ƏLİ FƏHMİ DÜNYASI
117
ərəbcə nazil olması və onun o dövrdə Azərbaycan dilinə
tərcümə olunmaması idi. Tarixdən məlum olduğu kimi
Qurani-Kərim Türk dilinə ilk olaraq Ağqoyunlu hökmdarı
Uzun Həsənin tapşırığı ilə tərcümə olunmuş və bu xidmə-
tinə görə ona “Quran” ləqəbi verilmişdi. Məhz bu səbəb-
lərdən idi ki, Azərbaycan şairləri öz əsərlərini ərəbcə yaz-
mağa məcbur olmuş və əruz vəznindən bəhrələnmişlər.
Ədəbiyyatımızın Nəsimi, Xətai, Füzuli kimi klassik şairlər
əruzu Azərbaycan şerinin xüsusiyyətlərinə tabe etməyə tə-
şəbbüs göstərmişlər və buna nail olaraq şeirimizi ərəb və
fars əruzundan ayırmışlar.
Əruzu ilk dəfə bir vəzn kimi sistemləşdirən, vəzn ha-
lına salan VIII əsrin görkəmli musiqişünas alimi Bəsrəli
əbu Əbdürrəhman Xəlil olmuşdur. Böyük musiqi nəzə-
riyyəçisi olan bu alim hətta imam rütbəsi ilə də tanınır.
Əruzun 15 bəhrinin tərtib edilməsi, onların adlandırılması
məhz bu alimin adı ilə bağlıdır. Bu bəhrlərin adları yaxşı
bəlli olduğundan biz bunlar haqqında məlumat vermirik.
16-cı Mütədarik bəhri isə IX əsrin əvvələridə yaşayan
Əbülhəsən Əxfəş adlı bir ərəb alimi tərəfindən yaradılmış-
dır. Sonralar bu bəhri farslar fars şerinin ahənginə uyğun-
laşdırıb ondan daha üç bəhr Qərib, Cədid və Məşakil
bəhrlərini yaratdılar. Sonrakı dövrdə əruzun bu 19 bəhri
daha da təkmilləşmiş və bunların 200 növü yaranmışdır.
Əli Fəhmi “Əruz vəzninin bəhrləri” adlı məqaləsində əru-
zun bu 200 növü haqqında bir-bir məlumat verir.
Əruz vəzni ilə bağlı yazdığı iki məqaləsində Əli Fəh-
mi Nəsirəddin Tusinin “Meyarül əşar”, Şəmsəddin Qeys
ər-Razinin “Kitabül-Mövcəm fi-meayiri-əşərül-əcəm”, Rə-
Yeqzar Cəfərli
118
şid Salman Sarecinin “Risaleyi-əruz”, Əlişir Nəvainin “Mi-
zanül-əruzan”, Vahid Təbrizinin “Əruzi-vahidi”, yaxud
“Risaleyi-cəmi Müxtəsər”, Əbdünnafenin “ Məxzəni-əsra-
riş-şüəra”, Qiyasəddinin “Meracül-əruz” əsərlərini müta-
liə və təhlil etmişdir. Adlarını çəkdiyimiz alimlərin əksə-
riyətinin əsərləri alimin kitabxanasında vardır.
Əruz vəzninin sovetlər dövründə tədqiqi ilə maraqla-
nan Əli Fəhmi bu vəznin ilk dəfə 1955-ci ildə filologiya
elmləri namizədi Fazil Seyidov tərəfindən işləndiyini, Ək-
rəm Cəfər tərəfindən geniş tədqiqat işi aparıldırıldığını
göstərir.
Qeyd etdik ki, əruzun ilk nümunələrinin Azərbaycan
şerində islamın ölkəmizdə yayıldığı ilk dövrlərə təsadüf
olunsa da, o yalnız X əsrdən sonra şerimizdə hakim möv-
qe tutmuşdur. Məlum olduğu kimi Azərbaycan dili əsasən
heca vəzni üzərində kökləndiyindən əruz vəzni dilimizə
yaddır. Zənnimcə bu vəznin gözəl nümunələrini yarat-
maqçün ərəb və fars dillərini mükəmməl bilmək lazımdır.
Müasir dövrdə qəzəl yazan şairlərin isə heç olmasa klassik
Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözlərini
bilməsi vacibdir. Əruzun Azərbaycan dilindəki çətinliyini
Əli Fəhmi ilk əvvəl dilimizdə uzun və qısa saitin olmama-
sı ilə izah edir. O yazır: “Misralardakı hecaların sayı
ölçünü dürüst müəyyən edə bilməz. Çünki, mümkündür
ki, bir misrada 2-3 sait olsun, O birisində heç olmasın.
Vəzni pozmamaq üçün əvvəlki misradakı uzun saitlərin
yerini sonrakı misralarda qısa saitlərlə doldurmaq lazım
gəlir. Bu halda isə misralardakı hecaların sayı bərabər yox,
müxtəlif olur. Məsələn:
ƏLİ FƏHMİ DÜNYASI
119
Pendir ağzında bir qara qarğa,
Uçaraq qondu bir uca budağa.
Göründüyü kimi birinci misrada 10, ikinci misrad isə
11 heca var. Yuxarıdakı misrada naqis olan hecanın yerini
doldurmaq üçün “qara” sözünü uzatmaq, “qaraa” şəklin-
də tələffüz etmək lazımdır. Bu halda şerin ahəngi pozul-
mur. Alim bu məqaləsində onu da qeyd edir ki, Azər-
baycan ədəbiyyatında əruzun bütün bəhrlərindən deyil,
cəmi 10 bəhrindən istifadə olunur. Bunlar 1.Həcəz 10 növü
ilə, 2.Rəməl bəhri 10 növüylə, 3.Rəcəz bəhri 4 növü ilə,
4.Mütaqarib bəhri 4 növü ilə, 5.Müzare 3 növü ilə,
6.Münsərif 3 növü ilə, 7.Müctəss bəhri 2 növü ilə,
8.Mütadariq 2 növü ilə, 9.Kamil 2 növü ilə, 10.Səri 1 növü
ilə əruzun ədəbiyyatımızda işlənən yuxarıdakı bəhrlərini
ayrı-ayrılıqda təhlil edən Əli Fəhmi hansı bəhrin qəzəl və
qəsidə üçün, hansı bəhrin isə rübai üçün uyğun gəldiyini
göstərir. Həcəz bəhrinin 3 bölümlü növlərindən qəzəl jan-
rında istifadə olunmuşdur. Bu növlər ən oynaq vəzndə ol-
duğundan şerin məsnəvi janrı üçün daha əlverişlidir. Ni-
zami, Füzuli, “Leyli və məcnun”ları və onlara nəzirə yazı-
lan “Leyli və məcnun” poemalarının hamısı həzəcin
Məfülü, məfailün, fəilun növündə yazılmışdır.
Məqalənin təqdirə layiq cəhətlərindən biri də budur
ki, burada alim şərq aləmində məşhur olan şairlərin hansı
bəhrdə yazılması haqqında məlumat verir. Bu da əruz
haqqında tədqiqat aparan gənc alimlər üçün olduqca qiy-
mətli ola bilər.
Şerin gözəl nümunələrini yaradan görkəmli Azər-
baycan şairlərindən Q.B.Zakir, Füzuli, S.Ə.Şirvani,
Yeqzar Cəfərli
120
M.Ə.Sabir, A.Səhhət klassik şeri o qədər yaxşı inkişaf et-
dirmişlər ki, hətta əruz vəzninin heç bir bəhrinə sığışmay-
an müstəqil bəhrlər yaratmışlar.
Əli Fəhmi təəssüflənirdi ki, 700 ildən bəri Azər-
baycan şer xəzinəsinin ən parlaq əsərləri yaradılan əruz
vəzni sovet dövründə öz inkişafını dayandırmış, tək-tək
şairlərin qəzəl janrında istifadə etmişlər.
S.Ə. Şirvani Əli Fəhmi
yaradıcılığında
Daha əvvəllər qeyd etdiyimiz kimi Əli Fəhmi Azər-
baycan klassik ədəbiyyatında yaradıcıkığı ən çox mürək-
kəb olan şairləri tədqiq etmişdir Alimin arxivində
S.Ə.Şirvani haqqında irili-xırdalı 12 məqalənin müəllifidir.
Həmin məqalələrin 9-nun mətni əlimizdədir. Bunlar aşağı-
dakılardır:
1. S.Ə.Şirvani musiqi haqqında.
2. S.Ə.Şirvani incəsənət haqqında.
3. S.Ə.Şirvani ədəbiyyat haqqında.
4. S.Ə.Şirvaninin lirikası.
5. S.Ə.Şirvaninin sənətə və şer mədəniyyətinə baxışı.
6. S.Ə.Şirvaninin ədəbi irsinin öyrənilməsi tarixindən.
7. S.Ə.Şirvaninin estetik görüşləri.
8. S.Ə.Şirvani əsərlərinin nəşri tarixindən.
9. S.Ə.Şirvaninin lirikasında sənətkarlıq məsələləri.
Bu məqalələr böyük ədəbiyyatşünas alimin Seyid
Əzim haqqında gərgin axtarışlarının nəticəsidir. Adlarını
çəkdiyimiz bu məqalələrdən başqa Əli Fəhminin yarımçıq
Dostları ilə paylaş: |