nur od deyil. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 170 -
Əbu Turxan da yazırdı ki, “Yandırmasa idi, atəşi daha parlaq nur zənn 
edərdilər”. Amma əgər söhbət varlığı təşkil edən dörd ünsürdən gedirsə, on-
da nurun da öz yeri, daha doğrusu zirvəsi var. Bəli, nur yandırmır, işıqlan-
dırır, amma o, sadə bir işıq da deyil. O, hikmətin, ilahi həqiqətin, Allahın in-
sana verdiyi mahiyyətin bir varlıq formasıdır. Onun mənbəyi ilahə aləmə 
bağlı olduğuna görə, bu hikmət nə tükənmir, nə  də insanları yanlış yola 
aparmır. Belə insanlar da var. Öz ideyaları, midriklikləri ilə zaman-məkan 
çərçivəsi tanımayan bu şəxslər tarixdə filosof, mütəfəkkir kimi tanınırlar. 
Əslində, bu, bir zirvədir. Oddan, alovdan keçən, “bişən” bərkiyən düşüncə-
nin, “Mən”in nuru. Təsəvvüf fəlsəfəsinə görə, var oluşun səbəbi və varlığı-
nın qarantı olan və yalnız İnsana verilən ilahi nur. 
Bəli, od dörd ünsürdən biridir. Lakin belə məlum olur ki, hər insana 
eyni oddan pay düşməyib. Kimisi çınqıdı, kimisi kömür, kimisi yanğındı, 
kimisi də nur.  
 
Hava 
 
Hava dörd ünsürdən biridir, ancaq nə onun kimyəvi tərkibi, nə at-
mosfer qatları, nə  də ozon dəlikləri söhbətin məzmununa daxil deyil. Heç 
yaxın da gəlmir. Sadəcə hava – vəhdət halında olan, artıq “vətəndaşlıq” 
hüququ qazanmış, öz varlığını tanıtdırmış məfhumdur. 
Hava azadlıqla bir bənzəyiş, assosiasiya yaradır. Sanki molekullar da 
burada azadlıqdadırlar: bir-birindən aralı, sərbəst dolaşırlar. Hava hara istə-
yir dolur, hansı formanı istəyir onu da alır. O, istər qızılı zəmi olsun, istər 
yamyaşıl çəmən, istərsə də xarabalıq – fərqi yoxdur, üzərindən əsib keçir. O 
özü yüklənmir, hansı an haradadırsa, odur, oradan xəbər verir, sonra götür-
düyünü harasa atıb başqa bir şeyi götürüb qaçır. Hava heç nəyi özündə sax-
lamır, heç nə orada dayanmır, durmur. Amma qarşısına keçən nə varsa, gö-
türüb hara isə aparır, çatdırır. Təsadüfi deyil ki, özündə bu keyfiyyətləri da-
şıyan insanı da bəzən havaya bənzədirlər və bu “havalanan” insanın başqa-
larından üstün cəhəti yəqin ki, onun özünü azad hiss etməsidir.  
Hava ünsürlər arasında  ən yüngülüdür. Onun ağırlığını heç kim hiss 
eləmir, varlığı heç kimin yerini dar eləmir. “Qonduğu” yerdə iz qoymur, on-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə