Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

Rəylər və mülahizələr
 
 
 
- 175 -
Bəziləri müstəqil Azərbaycan dövlətində bir çox başqa sahələr kimi, 
elmin də tamamilə yenidən qurulmalı olduğunu düşünürlər. Amma elm va-
rislik tələb edir. Hər şeyi yenidən başlamaq Sovet dövründə qazanılmış nai-
liyyətlərin üstündən xətt çəkmək və ideologiyadan imtina edərkən bunun el-
mə də aid olduğunu düşünmək çox böyük sadəlövhlükdür.  
Elm bir-iki və ya hətta beş-on ilə qurula bilməz. Onun əsasında neçə 
yüzillər  ərzində  həyata keçirilən maarifçilik işi və neçə onilliklər  ərzində 
formalaşmış  tədqiqatçılıq vərdişləri dayanır. Azərbaycanda maarifçilik işi 
Abbasqulu Ağa Bakıxanov və Mirzə Fətəli Axundov tərəfindən başlanmış, 
XIX əsrin axırları, XX əsrin əvvəllərində geniş vüsət almışdır. Elmi tədqiqat 
işlərinin təşkilatlanması isə  əsasən Sovet dövründən sonra başlanmışdır. 
Xüsusilə Elmlər Akademiyasının yaradılması Azərbaycanda elmi tədqiqat 
ənənələri ilə yanaşı, elmin sosial institut kimi formalaşması sahəsində də bö-
yük bir dönüş yaratmışdır. Azərbaycanda elm bir sıra mühüm istiqamətlər 
üzrə dünyanın  ən qabaqcıl ölkələri sırasına yüksəlmişdir. Bax, bu mənada 
biz müstəqil Azərbaycana əliboş gəlməmiş, müəyyən ilkin elmi potensial və 
təşkilati strukturla birlikdə  qədəm qoymuşuq. Məqsədimiz nəyi isə uçurub 
tamamilə yenidən qurmaq deyil, bu böyük ənənələri yeni dövrün tələblərinə 
uyğun surətdə inkişaf etdirməkdir.  
Bu günlərdə biz ulu öndər Heydər Əliyevin ad gününü qeyd edərkən 
onun elmlə bağlı dediyi fikirləri bir daha yada saldıq. Heydər Əliyev deyir-
di: “Yaranmış elmi potensialı qorumalı, saxlamalı, ondan indi və gələcəkdə 
müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik”.  
Prezident İlham Əliyev də dünyanın inkişaf etmiş ölkələri sırasına çıx-
mağın ən mühüm şərtlərindən biri kimi yüksək elmi potensialın vacibliyini 
dönə-dönə qeyd etmişdir. Onun Milli Elmlər Akademiyasının illik yığınca-
ğında iştirakı və dərin məzmunlu çıxışı bir daha göstərdi ki, ölkəmizin inki-
şaf strategiyasında elmə xüsusi yer verilir. Dövlətin bu diqqət və qayğısına 
cavab olaraq biz elm adamları da ölkəmizdə aparılan geniş miqyaslı qurucu-
luq işlərinə öz töhfəmizi vermək, Azərbaycan elmini müasir tələblər səviy-
yəsində yenidən qurmaq əzmində olduğumuzu nümayiş etdirməliyik. Lakin 
elm elə bir mürəkkəb sahədir ki, burada hər hansı bir islahat xüsusi diqqətlə 
ölçülüb-biçilməli, daha doğrusu, elmi əsaslar üzərində həyata keçirilməlidir. 


Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 176 -
İndi bütün dünyada elmin idarə olunmasından, maliyyələşməsindən tutmuş, 
təşkilati struktura və elmi yaradıcılığın prioritet istiqamətlərinə qədər bütün 
aspektlər elmi tədqiqat obyektinə çevrilmiş və bu tədqiqatlar yeni elmi sahə-
nin – elmşünaslığın formalaşmasına gətirib çıxarmışdır. Heç şübhəsiz, biz 
də elm sahəsində islahatlar apararkən elmşünaslığın nailiyyətlərindən bəhrə-
lənməliyik. Lakin təəssüf ki, bu sahə indiyədək Azərbaycanda çox az inkişaf 
etmişdi. Son illərə qədər elmşünaslıq xüsusi tədqiqat istiqaməti kimi forma-
laşmamış və bu sahə hətta Akademiyanın elmi tədqiqat problemləri və möv-
zuları sırasına daxil edilməmişdir.  
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qarşıya qoyduğu 
neft kapitalını intellektual kapitala çevirmək vəzifəsinin həyata keçirilməsi 
ilk növbədə maarifçiliyin dirçəlişi və elmin inkişafı sayəsində mümkündür. 
Bunun üçün isə heç olmasa bundan sonra aparılacaq bütün islahatların elmi-
nəzəri əsaslara söykənməsi mühüm şərtdir. İndiyə qədər bizim elm sahəsin-
də çalışan və elmə rəhbərlik edən adamların əlində rəsmi təlimatlardan, qa-
nun və sərəncamlardan, əsasnamələrdən başqa bir vəsait olmamışdır. Bu isə 
işə yaradıcı surətdə yanaşmaq imkanlarını  məhdudlaşdırır və formalizmi 
gücləndirirdi. Bu kitabın ortaya çıxması  vəziyyəti xeyli dəyişir. Mənə elə 
gəlir ki, biz qabaqcıl ölkələrdə elm quruculuğu praktikasını, optimal təşkilati 
formaları və elmin daxili inkişaf qanunauyğunluqları ilə onun infrastrukturu 
arasında əks-əlaqə sistemini mənimsədikdən sonra ölkəmizdə elmin inkişafı 
üçün bir növ nəzəri-fəlsəfi təməl yaranacaqdır.  
Kitabı oxuduqda yaranan mühüm qənaətlərdən biri də bundan ibarət-
dir ki, fəlsəfi dünyagörüşü və elmi metodologiyaya yiyələnmədən, funda-
mental elmi tədqiqatlar sahəsində böyük uğurlar qazanmaq qeyri-mümkün-
dür. Kitab belə bir cəhəti ilə də əlamətdardır ki, burada yalnız Qərb fəlsəfə-
sinə istinad olunmur və bizim üçün daha doğma olan fəlsəfi düşüncə ənənə-
ləri nəzərə alınır. Müəllifin fikrincə, elmi tədqiqat sahəsində də yeni nəticə-
lər əldə edilməsi məlum problemlərə bir qədər fərqli nəzər sala bilməkdən 
asılıdır. Bizi Qərb alimlərindən fərqləndirən cəhətlər bizim yalnız çatışmaz-
lığımız olmayıb, üstünlüyümüzə çevrilməlidir.  
Qərb elmşünaslığında belə bir fikir hakimdir ki, müasir elmin, bütöv-
lükdə müasir sivilizasiyanın yaranması məhz Avropa ilə, qərb düşüncə tərzi-


Rəylər və mülahizələr
 
 
 
- 177 -
nin hansı isə xüsusiyyətləri ilə və hətta xristianlıqla bağlıdır. Professor Səla-
həddin Xəlilov bu məsələnin aydınlaşdırılması üzərində xüsusi dayanaraq 
göstərir ki, burada yanaşmanın metodologiyası ideoloji təsir altında saxta-
laşdırılmış və elm tarixindən məlum olan bir sıra önəmli faktlar məqsədyön-
lü surətdə nəzərə alınmamışdır. Müəllif elm tarixinin daha obyektiv mənzə-
rəsini yaratmağa çalışmış və bu məqsədlə orta əsrlərdə islam dünyası alim-
lərinin xidmətini yenidən araşdırmışdır. Nəticədə elmdə müşahidə prinsipi-
nin, yəni empirik elmin metodoloji əsaslarının heç də Qaliley və Frensis Be-
kon dövründə deyil, onlardan altı  əsr  əvvəl  Əbu Reyhan Biruni dövründə 
formalaşdığı üzə çıxarılmışdır.  
Məlum olduğu kimi, Aristotel fizikası orta əsrlərdə həm Şərqdə, həm 
də Qərbdə əsas kimi götürülürdü. Hətta kilsə də öz postulatlarını onun üzə-
rində qurmuşdu və ona görə də bu təlimdən kənara çıxan hər nə varsa, in-
kvizisiyanın təzyiqlərinə və təqiblərinə məruz qalırdı. Yeni Dövrün ən bö-
yük nailiyyəti elmi düşüncəni ehkamlardan xilas etmək, azad, sərbəst yara-
dıcılıq axtarışlarına qədəm qoymaq oldu. Və bu azad düşüncənin simvolu 
Qaliley hesab olunur. Əlbəttə, bu proses bir adamın işi deyildi və çoxlarının 
adını çəkmək olar: Kopernik, Cordano Bruno, Kepler və s. Amma bu yanaş-
manı yeni fəlsəfi dünyagörüşü kimi Qaliley formulə etmişdi. Bu yeni elmi 
dünyagörüşünün, hansı ki, sonralar klassik elm adı ilə məşhurlaşdı, ən bö-
yük nümayəndəsi İsaak Nyuton oldu. Ona görə də, ona bəzən Nyuton mexa-
nikası da deyilir. Necə ki, Aristotel doktrinası mütləqləşdirilmişdi, eləcə də 
Nyuton mexanikası mütləq həqiqət kimi qəbul olunur və elmin bütün sonra-
kı inkişafı onun üzərində qurulurdu. Təsadüfi deyil ki, mexaniki determi-
nizm ta XX əsrə qədər hakim düşüncə tərzinə çevrilmişdi. Bütün bu məsələ-
ləri Səlahəddin Xəlilov da şərh edir, amma avropasentrizm mövqeyindən 
deyil, ümumbəşəri dəyərlər, vahid sivilizasiya mövqeyindən.  
XX  əsrin  əvvəllərində, bir tərəfdən Eynşteynin nisbilik nəzəriyyəsi, 
digər tərəfdən də kvant mexanikasının kəşfi klassik mexanikaya ciddi düzə-
lişlər verilməsini, hətta tamamilə yeni elmi sistem qurulmasını  tələb etdi. 
Qeyri-klassik elmdə əsas prinsiplər materiyanın, zaman və məkanın təbiəti-
nə yenidən baxılmasını nəzərdə tuturdu. Yəni elm fəlsəfə qarşısında da vəzi-
fələr qoymağa başladı. Bu dövrdə yeni elmi ideyaların izahı daha fəlsəfəsiz 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə