Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
133
təxabatında Şirvaniyə daha çox yer ayırmışdı. Buraya şai-
rin tərcümeyi halı “Nəzmən məktub (H.B.Zərdabiyə)”, 
“Xan və dehqan”, “Səlamət və mədamət” kimi şeirləri ve-
rilmişdir. 
S.Ə.Şirvani irsinin ən yaxşı öyrənilməsi işinə XIX əs-
rin 40-60-cı illərində başlandı və sonrakı, XX əsrdə də da-
vam etdi. Burada Əli Fəhmi, H.Zeynallının,  Ə.Müznibin, 
H.Səmədzadə, F.Qasımzadə,  Ə.Seyidov, K.Mirbağırovun 
əməyindən danışır. Öz növbəsində  Əli Fəhmi adını  çək-
diyimiz bu görkəmli alimlərin də S.Əzim haqqında mono-
qrafiyalarını araşdırmış, onlara münasibət bəsləmiş,  ən 
çox da K.Mirbağırovun monoqrafiyasına tənqidi yanaş-
mışdır. Azərbaycan  ədəbiyyatı  inqilaba qədərki və inqi-
labdan sonrakı dövrlərə bölündüyündən biz sovet ədə-
biyyatı dövrünü tez-tez işlətməyə  məcburuq.  Əli Fəhmi 
sovetləşmədən sonra S.Əzim haqqında yazılmış məqalə və 
tədqiqatları üç yerə bölür: 
1. Dərsliklər üçün yazılmış materiallar.. 
2.Qəzet  məqalələri. 
3.Şairin kitablarına yazılmış müqəddimələr, jurnal 
məqalələri və ədəbiyyat tarixində yazılmış oçerklər. 
Sovet dövründə  şairin həyat və  fəaliyyəti haqqında 
ilk dolğun məlumat 1928-ci ildə nəşr olunan “Ədəbiyyat-
dan iş kitabı”dır. Lakin S.Ə.Şirvani yaradıcılığına dərin-
dən bələd olan Alim bu kitabı ətraflı tədqiq edəndən sonra 
orada  şair haqqında yazılanlarlı heç də  qənaətbəxş hesab 
etməmişdir.  Əli Fəhmi yazırdı ki, “Bu kitabda Şirvaniyə 
həsr olunan fəsildə  şairin dövrü haqqında verilən məlu-
mat müəyyən dərəcəyə  qədər doğru olsa da, qənaətbəxş 


Yeqzar Cəfərli  
 
 
134 
deyil. Bu kitabın müəllifləri S.Ə.Şirvani yaradıcılığını 
onun yaşadığı dövrü ilə bağlaya bilmədikləri kimi, damğ-
alamağa çalışmışlar”. Lakin Böyük alim Şairin 1930-cu ildə 
nəşr olunan seçilmiş  əsərlərinə H.Zeynallının müqəddi-
məsini olduqca qənaətbəxş hesab edir. ”O, S.Əzimin yara-
dıcılığındakı ziddiyyətləri çox ustalıqla göstərmişdir. Mə-
sələn, şairin bir yandan çar idarə üsulunu tənqid etməsini, 
digər tərəfdən də  Şamaxını  bərpa edən çar məmurlarını 
tərifləməsi, bir yandan islamı və peyğəmbərləri qəbul edib 
onları vəsf etməsi digər tərəfdən də dini və din xadimləri-
ni tənqid etməsi kimi ziddiyyətlər M.Zeynallı çox gözəl 
təsvir etmişdir.” Əli Fəhmi də bu məqaləsində ədəbiyyat-
şünas alimin bu zəhmətini yüksək qiymətləndirmişdir. 
Bununla yanaşı o “Zeynallının Seyid Əzimi sırf bir sinfin 
nümayəndəsi kimi göstərməsini,  şairin xalqla bağlı olan 
demokratik cəhətlərini kölgədə buraxmasını” tənqid edir. 
Ümumiyyətlə  Əli Fəhmi yuxarıda adlarını  çəkdiyi-
miz  ədəbiyyatşünas və  tənqidçi alimlərin bir çatışmayan 
cəhətini göstərir ki, onların bir çoxu formanı məzmundan, 
bədiiliyi ideyadan ayırmağa çalışmışlar”.  Şübhəsiz ki, bu 
metoloji səhvdir”-deyir. “İnsan üçün beyin ilə qəlbin hansı 
birinin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək 
mümkün olmadığı kimi sənət əsərində də ideya ilə forma-
nın arasındakı üstünlük fərqini söyləmək çətindir”. 
S.Ə.Şirvaninin Azərbaycan oxucularına ilk dəfə ola-
raq tam, nöqsansız  şəkildə,  şairin  ədəbiyyat tarixində 
mövqeyini F. Qasımzadə göstərmişdir. 
Əli Fəhminin elmi rəhbəri olmuş hörmətli alim 1938-
ci ildə S.Əzimin yaradıcılığını araşdırmağa başlamışdır. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
135
F.Qasımzadə 1960-62-ci illərdə  ədəbiyyat dərsliyində 
“Seyid  Əzim  Şirvani” adlı ayrıca bir fəsil vermişdi. 
F.Qasımzadə Seyid Əzim haqqında araşdırmalarını sonra-
lar da davam etdirmiş, 1944-cü ildə nəşr etdirdiyi “Müxtə-
sər Azərbaycan  ədəbiyyatı tarixi” adlı  dərsliyində  şair 
haqqında daha əvvəl yazdıqlarını bir az da təkmilləşdir-
miş bu dəfə şairin aşiqanə və lirik qəzəllərini daha ətraflı 
tədqiq etmiş, Seyid Əzimi Füzuli ədəbi məktəbinin ən lay-
iqli davamçısı hesab etmişdir. Sonuncu dərsliyin böyük 
əhəmiyyəti bunda idi ki, burada F.Qasımzadə şairin pedo-
qoji fəalliyyəti də geniş  əks etdirmişdir. 1950-ci ildə 
F.Qasımzadə  həmin dövrə  qədər Seyid Əzimin çap olun-
muş divanlarını yeni nəsrlə Azərnəşr xətti ilə çap etdirmiş, 
bundan başqa F.Qasımzadə 1956-cı ildə  nəşr etdirdiyi 
“XIX  əsr Azərbaycan  ədəbiyyatı tarixi” əsərində 
S.Ə.Şirvaniyə ayrıca bir fəsil həsr etmişdi ki, bu da şairin 
yaradıcılığını daha dərindən öyrənməyə imkan verir. 
S.Ə.Şirvanidən bəhs edən  məqalədə Əli Fəhmi müəl-
liflər içərisində akademik M.Arifi də xüsusi olaraq qeyd 
edir.  
Əli Fəhmi bu əsərində öz müasirləri olan daha bir ne-
çə alimin Seyid Əzim haqqında oçerk məqalə və monoqra-
fiyalarını  tənqidi-surətdə gözdən keçirmiş, geniş  şərh et-
mişdir. Lakin bizim məqsədimiz bütün bunları  tədqiq et-
mək yox, sadəcə onun haqqında məlumat vermək ol-
duğundan bu işi gələcək tədqiqatçıların öhdəsinə buraxı-
rıq. Əli Fəhmi S.Əzim haqqında yazdığı bu məqalənin son 
yekunu olaraq bildirirdi ki, “Bir çox başqa klassiklərlə ya-
naşı S.Ə.Şirvani irsini öyrənmək sayəsində yuxarıda nə-


Yeqzar Cəfərli  
 
 
136 
zərdən keçirdiyimiz kimi müəyyən  əhəmiyyəti olan işlər 
görülmüşdür. Lakin həmin tədqiqi  əsər və  məqalələrdə 
Şirvaninin sənətkarlıq məsələləri kimi mühüm bir cəhət öz 
əksini tapmamışdır”. Lakin Əli Fəhmi  Seyid Əzim haq-
qında yazdığı bu məqaləsində özünün sonrakı monoqra-
fiya və  məqalələrində, indiyədək Seyid Əzim haqqında 
yazılmış monoqrafiyalarda bu və ya digər müəlliflər tərə-
findən buraxılan səhvləri özünün dissertasiyasında ətraflı 
ifadə edəcəyini bildirmişdi. Çox təəssüf ki, biz alimin 
“S.Ə.Şirvaninin həyat və yaradıcılığı” mövzusunda yaz-
dığı namizədlik disertasiyasının mətnin  əldə edə bilmə-
dik. Görünür bu disertasiya da onun digər  əsərləri kimi 
alimin Kamo küçəsindəki mənzilində saxlanılmış, onun 
ölümündən sonra itmişdir. 
 
S.Ə.Şirvani irsinin nəşri  
tarixindən 
 
S.Ə.Şirvani irsini ətraflı tədqiq edən Əli Fəhmi şairin 
əsərlərinin nəşri ilə  də maraqlanmış  və bu əsərlərin çap 
olunma tarixlərini və hətta məkanlarını göstərmişdir. Ali-
min tədqiqatlarından məlum olur ki, şairin əsərləri hələ öz 
sağlığında müxtəlif mətbuat orqanlarında nəşr olunmuş-
dur. Lakin ilk olataq  şairin  əsərləri cəm halında 1891-
1892-ci illərdə H.Z.Tağıyevin vəsaiti ilə  nəşr olunmuşdur. 
Bu  nəşri  əldə edib oxuyub ətraflı  tədqiq edəndən sonra 
nəşrin nöqsanlarını göstərən  Əli Fəhmi göstərir ki, ”Bu 
nəşrdə şairin yalnız zamanla səsləşməyən şerləri çap olun-
muş nəşrə maarifçilik ruhunda yazılmış şerlərin isə heç bi-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə