Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

Fəlsəfi esselər
 
 
 
- 171 -
da da iz qoymaq olmur. Onun varlığı normal halından çıxanda hiss olunur: 
külək olub əsəndə, meh olub çiçəkləri titrədəndə. Sanki onun varlığı ilə yox-
luğu eynidir. Bəzən onu boşluğa da bənzədirlər. Təbii ki, bunlar fərqlidir. 
Onun yoxluğu saniyələr içində özünü büruzə verir. Onu nəyə isə bənzətmək 
çətindir. Amma madam ki, var, deməli, müqayisəsi də olmalıdır. Və onun 
ancaq bir bənzəri tapıldı: əlaqə. 
Güclü əsib daşı-ağacı yerindən qoparmağı, sarsılmaz şeyləri uçurtma-
ğı sel də bacarır, od da, torpaq da. Havanın bacarığı gözlə görülməyən, əllə 
tutulmayan  şeyləri daşıya bilməsidir. Çiçəklərin  ətrini, rayihəsini havadan 
başqa nə ətrafa yaya bilər? Səsi havadan başqa kim uzaqlara çatdıra bilər? 
Rəngləri olduğu kimi, qarışdırmadan çatdırmağı, günəşin  şüalarını yağışın 
damlaları ilə görüşdürüb yeddi rəngə salmağı havadan başqa nə bacarar? 
Hava fiziki təsviri, maddi varlığı olmayanlara sanki varlıq verir, onları sahi-
bindən alıb hara isə çatdırmağa kömək edir, onların hərəkətini təmin edir.  
Hava həm də insanın mənəvi dünyası ilə zahiri dünyası arasında əla-
qədir. Amma burada da “daşıdığı”, “ötürdüyü” şeylər sözə, hərflərə sığma-
yanlardır. Dərin, odlu bir ah dağlar boyda dərdin narahat bir zərrəsidir, nəfəs 
onu ürəkdən çıxardır ki, insan bir az yüngülləşsin.  
İnsan heyrətlə içini çəkəndə hava həmin heyrəti doldurur damarlara ki, 
bütün bədənə yayılsın, insan bütün varlığı ilə onu hiss eləsin: rəngi qaçsın, 
səsi titrəsin, əli əssin.  
Təəccübdən nəfəsini içinə qısanda, hava insanın içi ilə zahiri arasında-
kı disbalansı gizlədir...  
Bəzən nəfəsin, havanın saxladığı şey o qədər ağır olur ki, torpaq bə-
dən ona dözmür və onu gözlərdən süzülən damcılara çevirir, ya bir şeirin 
misralarına, ya bir musiqinin sədasına, ya bir rəsmin rənglərinə “tökür”. Ha-
va isə bütün bunları sadəcə daşıyır, çatdırır, özü isə onlara qarışmır, hiss et-
mir.  
Havanın daşıdığı ən önəmli şeylərdən biri yenə də maddi varlığı olma-
yan, amma maddiyyata varlıq verən bir şeydir – həyat. İstər ən uca zirvədə 
olsun, istər ən dərin suların dibində olsun, istərsə də yeddi qat torpağın altı 
olsun, hansı vasitə ilə olursa olsun, özünü ora çatdıra bilirsə, daşıdığı bu 
əmanəti – həyatı sahibinə verir. Bu, zirvələrdə dolaşan quş da ola bilər, oke-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 172 -
anlarda üzən balıq da, torpağın altından işığa can atan toxum da. Su da, tor-
paq da öz sakinlərini yaşatmaq üçün havanın gətirdiyi həyata möhtacdır. 
Hətta özündən razı, lovğa od da havanın “havasına” oynamağa məcburdur.  
Hava yeganə ünsürdür ki, həm maddi dünyada var, həm ilahi. Əslində, 
hava bu ikisi arasında yeganə (!) “əlaqədir”. Bu “hava”nın adı ruhdur. Allah 
torpaq bədənə ruh üfürəndə ancaq ona həyat vermir, həm də adlar öyrədir
həm də əmanətini etibar edir.  
Maddi dünyanın çərçivələrindən yorulan, boğulan insan yenə ruhu ilə 
fərqli bir dünyaya ucala bilir.  
Ruh – azadlıqdır. Azadlıq isə sənlə “Mən”in arasında əlaqədir. Sən – 
sosial varlıq olaraq “Mən”ə – ilahi varlığa çatmaq üçün azadlığın içindən 
keçməlisən.  
 
Könül BÜNYADZADƏ 


 
 
- 173 -
 
 
 
 
Rəylər və mülahizələr 
 
 
 
 
Azərbaycanda elmşünaslıq elmi  
 
Səlahəddin XƏLİLOV. Elm haqqında elm.
 
(Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2011, 752 səh.) 
 
 
Yüksək iqtisadi inkişaf tempi ilə seçilən bir ölkə-
də bu inkişafın davamlı olmasını təmin etmək üçün ən 
mühüm şərtlərdən biri elmin də müvafiq səviyyəyə yük-
səlməsidir. Bunun üçün isə ilk növbədə elmin öz ma-
hiyyətinin və funksiyalarının düzgün müəyyənləşdiril-
məsi və dövrün tələblərinə uyğun dəyərləndirilməsi la-
zımdır. Elmin özünüdərk səviyyəsinə qalxması, bütün 
başqa sahələri öyrəndiyi kimi, nəhayət, özünü də tədqi-
qat obyektinə çevirməsi onun yetkinlik dərəcəsindən xəbər verir. Təsadüfi 
deyil ki, son illərdə Azərbaycanda bu sahədə böyük bir dirçəliş duyulmaq-
dadır. Bu günlərdə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, profes-
sor Səlahəddin Xəlilovun “Elm haqqında elm” kitabı (Bakı, “Azərbaycan 
Universiteti” nəşriyyatı, 2011, 752 s.) çapdan çıxmışdır. Kitabın elmi redak-
toru və ön sözün müəllifi akademik Ramiz Mehdiyevdir. Ön sözdə haqlı 
olaraq qeyd edildiyi kimi, “Sovetlər Birliyindən ayrıldıqdan və müstəqillik 
əldə etdikdən sonra Azərbaycanda elmin yenidən təşkilatlanması qarşıda du-
ran ən mühüm vəzifələrdən biridir”.  
“Yenidən təşkilatlanmaq” və ya yeni təşkilati modellərdən istifadə et-
mək nə üçün vacibdir? Çünki iqtisadi münasibətlər sistemində baş verən də-
yişikliklər istər-istəməz elmin təyinatına və funksiyalarına da təsir göstərir. 
Azərbaycan özünün sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Belə bir şəraitdə 


Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 174 -
elm də inkişafın ön xəttində ola bilmək üçün qabaqcıl dünya praktikası ilə 
yanaşı, Azərbaycanda gedən irimiqyaslı islahatları, yerli iqtisadiyyatın tələ-
batını və sosial sifarişləri də nəzərə almalıdır.  
Bu kitab müəllifin son ildə elmlə bağlı yazdığı sayca dördüncü və 
məzmunca ümumiləşdirici, yekun əsəridir. Bundan öncə çap olunmuş 
“Azərbaycanda elm və onun təşkilati formaları”, “Elm adamları elm haqqın-
da” və “Elmşünaslığa giriş” kitabları isə bu yekun əsər üçün bir növ hazırlıq 
mərhələləri hesab oluna bilər. Belə ki, adını çəkdiyimiz ilk kitabda müəllif 
məhz Azərbaycanda elmin vəziyyəti və qarşıda duran vəzifələrdən, “Elm 
adamları elm haqqında” adlandırdığı kitabda türk-islam dünyasında elmə 
münasibət məsələlərindən bəhs edirdisə, “Elmşünaslığa giriş” kitabında bü-
tün dünya miqyasında elmin bir sistem kimi formalaşması tarixindən və bu 
sahədə aparılan tədqiqatlardan söhbət açmış, elmşünaslığın müstəqil bir 
fənn kimi səciyyəsini vermişdir. Burada həmçinin müasir dünya elmşünaslı-
ğına ümumi nəzər salınmış, bu sahədə aparılan tədqiqatlar barədə müfəssəl 
məlumat verilmişdir. Haqqında bəhs etdiyimiz “Elm haqqında elm” kitabı 
isə müəllifin neçə illər ərzində elmşünaslıq sahəsində apardığı  şəxsi tədqi-
qatlarını da əhatə edir və ensiklopedik yönlü bir kitab olmaqla yanaşı, bu sa-
hədə sanballı monoqrafiya kimi də dəyərləndirilə bilər.  
Müasir fəlsəfədə, o cümlədən Qərbin “elm fəlsəfəsi”ndə ilk növbədə 
elmiliyin meyarları, elmi biliyin həqiqiliyi məsələsi öz əksini tapmışdır. Bə-
zi tədqiqatlarda elm yalnız məntiqi-qnoseoloji aspektdə, digərlərində isə – 
yalnız sosial aspektdə nəzərdən keçirilir. Müəllifin fikrincə, bu, elm sistemi-
nin çoxölçülü olmasından irəli gəlir. Elmi çoxölçülü bir sistem kimi təqdim 
etmək üçün müəllif onun müxtəlif aspekt və rakurslarının bir araya gətiril-
məsinə, ümumi metodoloji araşdırma prinsiplərindən çıxış etməyə çalışmış-
dır. 
Elmin mahiyyətindən, funksiyalarından, metodlarından bəhs edən mü-
əllif bu məsələləri sadəcə kənar müşahidəçinin dili ilə qələmə almır, başqa 
əsərlərində olduğu kimi, bu əsərində də ümumi ilə xüsusinin vəhdətindən çı-
xış edir; dünyada gedən elmi axtarışlara qatılmaqla yanaşı, Azərbaycan elmi 
mühiti üçün də spesifik cəhətləri nəzərə alır, ölkəmizdə aparılan tədqiqatlara 
öz münasibətini bildirir. 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə