Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə36/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   32   33   34   35   36   37   38   39   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
145 
onun “Arşın mal alan” operettasının şöhrəti Azərbaycan, Rusiya, Er-
mənistan, Gürcüstan və digər ölkələrin hüdudlarını aşaraq, Amerika-
da da qalibiyyətli yürüşünü davam etdirirdi. 1917-ci ildə “Arşın mal 
olan” Nyu-Yorkda tamaşaya qoyulur (“Exo”, 13 may 2002-ci il, 
“Arşın mal alan”ı necə  oğurladılar” məqaləsi). O cümlədən K. 
Şahverdinin verdiyi məlumata görə, 1917-ci il fevralın 16-da “Molla 
Nəsrəddin” jurnalının 2-ci sayında belə bir xəbər dərc olunmuşdu:  
“Amerikanın Nyu-York şəhərində çıxan qəzetlərin birində məlu-
mat verilir ki, “Arşın mal alan” operettası Amerika teatrlarında tama-
şaya qoyulur. Öz adımdan deyə bilərəm ki, 6 aylıq səhayətim zamanı 
Aşqabadda, Daşkənddə, Orenburqda, Samarada, Astraxanda, Tsari-
sında, Petrovskda, Vladiqafqazda, küçələrdə  və bazarlarda “Arşın 
mal alan” operettası haqqında gedən söhbətdən başqa nə isə az eşit-
mək mümkündür... Bu məşhurluğun sirrini “Arşın mal alan” operet-
tasının “sirri”ndə axtarmaq lazımdır. Ona görə  həm ermənilər, həm 
gürcülər, həm ruslar, həm də amerikalılar öz aralarında bu əsərin 
qazandığı müvəffəqiyyəti bölüşürlər...” 
20-ci illərdə Zaqafqaziya respublikaları sovetləşdikdən sonra 
Amerikaya köçmüş erməni teatr-plagiatçıları burada Ü. Hacıbəyov 
musiqisinin çox böyük populyarlığı ilə qarşılaşır və onlar bundan öz 
əllərini “qızdırmağa” başlayırlar. Misal üçün, belə plagiatçılardan biri 
Sedrak Surabyan bu məşhur tamaşanı 1923-cü ildə Nyu-Yorkda 
səhnəyə qoyur. Tamaşanın dirijoru pianoçu Kuşnaryan olmuşdur. 
“Arşın mal alan” operettasının benefisi Boston, Filadelfiya, Çikaqo, 
Detroyt, Los-Anjeles və Amerikanın başqa  şəhərlərində davam 
etdirilirdi.” 
1915-1921-ci illərdə “Arşın mal alan” operettasını 800 dəfədən 
artıq erməni, gürcü, Azərbaycan və rus dillərində  səhnəyə qoymuş 
əvvəl adını  çəkdiyimiz Sidrak Maqalyanın truppası Amerikada pla-
giatçılıq sahəsində  də “rekord vurmağa” müvəffəq olmuşdu. “Arşın 
mal alan” operettasının erməni və gürcü dillərində  səhnə qoyuluşu 
haqqında” məqalədə (Azərb. SSR EA-nın “Ədəbiyyat, dil və incəsə-
nət seriyası”, 1978, № 1) qeyd edildiyi kimi, S.Maqalyan “Şant” adlı 
truppası ilə 1923-cü ildən 1958-ci ilə qədər “Arşın mal alan“ operet-
K A M R A N  İ M A N O V 
 
146 
tasının (müəllifinin adını göstərmədən) tamaşası ilə bütün Amerikanı 
dolanmağa “müvəffəq olmuşdur.” 
Ü.Hacıbəyovun şəxsi və əmlak müəllif
 
hüquqlarının pozulmasını 
həmin S. Maqalyan həyasızcasına və bununla birlikdə təmtəraqla bö-
yük bəstəkarın müsiqisinin Amerikada təbliği ilə izah edirdi.
  
Buna o qədər də təəccüblənmək lazım gəlmir, çünki biz oxucuları 
erməni plagiatının anatomiyası ilə artıq tanış etmişik. 
Təəccüblüsü digər məsələdir. XX əsrin 70-ci illərinin sonlarına 
yaxın yuxarıda qeyd etdiyimiz “Azərb. SSR EA-nın Xəbərləri, “Ədə-
biyyat, dil və incəsənət” seriyasında dərc olunmuş məqalədə məlumat 
verilirdi ki Maqalyan truppasının Amerikada böyük uğur qazanma-
sının səbəbi onun aktyor ansamblının yüksək ifaçılıq ustalığı ilə 
əlaqədardır və qeyd olunurdu ki, Maqalyan tərəfindən “lütfkarlıqla 
bizə təqdim edilən fotoplakatlar və proqramlar” sayəsində erməni di-
lində tamaşanın qoyulmasında iştirak edən artistlərin adı Amerikada 
məşhurlaşdı. Bununla da dolayı yolla bu plgiatçının və Ü.Hacıbəyo-
vun müəllif hüquqlarını pozan şəxsin bu işdəki rolu rədd olunur. 
Bu məşhur operettanın “erməni mənşəli olması”, daha dəqiq de-
sək, yalançı müəllifin, “erməni operettasının şahı” Maqalyanın əsəri 
olması barədə fikir bax bu cür Amerika tamaşaçılarının ictimai 
şüuruna yeridilirdi. Amerika bir yana, elə A.Paronyan adına Yerevan 
Dövlət Musiqili Komediya Teatrı praktiki olaraq, həmişə Ü.Hacıbə-
yovun yaradıcılığına müraciət edirdi. Məşhur operettanın səhnə qo-
yuluşlarından biri Saruxanyanın tərcüməsində A.Qulakyanın rejissor-
luğu ilə həyata keçirilmişdi, bütövlükdə isə “Arşın mal alan” tamaşa-
sı bu teatrın səhnəsində 300 dəfədən çox göstərilmişdir. 
Qarşımızdakı 1955-ci il (Suxumi şəhəri) tarixli afişa belə tama-
şaların birindəndir. Hörmətli oxucular, bu afişada bütün erməni işti-
rakçılarına yer tapılmış, yalnız... tək müəllifin - Ü. Hacıbəyovun adı 
göstərilməmişdir. 
Bir daha xüsusi qeyd edirik, hörmətli oxucular, Ü.Hacıbəyovun 
hüquqlarının kobud şəkildə pozulması uzaq Amerikada yox, o za-
mankı vahid dövlət olan SSRİ-nin ərazisində baş verirdi. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
147 
Həmin dövrdə uzaq Amerikada başqa bir erməni plagiatçısı, 
rejissor R. Mamulyan “Arşın mal alan” operettasını ekranlaşdırır, 
yenə də Ü.Hacıbəyovun əsərin müəllifi olduğu gizlədilir. Bu, 1937-ci 
ildə Hollivudda baş vermişdir. Yalnız böyük bəstəkarın SSRİ-nin o 
vaxtkı  rəhbəri Stalinə müraciəti “Arşın mal alan”ın bu görkəmli 
müəllifin rəhbərliyi altında ekranlaşdırması üçün əsas oldu. Şübhəsiz 
ki, əsərin bu məşhur ekran variantı Üzeyir bəyin mənəvi və ya şəxsi 
hüquqlarını  təsdiq etdi, ancaq onun pozulmuş  əmlak hüquqlarına 
münasibətdə heç nəyi həll etmədi. O vaxtlar SSRİ müəllif hüquqla-
rının qorunması üzrə heç bir Konvensiyanın üzvü deyildi, ona görə 
də Üzeyir bəyə verilməli olan qonorar hesabına erməni plagiatçıları 
varlandılar. “Mənəviyyat qanunları-həm də incəsənət qanunlarıdır”,- 
bunu  Şuman demişdir, ancaq incəsənətlə bağlı bu cür formulun 
erməni saxtakarlarına heç bir aidiyyəti olmamışdır. 
Hörmətli oxucular! Biz “Gəldim, gördüm...mənimsədim” adlı bi-
rinci bölmədə musiqi plagiatı və mənimsəmələr haqqında olan silsi-
lənin yekununa yaxınlaşırıq. Burada “Azərbaycanın mədəni irsinin 
mənimsənilməsi erməni ənənəsi” haqqında danışaraq, yekun hissədə 
sizin diqqətinizi L.Qumilevin çox gözəl bir müşahidəsinə yönəltmək 
istərdik: “Müasir dövrdə müşahidə olunan hər bir hadisənin başlan-
ğıcı bəzən yaxın, bəzən də uzaq keçmişdə olur, ancaq heç vaxt son-
suzluqda olmur... İndiki dövrdə mövcud olan istənilən prosesin tarixi 
- bu prosesin bu və ya digər səbəblər üzündən başlandığı anın dava-
mıdır...” 
Söz sizindir, hörmətli oxucular, özünüz qərar verin, ancaq zənni-
mizcə, gətirilən sitat müasir erməni musiqi plagiatçılığının və Azər-
baycan musiqisinin mənimsənilməsinin başa düşülməsi ilə həmahəng 
səslənir. 
Biz məşhur erməni  şairi Avetik İsaakyanın Azərbaycan klassik 
musiqisinin banisinə və deməli, bütün Azərbaycan musiqisinə ünvan-
lanmış çox gözəl sözlərini sitat gətirərək, bu başlığı tamamlayırıq: 
“Hacıbəyov öz parlaq operalarını yaradarkən erməni xalqına doğma 
kimi yaxın olan, zəngin və ecazkar Azərbaycan xalq musiqisindən 
istifadə etmişdir...” 
K A M R A N  İ M A N O V 
 
148 
“Oğurlamaq imkanı- məhz oğrunu meydana gətirir” (Bekon), 
“dost olmayana əsil üsulla cavab vermək isə-ona bənzəmədən cavab 
verməkdir” (B.Fontenblok) kəlamlarını sizə xatırlatmaqla, bu paraq-
rafı sizin ünvanınıza ən xoş arzularla başa vururuq. 
 
 
 
 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə