Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

Fəlsəfi esselər
 
 
 
- 165 -
tım onun üzərində daha bir təsadüf kimi deyil, əvvəlki həyatın ekstrapolya-
siyası kimi, determinasiyası kimi əmələ gəlir və deməli, həm də artıq xeyli 
dərəcədə mənim öz tərəfimdən seçilmiş bir həyat olur.  
Ancaq o həyat dərk olunmuş  həyat sayıla bilər ki, o, insanın özü 
tərəfindən seçilir, müəyyənləşdirilir, yəni maddi realizasiyadan öncə ideya 
halında mövcud olur.  
 Maddi olan hər hansı bir şeyin dərk olunması əslində onun maddiləş-
məzdən öncə məhz bir ideya şəklində mövcudluğunun dərki kimi mümkün-
dür. Öncə ideya şəklində olmayan bir hadisə heç vaxt dərk oluna bilməz. Zi-
ra o, bütöv və mükəmməl ola bilməz. Empirik metodlar bütövü dərk edə 
bilmədiyi kimi, nəzəri təfəkkür də yarımçılığı dərk edə bilmir. 
 
 S.X. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 166 -
Od
 
 
Od deyəndə hər kəsdə bir assosiasiya yaranır, kimisi istini, kimisi işı-
ğı, kimisi təhlükəni xatırlayır. Dini-mistik ruhlu insanlar isə əksər halda od 
deyəndə ilk düşündükləri iblis olur. Od öz adında sanki bir təhlükə daşıyır. 
Miflərə inansaq, bu, ilk odu insanlara çatdıran Prometeyin faciəsinin xofu-
dur ki, insanların bədənindən çıxmır.  İblislə, yaxud Prometeylə bir əlaqəsi 
var, ya yox, amma maraqlı hallardan biri də, odla bağlı neqativ düşüncələrin 
pozitivlərə nisbətdə çox olmasıdır. Bəlkə də bundan qaynaqlanır ki, müqa-
yisə zamanı neqativ insanlar çoxluq təşkil edir. 
Əgər nəzərə alsaq ki, od varlığın mahiyyətində duran dörd ünsürdən 
biridir, onda onunla insan arasında müəyyən bənzərliklərinin olmasına təəc-
cüb etmərik. Od da insan kimi nəfəs alır, oksigenə ehtiyacı var; onun da var 
olması üçün müəyyən temperatur əhəmiyyətlidir; onun da varlığının davam 
etməsi müəyyən yanacaqdan – enerji mənbəyindən asılıdır.  
Odlar da insanlar kimi müxtəlifdir. Biri sarıdır, biri qırmızı; birinin 
qap-qara tüstüsündən ocaq görünmür, digərinin ocağı elə gurdu ki, heç ya-
xın getmək olmur; biri korun-korun yanıb öləziyir, digərinin  şöləsi göyə 
ucalır, biri bir çöplə xoşbəxt olur, alışıb-yanır, birinin yanacağı haradandı 
heç özü doğru-dürüst bilmir. Bəli, adamlarla od arasında çox bənzəyiş var, 
amma maraqlıdır, insanlarmı odların fərqli çalarlarını açır, yoxsa odmu 
insanların?  
 
Çınqı ən kiçik “od”du, amma çoxuna başlanğıc ola bilir. Özü yanmır, 
elə onun-bunun ocağını alışdırır. Kibrit çöpü də elədir. Onun missiyası elə 
bununla bitir. Amma bunu o qədər mexaniki, şüursuz şəkildə edir ki, bəzən 
küləyin qabağına düşüb uçub hara isə  təsadüfən düşdüyünün, kiminsə ot 
tayasına od vurduğunun da mahiyyətinə varmır. Onunku alışdırmaqdır. Ara 
qızışdıranlar kimi. Belələrini agentlərin, təbliğatçıların arasında rahatca 
görmək mümkündür.  
Köz də təhlükəlidir, çünki külün altında, orda-burda gizlənməyi sevir. 
Kiçikdi, amma düşdüyü yeri yandıra-yandıra gedir dərinə. Götürüb atmaq 
olmur,  əlini yandırır, saxlamaq olmur, sönmək də bilmir. Bir də görürsən, 


Fəlsəfi esselər
 
 
 
- 167 -
düşdüyü yerdə bir ocaq çatdı, ya da xəbərin olmadı, sevimli bir əşyanın elə 
bir yerini dəlib keçdi ki, nə atılmır, nə satılmır. Bütün günü qeybətlə 
adamların həyatını zəhərləyən, xəlvətdə söz aparıb gətirən adamlar kimi.  
Yeri gəlmişkən, bəzən işılda böcəklər kimi özünü közə bənzədən ya-
lançı odlar da olur. Əslində, işılda böcəklər gecələr – bütün başqa dəyərlərin 
qaranlıqda qaldığı bir vaxtda ortaya çıxırlar, əsl işıq, od gələndə isə itib-ba-
tırlar. Bir günlük şan-şöhrətlə özünü səmanın  ənginliklərinin ulduzu hesab 
edən müğənnilər kimi. Varlığı  və yoxluğunun xalqa bir istisi olmayan bu 
“işılda böcəklər” ilk baxışda adama xoş  gəlsə  də,  əslində bir işıq – mə-
dəniyyət görüntüsü yaradıb əsl işıqdan nəzərləri yayındırırlar.  
Əsl od gizlində qalmağı sevmir. O, diqqət və ehtiyatlı münasibət – 
özünə hörmət tələb edir. Məsələn, ağacın odunu aşkara çıxmağa qoymayan-
da, o, gizlində “yanıb qovrulur” və ... kömür olur. İçindəki odu, istisi, həra-
rəti qalır və bu xərclənməyən potensial onu qap-qara qaraldır. Nə ağacdan 
ağac olur, nə küldən kül. Onun xeyrini hamı bilir: ucuz və keyfiyyətli yana-
caq! Heç kimə, heç nəyə zərər vermədən öz işini görür, amma özü də tələsir, 
tezcə alışır və istəyir ki, bircə yanıb bu yarımçıq halından qurtulsun. 
Ömrünü, arzularını övladlarının gələcəyi üçün qurban verən qadınlar, yaxud 
maddi ehtiyaclar ucbatından  əsl istedadını  gəlirli işə  dəyişən  şəxslər də 
belədir. Öz varlığı qalır qaranlıqda, bütün potensialını başqalarına sərf edir.  
Tez alışıb tez də sönən ocaqdan nə isə anlamaq çox çətindir. Niyə 
yandı, nə məqsədə yandı, heç özü də tam olaraq dərk eləmir, sadəcə kimlər-
dənsə geri qalmamaq üçün o da alışır, alovlanır. Amma bu ağır iş – içinin 
hərarətini bölüşmək, varlığını yandırıb ətrafına isti vermək hər oğulun hünə-
ri olmadığına görə, tezcə sönür. Bu cür “od-alovlar” inqilabların, mübarizə-
lərin qarantı olan kütlələrin aparıcı qüvvələri, kamikadzelərdir. Düzdür, 
partlayışlar, bombalar da tez alışır, amma gec sönür və nəticəsi faciəli olur. 
Amma onların da hökmü özlərində olmur, heç özləri də bilmir əsl idarə edən 
kimdir, həqiqi məqsəd nədir. 
Odu idarə edə bilməyəndə o, yanğına, fəlakətə çevrilir. Bu halında o, 
nə sözdən anlayır, nə hikmətdən. Nə gözəllikdən bir anlayışı olur, nə dəyər-
dən. Fərq qoymadan ən nadir ağacı çör-çöpə qatıb külünü göyə sovurur; qu-
şun da, heyvanın da, insanın da yuvasını qara qoyur. Bunlar öz ideyası, 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə