ƏLİ FƏHMİ DÜNYASI
129
Həzəran şur ilə məmluğ bu firurihəsar olsun.
“S.Ə.Şirvani və musiqi” məqaləsi əksər ədəbiyyatçı-
lar musiqiçilər üçün hələ də qaranlıq qalan məqamları ay-
dınlaşdırır. Bəlkə bu gün çox az adam bilir ki, dahi Azər-
baycan şairi H.Cavidin atası, şair, xanəndə və mərsiyəxan
kimi tanınan Hacı Molla Abdulla Şaxtaxtılının Seyid
Əzimlə gözəl dostluq münasibətləri olmuşdur. Şair Hacı
Molla Abdullaya həsr etdiyi ”Səndən” rədifli şerində
onun səsini çox bəyənmiş, avazını Davudun avazına bən-
zətmişdir.
Əli Fəhmi bu məqaləsində musiqinin hətta heyvanla-
ra belə güclü təsir etdiyindən bəhs edir. Məhz buna görə
də məqalənin təkcə ədəbiyyatşünaslar üçün deyil, habelə
musiqiçilər üçün də əhəmiyyətli ola bilməsi qənaətindəy-
ik.
S.Ə.Şirvani ədəbi irsinin
öyrənilməsi tarixindən
Hər hansı bir cəmiyyətin ictimai əsasları özündən əv-
vəlki cəmiyyətin ictimai əsasları üzərində qurulduğu kimi
mədniyyətin, yeni incəsənətin də əsasları özündən əvvəlki
mədəni əsasların üzərində qurulur. Bir şair, bir yazıçı da
özündən əvvəlki şair və yazışıların əsərlərinidərindən
bəhrələnməsə yüksək poeziya və ədəbi nümunələr yarada
bilməz. Məsələn, Azərbaycan ədəbiyyatının böyük sima-
ları olan üç böyük simanı-Nəsimini, Füzulini, Şirvani ya-
radıcılını dərindən bilməsəydi, Əli Fəhmi heç də böyük
bir alim ola bilməzdi. Füzuli kimi dünya şöhrətli nəhəng
Yeqzar Cəfərli
130
bir şair öz şeirlərində Nizamini, Əbu Nuvası, Ə. Nəvaini
dönə-dönə xatırladır, onlardan bəhrələndiyini göstərir.
Ol bir neçə həmdəmi müvafiq
Yəni şuərayi-dövri sabiq.
Dövran onları məzəmmət etdi
Hər dövr birini mükərrəm etdi.
S.Ə.Şirvani də özündən əvvəlki klassik irsi dərindən
bilmiş, onlara, xüsusilə də Füzuliyə dəfələrlə istinad et-
mişdir. Şairin ədəbi irsinin öyrənilməsi burada etiraf et-
mək lazımdır ki, yalnız Azərbaycanda bolşevik haki-
miyyəti dövründə mümkün olmuşdur. Bolşevik rejimin-
dən qabaq Seyid Əzimin irsinin tədqiqindən danışan Əli
Fəhmi yazırdı ki, ”Sovet hakimiyyətindən qabaq o, oxucu-
ları liberal ruhani kimi təqdim olunur, onun zamanla səs-
ləşən, maarifçi və dövrünü qamçılayan satirik şeirləri əsla
nəzərə alınmırdı”.
Seyid Əzimin yaradıcılığına bələd olanlar bilir ki, o
çox ziddiyətli bir şairdir. Maraqlı burasıdır ki, onu tənqid
edənlər də məhz şairin yaradıcılığının birinci dövrünə isti-
nad etmişlər. Yaradıcılığının ilk illərində o mərsiyələr, qə-
sidələr və qəzəllər yazsa da, XIX əsr ədəbiyyatının ən qa-
baqcıl və realist qolu olan realizmə qoşuldu. Haqqında
söhbət gedən məqalədə Əli Fəhmi, S.Ə.Şirvaninin əsərləri-
nin nəşri tarixini elə dərindən tədqiq etmişdir ki, bu sahə-
də özündən sonrakı tədqiqatçılar üçün demək olar ki, qa-
ranlıq heç bir məqam qoymamışdır.
S.Ə.Şirvani irsinin öyrənilməsi yolunda ilk böyük ad-
dım Firudin bəy Köçərli tərəfindən atılmışdır. O özünün
“Azərbaycan ədəbiyyatı tarixi materialları” və 1903-cü il-
ƏLİ FƏHMİ DÜNYASI
131
də Tiflisdə rus dilində nəşr etdirdiyi “Literatura Azerbay-
djanski tatar” adlı kitabçasında S.Ə.Şirvaninin əsərləri və
həyatı haqqında məlumat vermişdir. Əli Fəhmi “Azər-
baycan ədəbiyyatı tarixi materialları” əsərində aşağıdakı
iqtibası gətirir.
“Hacı Seyid Əzim Şirvani nəinki yalnız Şirvan vilay-
ətində, bəlkə zamanı Azərbaycan türklərinin (Azərbaycan-
lıların) Əzəm şüərasından biri olub onun nam və şöhrəti,
şəmü-rütbəsi hal-hazırda əbnayi vətənimizin mabeyində
kəmalincə istihar olmuyubsa da gələcəkdə olunmasına
şübhə yoxdur”. Şair haqqında məlumat verən F.Köçərli
onun riyakar ruhaniləri ifşa etməsini, xalqı elm və maarifə
çağırışını yüksək qiymətləndirir. Bütün bunlara baxmaya-
raq Əli Fəhmi Firudin bəy Köçərlinin Seyid Əzimi tədqiqi-
ni qənaətbəxş saymamış, bu tədqiqata tənqidi yanaşmış,
F.Köçərlinin“ şairin yaradıcılndakı qabaqcıl və ya mürtəce
ideyaları şərh edərkən bunların ictimai köklərini görə bil-
məməsini” xüsusi olaraq qeyd edirdi.
S.Ə.Şirvani irsinin öyrənilməsi yolunda ikinci addım
tarixçi-etnoqrafçı alim Rəşid bəy İsmaylov atmışdır. O,
1905-ci ildə nəşr etdirdiyi “Müxtəsər Qafqaz tarixi” əsərin-
də şairin tərcümeyi halı və yaradıcılığı haqqında məlumat
verir və bu yaradıcılığın xalqı qəflət yuxusundan oyatmaq
yolunda ən güclü vasitə olduğunu qeyd edir. Məqalədə
Seyid Əzim haqqında istər öz dövrünün, istərsə də sonra-
kı, Sovet dövründə deyilmiş elə bir fikir yoxdur ki, həmin
fikir Əli Fəhmi tərəfindən müqayisəli təhlil edilərək
oxuculara çatdırılmasın.
Yeqzar Cəfərli
132
Sovetləşmədən qabaq şairin uşaqlar və gənclər üçün
nəşr olunan “Dəbestan”, “Arı”, “Məktəb” və sair jurnallar-
da uşaqların və gənclərin ruhuna uyğun şeirləri çap olun-
muşdu. “Dəbistan” jurnalında jurnalın təsisçisi və redak-
toru Əli İskəndər Cəfərzadə S.Ə.haqqında bir məqaləsin-
də yazırdı: “Hacı Seyid Əzimi əsr və zəmanəsinin həmçi-
nin vətəninin ən məşhur ürəfa və şüəralarındandır. Müəl-
lif şairin
Mövti cismani ilə sanma mənim ölməyimi
Seyyida ölmərəm aləmdə səsim var mənim
Beytini Derjavin və Puşkinin “Pamyatnik” adlı mən-
zumələri ilə müqayisə edir. Əli Fəhmi “Məktəb” məcmuə-
sində dərc olunan, “İdarədən” və “Hacı S.Ə.Şirvaninin
tərcümeyi halı” məqalələri haqqında da maraqlı məlumat-
lar verir və məqalə müəllifindən belə bir iqtibas gətirir:
“Hacı S.Ə.Şirvani haqq sözünü deməkdən çəkinməzdi,
millətin qüsurunu daima söyləyib, dəfi üçün çarələr arar-
dı. Amma bunların əvəzində nələr çəkərdi”. Bu məqalələ-
rin və şeirlərin nəşrini Əli Fəhmi adı çəkilən əsərində
böyük hadisə kimi qeyd etsə də, şairin yaradıcılığını ətraf-
lı tədqiq olunmamasını, şairin bədii söz sənətinə gətirdiyi
yeniliklərin göstərilə bilmədiyini təəssüflə qeyd edir Əli
Fəhmi. Sovetləşmədən qabaq tərtib olunmuş dərsliklərdə
də S.Ə.Şirvaninin ayrı-ayrı şeirlərinndən nümunələr ver-
mişdir. ”Bəsirətül-Ətfal” adlı dərslikdə onun “İskəndər
Zülqərneyedən rəvayət”, “Alim ilə müəlimin söhbəti”,
“Səlamət və mədamət” seirləri və bir sıra tərcümələri haq-
qında məlumat verilmişdir. Görkəmli Azərbaycan ədibi
A.Şaiq da bu ənənəni davam etdirmiş “Gülzar” adlı mün-
Dostları ilə paylaş: |