Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

Fəlsəfi esselər
 
 
 
- 159 -
nəzərə almaq məcburiyyətindədir. 
İnsan üçün mühit bütöv bəşəriyyət, insanlığı qorumaq naminə bütün 
insanlar üçün zəruri olan keyfiyyətlər, qlobal problemlər və s. ola bilər. 
İnsan üçün mühit bütün bəşəriyyəti təmsil edən insani mahiyyət, yəni 
insanın özü olur. Bu nöqtədə dövrə qapanır, “öz”-dən başlayaraq “öz”-ə 
qayıdır. Daha böyük çevrə yenidən mərkəzi nöqtədə cəmləşir, konsentrasiya 
olunur. Aforizm də fikrin konsentrasiyasıdır. O açıla-açıla gedir, böyük 
fəlsəfi sistemlər yaranır. Və böyük fəlsəfələr insana qayıtmaq üçün yenidən 
hansı isə aforizmlərdə konsentrasiya olunur. 
 
 
Hissi və semantik həyat
 
  
 Elmdə obyektiv gerçəklik öyrənilir. Yəni hadisələri kimin müşahidə 
etməsindən asılı olmayaraq onlar arasında həmişə müəyyən bir əlaqə, 
münasibət təkrarlanırsa və bu əlaqənin ümumiləşmiş şəkildə ifadə olunması 
mümkündürsə, burada hansı isə bir qanunauyğunluq olduğu güman edilir. 
Sonra ayrı-ayrı hadisələrdən sərf-nəzər edilərək ümumilər arasındakı 
münasibət öyrənilir ki, bu da elmi düşüncəyə aid bir məsələdir.  
 İnsanların şəxsi həyatı, konkret adamlarla münasibəti, bu münasibət-
lərin özəllikləri elmin predmetinə daxil deyil. İnsan həyatı olsa-olsa, 
publisistikanın və bədii ədəbiyyatın predmeti ola bilər.  
 İnsan, onun həyatının mənası, dünya ilə münasibəti, bu münasibətin 
konkret formaları, yəni idrak dəyərləndirmə və praktik fəaliyyət fəlsəfədə də 
öyrənilir. Lakin fəlsəfədə bütün bunlar hansı isə ayrıca bir insanın deyil, 
insan ümumisinin, yəni mücərrəd insanın taleyi və fəaliyyəti ilə bağlıdır.  
 Mücərrəd düşüncə insanın gerçək yaşantılarından, hiss və  həyə-
canından uzaq olub, sanki fərqli bir dünyaya, ideyalar aləminə aiddir. Platon 
fəlsəfəsinə görə, real olan, əbədi olan məhz ideyalar və onlar arasındakı 
münasibətlərdir. Bu münasibətləri insan əql (zəka) vasitəsilə  mənimsəyir. 
İnsanı əməli fəaliyyəti və hissi yaşantıları isə fərqli bir dünyaya aiddir.  
 Beləliklə, biz əslində üç dünyanı bir-birindən fərqləndirməliyik. Bi-
rincisi, ancaq rasional yolla, zəka ilə (əql ilə) dərk oluna bilən ideyalar dün-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 160 -
yasıdır ki, bu dünya insan şüuruna anlayışlar formasında proyeksiya olunur.  
 İkincisi, insanın konkret cisim və hadisələrlə münasibəti və onlara 
müdaxiləsi, əməli fəaliyyəti müəyyən nisbi müstəqilliyə malik olub hadisə-
lər dünyasını təşkil edir. Bu mərtəbədə insan öz praktik əqli (azərbaycan di-
lində “ağıl”) və iradəsi vasitəsilə fəaliyyət göstərir. Praktik ağıl həyat təcrü-
bəsindən və hissi-empirik idrak pilləsində  əldə olunmuş biliklərdən bəhrə-
lənir.  
 Üçüncü dünya və ya mərtəbə insanın gerçəkliyə estetik münasibətini, 
hiss və  həyəcanlarını, təəssüratlarını, xatirə  və istəklərini  əhatə edən 
emosional dünyadır.  
 Bu üç dünya təbii ki, bir-birindən tam ayrı deyil və onların arasında 
müəyyən qarşılıqlı əlaqə mövcuddur.  
 İnsan bu dünyaların üçündə  də eyni vaxtda ola bilməz. O. müxtəlif 
vaxtlarda müxtəlif dünyalarda olur. Birinci dünya, yəni ideyalar aləmi əslin-
də hamı üçün olmayıb ancaq seçilmişlərin, yəni filosofların və qismən də 
alimlərin məskunlaşdığı bir yerdir. İkinci və üçüncü dünyalar hamıya aiddir. 
Lakin insanlar bu dünyaların hansında daha çox olmalarından asılı olaraq 
fərqlənirlər. Məsələn,  şeir, sənət adamları daha çox üçüncü dünyada məs-
kunlaşır. İkinci dünya hamıya aid olsa da, bu dünyanın daimi qeydiyyatda 
olan və burada ara-sıra, müvəqqəti olan adamlar fərqlənirlər. Belə ki, birinci 
və üçüncü dünyanın adamları ikinci dünyaya ancaq zərurətdən, öz cismani 
tələbatını ödəmək ehtiyacından gəlirlər. Onların xoşbəxtliyi, səadəti, yaradı-
cı fəaliyyəti ancaq öz dünyalarında mümkündür. Amma bu heç də o demək 
deyil ki, ömründə birgə dəfə də olsun ideyalar aləminə və ya hissi-emosio-
nal dünyanın təxəyyül qatına qədəm basmayan adamlar xoşbəxt ola bilməz. 
Onların da öz hissi-əməli dünyası çərçivəsində arzu və istəkləri var, planları 
və məqsədləri var. Və məqsədlərinə çatanda onlar da sevinir, özünü xoşbəxt 
hiss edirlər.  
 Kimin daha çox xoşbəxt olduğunu demək çətindir.  Əql dünyasının 
üfüqlərindən və ali hissələrin ülviyyətindən məhrum olan, o barədə heç 
təsəvvürləri belə olmayan insanlar məqsədlərini öz məhdud dünyaları çərçi-
vəsində seçdiklərindən bu məqsədə çatanda yəqin ki, özlərini xoşbəxt sayır-
lar. Lakin burada məqsədə çatmaq sadəcə insanın özündən asılı olmur. Bu-


Fəlsəfi esselər
 
 
 
- 161 -
rada insan ancaq ictimai varlıqdır və onun istəkləri ancaq ictimai mühit kon-
tekstində başqaları ilə razılaşdırılmış şəkildə, hansı isə birgə layihələrə daxil 
olmaq sayəsində həyata keçir. Birinci dünya və üçüncü dünyanın təxəyyül 
qatı isə ancaq seçilmişlər üçündür. Və onların xoşbəxtliyi də yaradıcılıqla 
bağlıdır.  
 Birinci dünyada insan həqiqət axtarışındadır; bu dünyanın inciləri 
ideyalardır və insan həqiqətə ancaq ideyaları mənimsəməklə çatır. Bu axta-
rışla filosoflar məşğul olur. Lakin bu həqiqətlər gündəlik həyatın fövqündə 
olduğundan adi adamların maraq dairəsindən kənardadır. Daha geniş kütlə 
üçün əhəmiyyətli olan məişətdə və cari həyatda rast gəldikləri problemlərin 
həlli, düzgün yol seçə bilmək üçün bələdçilikdir. Böyük fəlsəfələrin adi hə-
yata tətbiqi çətin məsələdir. Ona görə də adi həyatın öz “fəlsəfəsinə” ehtiyac 
yaranır. Bu “fəlsəfə” isə hissi təcrübənin, gündəlik müşahidələrin ümumiləş-
dirilməsindən hasil olur. Buna əslində hikmət və ya müdriklik deyilir.  
 Fəlsəfə hikmətdən ona görə üstündür ki, o daha universal prinsipləri 
ifadə edir. Hikmət fəlsəfədən ona görə üstündür ki, o insana daha yaxındır. 
Atalar demişkən, yaxın qonşu uzaq qohumdan irəlidir. Yaxud, Əbu Turxa-
nın dediyi kimi, “yaxındakı ocaq uzaqdakı Günəşdən daha çox qızdırır”. 
Hikmət insanların gündəlik həyatı ilə, arzu və istəkləri ilə, sevinc və kədəri 
ilə bilavasitə bağlı olduğundan onları mənimsəmək əməli fəaliyyət üçün hə-
mişə faydalıdır.  
 Fəlsəfə hikmətin özü yox, ona sevgidir. Bu nə deməkdir? Burada 
“sevgi” sözünü daha geniş  mənada götürsək, biz fəlsəfəni hikmətə müna-
sibət, onun mənimsənilməsi kimi başa düşə bilərik. Yəni hikmət özü öyrən-
mə, təhlil obyektinə çevrilir və insanın cari həyatında qarşıya çıxan suallar 
və onlara müşahidə və hissi təcrübə səviyyəsində verilən cavablar rasional 
idrak müstəvisində, daha böyük miqyasda təhlil olunur. Bir situasiyadan do-
ğulan hikmət, müdrik fikir başqa situasiyadan doğulan hikmətlə, fikirlə qar-
şılaşdırılır və  bəzən bir-birini inkar edən iki fikrin sintezindən yeni, daha 
universal və həqiqətə daha yaxın olan fikirlər doğulur. Məsələn, Sokrat və 
Platonun bir çox fəlsəfi konsepsiyaları əslində hikmətin mənimsənilməsin-
dən, müdrik fikirlərin qarşılaşdırılmasından bir yekun kimi hasil olurdu. Hər 
bir fikir əməliyyatında empirik təfərrüatlar istisna olunur və fikir daha uni-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə